Xəyanət nöqtəsi
56
Nəhəng qaya
parçası buzlağın dik
divarı boyunca sürüşür,
dəhşətli gurultusu ilə həm
qulağı, həm də qəlbi parçalayırdı. Nəhəng
su dalğaları şahə
qalxırdı. Tollandın, Reyçelin və
Korkinin buz üzərinə
enişi o qədər
də yumşaq olmadı.
Qaya
parçası okeanda qərq olmağa başladı və Reyçel
coşqun dalğaların necə sürətlə
böyüdüyünü gördü. Su
aralanır, sanki könülsüz
halda yenicə doğulmuş
aysberqi ağuşuna
alırdı. Yuxarı... yuxarı... və nəhayət, bu baş verdi. Gecənin
kabusu qayıtmışdı. Buz, su, zülmət. İbtidai bir dəhşət
idi.
Buz parçası dərinliyə
qərq oldu və Şimal
Buzlu okeanı quduzcasına insanların
üzərinə atıldı. Bu su burulğanında Reyçel
get-gedə aşağıya doğru necə
irəlilədiklərini hiss etdi. Duzlu suyun zərbələrindən üz dərisi sanki
alışıb yanırdı. Buz
döşəmə ayaqları altından çıxdı və
gellə doldurulmuş kombinezonun
saxladığı Reyçel çapalamağa, tez-tez
tüpürməyə başladı. Yanında
yoldaşları da mübarizə
aparırdılar və görünür,
bir-birlərinə bağlı olmaları hər ikisinə
mane olurdu. Reyçel
canını qurtarmağa macal
tapmamış Tollandın səsini eşitdi:
-
O qalxır!
Həmin andaca
buz parçası güclü
lokomotiv sayağı inildəyərək
dayandı. Sonra isə əks istiqamətdə
hərəkətə başladı. Dərinlikdən qorxunc, zəif sürətli uğultu
eşidilirdi, sanki nəhəng
dəmir örtüyü silkələyirdilər.
Buz parçası
dalğaları köpürdərək yuxarı
qalxırdı. Ətrafda okean nərildəyirdi.
Və buzla insanın üz-üzə gəldiyi
an yetişdi. Reyçel əbəs
yerə tarazlığını qorumağa
çalışırdı. Buz
parçası onun üzərinə milyonlarla qallon duzlu okean suyu
çiləyərək onu hündürə
- havaya tulladı. Suyun
üzərinə çıxan nəhəng qaya
yellənərək tarazlıq axtarır,
atılıb-düşürdü. Su buzdan uzaqlaşaraq güclü sürətlə Reyçeli də öz
arxasınca cəkməyə başladı. Budur,
o artıq buzun lap kənarındadır. Qarnı üzərində
şürüşərək sürətlə yaxınlaşan
buzun sonunu görür.
"Bərk
dur! - qəfildən anasının səsini
eşitdi. Reyçel uşaq vaxtı buzun
altına düşəndə o elə
beləcə qışqırırdı. - Bərk dur! Suyun altına
düşməyi ağlına belə gətirmə!"
Bağlar
sıxır, nəfəs almağa qoymur, ağ ciyərlərdəki
olan-qalan havanı əngəlləyirdi. Buzun kənarından bir
neçə yard məsafədə Reyçel özünü
saxlaya bildi. Yerindəcə fırlanmağa başladı.
Özündən on yard
aralıda Korkini gördü.
Möhkəm iplə Reyçelə
bağlandığından o da dayandı. Su çəkiləndən
sonra Korkinin yanında
daha bir tünd fiqur göründü. Ayaqları və əlləri
üstündə ipdən möhkəm yapışaraq dayanan Maykl Tolland hiddətlə tüpürürdü.
Aysberqin
üzərindəki su qalığı
axıb getdi. Reyçel
dəhşət içərisində okeanın səsini dinləyərək
hərəkətsiz halda
uzanmışdı. Həmin andaca
amansız soyuq onu
yaxaladı. Tez əlləri və
ayaqları üzərində qalxmalı oldu.
Aysberq kokteyl dolu stəkandakı buz
parçası kimi
yırğalanırdı. Əldən düşmüş,
baş verənləri çətinliklə
anlayan Reyçel
yoldaşlarına tərəf süründü.
***
Buzlağın
yüksəkliyində "Delta-1" gecə eynəyi ilə diqqətlə
okeanı gözdən keçirirdi. Su təzəcə yaranmış yastı aysberqin ətrafında paqqıldayırdı.
Suda cəsəd görünmürdü,
lakin bunda qəribə
heç nə yox idi: okean tünddür,
şikarların kombinezonlarının rəngi də
qaradır.
Üzən buz
parçasını gözdən keçirən
"Delta-1" onu güclə fokusda saxlayırdı. O, güclü
axına düşərək tez
uzaqlaşırdı. Artıq istiqamətini dəyişməyə
hazırlaşan "Delta-1" qəflətən buzun üzərində üç
qara nöqtə gördü.
Bu nədir, cəsədlərdir?
O, qara nöqtələri fokusda
saxlamağa çalışdı.
