AMEA Mərkəzi
Elmi Kitabxanası və kitabxana şəbəkəsinin 2012-ci ildəki
elmi və elmi-təşkilati fəaliyyəti haqqında
2012-ci ildə
Mərkəzi Elmi Kitabxananın
elmi tədqiqat fəaliyyəti Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin fərman və
sərəncamlarının, dövlət proqramlarının,
Azərbaycan MEA qərar və sərəncamlarının,
Kitabxananın cari il üçün elmi tədqiqat işləri
planının icrasına istiqamətləndirilmişdir.
2012-ci ildə
MEK-də Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci
il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"nın
Tədbirlər Planında nəzərdə tutulmuş işlər davam etdirilmişdir.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 13 aprel 2010-cu il
tarixli "Mirzə Fətəli Axundzadənin 200 illik
yubileyinin keçirilməsi haqqında", 1 iyun 2010-cu il
tarixli "Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin
keçirilməsi haqqında" sərəncamlarına əsasən
bir sıra tədbirlər həyata keçirilmişdir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin 13 dekabr 2011-ci il tarixli "20 yanvar faciəsinin
22-ci ildönümünün keçirilməsi
haqqında" sərəncamına əsasən
"Qanlı yanvar" mövzusunda fundamental sərgi
keçirilmişdir. Sərgidə 20 yanvar hadisələrinin
mahiyyətini əks etdirən 200-dən çox Azərbaycan
və xarici dillərdə ədəbiyyat, həmçinin
fotoşəkillər, slaydlar, videokadrlar da nümayiş
olunmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2011-ci
il tarixli "Dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin 870 illik yubileyınin keçirilməsi
haqqında", 17 yanvar 2012-ci il tarixli "Xocalı
soyqırımının iyirminci ildönümü
haqqında", 9 fevral 2012-ci il tarixli "Əhməd
Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında",
16 fevral 2012-ci il tarixli "Hüseyn Cavidin 130 illik yubileyinin
keçirilməsi haqqında", 3 aprel 2012-ci il tarixli
"Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi
haqqında" , 9 aprel 2012-ci il tarixli "Şuşa şəhərinin
Ermənistan silahlı qüvvələri tərəfindən
işğalının iyirminci ildönümü
haqqında", 10 aprel 2012-ci il tarixli "Məmməd Səid
Ordubadinin 140 illik yubileyi haqqında" , 13 aprel 2012-ci il
tarixli "Bəhruz Kəngərlinin 120 illik yubileyi
haqqında" , 16 may 2012-ci il tarixli "Mirvarid Dilbazinin 100
illik yubileyinin keçirilməsi haqqında" , 4 iyun 2012-ci
il tarixli "Xəlil Rza Ulutürkün 80 illik yubileyinin
keçirilməsi haqqında", 4 iyun 2012-ci il tarixli "Həsən
bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi
haqqında" sərəncamlarına əsasən bir
sıra tədbirlər keçirilmişdir.
Hesabat ilində elmi-tədqiqat işlərinin
planına əsasən
Kitabxanada 1 istiqamət 2 problem üzrə işlər
aparılıb: "Kitabxanaşünaslığın nəzəri
və təcrübi məsələlərinin elmi təşkili"
və "Biblioqrafiyaşünaslıq: elmin biblioqrafik
informasiya təminatı".
İl ərzində
9 elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzu üzrə 44 işin
müvafiq mərhələləri
yerinə yetirilib.
Kitabxanaya
21 536 nüsxə, o cümlədən 3 934 nüsxə xarici
dillərdə ədəbiyyat daxil olub.
2012-ci ildə
Rusiya EA Təbiət Elmləri üzrə Kitabxanasından
müxtəlif elm sahələri üzrə 157 adda 1 765
nüsxə elmi jurnal daxil olub.
Cari ildə
Azərbaycan MEA-nın şəbəkə
kitabxanalarına 6 586 nüsxə ədəbiyyat daxil
olub.
