Terminologiya
Komissiyasının 2012-ci ildəki
fəaliyyəti haqqında
Müstəqillik
illərində respublikada aparılan uğurlu islahatlar,
quruculuq işləri, yüksək iqtisadi artım, milli
inkişaf konsepsiyasının davamlı həyata keçirilməsi
Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini
şərtləndirmişdir. Elm sahələrinin
inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə
inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin
güclənməsi, elm sahələrində terminoloji
bazanın da inkişafına təsir
göstərmişdir. Bu nəzərə alınaraq, Azərbaycan
dilində işlənən, o cümlədən yeni yaranan
terminlərin toplanması, aprobasiyası və tətbiqinin
sürətləndirilməsi
dildəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini
həyata keçirmək dövrün tələbidir.
Azərbaycan
Respublikasının
Prezidenti İ.Əliyevin
"Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı" haqqında Sərəncamı
dilin inkişafı və tərəqqisi yolunda mühüm mərhələ
kimi qiymətləndirilməlidir. Elmi-texniki tərəqqi,
ictimai-siyasi həyatın inkişafı terminologiyanın fasiləsiz
olaraq dəyişməsini və inkişafını şərtləndirir. Bu nəzərə alınaraq,
"Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında" Azərbaycan
Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli 2236 ¹-li Sərəncamına
uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 26 noyabr
2012-ci il tarixli 277 ¹-li qərarı ilə "Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Terminologiya
Komissiyası haqqında Əsasnamə" və
həmin tarixli 312 ¹-li Sərəncamla "Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Terminologiya
Komissiyasının tərkibi" təsdiq edilmişdir.
Azərbaycan
dilinin qorunması, saflığının təmin olunması
və inkişaf etdirilməsi istiqamətində qarşıda
duran problemlərin həllində Terminologiya Komissiyası
mühüm missiya daşıyır. 2012-ci ildə Terminologiya
Komissiyasında
"İzahlı inşaat terminləri lüğəti"
(tərtibçi Təranə Xəlilova): "İngiliscə-rusca-azərbaycanca
inşaat terminləri lüğəti" (tərtibçilər:
Ş.Həsənov, İ.Bəhərçinov, N.Qaraisayev,
Ş.Xəlilli), "Kütləvi
informasiya vasitələrində
işlənən terminlər lüğəti" (tərtibçi
Afaq İsmayılova), "İngiliscə-azərbaycanca texniki
terminlər lüğəti" (tərtibçilər:
A.Abbasov, N.Həsənov, Ş.Atayeva), "İngiliscə-azərbaycanca ədəbiyyatşünaslıq
terminləri lüğəti" (tərtibçilər:
A.Abbasov, M.Ağayeva), "Logistika terminləri lüğəti"
(tərtibçi A.Qurbanov );
"Korroziya terminlərinin izahlı lüğəti"( tərtibçilər:
t.e. ü.f.d.T.Əhmədov, Q.Abbasov) , "Avtomobil nəqliyyatı
terminləri lüğəti (rusca-azərbaycanca, tərtibçilər:
dosentlər S.Gözəlov, R.Məmmədov,
B.Namazov), "İngiliscə-rusca kimya və neft istehsalı
terminləri lüğəti" (tərtibçilər:
A.Abbasov, N.Əliyeva) müzakirə olunmuşdur. Təkmilləşdirildikdən
sonra bu
lüğətlərin
komissiyanın qərarı ilə nəşrinə icazə
verilmişdir.
Azərbaycan dilində işlənən, o
cümlədən yeni yaranan terminlərin toplanması,
aprobasiyası və tətbiqinin sürətləndirilməsi,
o cümlədən dildəki elmi anlayışların vahid
sistem əsasında təkmilləşdirilməsi
dövrün tələbidir. Xüsusilə, ölkə
iqtisadiyyatında aparılan iqtisadi islahatlar inşaat fəaliyyətinin
inkişaf xüsusiyyətlərinə və terminoloji
bazasına təsirini göstərir, onun fasiləsiz dəyişməsini
tələb edir. Bu baxımdan
"İnşaat terminləri lüğəti (ingiliscə-rusca-azərbaycanca)"
(tərtibçilər: İ.Bəhərçinov, Ş.Həsənov,
N.Qaraisayev, Ş.Xəlilli. Bakı, "Elm", 2012, 442 səh.)
diqqəti cəlb edir.
