AMEA Humanitar və İctimai Elmlər Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat

 

Yanvarın 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin böyük akt zalında Humanitar və İctimai Elmlər Bölməsinin 2012-ci il üçün hesabatına həsr olunmuş iclas keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Rəyasət Heyətinin böyük akt zalının foyesində Bölmə institutlarının hesabat ilində əldə etdikləri elmi nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov gündəlikdəki məsələlər barədə məlumat vermişdir.

Sonra AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi,  müxbir üzv Kamal Abdullayev Bölmə institutlarının 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir (Məruzəni diqqətinizə təqdim edirik).

 

2012-ci il Humanitar və İctimai Elmlər Bölməsi (HİEB) üçün olduqca uğurlu hadisələr, faydalı işlərlə zəngin olmuşdur. Lakin təəssüf hissilə qeyd etmək lazımdır ki, Bölmənin fəaliyyətində böyük rolu olmuş Ədəbiyyat İnstitutunun direktoru, Akademiyanın həqiqi üzvü Bəkir Nəbiyev 2012-ci ildə vəfat etmişdir. Bölmənin digər üzvü - AMEA-nın müxbir üzvü,  Folklorşünaslıq üzrə Problem Şurasının sədri Azad Nəbiyev, həmçinin Tarix İnstitutunun əməkdaşı t.ü.e.d. Kamal Əliyev, Ədəbiyyat İnstitutunun baş elmi işçisi fil.ü.e.d. Nazif Qəhrəmanlı, Dilçilik İnstitutunun baş elmi işçisi  fil.ü.e.d Afina Əlizadə də vəfat etmişlər.

2012-ci ildə ETM əməkdaşları Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə bağlı tapşırılmış vəzifələri vaxtında icra etməyə çalışmışlar. Bölmə ETM rəhbərlərinin fəaliyyətlərinin istiqamətləndirilməsində aparıcı rol oynamış, alimlərin elmi fəaliyyətində, xarici ökələrlə əlaqələrin qurulmasında əsas götürülmüş mühüm sənədlərdən biri  Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 04 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı" olmuşdur.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev alimlərə diqqət və qayğı nümunəsi olaraq, tədqiqatların daha da genişləndirilməsi, elmi işçilərin əməyinin səmərəliliyinin artırılması, onların fəaliyyətinin yaxşılaşdırılması, iş şəraitinin dünya standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədilə Bölməyə daxil olan ETM-lərin fəaliyyətinə təsir edəcək önəmli sərəncamlar imzalamışdır.  Bu baxımdan, Tarix İnstitutunun, Arxeologiya və Etnoqrafiya İnstitutunun, Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında imzalanmış sərəncamları xüsusi qeyd etmək lazımdır. Həmin sərəncamlara əsasən, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Tarix İnstitutuna 3 milyon manat, Arxeologiya və Etnoqrafiya və Nəsimi adına Dilçilik institutlarının hər birinə isə 2 milyon manat ayrılmışdır.

Ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar ETM əməkdaşlarının üzərinə böyük öhdəliklər qoymuşdur. 2012-ci ildə bölmə ETM-ləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı 23 sərəncamın, habelə müxtəlif Dövlət proqramlarının icrası ilə əlaqədar nəzərdə tutulan vəzifələrin öhdəsindən uğurla gəlmişlər.

2012-ci il oktyabrın 4-5-də bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan İkinci Beynəlxalq Humanitar Forum keçirilmişdir. 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 700 nəfərin iştirak etdiyi Forum Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilmişdir.

Həmin tədbirdə HİEB-nin akademik-katibi, m.ü. K.Abdullanın təşkilati dəstəyi və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəl.ü.e.d. İ.Məmmədzadənin rəhbərliyi ilə institut əməkdaşları yüksək fəallıq göstərmişlər.

Xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dilinin və dilçiliyinin inkişaf etdirilməsi ilə bağlı ölkə başçısının imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 23 may 2012-ci il tarixli  Sərəncamla 2012-ci il xüsusilə  əlamətdar olmuşdur. Sərəncamın icrası ilə bağlı HİEB əməkdaşları ilə yanaşı, müxtəlif nazirliklərin, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin də nümayəndələrinin daxil olduğu İşçi qrupu tərəfindən Proqram layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadəyə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xətti ilə Dövlət Proqramı  aidiyyəti üzrə müvafiq nazirliklərlə razılaşdırılmış, son tamamlama işləri başa çatdıqdan sonra isə Proqram AR Prezidenti cənab İlham Əliyevə təqdim olunacaqdır.

Bölmə üçün önəmli sərəncamlardan biri də Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı olmuşdur. Yubileyin keçirilməsi ilə bağlı AMEA-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təklifləri nəzərə alınmaqla, tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında qarşıda duran məsələlərdən biri  Azərbaycan Mətbuat Muzeyinin yaradılması olmuşdur. Bununla bağlı, AMEA Rəyasət Heyətinə müraciət olunmuş və Azərbaycan Mətbuat Muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdir.

Humanitar və İctimai Elmlər Bölməsi AMEA-nın sayca ən böyük struktur bölməsidir. Onun nəzdində 14 elmi-tədqiqat müəssisəsi, o cümlədən 3 muzey fəaliyyət göstərir. Hesabat ilində Bölmənin 2 ümumi, 13 büro iclası keçirilmişdir. Bölmə iclaslarında aktual mövzularda məruzələr dinlənilib müzakirə edilmişdir. Bölmə iclaslarında, eyni zamanda 86 elmi-təşkilati, 56 kadr  və 33 cari  məsələyə baxılmışdır. Bölmənin Büro iclaslarında 2 elmi  məruzə: "Etruskologiya və Azərbaycan elmində etrusklar" (fil.ü.e.d. Ç.Qaraşarlı), "Müasir Azərbaycan humanitar elminin konseptual problemlərinə dair" (fəl.ü.e.d., prof. Z.Quluzadə) dinlənilmişdir.

