XƏYANƏT NÖQTƏSİ
62
Qebriel senator Sekstonun qapısının arxasında qaranlıq dəhlizdə dayanmışdı. O titrəyirdi - yorğunluqdan və gərginlikdən deyil, məyusluqdan, gözlənilmədən aldığı neqativ informasiyadan. Qonşu otaqda toplantı davam edirdi, lakin Qebrile dinləmək istəmirdi, bacarmırdı. Həqiqət onsuz da, göz qabağında idi.
Senator Sekston özəl kosmik kampaniyalardan rüşvət
alır. Marcori Tenç əsl həqiqəti söyləyirdi.
Satqınlıq ona ağır gəlirdi. O, Sekstona inanırdı. Onun uğrunda mübarizə aparırdı. Bəli, senator bəzən oş şəxsi həyatına
dair yalan söyləyirdi, amma bu siyasət idi. Lakib burada o, açıq-aydın qanunu pozurdu.
Hələ
seçilməyib, amma Ağ Evi satlığa
çıxarıb!
Qebriel bundan sonra senatoru dəstəkləyə bilməyəcəyini
anlayırdı. O, həm qanuna, həm də bütün demokratik sistemə
nifrtələ kosmosun kommersiyalaşdırılması
haqqında qanun layihəsinin qəbulunu vəd
etmişdi. Hətta senator bununla hamının
maraqlarını təmin edəcəyinə inansa da, onun bu
avans müqabilində verilmiş vədi əvvəlcədən
konqresin, məsləhətçilərin, seçicilərin
və lobbiçilərin istənilən arqumentlərini rədd
edərək bütün siyasət qanunlarına zərbə
vururdu. Sekston kosmosun özəlləşdirilməsinə
zəmanət verməklə, ümumən qəbul edilmiş
qaydaların pozulmasına şərait yaradırdı. Bu da vəziyyətə nəzarət edən
varlı idarəçilərin aşkar dəstəyinin nəticəsi
olacaq. Vicdanlı investorlara burada yer
olmayacaq.
Az qala
ürəyi bulanan Qebriel necə davranacağını
götür-qoy edirdi.
Arxada dəhlizin sükutunu pozan telefon zəngi səsləndi. Qebriel səksənərək
cəld döndü. Səs girəcəkdəki
dolabdan gəlirdi - qonaqlardan birinin paltosunun cibindəki mobil
telefon zəng çalırdı.
-
Bağışlayın, dostlar, - kovboyun səsi eşidildi, -
mənim telefonumdur.
Qebriel onun ayağa qalxdığını eşitdi. O, bura gəlirdi!..
O
giriş tərəfdən özünü dəhlizə
atdı. Yolun yarısından sol, qaranlıq mətbəxə
döndü. Texaslı qonaq
otağından çıxaraq dolaba tərəf yönəldi.
Qaranlıqda gizlənmiş Qebriel dondu.
Texaslı
yanından keçərək onu hiss etmədi.
Ürəyinin aramsız döyüntüsü fonunda
qız kişinin öz cibini tapmaq ümidi ilə dolabda eşələndiyini
eşidirdi. Nəhayət,
o zəngə cavab verdi:
- Bəli?.. Nə vaxt?..
Doğrudan...? Çox sağ olun. -
Texaslı telefonunu söndürərək geriyə qonaq
otağına tərəf getdi. Yolun yarısında yüksək
səslə digərlərinə müraciət etdi:
- Ey!
Televizoru yandırın! Görünür, Zak
Harni təcili mətbuat konfransı keçirir. Saat səkkizdə. Bütün
kanallarda. Ya biz çinlilərə
qarşı müharibə elan etmişik, ya da beynəlxalq
Kosmik stansiya indicə okeana düşüb.
- Hə,
sağlıq deməyə səbəb olacaq! - qonaq
otağından kimsə cavab verdi.
Hamı güldü.
