AMEA Naxçıvan Bölməsinin yaradılmasından 10 il ötür

 

"Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənliyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs, bunu kim edəcəkdir? Bax bütün bu səbəblərdən mən Naxçıvan Muxtar Respublikasında Milli Elmlər Akademiyasının bölməsinin yaradılması haqqında qərar qəbul etmişəm..."

 

Heydər Əliyev

ümummilli lider

 

Avqustun 7-də AMEA Naxçıvan Bölməsinin yaradılmasının 10 ili tamam olmuşdur.

Bu münasibətlə keçirilən tədbirdə Bölmə əməkdaşları əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət emişlər. Sonra Heydər Əliyev Muzeyində olan Bbölmə əməkdaşlarına burada nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilmişdir.

 

AMEA Naxçıvan Bölməsinin böyük akt zalında davam etdirilən tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan və 2003-cü ilin yanvarın 16-dan fəaliyyətə başlayan AMEA  Naxçıvan Bölməsinin ötən müddət ərzində əldə etdiyi naliyyətlərdən geniş danışmışdır.

Bölmə sədri qeyd etmişdir ki, 2003-cü ildən elm axtarışlarda olan, yüksək elmi kadrlar yetişdirən Bölmədə 6 elmi-tədqiqat institutu fəaliyyət göstərir: Tarix, EtnoqrafiyaArxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar FonduBatabat Astrofizika Rəsədxanasıdır. Bölmənin tərkibinə həmçinin ArxeologiyaEtnoqrafiya Muzeyi, "Tusi" nəşriyyatı, Elmi Kitabxana, Dissertasiya Şurası və "Heydər Əliyev lektoriyası" daxildir.

AMEA Naxçıvan Bölməsinin əməkdaşları artıq on ildir ki, ulu öndərin tədqiqatçılarımız qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün səy göstərir, Naxçıvan tarixinin öyrənilməsi, qaranlıq səhifələrin işıqlandırılması sahəsində əmək sərf edirlər. AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş proqramlar üzrə AMEA Naxçıvan Bölməsinin müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işlərində Şərqin və dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən  biri olan Naxçıvan həyatının bütün sahələri  barədə dəyərli araşdırmalar aparılır. Burada bölgənin yeraltı və yerüstü maddi və mədəni nümunələri, təbii  sərvətləri geniş şəkildə tədqiq edilir. Bölmə əməkdaşları tərəfindən mütəmadi olaraq İnternetxarici mətbuat orqanları vasitəsilə Azərbaycan, rusingilis dillərində dünyaya çatdırılır.

Akademik İ.Hacıyev vurğulamışdır ki, Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun əməkdaşları Naxçıvanın arxeologiyası, etnoqrafiyası, epiqrafikası, qədim, orta əsrlər, yeni və ən yeni tarixinə aid elmi-tədqiqat işləri aparır. İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əsas fəaliyyət istiqaməti mədəni proseslərin regional məsələləri mövzusudur. Naxçıvanda flora, faunatorpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genefondun qorunması və səmərəli istifadəsi ilə Bioresurslar İnstitutunun əməkdaşları məşğul olur. Naxçıvanda təbii ehtiyatların öyrənilməsi, filiz və qeyri-filizlərin kimyəvi tərkibinin müəyyən olunması sahəsində Təbii Ehtiyatlar İnstitutunun tədqiqatları da qeyd olunmalıdır. Bu gün fəaliyyətləri genişlənən, müşahidə və tədqiqatlarının səmərəliliyini artırmaq üçün geniş imkanlar yaradılan Batabat Astrofizika Rəsədxanasının əməkdaşları göy cisimlərini müşahidə edir, bunlarla bağlı elmi-tədqiqatlar aparırlar. Onların əsas elmi-tədqiqat fəaliyyəti komet və asteroidlərin öyrənilməsinə yönəldilmişdir.

Yeraltı və yerüstü maddi sərvətlərlə yanaşı, mənəvi sərvətlər, o cümlədən əlyazmalar baxımından da çox zəngin olan Naxçıvanda xalqımızın mənəvi dəyərlərini toplayıb və onu özünə qaytarmaq üçün Əlyazmalar Fondunda diqqətəlayiq işlər həyata keçirilir. Fondda 300-dən çox əlyazma toplanılmışdır. Bu əlyazmalar arasında Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, qədim kitab və məktublar vardır ki, bu da qədim Nuh torpağının uzaq keçmişinin öyrənilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir.