AMEA-nın prezidenti, vitse-prezidenti və akademik-katibinin  dərkənarı ilə Bölməyə daxil olan sənədlərin sayı ötən illə müqayisədə 2 dəfə artmışdır (2011-ci ildə 104 sənəd, 2012-ci ildə 216 sənəd). Onlardan 22-si AR Prezidenti Administrasiyasından, 4-ü AR Nazirlər Kabineti və AR Milli Məclisindən, 22-si AR Xarici İşlər Nazirliyindən, 29-u AR Mədəniyyət və Turizm Nazirliyindən, 22-si digər nazirliklər və dövlət müəssisələrindən, müxtəlif səfirliklərdən, ali təhsil müəssisələrindən, eləcə də müxtəlif təşkilat və şəxslər tərəfindən göndərilmişdir. Bölmədəki elmi-tədqiqat müəssisələrinin köməyi ilə bütün sənədlərə arayışlar, məlumatlar, rəylər hazırlanmış, məktubların hamısına əhatəli, qənaətbəxş cavablar verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında" 18 aprel 2012-ci il tarixli,  2186 ¹-li Sərəncamının  icrası ilə bağlı AMEA-nın Rəyasət Heyətinin qərarı əsasında Arxeologiya və Etnoqrafiya İnstitutunda "Göytəpə Arxeoloji Parkı"nın əsasnaməsi, strukturu və ştat cədvəli hazırlanmışdır.

2012-ci ildə Bölmə üzvləri Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının işinin təşkilində məhsuldar fəaliyyət göstərmişlər. Bölmə üzvlərindən akademik A.Nadirov bu mötəbər şuranın sədr müavini kimi fəaliyyətini davam etdirmişdir. Bölmənin nəzdindəki problem şuralarının sədrləri müxbir üzvlərdən Y.Mahmudov, M.Məlikova, Ş.Muradov, R.Hüseynov, T.Hacıyev, ETM rəhbərlərindən fəl.ü.e.d. İ.Məmmədzadə, fil.ü.e.d. G.Baxşəliyeva, sənət.ü.e.d. Ə.Salamzadə, Ədəbiyyat İnstitutunun baş elmi işçisi fil.ü.e.d. Q.Paşayev illik fəaliyyətlərini Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Əsasnaməsinin tələblərinə uyğun istiqamətdə qurmuşlar.

Hesabat ilində Folklorşünaslıq üzrə Problem şurasının sədri AMEA-nın m.ü. A.Nəbiyev vəfat etdiyi üçün onun yerinə fil.ü.e.d. Q.Paşayev, Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə  Problem Şurasının sədri AMEA-nın müxbir üzvü S.Xəlilov öz xahişi ilə tutduğu vəzifədən azad edildiyi üçün  onun yerinə fəl.ü.e.d. İ.Məmmədzadə şuraya sədr təyin olunmuşdur.

Problem şuralarının iclaslarında respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi tədqiqatların prioritet istiqamətlərinin və mövzularının müəyyənləşdirilməsi, plan işlərinin icra edilməsinin vəziyyəti, doktorantların və dissertantların dissertasiya mövzularının təsdiqi və s. məsələlər müzakirə edilib müvafiq qərar qəbul edilmişdir.

Hesabat ilində Bölmədə 19 elmi istiqamətin 64 problemi üzrə 213 mövzu, 506 iş, 356  mərhələ tamamlanmışdır.  Humanitar elmlər blokuna daxil olan ETM-lər 7 istiqamət, 24 problem, 76 mövzu üzrə fəaliyyət göstərmişlər.

Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları 2 istiqamət ("Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü, tarixi və inkişaf  qanunauyğunluqları", "Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları"), 5 problem, 18 mövzu, 25 iş,  20 mərhələ üzrə iş icra etmişlər.

2012-ci ildə elmi və elmi-təşkilati fəaliyyət sahəsində diqqətəlayiq nailiyyətləri ilə yaşı səksənə çatmış bu qurum əvvəlki dövrlərdə olduğu kimi, hazırda da Azərbaycan ədəbiyyatşünaslığının mərkəzi mövqeyində ləyaqətlə durduğunu, bütövlükdə ölkəmizdə humanitar elmi fikrin inkişafına öz sanballı töhfələrini verdiyini bir daha sübut edir.

Fil.ü.e.d. Q.Paşayevin "Əsərlər"i (7 cilddə, 210 ç.v.), fil.ü.e.d., prof. A.Bayramoğlunun "Sabir Bakıda (şairin həyat və yaradıcılığının Bakı dövrü)", fil.ü.f.d.S.Sadiyevin "Balkan türklərinin ədəbiyyatı", fil.ü.e.d. V.Arzumanlının "Mirzə Fətəli Axundzadə  və Qərbi Avropa ədəbi-nəzəri fikri" monoqrafiyaları nəşr edilmiş, akademik B.Nəbiyevin "Əhməd Cavad", fil.ü.e.d. H.Məmmədzadənin "M.F.Axundzadə və Şərq", fil.ü.f.d. N.Məmmədovun "M.F.Axundzadənin realizmi" monoqrafiyaları yeni redaktədə nəşrə hazırlanmış, fil.ü.e.d. Z.Əsgərlinin "Mirzə Fətəli Axundzadə", fil.ü.e.d. S.Mehdiyevanın "Azərbaycan axundzadəşünaslığı (1970-1980-ci illər)" monoqrafiyaları çapa təqdim olunmuşdur. Qeyd olunan əsərlərin əksəriyyəti, göründüyü kimi, daha çox Prezident sərəncamlarının icrası məqsədilə ərsəyə gəlmişdir.

İlin uğurlu nəşrlərindən biri "Molla Nəsrəddin" (Bakı: Çinar-Çap, 43,5 ç.v.) jurnalının VIII cildinin transliterasiyalı nəşridir.

