AYNİANA YUNAN DEYİL

 

Keçən əsrin 50-60-cı illərində S.T.Yeremyanın və İqrar Əliyevin irəli sürdükləri bir iddia yenidən gündəmə gətirilmişdir. Həmin iddiaya görə, Albaniyanın qədim Ana vilayətinin mərkəzi şəhəri orta əsrlərdə Yunan adlanmışdır (Eremən 1958. 304-305; Aliev 1960. 103).

"Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalının 2010-cu il 1-ci sayında belə bir məqalə dərc olunub: "Ayniana-Yunan şəhəri haqqında" (Məlikov, Əlıyev 2010. 113-120). Düşünürsən ki, müəlliflər bir halda ki, özlərindən qabaq dəfələrlə toxunulan bir mövzuya müraciət ediblər, yəqin, S.Yeremyandan, İ.Əliyevdən, V.Qukasyandan fərqli bir mövqe ortaya qoyacaqlar. Ancaq yazını oxuduqca bunun tam əksini görürük. Demək olar ki, hər abzasda cəhd olunur ki, Ana şəhərinin əhalisi yunanlarla əlaqələndirilsin.

Eradan öncə II-I minilliklərə aid mixiyazılı kitabələri, orta əsr xristian salnamələrini nəzərdən keçirərkən görürük ki, Ayniana, Yunana, Yunan şəhərinin indiki yunanlara bir aidiyyəti yoxdur. Onda belə sual ortaya çıxır: -Görəsən, nə məqsədlə bizim (demək mümkündürsə) etnoqraf və tarixçilər Albaniyanın Ana şəhərini Yunanla eyniləşdirirlər?

Ona görəmi Yunanıstan bir dövlət kimi dostumuzun düşməni və düşmənimizin dostudur? Bunlar Ana şəhərini xəritələrdə Ağdama, Əskərana tərəf çəkməklə kimlərin diqqətini cəlb etmək istəyirlər?

M.H.Baharlı hələ 1921-ci ildə yazırdı: "Xəzər dənizinin suları altında qalan Yunan şəhəri ilə Ayniananı eyniləşdirmək uğursuz cəhddir" (Baxarlı 1921. 51). Ancaq nədənsə müəlliflər onun kitabından sitat gətirmirlər.

Məqalədə iddia olunur ki, şəhərdə yunan silahları istehsal edilirbazarlarda satılırdı. Əslidə həmin silahları yunanlılar yox, yerli ustalar düzəldirdilər. Z.İ.Yampolski 1959-cu ildə Yunan şəhərinin xarabalıqlarından tapılan arxeoloji nümunələrlə tanış olmuş və belə nəticəyə gəlmişdir ki, həmin maddi-mədəniyyət nümunələri yunanlara yox, yerli ustalara məxsusdur (Əmpolğskiy 1959). Müəlliflər həmin tədqiqata da münasibət bildirmirlər.

Antik yunan və latın tarixçilərinin əsərlərində yunanların yaşadıqları ərazilər Aynianaya Eniana yox, İuna, İoniya adlandırılır. Yunan etnonimi isə mənbələrdə 4 cür - Un, Unan, Yun, Yunan formalarında göstərilmişdir (Şopen 1866. 118; İeronim 1883. 172; Nakko 1873. 78; Vaqner 1901.26-27; Marr 1920. 29-31 və s.).

Həmin yunanlar indiki Yunanıstanda yaşamırdılar. Xəzər dənizinin şərqində və cənub-qərbində yaşayırdılar. Onların bir hissəsi yerli əhali ilə qarışdı, bir hissəsi isə Anadoluya, oradan Adriatik dənizi sahilinə köçdü.

Nikifor Blemmid yazır: "Şimal-qərbdən Kaspi dənizi boyunca skiflər, sonra unlar, kaspilər, onların ardınca döyüşkən albanlar yaşayırlar" (Aliev 2010. 264). Alman gəzgini Adam Oleari XX əsrin başlanğıcında Qafqazda olarkən Xəzər dənizinin şərqində - Salyan şəhəri yaxınlığında Yunan kəndinin xarabalıqlarını görmüşdü (Oleariy 1906. 486).

Dionisi Perieqetə görə, Un skif tayfalarından biridir. Həmin unları İ.A.Orbeli, ardınca T.V.Trever honların xüsusi qolu hesab edirlər (Aliev 2010. 345-346). Əslində isə yunanlarskif, nə də hun tayfasıdır. Onlar Xəzər dənizinin cənub-şərqində skiflərdən və hunlardan qabaq yaşayırdılar. Tarixi şəraitdən asılı olaraq onların bir hissəsi skifhunlarla birləşmiş, bir hissəsi isə Anadoluya köçmüşdür. (Marr 1936. 47-48; Vaqner 1901. 26-27).