Bölmədə 5 min illik yaşı olan qədim Naxçıvandan soraq verən arxeoloji, tarixi, memarlıq, təbiət və başqa abidələri qorumaq, öyrənmək, təbliğ etmək və gələcək nəsillərin diqqətinə  çatdırmaq üçün ArxeologiyaEtnoqrafiya Muzeyi yaradılmışdır. Zəngin və qədim keçmişə malik Naxçıvanın canlı tarixini özündə yaşadan bu muzeydə bölgənin müxtəlif ərazilərindən, o cümlədən Oğlanqala, Ovçulartəpəsi, Meydantəpə, Xaraba Gilan kimi qədim yaşayış yerlərində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri toplanılıb və onlar ayrı-ayrı zəngin və maraqlı guşələr vasitəsi ilə nümayiş etdirilir.

Bölmədə fəaliyyət göstərən "Heydər Əliyev lektoriyası"nda iki aydan bir ulu öndər Heydər Əliyevin həyatı və çoxşaxəli siyasi fəaliyyəti ilə bağlı müxtəlif mövzularda tədbirlər keçirilir. İndiyə kimin lektoriyanın 51 məşğələsi keçirilmişdir.

Bölmənin müasir avadanlıqlarla təchiz olunmuş "Tusi" nəşriyyatında  ildə dörd dəfə 200, haliyədə isə 300 tirajla çap olunan "Xəbərlər"  jurnalında  bu günə kimi Naxçıvanın tarixi, mədəniyyəti, folkloru, ədəbi mühiti, florası, faunası, coğrafiyası, iqtisadiyyatı və digər müxtəlif sahələrini əhatə edən irihəcmli elmi məqalələr dolğun şəkildə işıqlandırılır. Jurnalda tanınmış alim və ziyalılarımızın məqalələrilə yanaşı, xarici vətəndaşların da məqalələri dərc olunur. "Xəbərlər" jurnalının İctimaihumanitar elmlər seriyası, Təbiət və texniki elmlər seriyası Fransada Elmi Jurnalların Beynəlxalq Qeydiyyat Xidmətində qeydiyyatdan keçmiş və beynəlxalq kod almışdır. İndiyədək "Xəbərlər"in 27 sayı çapdan çıxmışdır.

2011-ci ildən Bölmədə "Axtarışlar" adlı jurnalın nəşrinə də başlanılmış və indiyədək 4 sayı çapdan çıxmışdır.

AMEA Naxçıvan Bölməsinin fəaliyyətini hərtərəfli əhatə edən www.ameanb.nakhchivan.az internet saytı hazırlanaraq istifadəçilərin ixtiyarına verilmişdir.

Bölmənin tərkibində seysmoloji xidmət mərkəzi də fəaliyyət göstərir.

On il ərzində elmi-tədqiqat işlərini daha da yaxşılaşdırmaq məqsədilə Bölmədə zəruri cihaz və avadanlıqların təmiri və təkmilləşdirilməsi işləri aparılmış, ayrı-ayrı struktur bölmələr kompyuterkompyuter avadanlıqları ilə təmin olunmuş, əməkdaşlara internet şəbəkəsinə mütəmadi qoşulmaq imkanı yaradılmış, teleskoplar, laboratoriyalar üçün kimyəvi reaktivlər alınmışdır.

2003-cü ilin yanvarında 139 əməkdaş, o cümlədən 51 elmi işçisi olanilk vaxtlarda doktorant və dissertantı, elmlər doktoru olmayan, cəmi 12 nəfər elmlər namizədi ilə fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsinin işçilərinin sayı artaraq hal-hazırda 270 nəfərə, fəlsəfə doktorlarının sayı 52 nəfərə, elmlər doktorlarının sayı 7 nəfərə, doktorant və dissertantların sayı 65 nəfərə çatmışdır. Ulu öndər Heydər Əliyevin qayğısı sayəsində Akademiyada 2003-cü ilin aprel ayında Naxçıvan Bölməsi üzrə seçkilər keçirildi. 2 nəfər AMEA-nın həqiqi üzvü (akademik), 3 nəfər müxbir üzvü seçildi. Bu diqqət və qayğı sonrakı illərdə də davam etdirildi. 2007-ci il seçkilərində Bölmə əməkdaşlarından 5 nəfər müxbir üzv seçildi. Əməkdaşlardan 6 nəfər professor, 17 nəfər dosent elmi adını aldı. Beləliklə, elmi potensial xeyli dərəcədə artırılmış oldu.