İnstitutda  "Türk xalqları ədəbiyyatı" məcmuəsinin 3-cü və 4-cü saylarının, "Ədəbi əlaqələr" toplusunun nəşr olunması da əməkdaşların elmi nəşrləri ilə bağlı müvəffəqiyyətlərindəndir.

2012-ci ildə əməkdaşlar plan üzrə daha bir neçə mövzu üzrə işləri tamamlamış və gələcəkdə nəşr üçün nəzərdə tutmuşlar. Tamamlanmış işlər sırasında "Qədim dövr Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişaf xüsusiyyətləri" mövzusu üzrə "Xaqani Şirvaninin "Töhfətül-İraqeyn" əsəri" (fil.ü.e.d., prof. N.Araslı) üzrə tədqiqat işi  bütövlükdə tamamlanmışdır. Eyni zamanda "Azərbaycan divan ədəbiyyatının izahlı lüğəti" (m.ü.Ə.Səfərli) hazırlanmışdır.

"XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatında hekayə (janr tipologiyası və poetik təkamülü)" (20 m.v.) kollektiv işi tamamlanmışdır. "Azərbaycan mühacirət ədəbiyyatı" mövzusuna daxil olan "Teymur Atəşlinin poetik irsi" (toplama, tərtib, araşdırma)" (3 m.v., fil.ü.f.d.N.Cabbarlı) işi tamamlanmışdır.

"Ədəbi-nəzəri fikrin tarixi və metodoloji məsələləri" mövzusu üzrə 2012-ci ildə "Ədəbiyyat nəzəriyyəsi: poetika, estetika, metodologiya" (20 m.v., fil.ü.e.d., prof. N.Şəmsizadə) kollektiv işinin II kitabının hazırlanması başa çatmışdır.

"Azərbaycan ədəbiyyatının beynəlxalq əlaqələri" mövzusu üzrə "Çağdaş Azərbaycan və Avropa ədəbiyyatında milli və bəşəri ideyalar" (icraçı: fil.ü.e.d. A.Feyzullayeva) işi  bütövlükdə tamamlanmışdır.

"Ədəbiyyatşünaslıq" bülleteninin 4 sayı çap edilərək kitabxanaya təqdim edilmişdir.

Əlyazmalar İnstitutunda  "Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin (türkdilli, farsdilli, ərəbdilli əlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin) toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği" istiqaməti, 3 problem, 6 mövzu, 54 iş, 58 mərhələ üzrə elmi-tədqiqat işləri aparılmışdır.

2012-ci ildə Prezident sərəncamlarının icrası məqsədilə institutda bir sıra dəyərli əsərlər araşdırılmış və çap olunmuşdur. Onlardan biri də M.F.Axundzadənin Təbriz naibüs-səltənəsi Mirzə Yusif xanın indiyə kimi məlum olmayan "Yek kəlmə" əsərinə yazdığı cavabının tədqiqata cəlb edilməsidir. Fil.ü.f.d. S.Cabbarlı "Yek kəlmə"nin Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalarından istifadə edərək onu fars dilindən tərcümə etmiş, geniş ön sözlə çap etdirmişdir

M.F.Axundzadənin yubileyi ilə bağlı t.ü.e.d. F.Ələkbərli İ.Zaytsevlə birlikdə Moskvada ədibin kiçik həcmli əsərlər toplusunu çap etdirmişdir.

X.Natəvanın yubileyi ilə bağlı institut əməkdaşları AR Təhsil Nazirliyi ilə birlikdə Natəvanın əsərlərini nəfis şəkildə çap etdirmişlər ("Xurşidbanu Natəvan. Neçin gəlməz", Bakı, "Təhsil", 2012, 160 s.). Kitaba ilk dəfə olaraq Natəvanın institutda saxlanılan "Gül dəftəri" albomundakı bütün rəsmləri, şairənin həyat və yaradıcılığına, rəhbəri olduğu "Məclisi-üns" məclisinə dair maraqlı sənədlər daxil edilmişdir.

Əlyazmalar İnstitutunda saxlanılan "Natəvan Xurşidbanu" əsəri (Əliabbas Müznibin əlyazması)  kitab halında çap etdirilmişdir. Qeyd olunan  əsərin hansı müəllifə məxsusluğu son dövrlərə qədər məlum deyildi.

Həsən bəy Zərdabinin 170 illik yubileyi ilə bağlı fil.ü.e.d.C.Nağıyevanın "Həsən bəy Zərdabi arxivinin təsviri", fil.ü.f.d. E.Cavadovanın "Həsən bəy Zərdabinin etnoqrafik görüşləri" kitabları çap olunmuşdur.

"Azərbaycan və digər İslam Şərqi xalqlarının yazılı-ədəbi abidələrinin tədqiqi və nəşrə hazırlanması" mövzusuna dair  M.M.Xəyalinin "Divan"ı (128 s.), M.H.S.Nigarinin "Nigarnamə"si (408 s.), İbrahim Tahir Musayevin "Əsərləri" (720 s.), fil.ü.f.d.V.Musalının "Azərbaycan təzkirəçiliyi tarixi" (367s.), fil.ü.e.d. P.Kərimovun "XVII əsr anadilli Azərbaycan poeziyası (icmal və portret-oçerklər)" (200 s.), Qulam Məmmədlinin "Təzkirə"si (720 s.) əsərləri nəşr edilmişdir.

Hesabat ilində "Əlyazmalar İnstitutunda saxlanılan fransızdilli materiallar kataloqu" (Bakı, "Elm və təhsil", 2012, 179 s.) çapdan çıxmışdır. Tərtibçi və ön sözün müəllifi S.Əliyevadır.

Əlyazmalar İnstitutunda son illər tarix, tibb, əczaçılıq, musiqişünaslıq, paleoqrafiya və təzkirəçiliyə dair yazılı abidələrin tədqiqinə və nəşrə hazırlanmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə 2012-ci ildə planda nəzərdə tutulan və plandan əlavə bir sıra ciddi elmi işlər aparılmış, qiymətli kitablar nəşrə hazırlanmışdır.