Arximandrit İeronim 1883-cü ildə nəşr etdirdiyi "Bibliya arxeologiyası" kitabında yazır ki, ionialılar e.ö. II minilliyin ortalarında Finikiyadan çox da uzaqda yaşamırdılar. Onlar öz əlifbalarını finikiyalılardan götürmüşlər (İeronim 1873. 172-173).

Yunanların Avropaya köçməyib Anadoluda qalan hissəsi e.ö. VIII yüzillikdə Urartu tayfa ittifaqının tərkibinə daxil oldu. Urartu tarixinin görkəmli tədqiqatçılarından biri B.B.Piotrovski yazır ki, Un Urartunun qəbilə tanrılarından biri idi. Ayin zamanı ona 1 buğa, 2 qoç qurban kəsilərdi (Piotrovskiy 1944. 272).

Aleksey Nakko yazır ki, İonia ittifaqına aid olan numizmatik nümunələri Türkiyə ərazisindən tapırıq (Nakko 1873. 78). Əhəmənilər Bosfor boğazını keçib Avropaya qoşun yeridəndə İonia hərbi qüvvələri I Daranın tərəfinə keçdilər. Antik yunan tarixçiləri qeyd edirlər ki, İonia çarı Koas I Daraya tabe oldu (Nakko 1873. 135).

Yunanların bir hissəsi əhəmənilərin süqutuna qədər makedoniyalılara tabe olmadı. Arrian (II əsr) yazır ki, Arbel döyüşündə yunan muzdluları III Daranın tərəfində vuruşurdular (Aliev 2010. 297).

Makedoniyalı İskəndər o hadisəni yunanlara bağışlamadı. Baktriyanı işğal edəndə həmin yunanlar sığındıqları qalada bayraq qaldırsalar da, hamısını qılıncdan keçirtdi.

"Albaniya tarixi"ndə yunanlar İunan adlandırılır. Göstərilir ki, onların əcdadları ari mənşəli deyildir. Onlar Qərbə köçəndən sonra tədricən ariləşdilər. Musa Kaqankatuklu yazır: "Dillər qarışanda Yafəs nəslindən 15 xalq törədi. Onlardan biri İunandır" (İstoriə Alban 1861. 19; Albaniyanın tarixi 1993. 15).

E.ö. I minillikdə və eranın əvvəllərində Xəzər dənizinin cənub-şərqində, orta əsrlərdə Beyləqanla Bərdə arasında yaşayan yunanlar hansı yunanlardır? İlkin mənbələrin tədqiqi göstərir ki, onlar Suren Yeremyanın, Voroşil Qukasyanın, İqrar Əliyev və Rauf Məlikovun güman etdiyi kimi, Balkanlardan gəlmə yunanlar deyillər. Xəzər ətrafından Avropaya köçən unların qalıqlarıdır.

Vilhelm Vaqner 1901-ci ildə nəşr etdirdiyi "Ellada" kitabında yazır: "Yunanıstan əhalisinin bir hissəsi Balkanlara Orta Asiyadan gəlmişdir" (Vaqner 1901. 26-27). Fikrimizcə, yunan adı altında gizlənən etnosların hamısını qeyd-şərtsiz hindavropa mənşəli etnoslar kimi qələmə vermək gerçəkliyə uyğun deyil.

İlk öncə onu nəzərə almaq lazımdır ki, qədim yunanların özləri yekcins bir tayfa deyildilər. Troyanın işğalından Əhəməni dövlətinin meydana gəlməsinə qədər ellinlər 4 tayfa ittifaqı formasında təşkil olunmuşdular. Xırda dialektləri nəzərə almasaq, hər tayfa ittifaqı bir dildə danışırdı. Həmin tayfa ittifaqları İoniya, Dori, Attika və Eolidən ibarət idi (Pollen 1751. 277).

Heç yunanlar Bizans imperatorlarının zamanında da bir tayfadan ibarət deyildılər. Göytürk xaqanının qardaşı 556-cı ildə Bizans səfirinə demişdi: "Siz yunanlar 10 tayfasınız və bizimlə 10 dildə danışırsınız" (Qumilev 1967. 216).