-
Nə isə varmı? - deyə "Delta-2" maraqlandı.
"Delta-1"
eynəklərini düzəldərək susurdu.
Və nəhayət aysberqin tutqun parıltısında o,
buzun üzərində hərəsi bir tərəfə atılmış üç insan fiquru gördü.
Onların sağ, yaxud
ölü olduqları məlum deyildi. Bir də ki, bunun indi
heç bir əhəmiyyəti
yox idi.
Əgər
onlar sağdırlarsa, hətta müdafiə
kombinezonlarında belə bir saatdan artıq tab gətirə
bilməyəcəklər. Onlar
islanıblar, qasırğa başlayır, buz
planetin ən ölümcül
okeanına tərəf sürət götürüb.
Cəsədləri heç kim heç vaxt tapmayacaq.
-
Heç, maraqlı heç
nə yoxdur, sadəcə kölgələrdir,
- "Delta-1" cavab verdi.
- bazaya qayıtmaq vaxtıdır.
57
Senator Secvik Sekston şampan dolu qədəhi
mərmər buxarının üzərinə qoydu,
bir müddət yanan ocağa baxdı, fikirlərini toplamağa
çalışdı. Onunla bu axşamı bölüşən
qonaqların altısı da sakitcə, gərginlik içərisində oturmuşdular. Kübar
söhbət yekunlaşmışdı. İş
görmək vaxtı idi. Senator
Sekston öz mövqeyni açıqlamalı idi.
Siyasət-ticarətdir.
Etimad qazanmaq lazımdır. Sənə inananları
onların problemlərini başa
düşdüyünə inandırmalısan.
-
Yəqin, sizin də bildiyiniz
kimi, - senator üzünü qonaqlara
çevirərək nəhayət ki,
sözünə başladı, son bir neçə ay ərzində
mən sizin mövqeyinizdə olan bir çoxları ilə
görüşmüşəm. - O, sanki
onların üzərində hegemonluğunu
hiss etdi, gülümsəyərək
əyləşdi. - Lakin siz
mənim evimə dəvət etdiyim ilk qonaqlarsınız. Siz
hamınız görkəmli insanlarsınız və bu görüşü mən
özüm üçün
böyük şərəf hesab edirəm.
Sekston əllərini
sinəsi üstündə çarpazlayaraq
sanki fəxri qonaqları tək-tək salamlayırmış
kimi onları nəzərdən keçirdi. Sonra isə bir nömrəli qonağın - kovboy şlyapalı ağırçəkili
şəxsin üzərində cəmlədi.
- "Speys inkorporeyted", Hyuston! - senator təntənəli şəkildə
elan etdi. - Mən sizi salamlayıram.
Texaslı sir-sifətini qırışdırdı:
- Bu şəhərə nifrət
edirəm.
- Sizi qınamıram. Vaşinqton sizə qarşı ədalətsizlik etdi.
Şlyapanın altından kovboyun gözləri parladı. Lakin cavab vermədi.
- İyirmi il
öncə, - Sekston yenidən dilləndi, - siz Birləşmiş Ştatlar hökumətinə
təkliflə müraciət
etmisiniz. Cəmi beş milyard
dollarla kosmik stansiya tikməyə cəhd göstərmisiniz.
- Elədir ki, var. Mən hələ də bütün çertyojları və sənədləri özümdə
saxlayıram.
- Lakin NASA hökuməti kosmik stansiya layihəsi kosmik agentlik tərəfindən
işlənib hazırlanmalıdır.
- Doğrudur. Və NASA on il əvvəl
inşaat işlərinə
başladı.
- Düz on il
əvvəl. Lakin indiyədək,
işləməli olduğu
halda, stansiya işə düşməyib.
Layihə isə iyirmi
dəfə bahalaşıb.
Otaqda səslərin uğultusu otağı bürüdü- sahibkarlar
yekdilliklə razılaşdılar. Sekston əlaqəni yoxlayırmış
kimi yenə də onları nəzərdən keçirdi.
- Mən isə xəbərdaram ki, - hamıya üzünü tutaraq sözünə davam etdi, - sizlərdən
bəziləriniz özəl
çoxistifadəli kosmik
gəmilərin uçuşunu
təklif etmisiniz. Bu halda hər
bir uçuş cəmi əlli milyon dollara başa gələcəkdi.
Yenə hamı razılıqla başını
yellədi.
- Lakin NASA qiyməti otuz səkkiz milyonadək azaldaraq sizin yolunuzu kəsdi. Baxmayaraq ki, bir üçuşun
real qiyməti yüz əlli milyon dollardan artıqdır.
- Bununla onlar bizim
kosmosa gedən yolumuzu bağlayırlar, - qonaqlardan
biri onun sözünü kəsdi.
- Özəl sektor 400
faiz ziyanla kosmik reyslər həyata keçirən şirkətlə heç
cür rəqabət apara və biznesdəki
yerini qoruya bilməz.
- Heç buna cəhd göstərməyə
belə dəyməz,
- Sekston qeyd etdi.
