Nazim Sadıqov – 60

 

Heç inanmaq olmur ki, son dərəcədə çevik, işgüzar, tükənməz enerjili həmkarımız Nazim müəllim artıq dərin mənalı ömrünün altmış ilini arxada qoyub, həyatının 61 -ci baharına - müdriklik çağına bu dünyada alnıaçıq, qürurla, ləyaqətlə addımlayaraq, qurub yaradır. Onun tükənməz enerji və işgüzarlığını yalnız "perpetuum mobile" - əbədi mühərriklə müqayisə etməê olar. Hətta kiminləsə danışarkən, başqa bir istiqamətə baxır, sanki təmamilə fərqli problemi eyni zamanda həll etməyə çalışır. Belə xüsusiyyət, tarixdə az insanlara məxsus olmuşdur. Şübhəsiz, belə keyfiyyətin yaranmasında insanın böyüyüb, başa çatdığı və daim fəaliyyət göstərdiyi mühitin rolu danılmazdır.

Bu mənada î, çox xoşbəxt insandır ki, zəhmətsevər, işgüzar, mərd insanlar diyarı, xalqımıza görkəmli alimlər, ədəbiyyat və incəsənət xadimləri, xalq aşıqları və b. bəxş etmiş, qızılı, misi, molibdeni, gümüşü və sairə faydalı qazıntıları, zəngin tarixi abidələrilə doğma Azərbaycanımızı dünyaya tanıtmış, füsünkar Gədəbəy diyarında anadan olmuşdur. Nadir təbii zənginliyə malik bu məkan eyni zamanda Azərbaycan elminin, xüsusən geologiyanın canlı laboratoriyasıdır. Zənnimizcə, o, hələ yeniyetmə ikən dövrün alimlərinin, mütəxəssislərin, mühəndis-geoloqların təbiətə böyük vurğunluq və ehtirasla yanaşdıqlarının, olduqca dəyərli işlərinin şahidi olmuş və bu onda elmə olan sevgini yaratmışdır.

Dünyanın sirlərini öyrənmək, el-obasına, xalqına xidmət hissləri onu Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmağa sövq etmişdir. Bu ali məktəbi bitirdikdən sonra Şamaxının Çarhan kənd məktəbində uşaqlara bilik aşılamaq nə qədər xoş olsa da, daxili potensialı reallaşdırmağa imkan vermədiyindən, 1976-ci ildə ÜİET Su Problemləri İnstitutunda elmi fəaliyyətə başlamışdır. İki il bu təşkilatda çalışdıqdan sonra burada da iş ahəngi onu qane etmədiyindən, 1978-ci ildə AMEA-nın Geologiya İnstitutuna - elm məbədinə üz tutmuş və taleyini birdəfəlik bu doğma təşkilatla qırılmaz surətdə bağlamışdır. Burada fəaliyyətə başladığı ilk günlərdən, 34 ilə yaxın müddətdə, həmişə yeniliyə can atmış və hər seyi, sübhəsiz, müdiriyyətin böyüê dəstəyi ilə modernləsdirməyə çalışmışdır. Bu cəhəti xüsusilə "Kimyəvi üsullarla mineral maddələrin tədqiqi" laboratoriyasına rəhbərliyə başladıqdan sonra özünü büruzə vermişdir.

Onun rəhbərlik etdiyi qurumun va şəxsən özünün səyi nəticəsində aparılan kimyəvi analizlər nəinki  institut əməkdaşlarının işinə öz müsbət təsirin göstərmiş, eləcə də respublika əhəmiyyətli işlərin görülməsinə yüksək təkan vermişdir. Respublikada kimyəvi analizlə məşğul olan laboratoriyalar Nazim müəllimin rəhbərlik etdiyi laboratoriyanı etalon kimi qəbul edir və öz analizlərinin nəticəsini orada vaxtaşırı yoxlayırlar.

Onun bu gərgin və təqdirəlayiq fəaliyyəti, insanlarla xoş rəftarı, ünsiyyəti, ümumi dil tapmağı, onları səfərbər etmək, lazım gələrsə, etika çərçivəsində qüsurlarını göstərmək, prinsipiallığı itirməmək və digər müsbət keyfiyyətləri kölgədə qalmayıb, müdiriyyətin diqqətini cəlb etmişdir. Bunları nəzərə alaraq, ona ikinci, daha məsul bir vəzifə - institutun həmkarlar təşkilatına    rəhbərlik həvalə olunmuşdur. Bu gündən alim və mütəxəssislərin, sıravi əməkdaşların sosial təminat, qayğı və istəkləri, onların səhhəti və tibbi müayinəsi ilə bağlı məsələlər, müalicə-kurort müəssisələrinə yollayışların müvafiq təşkilatlardan əldə edilməsi, işçilərin fəaliyyətlərinin layiqincə və vaxtında mükafatlandırılması, ehtiyacı olanlara maliyyə yardımının göstərilməsi və s. onun bir nömrəli amalına çevrilmişdir.

İnstituta ümumi işlər üzrə direktor müavini seçilməsi zərurəti yaranarkən müdiriyyətin və kollektivin yekdil rəyi ilə onun namizədliyi irəli sürüldü və qısa zaman ərzində bunun çox düzgün qərar olduğu sübut olundu. Laboratoriyaların ən müasir cihaz və avadanlıqlarla təminatı, onların sifarişindən başlamış quraşdırılıb-istifadəsinə qədər onun diqqətindən yayınmadı və sözsüz ki, bütün bunlar institutumuzda aparılan mühüm elmi-tədqiqat işlərinin, qrant layihələrinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə öz müsbət təsirini göstərdi. Elə bil institut təmamilə yeniləndi, müasirləşdi, hər yerdə səliqə-səhman, təmizlik göz oxşadı. İşgüzarlığının nəticəsidir ki, Nazim müəllim dəfələrlə fəxri fərmanla və "Əməkdar Mühəndis" fəxri adı ilə təltif olunmuşdur.

N.Sadıqov tükənməyən enerjisi, işgüzarlığı və əməli fəaliyyəti, xeyirxahlığı, dostluq, əzmkarlıq, səmimilik və s. keyfiyyətləri ilə institut əməkdaşlarının hüsn-rəğbətini və dərin hörmətini qazanmışdır.O, mehriban və qayğıkeş ata, səmimi həyat yoldaşı, sevimli babadır.

Əzizimiz Nazim müəllim, Sizi yubileyiniz - anadan olmağınızın 60 illiyi münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoş əhval-ruhiyyə, hələ uzun illər doğma institutumuzda əvvəlki əzmkarlıqla fəaliyyət göstərməyinizi arzu edirik.

 

 

ÀÌÅA Geologiya İnstitutunun kollektivi

 

Elm.- 2012.- 24 fevral.- S.16.