Bununla yanaşı, bir sıra görkəmli mədəniyyət xadimlərinin şəxsi arxivlərinin təsviri,  "Azərbaycanda islam problemlərinə aid əlyazmaların tədqiqi və nəşrə hazırlanması", "Azərbaycan və digər İslam Şərqi xalqlarının tarixinə, elm və mədəniyyət tarixinə aid əlyazmaların, arxeoqrafik sənədlərin, arxiv materiallarının və daşbasma kitablarının tədqiqi və nəşrə hazırlanması" mövzuları yüksək keyfiyyətlə icra olunmuşdur.

Hazırda arxiv və mətbuat materiallarının rəqəmsal surətləri hazırlanır. Ümumilikdə 3 arxiv, 330 saxlama vahidi, 3686 kadr digital disklərə köçürülmüşdür.

Folklor İnstitutunda "Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, tarixi və inkişaf qanunauyğunluqları" istiqamətində 4 problem, 7 mövzu, 57 iş , 51 mərhələ üzərində tədqiqat aparılmışdır.

2012-ci ildə "Mifoloji ana kompleksi" (4 m.v., fil.ü.e.d. F.Gözəlov)  "Mifologiyanın elmi-nəzəri qaynaqları: biblioqrafik sistemləşdirmə təcrübəsi" (4 m.v., fil.ü.e.d. R.Qafarlı) "Azərbaycan əfsanələrinin poetikası" (4 m.v., E.İmaməliyev),"Türk şaman folklorunun arxaik strukturlu obrazları" (4 m.v., fil.ü.e.d. C.Məmmədov), "Azərbaycan folklorunda su kultu" (4 m.v.,e.i. A.Babək) və s. mövzuları üzrə plan işləri tamamlanmışdır.

2012-ci ildə institutda bir sıra dəyərli kitablar ərsəyə gəlmişdir. Bunlardan sən.ü.e.d., prof. R.İmraninin 662 səhifəlik "Muğam fəlsəfəsi" əsərini qeyd etmək olar. Əsər ümummilli lider H.Əliyev və ölkənin birinci xanımı M.Əliyevaya ithaf olunmuşdur. Müəllifin elmi redaktorluğu ilə hazırlanmış saz ifaçısı Çingiz Mehdizadənin "Saz məktəbi" (315 s.) kitabı  da  elmi əhəmiyyəti olan əsərlərdəndir.

2012-ci ilin əvvəlində 5 diskdən ibarət "Aşıq musiqi albomu" aşıq sənətinin tarixi haqda Azərbaycan və ingilis dillərində kitabça ilə bir yerdə 500 tirajla Folklor İnstitutu tərəfindən nəfis şəkildə hazırlanmışdır.

Qarabağ bölgəsindən toplanmış, hazırda unudulmuş və ya ifa olunmayan xalq mahnılarından, təsniflərdən, xalq rəqs nümunələrindən və aşıq havalarından ibarət "Qarabağ folkloru (xalq mahnıları, təsnif və rəqsləri)" albom-disklər (3 diskdən ibarətdir) hazırlanmasını mühüm nəticə kimi qeyd etmək olar. Disklərə Azərbaycan və ingilis dillərində Qarabağın musiqi folkloru haqqında məlumat kitabçası  da əlavə edilmişdir.

AR Mədəniyyət və Turizm Nazirliyinin Masallı rayonunu 2012-ci ilin folklor paytaxtı elan etməsi ilə əlaqədar, institut "Masallı folkloru" toplusunun hazırlanması işinə başlamışdır. Bu məqsədlə 2012-ci ildə həmin rayona folklor nümunələri toplamaq məqsədilə çoxsaylı ezamiyyələr edilmiş, 200-ə yaxın söyləyici ilə ünsiyyət qurulmuş, 30 ç.v. həcmində materiallar toplanmışdır. Kitab halında çapa təqdim olunmuşdur.

"Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" kitabının 38, 39, 40-cı cildləri, "Azərbaycan folkloru antologiyası"nın 23-cü (Naxçıvan örnəkləri) və 25-ci  (Quba örnəkləri) cildləri,  "Azərbaycan folkloru külliyyatı"nın 28-30-cu cildləri, "Qarabağ: folklor da bir tarixdir" (I - III kitab) kimi əsərlərin nəşri folklorşünas alimlərin uğuru kimi qiymətləndirilə bilər.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 2012-ci ildə"Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi"  istiqaməti üzrə 2 problem, 12 mövzu, 18 iş, 15 mərhələ üzərində tədqiqat aparılmışdır.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əsas vəzifəsi Azərbaycan ədəbiyyatı tarixini hərtərəfli öyrənib təbliğ etmək, milli ədəbiyyat nümunələrini toplayıb mühafizə etmək, dünya ədəbiyyatı  tarixində Azərbaycan ədəbi-bədii  irsinin yeri, rolu, əhəmiyyəti ilə insanları tanış etmək, muzeyşünaslığın inkişaf etdirilməsi, elmi tədqiqat və muzeyşünaslıq sahəsində yüksək ixtisaslı gənc kadrlar: doktorant və dissertantlar yetişdirməkdir.

Hesabat ilində Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq XX əsrdə şairə həsr edilmiş ən əhəmiyyətli araşdırmaların bir qismini əhatə edən "Risalə" - araşdırmalar toplusunun 8-ci sayı işıq üzü görmüşdür.

İnstitutun direktoru m.ü. Rafael Hüseynovun gərgin əməyinin nəticəsi olaraq "Şirvan şairləri". "Poets of Shirvan", "Xram slovestnosti", "Sabirin saatı. Clock of Sabir. Vremə Sabira", "İmzamız. Sənət düşüncələri", "Söz heykəli", "Hamısı ulduz. Musiqi tariximizin səhifələri" kimi kitabları ərsəyə gəlmişdir.

