Azərbaycan alimləri akademik Mahmud Kərimov haqqında

 

Akademik  Rasim ƏFƏNDİYEV:

 

"Mahmud müəllim milli mənəvi dəyərlərimizə böyük sayğı ilə yanaşılan bir ailədə - respublikada sənətşünaslıq elminin inkişafında böyük xidmətlər göstərmiş, bir vaxtlar çiyin-çiyinə bir elmi müəssisədə çalışdığımız görkəmli alim, gözəl insan, sədaqətli dost Kərim Kərimovun ailəsində dünyaya göz açmış və bu milli kökə bağlı mühitdə tərbiyə almış, formalaşmışdır. Əslində, elmin çətin və eyni zamanda şərəfli yollarında onun köməyinə ilk çatan da bu ailədə aldığı tərbiyənin və məsləhətlərin böyük rolu olmuşdur. Təsadüfi deyildir ki, o, yalnız ona doğma olan elmi mühitdə  çalışmış, elmin pillələrini addımbaaddım qalxmış və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini daşımaq ona tapşırılmışdır. Bu illər ərzində mən tam səmimiyyətlə deyə bilərəm ki, Mahmud müəllim prezidentlik kimi məsul vəzifənin öhdəsindən bacarıqla gəlmişdir. Akademik Mahmud Kərimov ölkə rəhbərliyinin ona göstərdiyi inamı tam doğrultmuşdur. Bu inamı Mahmud müəllim yüksək mədəni səviyyəsi, insani keyfiyyətləri, mənəvi zənginliyi, hər bir konkret hadisəyə lazımi mövqedən yanaşa bilmək qabiliyyəti sayəsində qazanmışdır".

 

***

 

Akademik Bəkir NƏBİYEV:

 

"AMEA-nın prezidenti kimi Mahmud müəllim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, tariximiz, bütünlükdə mənəviyyatımızla əlaqədar problemlərə həmişə həssaslıqla yanaşır, onların həlli üçün heç vaxt qayğısını əsirgəmir. Nizami adına Ədəbiyyat İnstitutunun, Nəsimi adına Dilçilik İnstitutunun, A.Bakıxanov adına Tarix İnstitutunun, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun, İncəsənət İnstitutunun direktorları, bütünlükdə İctimaiHumanitar Elmlər Bölməsində çalışan aparıcı mütəxəssislər bu münasibətlə Mahmud müəllimdən həmişə razılıq edironu özlərinin Akademiyanın Rəyasət Heyətində mötəbər hamisi hesab edirlər".

 

***

 

Akademik  Budaq BUDAQOV:

 

"Yüksək mədəniyyətə, xoşagələn təvazökarlığa, sadə, lakin məzmunlu insani keyfiyyətlərə malik  olan prezident Mahmud Kərimov onu tanıyanların hörmətini qazanmışdır. AMEA elmimizin zirvəsi olduğu kimi, onun prezidentio zirvəyə layiq olmalıdır və layiqdir".

 

 

Elm.- 2013.- 27 fevral.- S.24.