Xəyanət nöqtəsi
-
Mütləq qadağan edəcəklər, - senator
razılaşdı. - Əgər mən hakimiyyətə gəlsəm,
sponsorluğun əleyhinə yönəlmiş bu
biyabırçı qanunun ləğv edilməsinə
çalışacağam. Qətiyyətlə sizi əmin
edirəm ki, yerin hər düymündə olduğu kimi, kosmos
da reklam üçün açıq olacaqdır.
Sekston
hər birinin düz gözlərinə baxaraq dinləyiciləri
diqqətlə süzdü. İndi onun səsi təntənəli
idi.
-
Lakin biz hamımız başa düşməliyik ki, kosmosun
kommersiyalaşmasında ən böyük maneə qanunlar
deyil, əhalinin bu sahəni necə qəbul etməsidir.
Amerikaliların bir çoxu dövlətin kosmik proqramı
haqqında şişirdilmiş romantik təsəvvürlərə
malikdirlər. Onlar hələ də NASA-nı ölkə
üçün zəruri agentlik hesab edirlər.
-
Bunların hamısı miskin Hollivud filmlərinin nəticəsidir!
- biznesmenlərdən biri qəzələ dilləndi. -
Hollivud Yerin qatil-esteroidlərdən xilası haqqında nə
qədər əhvala uydurub? Hamısının da qəhrəmanı
NASA-dır! Təmiz təbliğatdır!
Sekston Hollivudun NASA-nın xeyrinə
atdığı addımların sırf iqtisadi xarakter
daşıdığını başa düşürdü. Tom Kruzun qırıcı təyyarəçi
qolunu ifa etdiyi "Toqan" blokbasteri geniş populyarlıq
qazandıqdan sonra NASA Hollivudun istənilən strukturun
populyarlaşmasında oynayacağı qolu dəyərləndirdi. Bu
film mahiyyət etibarilə əslində hərbi-dəniz
donanmasının və sviasiyanın iki saatlıq reklam
çarxı idi. Agentlik əlavə səs-küysüz,
sakitcə kinostudiyalara özünün poliqon və
meydançalarında - kosmodromlarda, uçuş-eniş
zolaqlarında, uçuşların idarə mərkəzlərində,
təlim mərkəzlərində ödənişsiz istifadə
imkanı yaratdı. Hər yerdə ərazidən istifadəyə
görə böyük qonorarlar ödəməyə adət
etmiş prodyuserlər, "ödənişsiz"
meydançalarda çəkilişlər apararaq milyonlarca pula
qənaət etmək imkanı qazandılar. Təbii ki,
Hollivud bu addımı NASA ssenarini bəyəndikdən sonra
atırdı.
-
Geniş ictimaiyyətin beynini yuyurlar, - aydın Latın
Amerikalı nəcabətli
biznesmen deyindi. - Ölkə əhalisinin filmlərdə
iştirakı daha dəhşətlidir. Yüksək vəzifəli
vətəndaşlardan kimisə kosmosa göndərmək?
Yalnız qadınlıardan ibarət ekipaj toplamaq? Özü də
bunların hamısı ictimai rezonans yaratmaq məqsədilə!
Sekston
köks ötürdü və səsinə kədər
qatdı:
-
Bəli, doğrudur, səksəninci illərdə baş
vermiş həmin hadisədə olduğu kimi. Təhsil
Departamenti müflisləşdi və NASA-nı təhsil
ehtiyaclarını ödəyə biləcək vəsaiti xərcləməkdə
imtina etdi. NASa isə məktəb problemlərinə diqqətini
sübut etmək üçün ictimai fənd işlətdi.
Kosmik agentlik müəlliməni kosmosa göndərdi. - Sekston
dramatik sükut etdi. - Siz hamınız Krista Makolifi
yaxşı xatırlayırsınız.
Otağa
mənalı sükut çökdü.
-
Cənablar, - ayağa qalxan senator buxarının
qarşısında ədəbazlığını davam
etdirdi, - düşnürəm ki, amerikanların bizim
hamımızın ümumi mənafeyi naminə həqiqəti
anlamalarının vaxtı gəlib çatıb. NASA-nın
bizi kosmik zənginliklərə aparmadığını, əslində
kosmosun tədqiqinə və istifadəsinə əngəl
yaratdığını anlamağın vaxtıdır.