Bölmədə bu illər ərzində xeyli sayda uğurlu nəticələr əldə edilmişdir. Belə ki, 108 mühüm nəticə AMEA-nın illik hesabatlarına daxil edilmişdir.

Akademik İ.Hacıyev qeyd etmişdir ki, 2003-cü ilin yanvarından bu günədək əməkdaşların elmi-tədqiqat işlərinin nəticələri çap məhsullarında özünü aydın göstərir. 2012-ci ilə kimi elmi işçilərin (elmi işçilərin sayı 96 nəfər olmuşdur) müxtəlif nəşrlərdə 3797 məqaləsi, 145 tezisi, 4 tövsiyəsi, 22 bukleti, 8 metodik vəsaiti, 126 kitabı, 56 monoqrafiyası çap edilmişdir. Əsərlərdən 14 kitab, 4 monoqrafiya, 640 məqalə, 54 tezis, cəmi 712 əsər xarici ölkə nəşrlərində çap olunmuşdurçox yaxşı haldır ki, məqalələrin üçdə biri beynəlxalq indeksli jurnallarda çıxmışdır.

Eyni zamanda, Bölmə əməkdaşları bir sıra fundamental və ümumiləşdirici əsərlərə də müəlliflik etmişlər. Əməkdaşların yaxından iştirakı ilə iki cildlik "Naxçıvan Ensiklopediyası", "Naxçıvan Abidələri Ensiklopediyası" (Azərbaycan və ingilis dillərində), "Naxçıvan: tarixi və abidələri" (Azərbaycan və ingilis dillərində), "Naxçıvan Muxtar Respublikasının Qirmızı Kitabı" (I və II cildlər), "Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri", "Azərbaycan Folkloru Antologiyası. Naxçıvan folkloru" (3 cilddə), "Naxçıvan teatrının salnaməsi", "Naxçıvan tarixi atlası", "Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası" və s. sanballı əsərlər hazırlanaraq çap edilmişdir.

Bölmə əməkdaşları 18 xəritə tərtib etmiş, 16 patent və 5 yeni birləşmə nümunəsi almışlar. Bölmənin tədqiqatçı alimləri 1 beynəlxalq, 5 respublika səviyyəli qrand layihələrində qalib gəlmişlər. Bu cəhətdən T.Talıbovun, Ə.Abbasovun, B.Rzayevin, Q.Həziyevin və G.Məmmədovanın təqdim etdikləri layihələr diqqəti cəlb edir.

Bölmədə arxeoloji ekspedisiyalara, çöl-tədqiqat işlərinə, folklor materiallarının toplanılmasına xüsusi əhəmiyyət verilir. Arxeoloq alimlərimiz ABŞ-ın CorciyaPensilvaniya universitetlərinin, Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşları ilə birgə arxeoloji ekspedisiyalarda iştirak edirlər. Artıq 2006-cı ildən beynəlxalq ekspedisiya Şərur rayonunun Oğlanqala və Ovçulartəpəsi arxeoloji ekspedisiyasında arxeoloji qazıntılarda, kəşfiyyat xarakterli axtarışlarda səmərəli fəaliyyət göstərirlər. Arxeoloq alimlər Qazma mağarasında, Ərəbyengicədə, Şahtaxtıda, Meydantəpədə, Nəhəcirdə, Xaraba Gilanda, Plovtəpədə, Duzdağda, I Maxta Kültəpəsində və başqa arxeoloji abidələrdə AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun arxeoloqları ilə birgə fəaliyyət göstərmişlər. Bioloqfiloloq alimlər də çöl tədqiqat işləri ilə mütəmadi məşğul olmuş, Naxçıvanın bitki aləminə və folkloruna aid zəngin materiallar toplamışlar ki, onlar da ümumiləşdirici əsərlərdə, müxtəlif mövzularda yazılan elmi tədqiqat əsərlərində istifadə edilir.

