AMEA Elmi İnnovasiyalar Mərkəzinin 2012-ci ildəki fəaliyyəti haqqında

 

Elmi İnnovasiyalar Mərkəzinin (EİM) fəaliyyətinin başlıca istiqamətləri ölkə ərazisində yerinə yetirilən elmi-tədqiqat işlərinin elektron formada qeydiyyatını və təhlilini aparmaq, onların dövlət fondunda toplanması ilə yanaşı, ölkədə elmi-texniki sahədə informasiya resurslarının fondlaşdırılması ilə məşğul olmaq, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan vəzifələr üzrə fəaliyyət göstərmək, dövləti beynəlxalq səviyyədə innovasiya sahəsində təmsil edən qurum kimi bu istiqamətdəki bütün funksiyaları yerinə yetirməkdən ibarətdir. Hesabat dövründə EİM 129 elmi təşkilat və ali məktəbdə yerinə yetirilən 741 Elmi Tədqiqat, Texniki Konstruktor İşlərinin (ETTKİ) qeydiyyatını aparmış və 2273 hesabat sənədi fondlaşdırmışdır. Fonda yığılan ETTKİ-lər və avtoreferatlar əsasında 7 məlumat bazası yaradılmış və onların əsasında "ETTKİ-nin qeydiyyat bülleteni" və "ETTKİ-nin referativ toplusu" nəşr edilmişdir.

EİM-də fəaliyyət göstərən ekspert şurasının üzvləri tərəfindən ölkədə yerinə yetirilən ETTKİ içərisindən 102 innovasiya yönümlü tədqiqat işləri seçilmiş və onların əsasında  "İnnovasiya texnologiyalarının referativ toplusu" hazırlanmış və nəşr edilmişdir.

2012-ci il ərzində EİM-də aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri yerinə yetirilmişdir:

-innovasiya fəaliyyətinin qiymətləndirilməsində məlumat bazalarının ümumi strukturunun formalaşdırılması;

-innovasiya fəaliyyətinin normativ hüquqi, metodoloji  mexanizminin formalaşması və informasiya təminatı;

-sahə innovasiya sisteminin metodoloji bazasının yaradılması və tətbiqi;

-regional innovasiya sisteminin  metodoloji  bazasının yaradılması tətbiqi;

-innovasiya fəaliyyətinin qiymətləndirilməsi.

Respublikanın müəssisə təşkilatlarında innovasiya fəaliyyətinin təşkili, onların iqtisadi sosial aspektlərini xarakterizə edən problemlər proseslər haqqında sistemləşdirilmiş məlumat almaq üçün sosioloji monitorinq keçirilmiş, elmi təşkilatların fəal innovasiya potensialı, səviyyəsi müəyyən edilmişdir. İnnovasiya aktivliyinin qiymətləndirilməsi üzrə YUNESCO standartları, Rusiyanın Ukraynanın bu sahədə aparılan tədqiqatları öyrənilmiş, Azərbaycanda innovasiya aktivliyini əks etdirən sistem göstəricilər müəyyən edilmişdir.

EİM- ETTKİ-nin nəticələrinin kommersiyalaşdırılması üzrə beynəlxalq təcrübə öyrənilib ümumiləşdirilmiş onun nəticələri mərkəzin portalında  yerləşdirilmişdir. EİM-in portalı innovasiya yönümlü iqtisadiyyatın təbliğat maşını olmaqla, innovasiyaların, innovatikanın əsasları üzrə maarifləndirmə ünsiyyət vasitəsi kimi çıxış edir, yerli beynəlxalq informasiya innovasiya tədbirləri haqqında operativ məlumatları, nəşrləri, elmi əsərləri, transfer texnologiyalarını s. özündə cəmləşdirir.

EİM-in əməkdaşları tərəfindən MDB ölkələrinin təcrübəsinə uyğun respublikada ilk dəfə "Regional İnnovasiya Proqramının tərtibatına dair metodiki tövsiyələr" işlənilmiş, kütləvi tirajla çap olunmuş, rayon (şəhər) icra hakimiyyəti orqanlarına göndərilmişdir.

Hesabat dövründə EİM xarici informasiya bazalarına keçid, SCOPUS referativ verilənlər bazasına on_line rejiminə daxil olmaq istiqamətində fəaliyyətini əsaslı şəkildə genişləndirmişdir. London Mühəndis Texnologiyalar İnstitutu ilə bağlanmış müqaviləyə əsasən, EİM dəqiq elmlər üzrə 26 jurnalın referatını onların İNSPEC kataloqlarında yerləşdirmişdir.

EİM görülən işlərin səviyyəsini miqyasını daha da genişləndirmək məqsədi ilə hesabat ilində beynəlxalq əlaqələrini xeyli genişləndirmişdir.