Kosmonavtika digər heç bir sənaye sahəsindən
heç nə ilə fərqlənmir; elə bu səbədən
də özəl sektorun burada rolunun azaldılması kriminal səciyyə
daşıyır. Məsələn, kompyuter sənayesini
götürün. Burada inkişaf sürəti o qdər
güclüdür ki, digər sahələr həmişə
ona çatmağa çalışırlar! Bu nə
üçün baş verir?
Ona görə ki, bu sahədə azad bazar və sərbəst
sahibkarlıq sistemi hökm sürür. Bu sahə isə
effektivliyi və uzaqgörənliyi gəlirlə
mükafatlandırır.Kompyuter sahəsinin
bütünlüklə dövlətin əlinə keçəcəyi
təqdirdə nə baş verəcəyini təsəvvür
edin... Yəqin ki, biz hələ də orta əsrlərdə
ləngimiş olardıq. Kosmos məsləsinə gəldikdə
isə, biz yerimizdə sayırıq. Müvafiq şəkildə
onu özəl sektorun tədqiqinə və istifadəsinə
vermək lazımdır. Amerikanlar bu sahənin intensiv
inkişafına, yeni iş yerlərinin yaranmasına təəccüblənəcəklər,
arzularının çin olduqlarını görəcəklər.
Mən qəti şəkildə əminəm
ki, azad sahibkarlğın kosmosun yeni zirvələrinə yol
açmasına imkan yaratmalıyıq. Əgər alnıma
prezident olmaq yazılıbsa, mənim ilk və əsas vəzifələrimdən
biri məhz bu yeni istiqamətin açılması olacaq.
Senator
şampan dolu qədəhi qaldırdı.
-
Dostlarım, buraya mənim sizin diqqət və dəstəyinizə
layiq olub olmadığıma qərar vermək
üçün toplaşmısınız. Ümidvaram
ki, sizi inandıra bildim. İnvestorlar sənaye
şirkətinin yaradılmasında oldquları kimi, yeni
prezident idarəsinin formalaşmasına da lazımdırlar.
İstənilən biznesin səhmdarları
yatırdıqları vəsaitdən dividentlər gözləyirlər.
Siz əd siyasi səhmdarlar kimi öz
kapitalınızdan dividentlər gözləməkdə
haqlısınız. Mənim sizə bu günki
müraciətim sadədir: mənə pul yatırın. Və mən sizi unutmayacağam, tərk etməyəcəyəm.
Heç bir halda, heç bir şəraitdə.
Bizim məramımız, əməlimiz birdir.
Sekston qədəhi
ilə əyləşənlərin hər birni salamladı.
- Sizin köməyinizlə,
dostlarım, mən tezliklə Ağ Evdə olacağam... siz
isə kosmosda ən gizli arzularınıza çata bilərsiniz.
Senator Secvik
Sekstondan on beş fut aralıda, qaranlıq
otaq küncündə onun sadiq assistenti və kpməkçisi
Qebrile Eş dayanmışdı. Qonaq
otağından büllür qədəhlərin xoş
cingiltisi və buxarıdakı ocağın
çırtıltısı eşidilirdi.
58
NASA-nın
habikürəsində cavan mexannik ora-bura vurnuxurdu. Dəhşətli hadisədir! O,
administrator Ekstromu axtarıb tapdı - nəhəng mətuat mərkəzində
son göstərişlərini verirdi.
- Ser, - nəfəsi
kəsilmiş texnik güclə danışırdı, - bədbəxt
hadisə baş verib!
Ekstrom
eşitdiklərini başa düşməyərək
çevrildi:
- Nə dedin? Bədbəx hadisə?
Harada?
- Meteoritin
şaxtasında. Cəsəd indicə üzə
çıxıb. Doktor Ueyli Mİn...
Ekstromun
üzünün ifadəsi itmişdi.
- Doktor Min?
Necə...
- Biz onu
çıxardır, lakin çox gec. Heç
bir şey etmək mümkün deyil. O, ölüb.
- Allah xatirinə!
Orada nə qədər qalıb?
- Zənnimizcə,
təxminən bir saat. Görünür,
ayağı sürüşüb yıxılıb, sonra yenə
suyun üzünə çıxıb.