Kitabxana Azərbaycan
elminin beynəlxalq aləmə inteqrasiyasını daha da
sürətləndirmək məqsədilə xarici ölkələrlə
elmi-mədəni əməkdaşlığın və
mübadilənin fəallaşması və genişlənməsi
üçün çalışıb.
Kitabxana
hazırda dünyanın 69 dövlətinin 585 təşkilatı ilə əlaqə
saxlayaraq ədəbiyyat və informasiya mübadiləsi
aparır. Beynəlxalq kitab mübadiləsi vasitəsilə 2 453 nüsxə ədəbiyyat
alınıb. Eyni zamanda Şərq, Qərbi Avropa və MDB
ölkələrinə 3 507 nüsxə ədəbiyyat
göndərilib.
Müasir
dövrdə dövlətlərarası əməkdaşlıq
kursunu gücləndirmək məqsədilə Kitabxana
müxtəlif beynəlxalq layihələr və tədbirlərdə
iştirak edib.
Cari ilin II
yarısından "Azərbaycanda elm və mədəniyyət"
biblioqrafik kartotekasının elektron versiyasının
hazırlanması işlərinə başlanıb.
Cari ildə
fərdi, kitabxanalararası abonement vasitəsilə, ümumi
oxu zalı, dövri mətbuat zalı, Şərq ədəbiyyatının
oxu zalı, sərgi zalı, "Heydər Əliyev irsinin təbliği"
şöbəsinin oxu zalı, nadir nəşrlər zalı,
doktorantlar evinin oxu zalında oxuculara ənənəvi xidmətlə
yanaşı, elektron xidmət də göstərilib. Kitabxana
dünyanın irihəcmli EBSCO,
İNTAS, İOP (İnstitute of Physics- Fizika İnstitutu), APS
(American Physical Society-Amerika Fizika Cəmiyyəti) informasiya
bazalarından, WEB of knowledge (Bilik şəbəkəsi), ASPB
(Alberta Society of Professional Biologists- professional bioloqların Albert
cəmiyyəti) bazalarının
resurslarından istifadə etməklə oxuculara xidmət
göstərib.
Cari ildə
Kitabxananın 38 708 oxucusu olub, davamiyyət 714 965 olub. Fondun həcmi 2 178 752 nüsxəyə
çatıb, kitab verilişi
853 574 nüsxə olub.
MEK və
AMEA ETM-lərin kitabxanalar şəbəkəsi üzrə
oxucuların ümumi sayı 53 198 nəfər, davamiyyət
719 565, kitab verilişi 976 597
nüsxə ədəbiyyat olub. Fondların ümumi həcmi
3 420 180 nüsxə təşkil edir.
Mərkəzi
Elmi Kitabxanada və onun şəbəkə kitabxanalarında
elmi mövzulara, respublikanın tarixi hadisələrinə, əlamətdar
günlərinə, görkəmli dövlət, elm və mədəniyyət
xadimlərinin, yazıçı və şairlərin yubileylərinə həsr olunmuş konfrans, seminar və
s. tədbirlərlə bağlı
126 sərgi təşkil
edilib.
Kitabxananın
əldə etdiyi uğurlu nəticələrdən biri də
Heydər Əliyev irsinin təbliği istiqamətində
ölkənin regionlarında aşağıdakı
mövzularda tədbirlərin təşkili olmuşdur:
"Heydər Əliyev irsi və Azərbaycanın müasir
inkişafında İlham Əliyev mərhələsi";
"Ürəklərdə yaşayan böyük qurucu",
"Azərbaycançılıq-müstəqil Azərbaycan
dövlətinin əsas ideyasıdır", "Mədəniyyətin
böyük hamisi", "Mədəni irsin keşiyində",
"Zirvədən-zirvəyə və əbədiyyətə"
və b. Bu tədbirlərdə Kitabxananın əməkdaşları
məruzələrlə çıxış etmiş və
virtual görüntülər nümayiş olunmuşdur.
Kitabxanaşünaslığın,
biblioqrafiyaşünaslığın,
kitabşünaslığın nəzəri və təcrübi
məsələlərinin tədqiqi və nəşri istiqamətində
bir sıra işlər aparılmışdır.
