Azərbaycan
florasının tədqiqi istiqamətində Beynəlxalq əlaqələr
genişləndirilir
Rusiya Elmlər
Akademiyasının (REA) V.L.Komarov adına Botanika
İnstitutunun (Sankt-Peterburq) görkəmli alimləri- iki dəfə
Rusiyanın Dövlət Mükafatı laureatı, REA-nın
müxbir üzvü, Herbari şöbəsinin müdiri Rudolf
Vladimiroviç Kamelin, b.e.d. Olqa Petrovna Kamelina, b.e.n. İqor
Germanoviç Leviçev və b.e.n. Lyudmila Stepanovna
Kra-sovskaya AMEA Botanika İnstitutunda olmuşlar.
Rus alimlərinin Azərbaycana səfərinin
məqsədi Botanika İnstitutunun zəngin Herbari fondunda tədqiqat
aparmaq, həmçinin Azərbaycan botanikləri ilə birlikdə
bir sıra qoruqların ərazilərində ilkin yaz
florası ilə tanışlıq və bu ərazilərdə
yayılmış bəzi bitki növlərinin taksonomik
statusunun müəyyənləşdirilməsi
üçün onların filogeniyasını öyrənməkdən
ibarətdir.
Qeyd edək ki, Rusiya Botanika Cəmiyyətinin
prezidenti R.Kamelin həm də "Бoтанический" və
"Turczaninowia" jurnallarının baş redaktorudur. O,
dağlıq ərazilərin florasının filogenetik (tarixi)
analizi üzrə 800-dən artıq elmi əsər və
çoxsaylı monoqrafiyaların müəllifidir. Olqa Kamelina
isə bitkilərin klassik (müqayisəli və sistematik)
embriologiyası, xüsusilə çiçəkli bitkilərin
filogenetik sistematikasında embrioloji əlamətlərdən
istifadə metodunun işlənib hazırlanması sahəsində
tanınmış mütəxəssisdir.
Qonaqlar institutun direktoru vəzifəsini
icra edən b.e.d. Validə Əlizadə ilə
görüşmüşlər. Gələcək əməkdaşlıq
əlaqələri istiqamətində razılıq əldə
edilmiş və elmi əməkdaşlıq haqqında
müqavilə imzalanmışdır.
Elm.- 2011.- 31
mart.- S.21.