AMEA Respublika Seysmoloji Xidmət
Mərkəzinin 2012-ci ildəki elmi və elmi-təşkilati
fəaliyyəti haqqında hesabat
"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə bağlı Dövlət
Proqramı"nın təsdiq edilməsi, elmi fəaliyyət
sahəsindəki islahatların aparılmasına əməli
zəmin yaratmışdır. Yer elmləri sahəsində fənlərarası
tədqiqatlar və beynəlxalq əlaqələr çərçivəsində
aparılan elmi-tədqiqat işlərinin inkişaf
tendensiyası müasir dövrün reallığı olaraq
qalmaqdadır.
2012-ci ildə Respublika Seysmoloji Xidmət
Mərkəzi işlərini plan üzrə elmi-istehsalat, Dövlət proqramlarının həyata
keçirilməsi və yeni qanun layihələrinin yerinə
yetirilməsi üzrə aparmışdır.
RSXM-də elmi tədqiqatlar iki istiqaməti
əhatə edir:
- respublika ərazisinin seysmikliyinin, zəlzələlərin
kinematik və dinamik parametrlərinin öyrənilməsi;
- geofiziki (maqnitometriya, qravimetriya) və
geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü
strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi.
Seysmoloji tədqiqatlar 31 telemetrik
"Kinemetrics" (ABŞ istehsalı) stansiyasından ibarət
müşahidə şəbəkəsi əsasında
respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin
paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik
proseslərin dinamikası tədqiq edilir, dərinlik
qırılmalarının aktiv hissələri müəyyənləşdirilir
və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin
intensivliyi qiymətləndirilir. Güclü zəlzələ
ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin
seysmik riski qiymətləndirilir, iri tikinti obyektləri sahələrinin
seysmikliyi tədqiq edilir.
9 geofiziki və
5 geokimyəvi dayaq stansiyalar şəbəkəsi vasitəsilə
geomaqnit sahəsi gərginliyinin, ağırlıq qüvvəsi
və qravitasiya potensialin ikinci törəməsinin
variasiyaları araşdırılır. Respublikanın
seysmoaktiv bölgələrində geokimyəvi sahənin
hidro-, qazo- və radiokimyəvi komponentləri analiz olunur. Bu
işlər seysmogen zonaların deformasiya - gərginlik vəziyyətini
qiymətləndirməyə və geokimyəvi və geofiziki
sahələrdə M?4.0 olan zəlzələdən öncə
anomal xəbərverici effektləri aşkarlamağa imkan verir.
2012-ci ildə RSXM əməkdaşlarının
30 elmi məqaləsi (o cümlədən 10 xaricdə) çap olunmuşdur,
6 beynəlxalq konfransda məruzələrlə iştirak ediblər
(Azərbaycan, RF, Amerika, Türkiyə, Gürcüstan).
2012-ci ildə 2 əməkdaş elmlər doktoru üzrə
doktoranturaya qəbul olunmuş və 2 nəfər fəlsəfə
doktoru diplomunu
almışdır.
2012-ci ildə RSXM-nin əməkdaşları
7 qrantda iştirak ediblər.
Mərkəz 21 ölkənin seysmoloji və
geofiziki institutları ilə elmi əməkdaşlıq edir.
Hesabat dövründə mərkəz 4 ədəd
seysmik stansiya "Kinemetrics", 3 ədəd dəniz dibi
seysmik stansiya "Kinemetrics", 25 ədəd GPS cihazlarla təchiz
olunmuşdur.
2012-ci ildə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin tapşırığı ilə Badamdar
sürüşmə sahəsində seysmoloji, mühəndisi
seysmoloji və geofiziki tədqiqatlar aparmış və
alınan nəticələr AR Nazirlər Kabinetinin işçi qrupuna təqdim
edilmişdir.
2012-ci ildə RSXM-nin əməkdaşları
15 xarici elmi məzuniyyətdə olublar.