Muzeydə Azərbaycanın rusdilli şair və yazıçılarının kataloqu hazırlanmışdır.  Kataloqa V.Qafarov, M.Vəkilov, Ç.Abdullayev, A.Axundova, N.Rəsulzadə, İ.Tretyakov və s. (ümumilikdə 25-ə yaxın rusdilli yazarın) haqqında məlumat əlavə olunmuşdur.

Fondun "Əlyazmalar" bölməsinin yenidən qurulması istiqamətində işlər davam etdirilmiş, Bölmənin 2 inventar kitabı yenidən işlənmiş, latın qrafikasına keçirilmişdir.

Hesabat ilində muzeyin fondu və ekspozisiyasında qorunan, sərgilənən tətbiqi sənət nümunələrinin təsvirli və izahlı kataloqu (3 ç.v.)  hazırlanmış,

"Azərbaycan muzeyşünaslığı" adlı izahlı biblioqrafiya (15 ç.v.) üzərində iş başa çatmışdır.1940-2011-ci illər dövrünü əhatə edən əsərdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyi,  Milli Azərbaycan Tarixi Muzeyi, R.Mustafayev adına İncəsənət Muzeyi, C.Cabbarlı adına Teatr Muzeyi, Musiqi Mədəniyyəti Muzeyi, Bakı şəhərində və bölgələrdə yerləşən ev muzeylərinin tarixi, elmi-kütləvi fəaliyyətləri, fond və sərgi işlərinin izahlı biblioqrafiyası verilmişdir. Eləcə də "Şərq" tərcümə toplusunun IX sayı, H.Cavidin  "Azər" poemasının illüstrasiyalı və şərhli nəşri (5 ç.v.), H.Cavidin "Azər" poeması çapa hazırlanmışdır.

Hüseyn Cavidin Ev Muzeyində 2012-ci il üçün elmi-tədqiqat işlərinin planına əsasən "Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü, tarixi və inkişaf  qanunauyğunluqları" istiqaməti üzrə 2 problem, 10 mövzu, 22 iş üzərində tədqiqat aparılmışdır.

2012-ci il elmi-tədqiqat işləri planına əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği sahəsində bir çox işlər görülmüşdür. Hazırda muzeyin fondunda 10302 eksponat mühafizə olunur və onlardan 1187 eksponat ekspozisiyada sərgilənir. Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyinin və Bakı Slavyan Universitetinin birgə layihəsi ilə H.Cavidin "Şeyda" əsəri 11 dilə (türk, rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan) tərcümə edilmişdir. Kitaba əsərin tərcümə edildiyi hər bir dildə ön söz yazılmışdır. Kitabın hələlik 4 cildi işıq üzü görmüşdür. Digər cildlər çapa təqdim edilmişdir.

Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusunun 10 cildi hazırlanmış və çap edilmişdir.

"Sözləri Hüseyn Cavidindir" mahnı albomu hazırlanmış və çap edilmişdir. Alboma Hüseyn Cavidin sözlərinə yazılmış 20 mahnı daxil edilmişdir.

"Hüseyn Cavid: Həyat və sənət yolu" biblioqrafik və veblioqrafik göstərici çap edilmişdir.

Ərtoğrol Cavid haqqında yazılan məqalələr və sənədlər toplanmış və elektron varianta salınmışdır.

Hesabat ilində muzeyin fonduna Ətroğrol Cavidin hərbi xidmətdən müəllimi Üzeyir Hacıbəyova yazdığı 2 əlyazması, Turan Cavidə məxsus 43 xatirə əşyası, Hüseyn Cavidin obrazı canlandırılmış 3 sənətkarlıq nümunəsi (əl işi) daxil edilmiş, fond qaydalarına uyğun pasportlaşdırılmış və elmi təsviri verilmişdir.

Turan Cavidin əlyazmaları izahlı kataloq üçün sistemləşdirilmiş və çapa hazırlanmışdır.

Hüseyn Cavidin Ev Muzeyi Hüseyn Cavidin və ümumiyyətlə, cavidlər ailəsinin həyat və yaradıcılığını əks etdirən təqvim hazırlamışdır. Təqvimin tərtibatı olduqca maraqlıdır. Belə ki, təqvimdə cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar və onların izahı öz əksini tapmışdır. Təqvimin ikinci səhifəsində H.Cavidin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmişdir. Təqvimin hər bir səhifəsində Hüseyn Cavidin əsərlərindən parçalar verilmişdir.

Nəsimi adına Dilçilik İnstitutunun on şöbəsində  "Azərbaycan  dilinin qaynaqları və inkişaf tarixi" istiqaməti, 6 problem, 14 mövzu, 24 iş, 1 mərhələ üzrə elmi-tədqiqat işləri aparılmışdır.

Nəsimi adına Dilçilik İnstitutu dövlət dili kimi fəaliyyət dairəsi günbəgün genişlənən Azərbaycan dili və bütövlükdə dilçiliklə bağlı kompleks elmi tədqiqatları özündə birləşdirir. Oturuşmuş elmi ənənələri olan, yaxın və uzaq xaricdə yaxşı tanınan Dilçilik İnstitutunda Azərbaycan ədəbi dili, Azərbaycan dilinin tarixi, dialekt və şivələri, nitq mədəniyyəti, terminologiya, Azərbaycanda yaşayan azsaylı xalqların dilləri və onların Azərbaycan dili ilə qarşılıqlı əlaqələri, türk dilləri, nəzəri və tətbiqi dilçilik problemləri tədqiq edilir və çeşidli lüğətlər tərtib edilir.

