"LAL
TƏKAMÜL"ÜN ƏKS-SƏDASI
Karib dənizinin dibində,
Meksikanın kurort şəhəri olan Kankun
yaxınlığında dünyanın ən böyük
sualtı bədii muzeyi - Subaquatic
Sculpture Museum
yaradılmışdır. 2010-cu ilin
dekabrında açılışı olan
sualtı muzeyin
2-10 metr dərinliklərdə yerləşən
ekspozisiya meydançalarında təbii
ölçülərdə yaradılmış 400 heykəl yer
almışdır.
"Lal təkamül" adlı bu
layihəni reallaşdırmaq üçün
müəllifə-heykəltəraş Ceyson
Teylora bir il yarım vaxt, üstəlik
120 ton sement, 400 kq silikon, 3.8 min şüşə lif
tələb olunmuşdur. Xoşbəxtlikdən
dayvinq
üzrə təlimatçılıq
bacarığı olan Teylor
su altında 120 saat vaxt keçirməli olub.
Teylor tərəfindən
hazırlanmış xüsusi
texnologiyanın köməyilə nəinki tam
ölçülü fiqurlar
yaratmaq, eyni zamanda, onları quraşdırmaq da mümkün olmuşdur. Hazır heykəllər okeanın
dərinliyinə endirilmiş və okeandaxili cərəyanlar onları tərpətməsin
deyə, ikitonluq səth üzərində
quraşdırılmışdır. Muzey
bir-birindən fərqli yerlərdə (Punta
Nizus, Punta Kankun və Muxeres adası
yaxınlığında) yaradılmış üç
ekspozisiyadan ibarətdir.
Adi muzeylərdə
eksponatların toxunulmazlığını təmin etmək üçün bütün
təhlükəsizlik tədbirlərinin görüldüyü
halda, burada hər şey əksinədir! "Lal
təkamül" daim dəyişəcək.
Britaniyalı heykəltəraş bu
işdə ona mərcanların və dəniz
sakinlərinin "kömək" edəcəklərinə əminliyini
bildirmişdir.
Bəşəriyyətin
ətraf mühitlə olan mürəkkəb
münasibətlərini göstərmək, mərcan rəflərin
zərif ekosistemlərinə insanların diqqətini yönəltmək
layihənin ideyasını təşkil edir.
Sualtı muzeyin heykəlləri isə mərcanların
bitəcəyi və dəniz sakinlərinin
sığınacaqları özünəməxsus süni riflər olacaqdır. Planetimizin sualtı
dünyasının gözəlliyindən zövq
almaq və riflərin təkamülünü
qiymətləndirmək üçün
dayverlər, snorkelinq pərəstişkarları
şüşə qayıqlarda bir-birindən kifayət qədər
məsafədə yerləşmiş heykəllərə tamaşa edə biləcəklər.
Eksponatların "İtirilmiş
ümidlərin kolleksiyaçısı", "Od içində insan",
"Ümidlərin bağbanı" və s.
kimi adları da
onların yüksək bədii dəyərindən xəbər
verir.
Hazırladı: Ülviyyə MƏMMƏDOVA
Elm.-
2012.- 30 oktyabr.- S.16.