Görkəmli alimmüdrik ağsaqqal

 

Martın 13-də AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Üzvi gübrələr və örtülü qruntun aqrokimyası laboratoriyasının rəhbəri, k.t.e.d., professor Paşa Bayram oğlu Zamanovun elmi fəaliyyətinin 60, anadan olmasının 85 ili  tamam olmuşdur.

 

Professor Paşa Zamanovun şərəfli ömür yolu Azərbaycanda aqrokimya elminin inkişafına həsr edilmişdir. O, aqrokimya elmini sevən və bu sahədə tədqiqat işlərini çox həvəslə yerinə yetirən alimlərdəndir.

P.Zamanovun elmi-tədqiqat işləri sahəsində əmək fəaliyyəti əsasən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə bağlıdır və 1958-ci ildən bu günə kimi həmin institutda işləyir.

O, 1963-cü ildə AMEA Biologiya Elmləri Bölməsinin Birləşmiş Şurasında,"Azərbaycanda tütün bitkisinin gübrələnməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.

1967-1968-ci illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi, 1975-ci ildən bu günə qədər Üzvi gübrələr və örtülü qruntun aqrokimyası laboratoriyasının müdiridir.

1991-ci ildə Moldova EA Bitki Fiziologiyası İnstitutunun nəzdindəki İxtisaslaşdırılmış Şurada "Azərbaycanda tütün bitkisinin gübrələnmə sistemi və qidalanmasının nizamlanması" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Professor Paşa Zamanovun elmi uğurları aqrokimyanın bir çox sahələrini əhatə edir. Kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edən bitkilərin gübrələnməsi sisteminin öyrənilməsi (tütün, qarğıdalı, yonca,  pambıq və s. bitkilərin gübrələnməsi), gübrələrin verilmə üsulları norması, vaxtı və formasından asılı olaraq bitkilərin məhsuldarlığı və torpaq münbitliyi problemləri onun tədqiqat işlərinin prioritet istiqamətləri olmuşdur. Son dövrdə tullantıların, o cümlədən üzvi tullantıların utilizasiya problemi aktual olaraq qalır. Bu problemin həllində Paşa müəllimin rəhbərlik etdiyi laboratoriyanın böyük əməyi vardır. Belə ki, üzvi tullantıların emalı və kənd təsərrüfatında gübrə kimi istifadəsi sahəsində çoxlu sayda elmi-tədqiqat işlərini qeyd etmək vacibdir. Bu tədqiqatların nəticəsi kimi professor Paşa Zamanovun uğurlu nailiyyətləri ölkə iqtisadiyyatının inkişafında xüsusi əhəmiyyət kəsb etmişdir. Üzvi tullantıların aqroekoloji xüsusiyyətləri professor Paşa Zamanov tərəfindən geniş öyrənilmiş və onun üzvi gübrə kimi tətbiqi üsulları işlənilmişdir. Müasir ekoloji problemlərin həllində professor Paşa Zamanovun bu sahədə tədqiqatları ən layiqli töhfə kimi qiymətləndirilə bilər.

Onun elmi fəaliyyəti həmçinin aşağıdakı mövzuların öyrənilməsinə də həsr edilmişdir: Naxçıvan şəraiti üçün pambıq, yonca, qarğıdalı sortlarının öyrənilməsi, Azərbaycanda tütün bitkisinin gübrələnməsi, Respublikada mövcud olan kənd təsərrüfatı, məişət, sənaye tullantılarından və ehtiyatlardan yeni üzvi gübrə alınması, onların tətbiqi, Darıdağ termal müalicə suyunun kənd təsərrüfatında bitki stimulyatoru kimi istifadəsi, bitkilərdən yeni tərkibli fizioloji aktiv maddələrin alınması, kənd təsərrüfatının intensivləşdirilməsində gübrələrin rolu, suvarılan torpaqların üzvi gübrəyə tələbatı, çay bitkisi altındakı torpaqların xassələrinin yaxşılaşdırılması, kənd təsərrüfatı bitkilərindən planlaşdırılmış məhsul almaq üçün torpağa və bitkiyə lazım olan qida maddələrinin miqdarının riyazi yolla hesablanması, respublikada mövcud olan tullantı və qalıqlardan bioqaz, biohumus, kompost alınması məqsədi ilə tədqiqat işlərinin aparılması və s.

Professor P.B.Zamanov yüksəkixtisaslı kadr hazırlığı sahəsində də mühüm nailiyyətlər əldə etmişdir.

P.B.Zamanov elmi kadr hazırlanması sahəsindəki xidmətlərinə görə 1992-ci ildə professor adına layiq görülmüşdür. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri 240-dan çox elmi əsərlərində (1 monoqrafiya, 8 kitab, 18 kitabça, o cümlədən, 4 tövsiyə, 4 təlimat, 13 patent və 203 elmi məqalə və tezis) öz əksini tapmışdır. Həmin əsərlərin bir çoxu hal-hazırda da dərs vəsaiti kimi istifadə edilməkdədir.

P.B.Zamanovun elmi rəhbərliyi altında 16 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir, 4 nəfər tədqiqatçının isə doktorluq işinə elmi məsləhətçi təyin olunmuşdur.

1980-ci ildən P.B.Zamanov AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür.

O, 30 fəlsəfə doktoru dissertasiya işinin opponenti olmuşdur.

P.B.Zamanov son 10 ildə 12-dən çox beynəlxalq konqres simpoziumlarda məruzə məqalələrlə çıxış etmişdir.

Müxtəlif mövzularda elmi nəticələrin geniş sahədə 24 tətbiq işlərinin müəllifi iştirakçısı olmuşdur.

P.B.Zamanovun elmi fəaliyyəti yüksək qiymətləndirilərək müxtəlif illərdə bir neçə dəfə Milli Elmlər Akademiyası başqa təşkilatlar tərəfindən Fəxri fərman, medal diplomlarla təltif edilmişdir:  O cümlədən 1968-ci ildə gənc alimlər şurasının işində aktiv iştirakına görə Azərbaycan Komsomolu MK-nın Fəxri fərmanı ilə; 1970-ci ildə "Rəşadətli əməyə görə" yubiley medalı ilə; 1986-cı ildə Ümumittifaq xalq təsərrüfatının nailiyyətləri sərgisinin "Bürünc Medalı" ilə; 1987-ci ildə uzun illər vicdanlı əməyə görə SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən "Əmək Veteranı" medalı ilə; 2004-cü ildə Respublika Müharibə Veteranları Şurasının Fəxri fərmanı ilə 2007-ci ildə Azərbaycan MEA-nın Rəyasət Heyəti tərəfindən respublikada aqrokimya elminin inkişafında xidmətlərinə görə anadan olmasının 80 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif edilmişdir.

AMEA Torpaqşünaslıq Aqrokimya İnstitutunun rəhbərliyi bütün əməkdaşları adından professor P.B. Zamanovu yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, işlərində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Q.M.MƏMMƏDOV,

AMEA Torpaqşünaslıq Aqrokimya

İnstitutunun elmi işlər

üzrə direktor müavini, k.t.ü.f.d., dosent

 

R.Ə.PAŞAYEV,

İnstitutun Üzvi gübrələr örtülü qruntun

aqrokimyası laboratoriyasının b.e.i., k.t.ü.f.d.

 

 

Elm.- 2012.- 30 aprel.- S.14.