Hamı yenə təsdiq etdi.
Sekston üzünü yanında əyləşmiş
sahibkara tərəf çevirdi. Onun qovluğunu maraqla
araşdırmışdı. Senatorun seçki kampaniyasını
maliyyələşdirən digər bir çox biznesmenlər kimi bu da
bir zamanlar hərbi mühəndis olmuş, lakin sonralar əməkhaqqı
onu qane etmədiyindən, hökumətin
bürokratiya əngəllərindən
bezərək həvəsdən
düşmüşdü. Elə buna görə də vəzifəsini tərk edərək kosmik biznesdə səadət axtarışına
çıxmışdır.
- "Kistler aerospeys", kədərlə başını
bulayan Sekston ona müraciət etdi. - Şirkətiniz iki min dollar müqabilində
bir funt yük daşıya bilən raket layihələşdirmiş və
hazırlamışdır. Özü də NASA-nın bir funta görə
on minlərlə dollar tələb
etməsinin müqabilində.
- Sekston pafosu gücləndirmək məqsədilə
susdu. - Buna baxmayaraq sizin müştəriniz yoxdur.
- Mənim müştərim
hardan olsun ki? - hazırlıqlı
biznesmen dilləndi. - Ötən həftə
NASA rabitə peykinin işini təmin etmək üçün
"Motorola" şirkətindən bir funt yükə
görə cəmi səkkiz yüz iyirmi dollar tələb etməklə bizi "sındırdı". Daha
doğrusu, onlar bu peyki doqquz
yüz faiz ziyanla işə saldılar!
Sekston təsdiq etdi. Vergi ödəyənlər rəqibləri
ilə müqayisədə
on dəfə zəif
işləyən agentliyi
itaətkarcasına maliyyələşdirirdilər.
- Tamamilə aydındır ki, - o, nüfuzedici səslə dilləndi, - kosmosda rəqabəti zəiflətmək üçün
cidd-cəhdlə çalışır.
Agentlik bazar qiymətlərindən
aşağı qiymətlər
təyin etməklə
sadəcə sahibkarları
sıxışdırır.
- Kosmos deyil ki,
"Uol-mart"dır, - kovboy
onun sözünü kəsdi.
Müqayisə Sekstonun xoşuna gəldi. Bunu yadda saxlamaq
və cəbbəxanaya
daxil etmək lazımdır. "Uol-mart" şirkəti yeni bazarlara gülməli qiymətlərə
çıxardığı məhsullarla məhşurlaşmışdı.
Bu yolla o, yerli
sahibkarları sıxışdırmışdı.
- Sem dayının mənim müştərilərimi oğurlaması
üçün milyonlarla
vergi ödəməkdən
lap təngə gəlmişəm!
- deyə texaslı donquldandı.
- Sizi gözəl başa düşürəm,
- həmin
andaca Sekston ona tərəf çevrildi.
- Mənim "Roteri roket" şirkətimi korporativ sponsor çatışmazlığı
məhv edir, - təzə geyimli centlimen dilləndi. - Qanunlar sponsorluğun əleyhinədir- əsl kriminaldır.
- Razıyam, - Sekston fikrini bildirdi.
kicə dəqiqə əvvəl NASA-nın kosmik məkanda monopoliyanı saxlamaq üçün əl atdığı başqa bir vasitə də onu heyrətləndirmişdi.
Agentlik kosmik qurğularda reklam yerləşdirilməsini
yasaqlayan federal qanunların
qəbulunun təşəbbüskarı
olmuşdur. Özəl şirkətlərə
peşəkar avto yarışçıların etdikləri
kimi korporativ sponsorluq və reklam loqotiplərində qazanmağı yasaqlayır,
kosmik gəmilər üzərində yalnız
"ABŞ" abbreviaturasını və şirkətin adını yerləşdirməyə
imkan verir. Yalnız reklama hər il
səksən beş milyon dollar xərclənən
bir ölkədə özəl kosmik şirkətlərin payına
bir dollar belə düşməyib.
- Bu ki soyğunçuluqdur! - qonaqlardan biri
hiddətləndi. - Mənim
şirkətim biznesdə
kifayət qədər
çox qalmaq, gələn ilin mayında isə dəfələrlə istifadə
üçün ilk turist
gəmisi buraxmaq niyyətindədir. Mətbuatda geniş
rezonans yaradacağımıza
ümid edirik.
"Nayk" korporasiyası
embleminin və "Sadəcə bunu et!" devizinin yazılışına görə
bizə yeddi milyonluq sponsor dəstəyi
təklif etdi. "Pepsi" korporasiiyanın təklifi isə ikiqat oldu. Onlar
"Pepsi-yeni nəslin
seçimidir" şüarının
yerləşdirilməsini təklif
edirlər. Lakin federal qanunlara
görə, əgər
gəmidə reklam yerləşdirsək, bizə
onu uçurmağı
qadağan edəcəklər.
(ardı
var)
Den Braun
Tərcümə edən:
ÜLVİYYƏ
Elm.- 2012.- 10 oktyabr.- S.15.