BALA AĞAHÜSEYN OĞLU İSGƏNDƏROV

 

 Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış riyaziyyatçı alimi, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA RiyaziyyatMexanika İnstitutunun Diferensial tənliklər şöbəsinin müdiri, professor Bala Ağahüseyn oğlu İsgəndərov 2012-ci il avqustun 3-də ömrünün 76-cı ilində vəfat etmişdir.

 

B.A.İsgəndərov 1936-cı il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakı şəhəri 17 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə (MDU) göndərilmişdir. B.A.İsgəndərov 1961-ci ildə MDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuşMDU-da professorlar A.KostyuçenkoM.Fedoryukun rəhbərlikləri altında namizədlik dissertasiyasını hazırlamışdır.

B.A.İsgəndərov 1964-cü ilin dekabr ayından etibarən AMEA RiyaziyyatMexanika İnstitunda işləməyə başlamışdır. 1977-ci ildən ömrünün sonunadək institutun Diferensial tənliklər şöbəsinin müdiri olmuşdur.

B.A.İsgəndərov 1967-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1994-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Azərbaycan riyaziyyat elminin tanınmış nümayəndəsi kimi B.A.İsgəndərov uzun illər ərzində diferensial tənliklərin aktual problemlərinin tədqiqi ilə məşğul olmuşdur. Zamanın böyük qiymətlərində Petrovskiyə görə korrektsistem tənliklər üçün Koşi məsələsinin həllinin azalması üçün kafi şərt vermiş və dəyişənlərin fəza ölçüsündən asılı olaraq məsələnin həllinin azalma sürətini təyin etmişdir. O, doktorluq dissertasiyasında xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində məlum olmayan iki yeni effekt müəyyən etmişdir. Alimin aldığı elmi nəticələr 2004-cü ildə nəşr olunmuş monoqrafiyasına daxil edilmişdir.

Son vaxtlar Bala İsgəndərov dəyişən əmsallı Sobolev tipli tənliklər üçün qarışıq məsələlərin həllərinin keyfiyyət xassələrinin tədqiqi ilə məşğul olurdu. 1996-cı ildə ona diferensial tənliklər ixtisası üzrə professor elmi adı verilmişdir.

Alim respublika xarici ölkələrin mötəbər jurnallarında çap edilmiş 70-ə yaxın elmi işin müəllifidir. Bala İsgəndərovun rəhbərliyi altında fizika-riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 15 dissertasiya işi müdafiə olunmuşdur.

B.A.İsgəndərov elmi yaradıcılıqla bərabər pedaqoji fəaliyyətlə məşğul olurdu. O, Bakı Dövlət Universitetində xüsusilə son 15 ildə  ingilis dilində müxtəlif ixtisas kursları aparırdı. BDU-nun tətbiqi riyaziyyat kibernetika fakültəsinin professoru kimi mühazirələr oxuyaraq tələbələrin sevimli müəlliminə çevrilmişdi. Alim 10 ildən çox idi ki, BDU-nun mexanika riyaziyyat fakültəsində dövlət buraxılış imtahan komissiyasının sədri idi.

Bala İsgəndərov həmişə öz valideynlərini müəllimləriniƏ.Hüseynovu,  Z.Xəlilovu, A.Kostyuçenkonu, M.Fedoryuku, A.Sveşnikovu böyük hörmət   məhəbbətlə yad edərdi. 50 ilə yaxın işlədiyi AMEA-nın Riyaziyyat Mexanika İnstitutunu öz doğma evi kimi sevər, vətəni Azərbaycanı həmişə əziz  tutardı. Dostlarına ətrafına qarşı çox diqqətli olar, onlara yardımçı olmaqdan fərəh hissi duyardı. O, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdu.

Görkəmli riyaziyyatçı alim, səmimi insan Bala Ağahüseyn oğlu İsgəndərovun əziz xatirəsi onu tanıyanları qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

AMEA Rəyasət Heyətinin, Fizika-Riyaziyyat Texnika Elmləri

Bölməsinin üzvləri, Riyaziyyat Mexanika İnstitutunun kollektivi

 

Elm.- 2012.- 24 avqust.- S.16.