Ekstomun
onsuz da qırmızı sifəti tündləşdi.
- Lənətə
gələsən! Bu haqda daha kim bilir?
-Heç
kim, ser. Yalnız biz
ikimiz. Biz onu tutduq və qərar gəldik ki, bu haqda ilk
növbədə sizə məlumat verməliyik...
- Doğrudur.
- Ekstrom ağır nəfəs aldı. -Təcili doktor Minin cəsədini harasa gizlədin. Və heç kimə heç nə deməyin.
Görünür,
texnik belə cavab gözləmirdi.
- Lakin, ser, mən...
Ekstrom iri əlini
oğlanın çiyninə qoydu:
- Mənə
diqqətlə qulaq as. Bu bədbəxt hadisədir
və mən buna çox təəssüf edirəm. Bununla bir qədər sonra məşğul
olacağam. İndi yeri deyil.
- Deməli,Tsiz cəsədi gizlətməyini istəyirsiniz?
Ekstromun
şimal gözləri oğlanın təccüblü
baxışlarına dözmədi.
- Özün
fikirləş. Əlbəttə, biz indi bu faciə
haqqında hamıya danışa bilərik! Lakin nəyə
nail olacağıq? Mətbuat konfransına bir
saat qalıb. Bədbəxt hadisə
haqqında xəbər böyük kəşfin üzərinə
kölgə salacaq və hamını məyus edəcək.
Doktor Min səhv, ehtiyyatsızlıq edib və mənim
NASA-nı bunun müqabilini ödəməyə məcbur etmək
niyyətim yoxdur. Müstəqil alimlər
onsuz da diqqəti özlərinə çəkəcəklər.
Onlardan birinin kobud səhvinin bizim zəfərimizin
üzərinə kölgə salmasına imkan vermək olmaz. Mətbuat konfransı bitənədək
doktor Minin ölümü sirr olaraq
qalmalıdır. Başa düşdün?
Oğlan təsdiq
etdi:
- Mən cəsədi
gizləyəcəyəm.
59
Maykl
Tolland ömrünün kifayət qədər böyük
qismini dənizdə keçirmişdi; okeanın insan
qurbanlarını təəssüf və
peşmançılıq çəkmədən qəbul
etdiyini yaxşı bilirdi.
O, indicə
yaranmış aysberqin üzərində taqətdən düşmüş
halda Milna şelf buzlağının uzaqdan görünən
xəyali cizgilərini güclə fərqləndirirdi.
Yelizaveta adalarından burulub gələn güclü arktik axının buzlu
əraziləri böyük halqa ilə əhatə etdiyini və
onları əvvəl-axır
Rusiyanın şimal sahillərinə aparıb
çıxaracağını bilirdi. Lakin bu
perspektivin heç bir əhəmiyyəti yox idi. Axı, bu bir neçə aydan sonra baş verəcəkdi.
Onların cəmi
otuz... bəlkə də qırx beş dəqiqəsi
qalmışdı, artıq yox.
Əgər
gellə doldurulmuş termokombinezonlar olmasaydı, onlar
çoxdan ölmüşdülər. Kombinezonlar heç
islanmamışdılar - bu, şaxtada sağ qalmağın ən
vacib şərtidir. Kostyumların bədənə
belə kip oturmasını təmin edən termal gel təkcə
yıxılma zamanı zərbəni yumşaltmamış, hələ
də onların orqanizmlərindəki cüzi hərarəti
saxlamağa imkan yaratmışdı.
Hər
halda, buna baxmayaraq, tezliklə hipotermiya başlayacaqdı. O əllərin
və ayaqların yüngül keyləşməsindən
başlayacaq - qan həyati əhəmiyyətli orqanları
isitmək üçün onlardan çəkiləcəkdi. Sonra nəbz də, nəfəs də zəiflədiyindən
beynin oksigen aclığı başlayacağından
hallüsinasiyalar, yarısayıqlama halları yaranacaq. Arxasınca bədən hərarəti qoruyub saxlamaq
üçün nəfəs almaqdan və ürək fəaliyyətindən
başqa bütün proseslərdən imtina edərək
sonuncu cəhdə əl atacaq.
Huşsuzluq başlanacaq. Ürəyin fəaliyyətinin dayanması, nəfəsin
kəsilməsi ən son mərhələ olacaq.