Kitabxana-biblioqrafiya
proseslərinin avtomatlaşdırılması istiqamətində
işlər davam edib.
"İRBİS-64"
kitabxana proseslərinin avtomatlaşdırılması sistemi vasitəsilə
AMEA şəbəkə kitabxanalarında elektron kataloqun
yaradılması məqsədi ilə Geologiya İnstitutunda
"İRBİS-64" proqram təminatı yenıləşdirilmiş,
Kibernetika, Torpaqşünaslıq və Aqrokimya, Fəlsəfə,
Sosiologiya və Hüquq, Botanika İnstitutlarında və
"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində
elektron kataloqun yaradılmasının monitorinqi
keçirilmişdir.
Kitabxananın
elektron kataloqunu internet istifadəçilərinə təqdim
etmək məqsədilə "İRBİS-64" VeB-Şlyuz
proqram təminatı quraşdırılmışdır.
Elektron
kitabxananı genişləndirmək, fondlardakı qiymətli
nəşrlərin elektron formatına çevrilməsi məqsədi
ilə kitabların DriveBook DIY kitab skanerində işlənilməsi
və PDF formatına konvert olunması işləri həyata
keçirilib.
Kitabxananın
fondlarından "Azərbaycanın kitab abidələri"
adlı məlumat bazasına 525 adda kitab daxil edilib.
"Azərbaycanın
elm və mədəniyyət xadimləri" seriyasından
şəxsi biblioqrafik göstəricilərin tərtibi
üzrə geniş elmi-tədqiqat işi aparılıb.
Hesabat ilində
Mərkəzi Elmi Kitabxana 14 kitab nəşr edib. Kitabxana əməkdaşlarının
80-dən artıq məqaləsi (onlardan 14-ü xarici ölkələrdə)
çap olunub.
Kitabxananın
Elmi Şurasının 10 iclası keçirilib.
Hesabat ilində
Mərkəzi Elmi Kitabxananın Akademiyanın 32 elmi-tədqiqat
müəssisəsinin kitabxanasına metodik rəhbərliyi
Elmi Şuranın qəbul etdiyi qərarlar əsasında
Kitabxanaşünaslıq və başqa şöbələrin
bilavasitə iştirakı ilə həyata keçirilib.
Kitabxana
"Azərbaycanşünaslığın aktual problemləri"
mövzusunda III beynəlxalq elmi konfrans, "Elektron elm problemləri
üzrə I respublika elmi-praktiki konfrans", "Türk
Şurası Kitabxanaları: mövcud vəziyyət, problemlər
və tövsiyələr" beynəlxalq simpozium (Ankara
şəh., Türkiyə), "Türk mədəniyyəti,
incəsənəti və mədəni irsinin mühafizəsi"
VI beynəlxalq simpoziumda (Milan şəh., İtaliya)
iştirak edib.
Kitabxana
Türkiyənin İstanbul şəhərində keçirilən
XXXI İstanbul Beynəlxalq kitab sərgisində iştirak
etmişdir. Sərgidə Kitabxana tərəfindən Azərbaycan
elminin nailiyyətlərini, Qarabağ həqiqətlərini əks
etdirən ədəbiyyat nümayiş edilib, səfər
zamanı Mərkəzi Elmi Kitabxana və Kuzey Kıprıs
Türk Cümhuriyyəti Milli Kitabxanası arasında birgə
ədəbiyyat və informasiya mübadiləsi sahəsində
əməkdaşlıq haqqında müqavilə
bağlanmışdır.
Mərkəzi
Elmi Kitabxananın fəaliyyətində bir sıra problemlər
də mövcud olmuşdur.
AMEA Rəyasət
Heyəti Mərkəzi Elmi Kitabxananın 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında
hesabatını dinlədikdən və müzakirə etdikdən
sonra əldə olunmuş mühüm nəticələrin
AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın
təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Elm.-
2013.- 15 aprel.- S.14.