Qebriel ətrafda
hər şeyin necə fırlandığını hiss etdi. Saat səkkizdə mətbuat konfransı? Deməli, Tenç yalan demirdi. Tenç
ona saat səkkizədək vaxt vermişdi -məhz bu mətbuat
konfransınadək Qebriel Sekstonla olan biabırçı əlaqələrini
etiraf etməli idi.
"Nə
qədər ki, gec deyil - senatordan imtina edin", - Tenç təkid
edirdi.
Qebriel ona bu müddətin informasiyasının
sabahkı qəzetlərə çatdırılması
üçün verildiyini düşünmüşdü. Görünür,
Ağ Ev özü ifşaçı kimi
çıxış etmək niyyətində idi.
Təcili
mətbuat konfransı! Qebriel baş verənləri
götür-qöy etdikcə daha da təəccüblənirdi.
Doğrudanmı, Zak Harni bü cür informasiya
ilə çıxış etməyə
hazırlaşır? Şəxsən?
Qonaq otağında televizoru işə saldılar. Tam səslə.
Aparıcının səsi həyəcanlı və gərgin
idi:
- Ağ
Ev planlaşdırılan mətbuat konfransı və
prezidentin xalqa müraciəti haqqında heç bir
açıqlama vermir. Müxtəlif şayiələr
və mülahizələr yaranmaqdadır. Bəzi siyasi şərhçilər güman edirlər
ki, Zak Harninin uzunmüddət seçkiqabağı meydanda
görünməməsi onun ikinci müddətə prezidentlik
uğrunda mübarizədən imtina etməməsinə dəlalət
edir.
Qonaq otağından sevinc dolu nidalar eşidildi.
Qebriel bunun tam cəfəngiyyat olduğunu
düşündü. Bu, ola bilməzdi. Ağ
Evin topladığı əsas rəqibi ifşa edən materialları nəzərə
alsaq, Harninin beləcə məğlub olacağı
mümkün deyil. Mətbuat
konfransının səbəbi başqa idi. Qebriel bu səbəb haqqında məlumatlandırıldığından
dəhşətə gəlirdi.
Tələsik saata baxdı. Bir saatdan az vaxt
qalmışdı. Təcili qərar qəbul
etmək lazım idi. O, kiminlə
danışacağını və məsləhət
alacağını bilirdi. Əlindəki zərfi
möhkəm sıxaraq mənzili tərk etdi.
Dəhlizdə növbə çəkən gözətçi
onu görəndə sevindi.
- Oradan
sevinc səsləri eşitdim. Deyəsən,
uğur qazanmısınız.
Qebrielin dodaqlarında təbəssüm yarandı və
o, tələsik liftə tərəf irəlilədi.
Artıq hava qaralırdı. Axşam
darıxdırıcı təsir bağıqlayırdı.
Taksi saxlayaraq yerini rahatladı və
özünü qərarının düzgünlüyünə
inandırmağa çalışdı.
- ABC
telestudiyası, -sürücüyə müraciət etdi, - zəhmət
olmasa, tez!
63
Maykl Tolland başını əlləri üstə
qoyaraq yan üstə uzanmışdı. Əllərini hiss etmirdi. Göz qapaqları ağırlaşmışdı,
lakin Maykl var gücü ilə gözlərini açıq
saxlamağa çalışırdı. Dünyayla
halallaşırdı. İndi dünyadan
yalnız su və buz qalmışdı, onlar da ki alt-üst.
Hə, yalanlarla dolu bir gün üçün
müvafiq sonluq idi.
Uzən buz parçasının üzərinə
qatı sükut çökmüşdü. Reyçel də,
Korki də susurdular. Onlar şülf
buzlqadn uzaqlaşdıqca küləyin səsi azalırdı.