2006-2012-ci illərdə Türk dilləri şöbəsinin kollektivi tərəfindən icra edilmiş "Türk dillərinin fonetika, qrammatika, leksika və frazeologiyası, onun psixolinqvistik məsələlərinin tədqiqi" mövzusu  institutun mühüm nəticələrindəndir. Tədqiqat işində türk dillərinin fonetika, qrammatika, leksika və frazeologiyası məsələləri tədqiq olunur. Fonetika və qrammatika hissəsində türk dillərinin fonetik quruluşu, fonetik tərkibi, səs keçidlərinin qanunauyğunluqları, ahəng qanunu və fonetik hadisələr, ayrı-ayrı morfoloji və sintaktik kateqoriyalar tarixi-müqayisəli aspektdə araşdırılmış, söz köklərinin etimoloji təhlili aparılmış, dilin bütün qatlarına nüfuz edən söz yaradıcılığı prosesi tədqiq edilmişdir.

Osmanlı qaynaqları Tarix və Şərqşünaslıq institutlarında olduğu kimi, Dilçilik İnstitutunda da tədqiqata cəlb edilmişdir. "XVI-XVIII əsrlər osmanlı qaynaqlarında Azərbaycan onomastik vahidlərinin linqvistik təhlili" adlı işin də (icraçı: kollektiv, 20 m.v.) XVI-XVIII  əsrlər osmanlı qaynaqlarının  Azərbaycan tarixi, etnoqrafiyası və dilçiliyi ilə bağlı maraqlı faktlarla zəngin olan etibarlı mənbələrdən olması sübut edilmişdir.

Ötən illərdə olduğu kimi, bu il də əməkdaşların dialektoloji fəaliyyətləri davam etdirilmişdir. Prezident sərəncamında qoyulan tələblərin icrası məqsədilə dilimizin butün dialekt və şivələri ilə yanaşı, İraq ərazisində, Gürcüstan Respublikasında, Dağıstan və Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların dil xüsusiyyətləri əsasında "Azərbaycan dili dialekt və şivələrinin leksikası (etnolinqvistik təhlil və ümumiləşdirmə)" mövzusu üzrə 16 m.v. həcmində "Azərbaycan dili dialekt və şivələrinin terminoloji leksikası (etnolinqvistik təhlil və ümumiləşdirmə)" adlı iş (icraçı:  Dialektologiya şöbəsinin kollektivi) yerinə yetirilmişdir.

Lüğətlərin hazırlanması sahəsində institutda gedən ənənəvi işlər bu il də davam etmişdir. "İkidilli tərcümə lüğətlərinin tərtibi" mövzusu üzrə bu il "Azərbaycanca-latınca lüğət" tərtib edilmişdir (icraçı: Lüğətçilik şöbəsinin kollektivi). Lüğət 12000-dən artıq söz və ifadəni əhatə edir. Bu lüğət qədim dillərdən olan latın dilini öyrənmək istəyən azərbaycanlılara kömək məqsədi ilə tərtib olunmuşdur. Lüğətdə elmi terminlər (bu gün latın dili ölü dillər sırasında olsa da, əksər elm sahələrində, tibdə, siyasətdə və s.) daha çox üstünlük təşkil edir. Eyni zamanda ümumişlək sözlər və dövrü üçün tarixi həqiqətləri özündə cəmləşdirən söz və ifadələr bu lüğətin sözlüyünə daxil edilmişdir. 16 m.v. həcmində olan iş tamamlanmışdır.

Dil haqqında ölkə Prezidentinin Sərəncamından irəli gələn "Azərbaycan dilinin internet məkanında işlənməsinin tətbiqi-linqvistik problemləri" mövzusunda "Azərbaycan dili üçün paralel ikidilli və çoxdilli mətn korpuslarının yaradılması" adlı iş də (icraçı: t.ü.f.d.. Ə.Fətullayev) institutun nailiyyətlərindəndir.

Hesabat ilində institutun uğurları nəşrləri sırasında fil.ü.e.d.Məhəbbət Mirzəliyevanın gərgin əməyi nəticəsində ərsəyə gəlmiş  V.Aslanovun "Azərbaycan dilinin tarixinə dair tədqiqlər" (3 cilddə. III c., Bakı, "Nurlan", 2012, 182 s.), fil.ü.e.d., prof. F.Veysəlli, S. Mustafayevanın tərcüməsində S.Potterin "Dilimiz" (Bakı, "Elm və təhsil", 2012, 224 s.) əsərlərini qeyd etmək olar.

2012-ci ildə beynəlxalq miqyaslı "Türkologiya" jurnalının da 2 sayı dərc olunmuşdur.

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları baş plana uyğun olaraq  2012-ci ildə  "Azərbaycanın mədəniyyətinin (musiqi, memarlıq, rəssamlıq, heykəltəraşlıq, teatr, kino, dekorativ və tətbiqi sənət) tarixi və onun çağdaş dünya bədii mədəniyyətində yeri" istiqaməti üzrə 2 problem, 9 mövzu, 64 iş və 64 mərhələ üzərində çalışmışdır.

Aparılan tədqiqatlarda "Azərbaycan və islam memarlıq irsi", "Azərbaycanın musiqi tarixi, səhnə (teatr, estrada, sirk) və ekran (kino, televiziya) sənətinin tarixi və nəzəri  problemləri", "Azərbaycan dekorativ-tətbiqi sənətinin tarixi dünya incəsənəti kontekstində araşdırılmış", "Azərbaycan təsviri sənəti və heraldikası türkoloji sənətşünaslıq kontekstində", "Dizaynda standart və eyniyyət problemləri", "Müqayisəli sənətşünaslıq", "Azərbaycan qeyri-maddi irs tarix və müasirlik kontekstində" mövzuları əsasında işlər görülmüşdür.

Hesabat dövründə s.ü.f.d. S.Bağırova YUNESKO üçün "Azərbaycan tarı" adlı faylının hazırlanması üzrə işlər aparmış və YUNESKO xətti ilə aşağıdakı diskləri tərtib etmişdir:

 

1.CD "Nazaket Teymurova. Mugham. Traditional music of Azerbaijan" kompakt diskin və bukletin buraxılması /"Azərbaycanın ənənəvi musiqisi" silsiləsindən 2-ci disk/, "Felmay", fy 8184 /ingilis, fransız və Azərbaycan dillərində/.

