Palçıq
vulkanları haqqında nə bilirik?
Akademik İbrahim Quliyev,
AMEA-nın müxbir üzvü
Əkbər Feyzullayev və AMEA Geologiya İnstitutunun
Palçıq vulkanizmi şöbəsinin
rəhbəri, geologiya-mineralogiya elmləri
doktoru, professor Adil Əliyevin "Palçıq vulkanları
haqqında nə bilirik?" kitabı çapdan çıxmışdır.
3 dildə (rus,
ingilis, Azərbaycan) nəşr olunmuş kitabda Azərbaycanın
və digər xarici ölkələrin
palçıq vulkanları, onların əmələ gəlməsi,
səciyyəvi xüsusiyyətləri, təsnifatı, sahəboyu
paylanma qanunauyğunluqları, fəaliyyəti,
püskürmələri, müalicəvi əhəmiyyəti,
püskürmə
məhsullarından istifadəsi, o cümlədən
vulkanların qorunması, onların ekoturizmə cəlb
olunması və s. məsələlər
öz əksini tapmışdır. Nəşrdə
palçıq vulkanizminin fundamental
və təcrübi aspektlərinin geniş
sahələri işıqlandırılır.
Kitab
palçıq vulkanlarının fəaliyyətinin müxtəlif
formalarını əks etdirən fotoşəkillərlə
də zəngindir.
Elm.- 2012.- 21 sentyabr.- S.16.