Hindavropa nəzəriyyəsinin tərəfdarlarına görə, qədim yunanlar ari (Vaqner 1901. 27; İvanov 1980. 132), Yafəs nəzəriyyəsinin tərəfdarlarına görə isə sami mənşəli olmuşlar (Marr 1920. 31-43). Əslində isə onların hamısı samiari mənşəli deyildi. AnadolununTroya vilayətinin qədim əhalisinin xeyli hissəsi türksoylu etnoslar olmuşdur.

N.Y.Marr 1920-ci ildə Leypsiqdə nəşr etdirdiyi "Yafəs mənşəli Qafqazüçüncü etnik element" kitabında dolayısı ilə türk dilinin Ön Asiyanın qədim dillərindən biri olduğunu təsdiq etdi. Yafəs dillərini sami mənşəli dil kimi qələmə versə də, belə bir gerçəkliyi inkar edə bilmədi ki, Yafəs dillərindəki totem tanrıların, odun, suyun, yerin, göyün adları türkcədir. Eyni zamanda Qafqaz xalqlarının dəmirə və kömürə bəslədikləri etiqadın kökləri Altaydan gəlir (Marr 1920, 30, 37).

N.Y.Marr yazır ki, Yunanıstanın ilk etnosları yunan dilində yox, Yafəs dillərində danışırdılar. Onlar Avropaya Aralıq dənizinin şimalından və şərqindən gəlmişlər (Marr 1920. 47-48). N.Y.Marr yazır: "Ermənilərin dili kimi yunanların dilihibriddir. Yunan dilinin leksikasına İber dilinin təsiri olmuşdur" (Marr 1920. 29, 30).

Yunan mifik təsəvvüründə Prometey titanın, yəni Yapetin oğludur. Eyni zamanda İon özü Yafəsin törəməsidir. İoniya ittifaqına daxil olan etnosların dili Yafəs qatışıq hindavropa dili idi. Məsələn: Ocaq sözü ocaqai, yer sözü gi formasında yunanların dilinə Yafəs dillərindən keçmişdir (Marr 1920. 43; Marr 1936. 55).

İ.İ.Şopen yazır: "İon "Bibliya"dakı İavandır. İonqrek tamamilə başqa mənşəli etnoslardır" (Şopen 1986. 208, 296). R.İ.Şor 1931-ci ildə çap etdirdiyi "Yafəs və türk dillərinin qarışması haqqında" məqaləsində göstərmişdir ki, qədim yunan coğrafiyasında çoxlu qeyri-ellin adlar vardır (Şor 1931. 226). Doğrudan da, e.ö. II-I minilliklərdə Aralıq dənizi hövzəsi etnoslarının xeyli hissəsi türklərdən ibarət idi.

İ.İ.Şopen yazır: "Olimp dağının adı Alinpe sözündən törəmişdir. Alinpe xalis tatar sözüdür. Olimp xalqını Balkan yarımadasını tutaraq Aran nəsli yaratmışdır" (Şopen 1866. 104).

Aran dini tarixçilərin əsərlərində Kadm da adlandırılır. O, e.ö. XV əsrdə Anadoludan Yunanıstana gəlmiş, 22 hərfdən ibarət Finikiya əlifbasını Olimpə gətirmişdir (İstoriə reliqii 1872. 9).

Qədim yunan miflərindən İonun qızı İnax-inək adı daşıyır. Zevsin arvadı çox gözəl olduğuna görə İnaxı ərinə qısqanır və inəyə döndərir (Mifı 1980. 512).

İonların bir qismi türk mənşəli olmasaydı, onlar öz ilahələrinə türkcə ad verməzdilər.

Qədim yunan panteonunda bir qayda olaraq Asiya tanrıları mənfi obrazlar kimi görünürlər. Bu da ondan irəli gəlir ki, onlar Aralıq dənizi sahillərində koloniyalar yaradaraq qonşuları ilə vuruşurdular. Həmin səbəbdən yuxarı Fərat çayı boyunun tikinti tanrısı olan Araz yunan panteonuna tikintiləri yandırıb külə döndərən ilahi kimi daxil olmuşdur.

Troya şəhərini mühasirədə saxlayan yunanlar Ata adlı tanrıdan qorxurdular. Onların inancına görə, Ata meşədə, cığırlarda azan yunanları tutur və canını alır (Vaqner 1901. 94, 612).