İl ərzində "Azərbaycan Respublikasında qabaqcıl texnologiya innovasiya məlumat bazasının yaradılması milli innovasiya sisteminin hazırlanması Proqramı" üzrə  işlər planauyğun icra edilmiş;

Ukrayna Dövlət Elm, İnnovasiya İnformasiyalaşdırma Məsələləri Agentliyi Belarus Elmi-Texniki Sahənin Sistem Təhlili İnformasiya Təminatı İnstitutu ilə elmi-texniki sahədə innovasiya layihələrinin müştərək işlənilməsi həyata keçirilməsi proqramlarının işində iştirak edilmiş;

Avropa Birliyinin 7-ci çərçivə proqramında "Ağıllı, yaşıl inteqrasiya olunan nəqliyyat " (36 aylıq)  layihəsinin müsabiqəsi keçirilmiş;

"Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyar Mərkəzi Macarıstan Milli İnnovasiyalar İdarəsi arasında elm texnologiyalar sahəsində əməkdaşlıq Proqramı" layihələri işlənib hazırlanmışdır.

Bununla yanaşı, MDB iqtisadi innovasiya sferasında MDB iştirakçı dövlətlərin fəaliyyəti üzrə 11 layihə proqramın məzmunu öyrənilərək onlara müvafiq rəylər hazırlanmışdır.

2012-ci ildə EİM- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən AMEA-ya daxil olan 5, digər nazirliklərdən 30 sənədə rəy təkliflər verilmişdir.

Hesabat dövründə EİM informasiya-innovasiya fəaliyyətinin aktual problemlərinə həsr edilmiş bir sıra respublika beynəlxalq əhəmiyyətli konfrans, seminar forum keçirmişdir. 2012-ci ilin mart ayında "ETTKİ-nin kommersiyalaşdırılması" "Elm texnologiyaların kommersiyalaşdırılması mərkəzinin təşkili idarə edilməsi" mövzusunda yerli beynəlxalq seminarlar keçirilmiş orada nazirliklərin, AMEA-nın elmi müəssisələrinin digər təşkilatlarının 100-dən çox nümayəndəsi iştirak etmiş beynəlxalq seminarda Moskva Kiyev şəhərlərindən dəvət olunmuş tanınmış alimlər çıxış etmişlər.

29-30 may 2012-ci il Elmi İnnovasiyalar Mərkəzində 14 nazirlik təşkilat nümayəndələrinin iştirakı ilə "Azərbaycanda innovasiya infrastrukturunun yaradılması inkişaf etdirilməsi: müasir vəziyyət beynəlxalq təcrübə" mövzusunda forum keçirilmişdir, onun işində Belarus Ukraynadan dəvət olunmuş mütəxəssislər iştirak etmişlər.

13-14 dekabr 2012-ci il tarixdə Gəncə şəhərində Azərbaycan İqtisadçılar İttifaqı, Gəncə Regional Elmi Mərkəzi Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə "Regional innovasiya fəaliyyəti: reallıqlar perspektiv inkişaf " mövzusunda elmi-parktiki konfrans "Regional innovasiya sistemlərinin formalaşması" mövzusunda seminar keçirilmiş fəal iştirakçılara müvafiq sertifikatlar verilmişdir.

Hesabat ilində EİM-in əməkdaşları 10 beynəlxalq konfrans seminarda iştirak edərək məruzələrlə çıxış etmiş, açıq mətbuatda 49 elmi məqalə, konfrans materialı, monoqrafiya,  metodiki tövsiyə proqram (onlardan 25 yaxud 51% xaricdə) nəşr etdirmiş, "İnnovasiya bülleteni"nin dörd sayı çapdan çıxmışdır.

Mərkəz respublikada informasiya təhlili innovasiya fəaliyyətinin idarə edilməsi üzrə mütəxəssislərin hazırlanması məsələlərinə xüsusi diqqət yetirir. Mərkəzdə elmi-pedaqoji fəaliyyətin genişləndirilməsi ilə əlaqədar bu təhsil proseslərinin idarə edilməsi məqsədilə 2012-ci ilin aprel ayında Təhsil-Tədris Mərkəzi yaradılmış, "Müasir şəraitdə informasiya analitik fəaliyyətinin təşkili" üzrə Ukraynanın Əqli Mülkiyyət İnstitutu ilə imzalanan qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında daim fəaliyyət göstərən ixtisasartırma kursları təşkil edilmişdir. Mərkəz Ukraynanın adı çəkilən institutuna "müsahibə yolu ilə" "informasiya təhlili" "innovasiya fəaliyyətinin idarə edilməsi" ixtisasları üzrə ikinci ixtisasa yiyələnmək üçün magistraturaya mütəxəssis göndərmişdir. 2012-ci ildə 6 nəfər həmin ixtisaslar üzrə təhsilini başa vurmuş, digər 6 nəfər isə təhsilini davam etdirmişlər.

EİM hesabat dövründə yüksəkixtisaslı kadrların hazırlanması prosesinə cəlb edilmiş 8 nəfər doktorant dissertant informasiya-innovasiya problemləri üzrə tədqiqatlarını davam etdirmişlər. İl ərzində EİM- aparıcı təşkilat kimi üç dissertasiya işinin müzakirəsi keçirilmişdir.

AMEA Rəyasət Heyəti Elmi İnnovasiyalar Mərkəzinin 2012-ci ildəki fəaliyyəti haqqında hesabatını dinlədikdən müzakirə etdikdən sonra əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi hesabatın təsdiq olunması haqqında qərar qəbul etmişdir.

 

 

Elm.- 2013.- 15 aprel.- S.12.