RSXM-nin Geologiya İnstitutu ilə birlikdə Seysmik Xidmətin
110 illiyinə həsr olunmuş "Seysmiklik, zəlzələlərin
proqnozu, tikililərin zəlzələyə
davamlılığı" mövzusunda V Beynəlxalq
konfrans keçirilmişdir.
Konfransda dünyanın 21 ölkəsindən nümayəndələr
iştirak etmişdir.
Hesabat dövründə RSXM-də 4
mühüm elmi nəticə alınmışdır (əlavə
).
2012-ci il ərzində 5214 yeraltı təkan
qeydə alınıb. Onlardan 3380 yerli, yaxın və
1834-ü uzaq zəlzələlərdir.
2012-ci ildə baş verən zəlzələlərin
episentrlər xəritəsi qurulmuşdur.
2012-ci il ərzində 50 hiss olunan zəlzələ
qeydə alınmışdır və episentrlər xəritəsi
qurulmuşdur.
2012-ci il ərzində zəlzələlərin
sayı və ayrılmış seysmik enerjinin miqdarı
2011-ci ilə nisbətən yüksək olmuşdur.
2012-ci ildə zəlzələlərin
sayının və ayrılan seysmik enerjinin aylar üzrə
paylanması göstərir ki, may ayında zəlzələlərin
sayı və ayrılan seysmik enerjinin miqdarı daha yüksək
olmuşdur. Bu Zaqatala və Şəkidə baş verən
güclü zəlzələlərlə əlaqədardır.
Oktyabr ayında ayrılan seysmik enerjinin miqdarı daha yüksəkdir.
Bu Balakən və İsmayıllı rayonlarında baş
vermiş güclü zəlzələlərlə əlaqədardır.
Əvvəlki illərdə olduğu
kimi, yüksək seysmikliyi ilə
seçilən Böyük Qafqazın cənub-şərq
yamacı aktiv olaraq qalır. Hesabat ilində ən
güclü seysmik hadisə Zaqatala rayonunda baş vermiş zəlzələlərdir. Bu zəlzələlər Zaqatala,
Balakən, Qax və ətraf ərazilərdə 7-2 bal
intensivlikdə hiss olunmuşdur.
Seysmikliyin məkan üzrə
paylanmasını müəyyən etmək məqsədilə
Zaqatala rayonunda may ayında baş vermiş zəlzələlərin
episentrlər xəritəsi qurulmuşdur.
Hesabat ili ərzində respublikanın
şimal-qərb hissəsində daha bir güclü seysmik
hadisə baş vermişdir. 14 oktyabr saat 10:13:37-də
Zaqataladan 28 km qərbdə Balakən rayonu ilə
Gürcüstan sərhədində maqnitudası ml= 5.6 olan zəlzələ
qeydə alınmışdır. Zəlzələ Balakən
və Zaqatalada 6 bal, Qax, Mingəçevir, Şəki, Şəmkir,
Gəncə, Gədəbəy, Şamaxı, Yevlax və Qəbələdə
5-3 bal intensivliyində hiss olunmuşdur.
Əvvəlki illərdə olduğu
kimi, Şamaxı-İsmayıllı seysmogen zonası aktiv
olaraq qalır. Ocaqların Ş-ŞQ və C-CŞ istiqamətində
miqrasiyası müşahidə olunur.
Şamaxı-İsmayıllı zonasının şimal hissəsi
(Mıxtökən silsiləsi) kimi mərkəzi və cənub
(Ləngəbiz silsiləsi) hissələri
də aktivdir. 2011-ci il ilə müqayisədə ayrılan
seysmik enerjinin miqdarında artım müşahidə olunur.
Hesabat ili ərzində bu zonada ən
güclü zəlzələ oktyabrın 7-də saat 11:42:50-də
İsmayıllıdan 17 km cənub-şərqdə
maqnitudası ml=5.3 (H=41 km) olan zəlzələ baş
vermişdir. Bu zəlzələlərin episentrdə
intensivliyi 12 ballıq cədvəl üzrə J0=5 bala qədər
olmuşdur.