Tolland bədəninin necə keyləşdiyini hiss edirdi. Keylik get-gedə zəifləyrdi. Qan batan gəmini sürətlə tərk edən
komanda sayağı əllərdən və ayaqlardan çəkilirdi
- bədəni bu ağırlıqla mübarizə apara
bilmirdi. Bədən, təbii instinktə
müvafiq olaraq, həyati əhəmiyyətli orqanların fəaliyyətini,
eyni zamanda şüurunu saxlamağa
çalışırdı.
Tolland məğlub olacağını
bilirdi.
Artıq
ağrıları hiss etmirdi heç bir yerində. Bu mərhələ arxada qalırdı. Ona elə
gəlirdi ki, şar kimi
üfürülür. Keylik. Başgicəllənməsi. Tezliklə
reflektor funksiyalardan biri pozuldu. Gözlərini
qırpa bilmirdi. Və Tollandın
baxışları tutqunlaşdı. Göz
bülluru və buynuzu arasındakı nəmlik
yavaş-yavaş donmağa başladı. Tolland qorxunc ay
işığında ağ ləkəyə
bənzəyən Milna şelf buzlağının qeyri-müəyyən
konturlarına baxırdı.
Maykl qəlbinin
reallıqla barışdığını hiss edirdi. Şüurla şüursuzluğun sərhəddində
vurnuxaraq sonsuz okean sularına baxırdı. Küləyin canavar uğultusuna bənzər nəğməsini
dinləyirdi.
Qarabasmalar başladı. Qəribədir ki,
qaranlığın ağuşuna düşmədən
öncə o, xilas olunmaq istəmirdi. İstilik
və rahatlıq arzusunda deyildi. Sonuncu mənzərələr
qorxunc idi.
Aysberqin qarşısında dəhşətli nərilti
ilə suyu yararaq okean burulğanından bir nəhəng
qalxdı. Mifik dəniz əjdahası kimi böyük. Yaxınlaşdı-
sürüşkən, qara və qorxunc, köpük
içində. Tolland özünü
gözünü qırpmağa məcbur etdi. Bir qədər aydın görməyə
başladı. Nəhəng lap yaxında idi. İndi o, balaca sala üzərinə hücum çəkən
nəhəng akula kimi özünü buza
çırpırdı. Yaş dərisi
parıldayan iri gövdəli yırtıcı Mayklın
başının üstünü aldı.
Sonra isə dumanlı obraz solğunlaşdı. Yalnız səslər
qaldı. Metalın metala dəyməsi.
Buzu didişdirən dişlərin səsi.
Reyçel...
Tolland
kiminsə onu kobudcasına götürdüyünü hiss
etdi.
Və hər şey itdi.
64
Qebriel Eş üçüncü mərtəbəyə
qalxaraq özünü ABC korporasiyasının studiyasına
çatdırdı. Səbirsizliyinə baxmayaraq o, burada
çalışanlardan daha asta hərəkət edirdi.
Burada
proses bütün gün boyu gərginliyini qoruyurdu. Lakin indi ayrı-ayrı hissələrə
bölünmüş böyük otaq böhran zamanında
çalışan fond birjalarını
xatırladırdı.
Şişkin gözlü redaktorlar arakəsmələrdən
bir-birlərinə nə isə
qışqırırdılar. Müxbirlər
faksları yellədərək sektordan-sektora qaçır, məlumatları
tutuşdururdular. Əldən
düşmüş təcrübəçilər göstərişlərdən
imkan tapan kimi "Snikers" yeyirdilər.
Qebriel ABC-ə İolanda Koul ilə görüşmək
üçün gəlmişdi.
Adətən, İolandanı bu dəlixananın ən
imtiyazlı yerində, mühüm qərarlar qəbul edə
bilən şəxslərin şüşə divarlı
kabinetlərindən birində tapmaq olardı. Bu
qarışıqlıqda şüşə divarların
onlara düşünmək imkanı yaratdığını
zənn edirdilər. Lakin bu gün
İolanda hamı kimi ora-bura qaçırdı. Qebrieli
görən kimi ənənəvi döyüşkən səsi
ilə:
- Qeb!- deyə çığırdı.