Hazırkı
dövrdə Azərbaycan Respublikasında
xarici investisiya hesabına icra olunan inşaat işlərinin
miqyasının artması nəticəsində bu işlərdə əsasən
ingilis dilindən alınan
terminlərdən istifadəni nəzərə alaraq, ingiliscə-rusca-azərbaycanca
inşaat terminləri lüğətinin tərtib və nəşr edilməsi zəruri
hesab edilir.
Lüğətdə
ingiliscə 7369 termin və
onların rusca-azərbaycanca
ekvivalentləri verilmişdir.
Təqdim
olunan termin və anlayışlara aid məqalələr əlifba prinsipi ilə (hər terminin adı Azərbaycan,
ingilis və rus dillərində) verilmişdir. Belə yanaşma ədəbiyyatda
rus və ya ingilis dilində rast gəlinən terminlərin Azərbaycan
dilində geniş
izahının əldə edilməsinə kömək
edir. Sistemləşdirmə, tərtibetmə, sözlük
baxımından səciyyəvi olan bu lüğət gələcəkdə
yaranan terminoloji ensiklopediyalar üçün örnək
hesab edilə bilər.
Elmin
bütün sahələrində çalışan tədqiqatçıların
normativ sənədlərin tərtibi zamanı
qarşılaşdıqları çətinlikləri aradan
qaldırmaq, zəruri
ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə
istifadə olunan, elmi bazanı (termin, məfhum
anlayışları əhatə edən) özündə əks
etdirə bilən lüğətlərin ana dilində işlənib
hazırlanması zərurəti yaranmışdır. Bu nəzərə
alınaraq, təqdim olunan Korroziya terminlərinin izahlı
lüğətində korroziya zamanı istifadə olunan terminlər
toplanmış və onların ana dilində izahı
verilmişdir. Son dövrlərdə korroziya prosesinə
qarşı mühafizə tədbirlərinin səmərəliliyinin
artırılması, bu sahədə elmi və eksperimental tədqiqatların,
praktiki təcrübələrin, eləcə də daha
rasional mühafizə üsullarının və
metodlarının işlənməsi ilə bağlı
çoxlu elmi əsərlər və ədəbiyyatlar
çap olunmuşdur ki, bunların da əksəriyyəti rus
və ingilis dillərindədir .
Oxuculara təqdim
edilən, korroziyanın əsas aspektlərini əhatə edən
"Korroziya terminlərinin izahlı lüğəti" məhz
bu zərurətdən tərtib edilmişdir. Korroziya sahəsində
çalışan mütəxəssislər, təhsil alanlar
və korroziyanı öyrənənlər üçün nəzərdə
tutulmuş bu lüğətə 2260 termin və termin-
söz birləşmələri
daxil edilmişdir.
Korroziya
kimyəvi və elektrokimyəvi reaksiyalar nəticəsində
metalın dağılma prosesi olduğundan lüğətdə
korroziya ilə tam və qismən bağlılığı
olan işlək kimya və metallurgiya terminləri, söz birləşmələri
və anlayışları üstünlük təşkil
edir. Lüğətdə neft və qazçıxarma sənayesi
avadanlıqlarının korroziyası və onunla mübarizə
tədbirləri haqqında
izahatlara geniş yer verilməsi isə Azərbaycanda neft və
qazçıxarma sənayesinin geniş inkişafı ilə
bağlıdır.
Lüğətdə
aşağıdakı qanunauyğunluqlar gözlənilmişdir:
terminlərin
Azərbaycan dilində dəqiq, konkret izahı verilmişdir;
terminlər
beynəlmiləl mahiyyətlidirsə, elə həmin terminin
özü də saxlanılmış və izahı
verilmişdir;
dublet
terminlərdən yalnız anlayışın məzmununu daha
dəqiq ifadə edənlər seçilmiş və izah
edilmişdir.