Un, Unan, Yun, Yunan etnonimləri yunan dilinin leksikası əsasında izah olunmur. "Divanü-luğat-it-türk"də yun kuş "tovuz quşu" mənasında verilmişdir (MK IV. 2006. 349, 705). Bu da onunla bağlıdır ki, tovuz quşu qədim yunan etnoslarından birinin totemi olmuşdur. Həmin yunanlar hindavropa dilli olublarsa, nəyə görə öz totemlərini türkcə adlandırmışlar?

Bizim bəzi etnoqraf və tarixçilər S.T.Yeremyanın keçən əsrin 50-ci illərində irəli sürdüyü bir uydurmanı yenidən gündəmə gətiriblər. Guya Albaniyanın qədim Ana vilayətinin mərkəzi şəhəri orta əsrlərdə Yunan adlanmışdır.

Bu məqamda Tufarqanlı Abbasın söylədiyi misralar yada düşür:

Bəd övladı əzəl başdan tanıram,

Çör-çöp yığıb yad ocağın yandırar.

Elmi tədqiqat pərdəsi altında öz ocağımıza su tökənlərin sayı artmaqdadır. Onlar çör-çöp yığıb, yadların ocağını yandırır və Azərbaycanın dövlət büdcəsindən maaş alırlar.

İstifadə olunan ədəbiyyat:

Azərbaycan dilində:

1.Albaniya tarixi 1993 - Musa Kaqankatuklu. Albaniya tarixi. Bakı: Elm, 1993, 241 s.

2.Esxil. Seçilmiş əsərləri. Bakı: Avrasiya-Press, 2006, 200 s.

3.MK IV. 2006 - Mahmud Kaşğari. Divanü-luğat-it-türk. Bakı: Ozan, 2006, 752 s.

4.Məlikov, Əliyev 2010 - Məlikov R., Əliyev T. Ayniana -Yunan şəhəri haqqında.// "Azərbaycan arxeologiyası etnoqrafiyası", № 1, Bakı, 2010, s. 113-120.

Рус дилиндя:

5.Алиев 2010 - Алиев Кемал. Древнегреческие и латинские первоисточники по истории древнего Азербайджана. Баку: Элм и тахсил, 2010, 398 с.

6.Бахарлы 1921 - Бахарлы М.Г. Азербайджан. Баку, 1921, 302 с.

7.Вагнер 1901 - Вагнер Вильгелм. Эллада. анкт-Петербург-Москва, 1901, 1012 с.

8. Гумилев 1967 - Гумилев Л.Н. Древние тюрки. Л.: Наука, 1967, 504 с.

9.Иванов 1980 - Иванов В.В. Анатолийские языки / Древние языки Малой Азии. М.: Прогресс, 1980, с. 129-160.

10. Иероним 1883 - Иероним Архимандрит. Библейская археология. Санкт-Петербург. 1883, 297 с.

11. История Агван 1861 - История Агван Моисея Каганкатваци. СПб, 1861, 376 с.

12. История религии 1872 - История религии и тайных религиозных обшеств и народных обычаев древнего и нового мира. ч. II, СПб, 1872, 355 с.

13. Марр 1920 - Марр Н.Я. Яфетический Кавказ и третий етнический элемент в созидании средиземноморской культуры. Лейпсиг, 1920, 54 с.

14. Марр 1936 - Марр Н.Я. Место грузинского языка в мировой истории созидания и развития речи / Язык и история. Т.1, Л, 1936, с. 42-61.

15. Мифы 1980 - Мифы народов мира. Т.1, Москва: Изд-во "Энциклопедия", 1980, 672 с.

16. Накко 1873 - Накко Алексей. Старая Бессарабия. ч.1, Одесса, 1873, сон сящифяляр йохдур (АМЕА Мяркязи Елми Китабханасы).

17. Олеарий 1906 - Олеарий Адам. Описание путешествия в Московью и через Московью в Персию. СПб, 1906, 582 с.

18. Пиотровский 1944 - Пиотровский Б.Б. История и культура Урарту. Эреван: Изд-во АН Арм. ССР, 1944, 364 с.

19.Роллен 1751 - Роллен. Древняя история. Т.2, Санкт-Петербург, 1751, 346 с.

20. Шопен 1866 - Шопен И.И. Новые данные о Кавказе и его древних обитателей. СПб, 1866, 501 с.

21. Шор 1931 - Шор Р.И. О яфретическо-турецком языковом смешении. Доклады АН СССР, М, 1931, с. 223-244.

 

 

İlhami CƏFƏRSOY,

AMEA Nəsimi adına

Dilçilik İnstitutunun baş elmi işçisi,

filologiya elmləri doktoru

 

Elm.- 2012.- 5 aprel.- S.12.