İolandanın əynində qəribə bir
bürüncək, gözlərində isə bağa
sağanaqlı eynək vardı. Həmişəki kimi
üzərində Milad bayramında bəzənmiş şam
ağacının bər-bəzəyini xatırladan bir
neçə funt parlaq zinət əşyaları var idi. İolanda xoş təbəssümlə
özünü Qebrilelə çatdırdı.
İolanda
on altı il korporasiyada xəbərlər şöbəsinin redaktoru olmuşdu.
Hamının dostcasına "ana"
adlandırdığı bu üzü çilli polyak
qadın sözün əsl mənasında böyük ailə
anasını xatırladırdı. Sanballı
görünüşü və xoşrəftarlığı
işə qarşı mütləq qəddarlığı
ilə süslənmişdi.
Qebriel bu
xanımla Vaşinqtona gələndən dərhal sonra
qatıldığı "Siyasətdə qadın"
seminarında tanış olmuşdu. Onlar Qebrielin ailəsi, böyük şəhərdə
qadın olmağın çətinlikləri, nəhayət hər
ikisinin kumiri olan Elvis Presli haqqında söhbət edirdilər.
İolanda qızı öz qanadı altına
aldı və ona əlaqələr yaratmaqda kömək etdi.
O vaxtdan Qebriel ayda bir dəfə bir qədər söhbətləşmək
üçün buraya gələrdi.
Möhkəm qucaqlaşdılar. İolandanın
enerjisi və ruh yüksəkliyi onun əhvalını xeyli
yaxşılaşdırdı.
O, diqqətlə
Qebrielə baxdı:
- Elə
bil ki, bu dünyada yüz il
yaşamısan, qız! Sənə nə olub?
Qebriel
pıçıltıya keçdi:
- Mənim
böyük problemlərim var, İolanda.
- Qəribədir,
axı sənin qəhrəmanın zirvələrə yol
alıb.
- Biz
hardasa təklikdə danışa bilərik?
-
Heç də əlverişli vaxtda gəlməmisən, əzizim.
Prezident yarım saatdan sonra mətbuat konfransı
keçirməyə hazırlaşır. Biz isə
məsələnin mahiyyətindən tam xəbərsizik.
Mən ekspertin şərhlərini təmin etməliyəm,
lakin hələ də qaranlıq otaqda ora-bura vurnuxuram.
- Mən
mətbuat konfransının mövzusunu bilirəm.
İolanda eynəklərinin üstündən ümidsizliklə
baxdı.
- Qebriel,
hətta bizim Ağ Evdəki müxbirimiz belə heç nə
bilmir. Demək istəyirsən ki, Sekstonun
komandası eksklüziv informasiyaya malikdir?
- Xeyr, mənim
özümdə eksklüziv informasiya olduğunu demək istəyirəm.
Beş dəqiqə vaxt ayır və mən sənə
hər şeyi danışacağam.
İolanda gözlərini hələ də Qebrielin əlində
tutduğu üzərində Ağ Evin möhürü olan
qırmızı zərfə zillədi.
- Bu ki,
prezident aparatının daxili sənədidir. Bunlar
səndə hardan?
- Bu
gün günorta Marcori Tençlə şəxsi
görüşümdən.
İolandanın üzünün ifadəsi dəyişdi.
-
Ardımca gəl.
Əgər şüşə divarlı kabineti gizli yer
adlandırmaq mümkündürsə, Qebriel rəfiqəsi ilə
narahatçılıqlarını məhz burada
bölüşdü. O, bir anlıq iradəsizliyindən və senatorun
otağında keçirdiyi axşamdan və bütün
bunlardan Tençin xəbəri olduğundan, üstəlik
şəkillərə malik olduğundan danışdı.
(əvvəli
ötən saylarımızda)
DEN BRAUN
Tərcümə edən:
ÜLVİYYƏ
Elm.- 2012.- 30 noyabr.- S.15.