Bunu da qeyd
etmək lazımdır ki, Azərbaycan
dilində elmi fəaliyyətdə istifadə olunan terminlər
ilk dəfə toplanmış və sistemə
salınmışdır.
Terminologiya
Komissiyasında müzakirə olunan Qısa ədəbiyyat
terminləri lüğəti
son dövrlərdə nəşr olunan ədəbiyyatşünaslıq
dərsliklərində işlənən mindən çox termini özündə cəmləşdirir. Lüğətdə hər bir
terminin tərcüməsi , onun qısa izahı,onun ardınca
isə müxtəlif ingilisdilli
ədəbiyyatlardan seçilmiş xüsusi materiallarla tamamlanır. Lüğətin tərtibi
və sistemləşdirilməsi zamanı latın
qrafikasından istifadə edilir
və terminlərin bir çoxu başqa dillərdən
alındığından
onların tələffüzü oxucu
üçün çətinlik
törədir. Bu çətinliyi aradan qaldırmaq
üçün hər bir terminin düzgün tələffüzü
transkripsiyada verilmişdir.
Son illər aviasiya sahəsində sürətlə
gedən inkişaf, elmin yeni sahələrinin, istiqamətlərinin
yaranması, müxtəlif sahələrinin
bir-birinə qovuşması, yeni müasir terminlərin və
anlayışların yaranmasına səbəb olur. Bu baxımdan logistika elmin son nailiyyətlərindəndir.
Bununla bağlı yeni nəzəriyyə və texnologiyaların
inkişafı, tətbiq sahələrinin, həmçinin cəmiyyətdə
istifadə dairəsinin genişliyi onun terminologiyasının
tənzimlənməsini zəruri edir. Cəmiyyətimizin
bütün sahələrini getdikcə daha çox əhatə
edən daşınma axınlarının inkişafı nəticəsində
yeni texnologıyalara ciddi maraq
yaranmışdır. Bununla da logistika elminin yüksək
sürətlə inkişaf etməsi bu sahədə işlənən və yeni meydana çıxan
terminlərin sayının artmasına səbəb
olmuşdur. Logistikanın əsas
aspektlərini əhatə edən lüğət məhz bu zərurətdən
tərtib edilmişdir .Lüğətə 2260 termin və
söz birləşmələri
daxil edilmişdir. Elmin son nailiyyətlərinə əsaslanaraq
bu sahə ilə bağlı yeni yaranan terminlərin
toplanması, onların Azərbaycan dilində
qarşılığının dəqiq və geniş
izahının verilməsi,
lüğətin hazırlanması olduqca çətin
və məsuliyyətli işdir.
Lüğətə bu sahədə müasir biliklər əsasında
formalaşmış terminlər daxil edilmişdir. Əsas məqsəd logistika sahəsində
həm ingilis, rus, həm də Azərbaycan dilində terminlərin geniş əks
olunmasıdır. Lüğətdə logistika elminə dair
anlayışların, terminlərin dilimizdə dəqiq ifadə
edilməsinə və izahların əhatəliyinə ciddi
fikir verilmişdir.
"Kütləvi
informasiya vasitələrində işlənən terminlər
lüğəti (ingiliscə-azərbaycanca, Bakı, 2012, səh.143.)"
də ilk dəfə çap
olunur və burada həmin sahəni
əhatə edən
söz-termin və söz
birləşmələri əks
olunmuşdur. Dövri mətbuatın hazırda kütləvi
surətdə çoxalıb yayıldığı bir vaxtda
bu lüğətə olan ehtiyac daha da artmışdır.
Lüğətdə 6 minə qədər termin
və ifadə verilmişdir.
Lüğətdə
yalnız nominativ halda
verilmiş baş söz və terminlərin transkripsiyası
göstərilmişdir.
Respublikada
nəqliyyat sisteminin, xüsusilə
də avtomobil nəqliyyatının
sürətli inkişafı Azərbaycan dilində
avtomobil nəqliyyatına aid elmi-texniki cəhətdən əsaslandırılmış
vahid terminologiyanın işlənib hazırlanmasına
böyük ehtiyac yaratmışdır.
