Azərbaycanın sərbəstyaşayan infuzorları

 

AMEA-nın müxbir üzvü İ.Ələkbərovun "Azərbaycanın sərbəstyaşayan infuzorları" monoqrafiyası çapdan çıxmışdır.

Nəşrdə respublika ərazisinin sərbəstyaşayan infuzorlarının növ tərkibi, morfologiyası və ekoloji xüsusiyyətləri verilmişdir.

Monoqrafiyada müəllif tərəfindən Azərbaycanın şirin su hövzələrində, Xəzər dənizində və torpaqlarda rast gəlinən sərbəstyaşayan infuzorların tədqiqatları üzrə aparılmış 40 illik elmi araşdırmalar ümumiləşdirilmişdir. Nəşrdə su hövzələri üzrə 400, quru ərazilərdə isə 251 infuzor növünün bioloji, ekoloji, zoocoğrafi göstəriciləri və onların praktiki əhəmiyyəti haqqında müfəssəl məlumat verilmişdir.

Monoqrafiyanın elmi redaktoru, akademik U.Ələkbərovdur

 

 

Elm.- 2012.- 21 sentyabr.- S.16.