Yeni arxeoloji materiallar aşkar edilmişdir
Gədəbəy
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən
Gədəbəyin Cəfərli
kəndinin yaxınlığındakı
Leşkər qalasında
arxeoloji tədqiqatlar zamanı son tunc və erkən dəmir dövrünə
aid arxeoloji maddi mədəniyyət nümunələri
aşkar edilmişdir.
Xocalı-Gədəbəy mədəniyyətinin
ən qiymətli abidələrinə aid olan
siklopik tikililərin
3.500 - 4 min il yaşı olduğu bildirilir. Arxeoloji qazıntılar nəticəsində
tapılan divar qalıqları, məişət
nümunələri o dövrdə
ərazidə sənətkarlığın,
xüsusən dulusçuluq
və toxuculuğun inkişaf etdiyini sübuta yetirir.
Daşkəsən
Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya
və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən
Daşkəsən rayonunda
aparılan tədqiqatlar
başa çatmışdır.
Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov AzərTAc-a bildirmişdir ki, rayonun Xoşbulaq
kəndi ərazisindəki
tunc dövrü və ilk dəmir dövrünə aid kurqanda
aparılan arxeoloji qazıntılarda ilk dəmir
dövrünə aid muncuqlar,
saxsı qablar və digər maddi mədəniyyət nümunələri tapılmışdır.
AzərTAc
Elm.- 2012.- 21 sentyabr.- S.11.