Professor D.M.Qənbərovun əziz xatirəsinə

 

Ziyalı təfəkkürlü, istedadlı alim Dayandur Mürşüd oğlu Qənbərov 1946-cı il mayın 29-da İmişli rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1963-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş 1968-ci ildə həmin  fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla gənc mütəxəssis kimi Elmlər Akademiyasına göndərilmiş, elmi fəaliyyətlə Qeyri-Üzvi Fiziki Kimya İnstitutunun Quruluş kimyası laboratoriyasında işə başlamışdır.

 

Quruluş kimyası laboratoriyası 1956-ci ildə görkəmli kristallokimyaçı alim Xudu Məmmədov  tərəfindən yaradılmış ömrünün sonuna (1988-ci ilə) qədər bu laboratoriyaya rəhbərlik etmiş, quruluş analizi, quruluş kimyası, məqsədli qeyri-üzvi sintez s. sahələri əhatə edən tanınmış elmi məktəb yaratmış yüksəkixtisaslı kadrlar yetişdirmişdir. AMEA-nın müxbir üzvü X.Məmmədov  dünyasını dəyişdikdən sonra bu laboratoriyaya prof. D.M.Qənbərov rəhbərlik etməyə başlamışdır. O, Xudu Məmmədovun yaratdığı elmi istiqamətlərlə yanaşı bir sıra aktual problemlərin həlli ilə bağlı uğurlu tədqiqatlar aparmağa başlamışdır.

D.M.Qənbərov 1972-ci ildə mürəkkəb xalkogenid tərkibli yarımkeçirici xassəli birləşmələrin sintezi tədqiqi sahəsində "qeyri-üzvi kimya" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. O, dissertasiya işində təbii mineralların sintetik analoqlarının kristallaşma proseslərinin quruluş kimyasını öyrənərək məqsədli qeyri-üzvü sintezin sadə yeni variantının mümkünlüyünü sübut etmişdir. Müəyyən etmişdir ki, "A", "B" "X" elementlərinin kimyəvi kristallokimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii quruluşu saxlamaq ya onu yenisi ilə əvəz etmək mümkündür.

Namizədlik dissertasiyasının müdafiəsi onda elmə olan həvəsi daha da artırmışdır. O, doktorluq mövzusu üzərində genişmiqyaslı tədqiqat işlərinə başlamışdır. Keçmiş Sovetlər Birliyinin müxtəlif elmi mərkəzlərinə tez-tez ezamiyyətlərə gedər, laboratoriyanın elmi əlaqələrini genişləndirərdi.

D.M.Qənbərov 1986-ci ilə Tbilisidə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

O, seolitlərin sintezi quruluş kimyası səhəsində istiqaməti - iri kationlu silikatların, seolitlərin, mürəkkəb xalkogenidlərin, koordinasion "klatrat" birləşmələrin kristallaşma çevrilmə proseslərinin quruluş kimyasının bir sıra müddəalarını işləyib hazırlamışdır.

Keçən əsrin 90-ci illərindən etibarən D.M.Qənbərovun rəhbərliyi ilə bioloji aktiv komplekslərin daha bir ciddi istifadə imkanları aşkar edilmişdir. Bu da onlar əsasında yeni tip "seolitə" "gilə" oxşar klatrat (qoşma) birləşmələrin alınmasından ibarətdir. Sübut edilmişdir ki, bu komplekslərdən yalnız dimer polimer quruluşa malik olanları klatratlar əmələ gətirə bilər. O, klatrat birləşmələrin kristallaşma destruksiya proseslərinin quruluş-kimyəvi əsaslarının yaradılması üçün bir sıra müddəalar müəyyən etmişdir.

Tədqiqatçı-alim seolitlər kristallokimya sahəsində geniş elmi biliyə malik idi. O, nəinki respublikamızda, eyni zamanda yaxın xaricdə tanınırdı.

Professor D.M.Qənbərovun elmi rəhbərliyi ilə 20-yə yaxın namizədlik dissertasiyası müdafiə edilmiş, 4 elmlər doktoru hazırlanmışdır. Onun apardığı elmi tədqiqat işlərinin nəticələri 250-dən çox elmi əsərdə, 10 müəlliflik şəhadətnaməsi 2 patentdə əksini tapmışdır.

D.M.Qənbərov "Strukturnaya ximiya neolitov" adlı monoqrafiyanın iki  "Fiziki kimya" kitabının (dərs vəsaiti) müəllifidir.

Alim 2003-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya üzrə ekspert şurasının üzvü, dəfələrlə Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya fənnindən Dövlət İmtahan Komissiyasının sədri institut elmi şurasının üzvü olmuşdur.

Biz inanırıq ki, laboratoriyanın əməkdaşları onun elmi istiqamətlərini bundan sonra da uğurla inkişaf etdirəcəklər.

D.M.Qənbərov qayğıkeş ailə loboratoriya başçısı, gözəl insan, həmişə ədalətin tərəfində duran ziyalı bir alim idi. O, həyatının müdriklik çağında - 66 yaşında qəflətən bizi tərk etdi.

Alimin əziz xatirəsi onu sevənlərin qəlbində daima yaşayacaqdır.

 

Kimya Problemləri İnstitutunun əməkdaşları adından

 

 

Zöhrab HƏSƏNLİ

 

Elm.- 2012.- 21 sentyabr.- S.12.