Talış dağlıq bölgəsində
zəlzələlərin sıxlığı episentrlərin
ümumqafqaz və meridional istiqamətdə miqrasiyası
müşahidə olunur. 2012-ci il ərzində Talış
zonasında 3 hiss olunan zəlzələ baş vermişdir.
Bunlar episentrdə 3-4 bal intensiviliyində hiss olunmuşlar.
Hesabat dövründə Kiçik Qafqazın şimal və
orta hissələri qismən aktivləşmişdir. İl ərzində
burada hiss olunan zəlzələ olmasa da, 30 sentyabrda
maqnitudaları ml=3.9 və ml=3.6 olan zəlzələlər
baş vermişdir. Bu zəlzələlər Gəncə
şəhərindən 30 km cənubda Göygöl dövlət
qoruğu ərazisində qeydə alınmışdır.
2011-ci ildən fərqli olaraq, 2011-ci ildə
Naxçıvan ilə Ermənistan sərhədində, Zəngəzur
silsiləsində seysmik aktivlik müşahidə olunur. Bu Zəngəzur
qırılmasının aktivləşməsi ilə əlaqədardır.
Naxçıvan MR-in şimal və qərb hissələrində
zəif seysmiklik müşahidə olunur. Bu zonada baş verən
zəlzələlərin ən yüksək maqnitudası
ml=2.7 olmuşdur.
2011-ci ilə nisbətən hesabat
dövrü ərzində Xəzərin seysmikliyi bir qədər
azalmışdır. Burada Mlmax=4.2 olan zəlzələ
Qızılağac körfəzində baş vermişdir.
Kataloq məlumatları əsasında seysmik
aktivlik xəritəsi tərtib olunmuşdur.
Bu xəritədə 2012-ci ildə aktiv zona kimi Azərbaycanın
şimal-qərb hissəsini, Şamaxı-İsmayıllı
zonasını, Talış zonasını, Kiçik
Qafqazın orta və şimal hissələrini,
Naxçıvan-Ermənistan sərhədini, İranın Azərbaycanla sərhədə
yaxın olan zonasını göstərmək olar.
Yer qabığının gərginlik və
deformasiya sahələrini öyrənmək üçün
zəlzələ ocaqlarının mexanizmlərinin analizi
aparılmışdır. 2012-si il ərzində baş
vermiş zəlzələlərdən 107-nin ocaq mexanizmi
işlənilmişdir. Zəlzələ ocaqlarının
mexanizmlərinin təhlili 31 rəqəmsal stansiyaların P
dalğalarının işarələri əsasında
qurulmuşdur.
Belə ki, Böyük Qafqazın Azərbaycan
sahəsində cənub yamacında üç növ lokal gərginlik
sahələri aşkar olunmuşdur: qırılıbqalxma,
qırılıbdüşmə-yerdəyişmə; soltərəfli
horizontal yerdəyişmə; Orta Kür çökəkliyi
üçün - qırılıbqalxma,
qırılıbdüşmə; Cənubi Xəzərdə
- qırılıbdüşmə, horizontal yerdəyişmə;
Talış zonasında - qırılıbqalxma,
qırılıbdüşmə-yerdəyişmə.
Hesabat ilində
7 may tarixində Zaqatala rayonunda baş vermiş zəlzələnin
ocağında gedən proses (GMT 4:40, Mw=5.6)
qırılıbduşmə-yerdəyişmə, ikinci zəlzələ
isə (GMT 14:15, Mw=5.7) - qırılıbdüşmə
tiplidir.
Hal-hazırda
zəlzələ
ocaq mexanizmlərin qurulması üçün 2 yeni proqram
(MT-moment tenzor, SacWin) üzərində işlənilir.