Bölmə əməkdaşları dünyanın 34 şəhərində (Oksford, Dallas, Kyoto, İslamabad, Berlin, Hamburq, Turin, Zaqreb, Qahirə, Budapeşt, Vyana, Astana, Aşqabad, Antalya, Ankara, Qaziantep, Kayseri, İstanbul, Qars, Tbilisi, Tunis, Tehran, Urmiya, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev, Tokios.) keçirilən 248 beynəlxalq elmi tədbirdə iştirak və çıxış etmişlər. 10 il ərzində Bölmənin 66 nəfər əməkdaşı beynəlxalq konqres, simpoziumkonfranslara qatılmışdır.

Naxçıvan Bölməsinin elmi əməkdaşlarının məqalələri əsasında "İrs", "Naxçıvan", "Yol", "Folklor/Ədəbiyyat", "Qafqaz", "Elm və həyat" jurnallarının xüsusi nömrələri Naxçıvana həsr edilmişdir. Bölmədə görkəmli şəxsiyyətlərlə görüşlər, kitab müzakirələri və təqdimat mərasimlərinin keçirilməsi bir ənənə halını almışdır. Rus yazıçısı və tədqiqatçısı R.İvanovla, akademiklər M.Məmmədyarov, M.Rüstəmov və F.Əliyevlə, müxbir üzv A.Haciyevlə, b.e.d., prof. Q.Mustafayevlə keçirilən görüşlər yaddaqalan olmuşdur. "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti", "Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır", "Qədim Şərur oykonimlərinin mənşəyi", "Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı (onurğalılar)", "Behbud ağa Şahtaxtinski (siyasidiplomatik fəaliyyəti)", "Nuh peygəmbər, Dünya tufanı və Naxçıvan", "Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan", "Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı", "Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində", "Osmanlı qaynaqlarında Naxçıvan" və başqa əsərlərin təqdimatı keçirilmiş, müzakirə edilmişdir.

Bölmə əməkdaşları Naxçıvan ərazisində 1197 tarix və mədəniyyət abidəsi aşkar etmişonlar pasportlaşdırılmışdır. Bunların arasında 600-ə yaxın dünya və ölkə əhəmiyyətli abidə var.

Akademik İ.Hacıyev bildirmişdir ki, AMEA Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi bu 10 il ərzində ölkə rəhbərliyinin hər cür diqqət və qayğısı ilə əhatə olunmuş, qarşıya çıxmış bütün problemlər vaxtında aradan qaldırılmışdır. Bölmə əməkdaşlarının elmi fəaliyyətləri yüksək qiymətləndirilmiş, 2 nəfər "Əməkdar Elm Xadimi", 1 nəfər "Azərbaycan Respublikasının Əməkdar Müəllimi" fəxri adları, 2 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, 8 nəfər isə AMEA Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülmüşdür. Bir neçə əməkdaş isə xarici ölkələrin mükafatlarını almışlar.

Akademik İsmayıl Hacıyev sonda xüsusi vurğulamışdır ki,  muxtar respublikada elmi mühitin canlandırılması və inkişaf etdirilməsinə öz töhfələrini verən Naxçıvan Bölməsinin  əməkdaşları qarşıya qoyulan vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirməli, muxtar respublikanın tarixini, mədəniyyətini, təbii ehtiyatlarını və biomüxtəlifliyini obyektiv və hərtərəfli öyrənməli, bütün bilik və bacarıqlarını bu işə sərf etməlidirlər.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, müxbir üzv, professor Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, müxbir üzv Əbülfəz Quliyev, Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli, həmin institutun elmi işlər üzrə direktor müavini, müxbir üzv Qadir Qədirzadə, şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasov çıxış edərək qarşıya qoyulan vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəklərini, elmi-tədqiqat işlərinin müasir tələblərə cavab verə biləcək şəkildə aparacaqlarını əminliklə qeyd etmişlər.

Qeyd edək ki, tədbir iştirakçıları Bölmə əməkdaşlarının elmi-tədqiqat işlərinin nəticəsi olan çap məhsullarından ibarət  sərgi ilə də tanış olublar.

 

Türkanə BƏYLƏRLİ,

AMEA Naxçıvan Bölməsi İnformasiya şöbəsinin əməkdaşı

 

Elm.- 2012.- 24 avqust.- S.11.