Şərqşünaslıq
İnstitutunda “Yaxın və Orta Şərq regionu son hadisələr
işığında” mövzusunda elmi sessiya
keçirilmişdir
Tədbirdə AMEA Şərqşünaslıq
İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor
Gövhər Baxşəliyeva son zamanlar Yaxın Şərqdə
baş verən hadisələrdən, bu vəziyyətin təkcə
regionda yox, bütün dünyada yaratdığı əks-sədadan
söz açmışdır. O, Tunis, Misir, Liviya, Yəmən,
Bəhreyn, Mərakeş, İordaniya və digər ölkələrdə
baş verən hadisələrlə bağlı Yaxın və
Orta Şərqin, region ölkələrinin ictimai-siyasi həyatında
mühüm dəyişikliklər olduğunu diqqətə
çatdırmışdır. Eyni zamanda, bu hadisələr
dünya birliyi qarşısında bir sıra mürəkkəb
suallar qoymuşdur.
Yaxın və Orta Şərqdə son
zamanlar baş verən siyasi gərginliyin Azərbaycana təsirinin
mümkünsüzlüyünü vurğulayan G.Baxşəliyeva
bildirmişdir ki, Ərəb ölkələrində baş
verən hadisələrin digər ölkələrə, o
cümlədən Azərbaycana avtomatik şamil edilməsi
düzgün deyildir. Belə ki, hər ölkədə
ictimai-siyasi həyatın öz problemləri, ziddiyyətləri
var və bu ziddiyyətlərin də həlli mexanizmləri
mövcuddur. Azərbaycanda Prezident İlham Əliyevin
yürütdüyü və bütün xalqımız tərəfındən
dəstəklənən siyasət, ölkəmizdə
aparılan iqtisadi, siyasi və hüquqi islahatlar qarşıya
çıxan hər hansı problemlərin tez bir zamanda həllinə
şərait yaradır.
Şərqşünaslıq
İnstitutunun şöbə müdirləri, fəlsəfə
doktorları Anar Əzimov "Ərəb ölkələrində
son vaxtlar baş verən siyasi hadisələrin
siyasi-metodoloji təhlili",
Vidadi Mustafayev "Yaxın Şərqdə son hadisələr
və İran" mövzularında məruzə etmişlər.
Elm.- 2011.- 31
mart.- S.21.