2. CD "Caravan of mugham melodies" . Traditional music of Azerbaijan" kompakt diskin və bukletin buraxılması /"Azərbaycanın ənənəvi musiqisi" silsiləsindən 3-cü disk/, "Felmay", fy 8196 /ingilis, fransız və Azərbaycan dillərində/.

3. CD "Ramiz Guliyev. Dialogues with the tar" /"Felmay" /ingilis, fransız və Azərbaycan dillərində/

2012-ci ildə institutda görülmüş işlərin nəticəsi olaraq bir sıra dəyərli əsərlər çap olunmuşdur. Onların sırasına m.ü. Z.Səfərova "Azərbaycan musiqi tarixi" (592 s), "Dedim, dedilər" ( Məqalələr toplusu.  268 s.), sən.ü.e.d.K. Əliyeva "Ornament tarixi"( I hissə. Dərslik. B., 183 s.), m.ü.f.d. R.Əliyeva "Zaqatalanın tarixi memarlıq irsi"(128 s.), sən.ü.f.d. E. Əliyev "Dizayn: paradiqma və forma" (152 s.), sən.ü.f.d.Q.Əlilicanzadə "Milli estrada sənətinin yaranması və tarixindən (Qədim və erkən orta əsrlər dövrü)" (192 s.), sən.ü.f.d. T.Əfəndiyev "Azərbaycanın xatirə plastikası (albom)"(52 s.), m.ü.f.d. R.Əfəndizadə "XIX əsrin sonu - XXI əsrin əvvəli Azərbaycan memarlığı" (Azərbaycan və ingilis dillərində)" (492 s.), m.ü.f.d. N.Cavanşir "Azərbaycan memarlığında bədii metal" (228 s.), sən.ü.f.d. İ.Qazızadə "Azərbaycan işçi teatrı (1921-1932-ci illər)"(160 s.), sən.ü.f.d. V.Qafarlı "Azərbaycan teatrının janr poetikası" (160 s.), A.Bağırov "Azərbaycan kinosu kino mədəniyyəti kontekstində" (144 s.), sən.ü.f.d. İ.Hacıyev "Şərq miniatür sənətinin kompozisiya quruluşunda forma və üslub xüsusiyyətləri" (90 s.) kitabları daxildir.

Beləliklə, nəzərdən keçirilən tədqiqatların daxil olduğu istiqamətlərin 5 problemi, 18 mövzusu, 25 işi    Ədəbiyyat İnstitutunun, 3 problemi, 6 mövzusu, 54 işi Əlyazmalar İnstitutunun, 4 problemi, 7 mövzusu, 57 işi  Folklor İnstitutunun, 2 problemi, 12 mövzusu, 18 işi, 15 mərhələsi Milli Azərbaycan Ədəbiyyatı  Muzeyinin, 2 problemi, 10 mövzusu, 22 işi H.Cavidin Ev Muzeyinin, 6 problem, 14 mövzu, 24 işi, - Nəsimi adına Dilçilik İnstitutunun, 2 problem, 9 mövzu, 64 işi Memarlıq və İncəsənət İnstitutu əməkdaşları tərəfindən aparılmışdır.

İctimai elmlər blokuna daxil olan ETM-lər 12  istiqamət, 40 problem, 145 mövzu üzrə fəaliyyət göstərmişlər.

Tarix İnstitutu. Hesabat ilində tarixçi alimlər "Azərbaycan tarixinin ümumi konsepsiyası" istiqamət, 4 problem, 21 mövzu, 21 mərhələdə elmi-tədqiqat işi aparmış və bir sıra mühüm nəticələr əldə etməyə nail olmuşlar.

Tarix İnstitutunun əməkdaşları Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin, eləcə də Prezident Administrasiyasının tarix elmi, həmçinin tarixçilərin  qarşısında qoyduqları tələbləri həmişə diqqət mərkəzində saxlamış, həm də vətəndaşlıq borcu olaraq ölkə tarixinin obyektiv tədqiqi və  təhlilinə yönəlmiş araşdırmalar aparmışlar.

Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği bu il də ümdə məsələlərdən olmuşdur.  Dövlətçilik tariximiz, görkəmli şəxsiyyətlər barəsində onun fikirlərini özündə cəmləşdirən "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri" (216 s.) mövzusunda fundamental əsərin  nəşr olunması tarixçilərimizin uğurlu işlərindəndir. Monoqrafiyada Heydər Əliyev irsində Azərbaycanın qədim və orta əsrlər, yeni və ən yeni tarixi məsələləri araşdırılmışdır.

Arxiv sənədlərinin əldə olunması, onların tədqiqi yolu ilə tariximizin qaranlıq səhifələrinə işıq salınması istiqamətində institut əməkdaşlarının böyük xidmətləri olmuşdur. Bu sahədə aşağıda adları çəkilən topluların ərsəyə gəlməsi və nəşri xüsusi qiymətləndirilməlidir.

Plana əsasən, "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı arxivinin sənədləri"  toplusunun I və II cildləri (408 s.), 3 cildlik "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəllərində)/ Rusiya Dövlət Hərbi Tarix Arxivinin sənədləri" (516 s.), "Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrin əvvəlləri)" (Sankt-Peterburq Dövlət Tarix Arxivinin sənədləri" (50 m.v.) toplularının  plana müvafiq olaraq II cildləri, "Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəllərində: N.Nərimanovun arxiv sənədləri /Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri"nin (50 m.v.) isə III cildi  nəşrə hazırlanmış və çapdan çıxmışdır.