Təqdim
olunan "Avtomobil nəqliyyatı terminləri lüğəti"
respublikanın müstəqillik dövründə bu sahədə
müəyyən qayda və sistemlilik yaradılması yolunda
ilk təşəbbüsdür. Lüğətdə avtomobil
nəqliyyatında işlənən 9 minə yaxın söz
və söz birləşməsi təqdim olunmuşdur.
Avtomobil nəqliyyatının müasir inkişaf dinamikası
bu sahədə yeni terminlərin daha sürətlə meydana
çıxmasına səbəb olur. Ona görə də lüğətlər daim yeniləşməli
və təkmilləşməlidir.
İngiliscə-azərbaycanca
texniki terminlər lüğətinə (redaktor Ş.Atayeva, tərtibçilər:
A.Abbasov, H.Həsənov, M. Quliyev) elmin, texnikanın və
ümumiyyətlə, istehsalatın müxtəlif sahələrinə,
o cümlədən kimya, fizika, riyaziyyat, elektronika, aviasiya,
avtomatika, kənd təsərrüfatı, dənizçilik,
tikinti, nəqliyyat, rabitə və başqa sahələrə
aid 20000-ə yaxın termin və onların törəmələri daxil edilmişdir. Digər tərəfdən lüğətə
ilk dəfə olaraq (əksər
rus dilində çap olunmuş texniki və politexniki
lüğətlərdən fərqli olaraq) daxil edilmiş
bütün terminlərin Beynəlxalq
fonetik sistemə uyğun fonetik transkripsiyası təmin
edilmişdir.
Terminologiya
Komissiyasının qərarı ilə "Terminologiya məsələləri"
toplusu da 2012-ci ildə yenidən
nəşr olunmuşdur. "Terminologiya məsələləri"
(Bakı, Elm, 2012, ¹1, 220 səh; ¹2, 153 səh.) toplusunda
Terminologiya Komissiyasının qəbul etdiyi terminlər və
terminologiyanın nəzəri məsələləri öz
linqvistik təhlilini tapmışdır.
Terminologiya
Komissiyasının fəaliyyətinin mühüm bir sahəsini
terminlərin kütləvi informasiya vasitələrində, nəşriyyatlarda,
idarə və müəssisələrdə, məktəblərdə
düzgün tətbiqinə nəzarəti təşkil etməkdir.
Komissiyada məktubla müraciət
olunan bir sıra mübahisəli sayılan, müxtəlif
variantlarda işlədilən terminlərin optimal variantı
seçilib müzakirə yolu ilə dəqiqləşdirilmişdir.
Terminologiya Komissiyasının sədr
müavini S.Sadıqova Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının katibliyindən daxil olmuş məlumata əsasən Türk
dillərinin vahid
terminologiyasının yaradılması sahəsində Ekspertlər Komitəsinin
İstanbul şəhərində
16 noyabr 2012-ci il tarixində
ilk iclasında iştirak etmiş, ortaq Terminoloji Kurulun
üzvü seçilmişdir. Bu toplantıda türk dillərinin
ortaq əlifbası qəbul edilmiş və ortaq
terminologiyanın yaradılması prinsipləri müəyyənləşdirilmişdir.
Hazırda
Komissiyada rusca-ingiliscə kimya və neft istehsalı terminləri
lüğətinin təkmilləşdirilməsi
üzərində işlənilir. Bununla belə, Terminologiya
Komissiyasının işində bəzi nöqsanlar da
vardır. Komissiya hələ bəzi zəruri sahələrə
aid terminoloji lüğətlərin (kimya, riyaziyyat) , xüsusən
də tədrislə bağlı terminoloji lüğətlərin
yaradılmasına nail ola bilməmişdir. Mətbuatda, radio və
televiziya verilişlərində, ali və orta məktəb dərsliklərində
termin müxtəlifliyinə yol verilir, bəzən də
müxtəlif dillərdən düşünülmədən
alınmış anlaşılmaz terminlər işlənilir.
AMEA Rəyasət
Heyəti Terminologiya Komissiyasının 2012-ci ildəki fəaliyyəti
haqqında hesabatını dinlədikdən və müzakirə
etdikdən sonra əldə olunmuş mühüm nəticələrin
AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın
təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Elm.-
2013.- 15 aprel.- S.15.