2012-ci il sentyabrın 20-də Abşeron
yarımadasının cənub-qərbində, Qaradağ
rayonunda yerləşən Lökbatan palçıq
vulkanının növbəti 24-cü püskürməsi
baş vermişdir. Qobu, Nardaran, Qala, Qobustan, Əli-Bayramlı,
Altıağac, Pirqulu və Siyəzən seysmotelemetrik
stansiyaların P-dalğaların ilk gəlmə qiymətlərin
əsasında Lökbatan palçıq vulkanının püskürməsinin 3 aktivləşmə
dövrləri, ocağın dərinliyi, püskürmənin
davamlığı və hər bir püskürmə
zamanı ayrılan enerjisi təyin olunub. Gün ərzində
vulkanın püskürməsi 3 aktivləşmə dövrləri
ilə xarakterizə olunmuşdur.
RSXM-də zəlzələ xəbərverici
meyarlarını müəyyənləşdirmək
məqsədilə müşahidələr aparılır.
Seysmomaqnit effektinin xassəsi, zəlzələ ocağında geodinamik
formalaşma ilə
anomal əlaqələrini dəqiq büruzə
verir.
Geomaqnit sahə gərginliyinin vektor modulu
qradientinin məkan-zaman paylaşmasının analizi, gərgin-deformativ
zonaların vəziyyətinin aşkarlanmasına və
güclü zəlzələlərin baş verəcəyi
zona kimi əhatəyə alınmasına imkan
vermışdir.
2012-ci ildə gərgin-deformativ vəziyyətli
zonalar: Balakən, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı,
Şirvan və Talış (Lənkəran, Astara) (şək.
10, 11) aşkar olunmuşdur.
Hesabat dövrü seysmoloji və maqnitometrik
məlumatların kompleks analizi əsasında Böyük
Qafqazın cənub yamacında, Kür ətrafı və
Talış zonasında proqnozlaşmış seysmik
aktivliyinin inkişaf etməsini təsdiq edir.
2012-ci ildə bütün hiss olunan və güclü zəlzələlər
ehtimalı olan aşkar olunmuş zəlzələ
ocaqların sərhəd hüdudunda baş verib.
Seysmikliyin dərinlik üzrə paylanması və
onun Zaqatala ocaq zonasının seysmogen qırılmalarla əlaqəsinin
nümunəsi təqdim olunmuşdur. Burada
hiposentrlərin Alpaqədərki fundamentin qalxmış
bloklarının maqnitoaktiv maqmatik süxurlarla doymuş yan
hüdudları ilə əlaqəsi aydın izlənir.
Beləliklə, maqnit anomaliyalarının
yer qabığının geodinamikası
və aktiv qırılmalardan mərkəzdən xaricdə, həm
də onların daxilində əlaqələri
aşkarlanmışdır.
Qravimetrik tədqiqatlar mütəmadi
olaraq Şəki-Şamaxı geodinamik poliqonunda qravitasiya
potensialının ikinci tərtib törəmələrinin və
nisbi ağırlıq qüvvəsinin qabarmayan
variasiyalarının təkrar ölçülərinin
aparılmasını və seysmogen zonaların tədqiqini
özündə əks etdirir.
Qravitasiya potensialının ikinci tərtib törəmə
variasiyalarının xarakterik xüsusiyyətlərini Şəki
və Ərməki dayaq məntəqələri üzrə
stansiya ətrafı müşahidələrdə zəlzələlərin
hazırlıq dövrü prosesləri ilə bağlı
QPİT variasiyalarının qeydə alınmasında
müşahidə etmək olar.
Qravitasiya potensialının ikinci tərtib törəmə
variasiyalarının xarakterik xüsusiyyətləri Şəki və Ərməki
dayaq məntəqəsində
2Wxy; Wyz üzrə
QPTİ-nin sahə fluktasiyasının yüksək intensivlikdə
olmasıdır.
Qravitasiya potensialının ikinci tərtib törəmə variasiyalarını
analiz edərkən, Şəki və Ərməki
dayaq məntəqələri üzrə stansiya ətrafı
müşahidələrdə zəlzələlərin
hazırlıq dövrü prosesləri ilə bağlı
QPİT variasiyalarının qeydə alınmasını
görmək olar.