Tolland
Reyçelə baxdı. Onu xilas etmək üçün nə edə bilərdi?
Reyçel
Sekstonun get-gedə bütün bədənini bürüyən
keylik onun gözlədiyi dərəcədə də
ağrılı deyildi. Əksinə, bunun xoş olduğunu da demək olardı.
Təbiət özü keyləşdirmənin
qeydinə qalmışdı. Qoruyucu eynəklər
yolda hardasa itmişdi, indi Reyçel gözlərini aça
bilmirdi- soyuq o dərəcədə güclü idi.
Yaxınlıqda
buz üzərində Tollandı və Korkini
görürdü. Tolland təəssüf dolu baxışlarını
ona zilləmişdi. Tolland tərpənirdi,
amma çox ağrıdığı aydın
görünürdü. Qurumuş qan onun
sifətinin sağ tərəfini bütünlüklə
örtmüşdü.
Reyçelin
bədəni soyuqdan şiddətlə titrəyirdi. Lakin beyni eyni şiddətlə
cavab axtarırdı. Kim? Nə
üçün? Daxilən artan gərginliyindən
fikirləri də dolaşırdı. Ona
elə gəlirdi ki, gözəgörünməz bir qüvvənin
yırğalayıb yatırdığı bədəni
get-gedə daşlaşır. Var
gücü ilə yuxu ilə mübarizə aparırdı.
Ürəyində qəzəb parlayırdı
və qız var qüvvəsi ilə onu alovlandırmağa
çalışırdı.
Onları
öldürmək istəyirdilər! Okeanın
qorxunc ənginliyinə baxdı və düşmənlərin
bunun öhdəsindən gəldiklərini anladı. Əslində, onlar artıq ölüdürlər.
Milna buzlağında gedən ölüm oyunu
haqqında həqiqətin tam üzə
çıxacağınadək sağ qala bilməyəcəyini
duyan Reyçel bütün bunların arxasında kimin
dayandığını anladı.
Ekstromun
qələbəsi daha böyük idi. Onların dördünü
də "gəzinti"yə məhz o göndərmişdi.
Onun Pentaqonla, xüsusi təyinatlı qüvvələrlə
əlaqələri vardı. Axı, meteoriti
buzlağa yerləşdirməklə Ekstrom nə əldə
edirdi? Bunun mənası nə idi ki?
Reyçel
Zak Harni haqqında düşündü. Marqlıdır, görəsən,
onun rolu nədən ibarətdir? O kimdir -
iştirakçı, yoxsa hər şeydən bixəbər
piyada? Yəqin ki, Harni heç nə bilmir.
O, günahsızdır. Kosmik agentlik onu oyuna gətirmişdi. NASA-nın kəşfinin elan eilməsinə bir saat
qalmışdı.Və prezident bunu dörd müstəqli
mülki mütəxəssisin baş verənlərin həqiqiliyini
təsdiq etdikləri sənədli filmlə silahlanaraq edəcəkdi.
Dörd
ölü mülki mütəxəssisin.
Reyçel
mətbuat konfransının təxirə salınması
üçün artıq heç nə edə bilməzdi. Lakin özünə söz
vermişdi ki, bu işin arxasında kimin
dayandığından asılı olmayaraq, həmin şəxs
öz cəzasına çatacaq.
Bütün
gücünü toplayaraq oturmağa çalışdı. Elə bil bədəni
qranitə çevrilmişdi, əlləri-ayaqları tərpəndikcə
oynaqları ağrıdan bağırırdı. Reyçel buz üzərində mümkün qədər
möhkəm dayanmağa çalışaraq
yavaş-yavaş dizləri üstünə qalxdı. Başı gicəllənirdi. Ətrafda
etinasız, rəhmsiz okean dalğalanırdı. Yaxınlıqda uzanmış Tolland maraqla onun hərəkətlərini
izləyirdi. Reyçel Tollandın onun bu halını
ibadət kimi qəbul etdiyini anladı. Əlbəttə, o,
qətiyyən bu haqda fikirləşmirdi. Dua
xilas olunmaq üçün eynilə onun indi edəcəkləri
qədər şans verirdi.
(ardı var)
Den Braun
Tərcümə edən: ÜLVİYYƏ
Elm.- 2012.- 30 oktyabr.- S.15.