Seymogeokimyəvi tədqiqatların məqsədi Azərbaycanın
seysmoaktiv zonalardakı zəlzələ ocaqlarının
seysmik sahəsinin flüidlərin (yeraltı sular, Xəzər
dənizinin suyu, həllolunmuş qazlar, radioaktiv elementlərin
şüalanması) seysmogeokimyəvi sahələrinə təsirinin
öyrənilməsidir. Stasionar işlər
respublikanın Abşeron, Şamaxı, Şəki, Siyəzən,
Lənkəran rayonlarında yerləşən 5 seysmogeokimyəvi
stansiyada aparılır.
Məlumdur ki, 2012-ci ildə Zaqatala zəlzələsi
(07.05.2012-ci il; ml=5.6; h=18 km) və onun
afterşokları əsas seysmik hadisə olmuşdur.
2012-ci ildə "Azərbaycan flüidlərinin
seysmogeokimyəvi monitorinqinin və Xəzər
dəniz suyunun Məlumat bazası"nın
təhlili zamanı müxtəlif parametrlərin məkan-zaman
variasiyalarında anomal dəyişikliklər müəyyən
edilmişdir.
2012-ci ildə müxtəlif vaxtda seysmogeokimyəvi parametrlərinin anomal
amplitudaları olan Zaqatala zəlzələlərinin baş
verməsi zamanı ayrılan enerji amplitudasının
korrelyasiya faktı çox vacibdir. Əvvəlki
tədqiqatların nəticələrinə əsasən
qanunauyğunluq müəyyən edilmişdir: seysmogeokimyəvi
sahənin anomaliyasının qeydə alınması
vaxtına görə və element-indikatorların
kombinasiyalarında müxtəlif seysmik ocaqları
üçün fərdi seysmogeokimyəvi "potret"i var.
Buna əsaslanaraq Zaqatala zəlzələ ocağının
(07.05.2012-ci il) seysmogeokimyəvi "potret"i, onun
çoxsaylı afterşokları üzrə isə etalon
"potret"i tərtib edilmişdir.
Bundan başqa,
Seysmogeokimya bölməsində
Azərbaycanın Şamaxı və İsmayıllı
seysmogen zonaları üçün 15 il ərzində
əldə olunmuş "Seysmoloji və seysmoflüidgeodinamik
Məlumat bankı"nın kompleks təhlili və
interpretasiyası üzrə iş başa
çatmışdır;
monitorinqin
bütün müşahidə
obyektləri üçün sulfat-ion
(SO4) Şamaxı və İsmayıllı seysmogen zonalarında baş verən zəlzələlərin indikator-xəbərvericisidir;
seysmogeokimyəvi
parametrlərin konkret birləşmələri 5 konkret
seysmomikroblokun (İsmayıllı, Mıxtökən, Mərkəzi
Şamaxı, Şərqi Şamaxı-Marazı, Cənubi
Şamaxı (Quşçu)) birində baş vermiş zəlzələlərin indikator-xəbərvericiləridir;
mıxtökən, Mərkəzi Şamaxı,
Cənubi Şamaxı
(Quşçu) seysmomikrobloklarında
zəlzələ ocaqlarının
məkanda yerləşməsi
3 dərinlik qırılmasının
(Pirsaat, İsmayıllı-Sığırlı,
Girdımançay) kəsişməsi
və Girdımançay
seysmomikroblokunun Quşçu
k.-Şabran-Xəzər dənizi
xətti üzrə şimal-şərqə dönməklə,
davamı ilə yoxlanılır və
2012-2014-cü illərdə bu zolağın seysmikliyinin artırılmasını
bildirir, bu da GPS məlumatları ilə təsdiqlənir.
* * *
AMEA Rəyasət Heyəti Respublika Seysmoloji Xidmət Mərkəzinin
2012-ci ildəki fəaliyyəti
haqqında hesabatını
dinlədikdən və
müzakirə etdikdən
sonra əldə olunmuş mühüm nəticələrin AMEA-nın
illik hesabatına daxil edilməsi və hesabatın təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Elm.- 2013.- 15 aprel.-
S.13.