2 cildlik "Azərbaycan tarixi arxiv sənədlərində (XVI-XIX əsrlər). "Gürcüstan Dövlət Tarix Arxivi və Rusiya Federasiyası Dağıstan Respublikası Mərkəzi Dövlət Arxivinin sənədləri" və "Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrin əvvəlləri)" /Sankt-Peterburq Dövlət Hərbi Dəniz Donanması Arxivinin sənədləri" toplularının plana uyğun olaraq II cildi çapa hazırlanmış və  nəşriyyata təqdim olunmuşdur (75 m.v.).

"Azərbaycan tarixi arxiv sənədlərində (XIX əsrin ortaları - XX əsrin 30-cu illəri)/ Gürcüstan Dövlət Tarixi Arxivi və Gürcüstanın ən yeni tarixi Arxivlərinin sənədləri  toplusunun 4 cildi artıq nəşr olunmuşdur.

Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biri olan Şuşa şəhərinin şanlı tarixi keçmişi, unikal memarlıq abidələri, görkəmli şəxsiyyətləri haqqında məlumatların əks olunduğu "Şuşa-Pənahabad" (152 s.) adlı monoqrafiyanın çap olunması da zamanın tələblərinə cavab verir. Monoqrafiyada Pənahəli xan Cavanşirin əsasını qoyduğu bu şəhər - qalanın tarixi tədqiq olunmuş, şəhərin erməni təcavüzkarlarının  işğalından əvvəlki və  sonrakı mənzərəsini əks etdirən fotosənədlər  yer  almışdır.

Azərbaycanın ayrı-ayrı bölgələrindəki xalçaçılıq ənənələrinin özünəməxsus xüsusiyyətlərinin dərin təhlilinə həsr olunmuş  "Azərbaycan xalçaları" ("Abşeron qrupu", "Quba qrupu", "Qazax-Borçalı qrupu", "Gəncə qrupu", "Naxçıvan qrupu" adlı fundamental əsərlərin 6 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb) nəşr olunması qədim milli sənətimizin təbliği baxımından əvəzsizdir.

Qeyd olunanlarla yanaşı, Tarix İnstitutu əməkdaşları plandan əlavə də xeyli işləri görmüşlər. Onlardan biri "Qaraqoyunlular və Ağqoyunlular" adlı monoqrafiyanın Təbrizdə Pərviz Zare Şahmərəsi tərəfindən fars dilinə tərcümə olunaraq çap edilməsidir.

Hesabat ilində Arxeologiya və Etnoqrafiya İnstitutunda  "Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar" istiqaməti, 6 problem, 23 mövzu, 23 mərhələ üzrə 23  iş görülmüşdür.

Arxeologiya və Etnoqrafiya İnstitutunda  hesabat ilində arxeoloji ekspedisiyaların sayı artmış, tədqiqatların həcmi genişlənmiş, ekspedisiyalara xarici arxeoloqların cəlb olunması, aidiyyatı üzrə yerli və xarici qurumlarla əməkdaşlıq  intensivləşmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi araşdırmaları ilə şəxsən maraqlanmış, mart ayında Salyan rayonunda, aprel ayında Tovuz rayonundakı Göytəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntı işləri ilə, aşkara çıxarılmış maddi mədəniyyət qalıqları ilə tanış olmuşdur.

Arxeologiya elminə verilən bu yüksək qiymət, əlbəttə ki, institut əməkdaşları qarşısında ciddi vəzifələr qoymuşdur. Məhz buna görə də institutun əməkdaşları vətənimizin qədim tarixinin arxeoloji abidələr əsasında tədqiqi üçün çox böyük məsuliyyətlə çalışmışlar.

Tovuz rayonunun Göytəpə qədim yaşayış yerində çalışan arxeoloji ekspedisiyanın çöl-tədqiqat işlərinin nəticəsi olaraq "Sivilizasiyanın başlanğıc nöqtəsi - Göytəpə neolit dövrü abidəsi" adlı kitabça nəşr olunmuşdur (Azərbaycan və ingilis dillərində, 32 səh.).

2012-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı çöl-tədqiqat işləri Azərbaycanın qədim daş dövründən orta əsrlərədək bütün tarixi mərhələlərinin öyrənilməsi üçün mühüm töhfələr vermişdir.

2012-ci ildə respublikamızın Abşeron, Salyan, Qəbələ, Quba, Xaçmaz, Şabran, Qax, Şəki, Ağcabədi, Ağdam, Füzuli, Oğuz, Cəlilabad, Şamaxı, Ağsu, Gəncə, Goranboy, Tovuz, Ağstafa, Şəmkir, Şərur, Babək, Ordubad, Bərdə, Gədəbəy, Lerik, Kəngərli və s. rayonlarında geniş və irimiqyaslı arxeoloji qazıntı işləri aparılmış, Qəbələ - İsmayıllı bölgəsinə etnoqrafik səfər təşkil edilmişdir.

Mil - Qarabağ bölgəsində arxeoloji tədqiqat işlərinin genişləndirilməsi İnstitutumuzun elmi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Bu bölgədə yalnız 2012-ci ildə həm beynəlxalq tərkibli (Azərbaycan - Almaniya), həm də İnstitutun müstəqil ekspedisiyası tərəfindən əvvəllər elmə məlum olmayan neolit, eneolit və tunc dövrlərinə aid yaşayış məskənləri və qəbir abidələri aşkar edilmiş, təsərrüfat işləri nəticəsində abidələrin dağılma təhlükəsinin qarşısı alınmışdır. Bununla yanaşı, Naxçıvan, Gəncə - Qazax, Şəki - Zaqatala, Quba - Xaçmaz, Lənkəran - Astara bölgələrində də irimiqyaslı qazıntı işləri aparılmış, yeni arxeoloji abidələr aşkara çıxarılmışdır. Nekropollardakı qazıntılar antik dövrdə dəfn adətlərinin öyrənilməsi üçün zəngin materiallar vermişdir.

Bəzi arxeoloji tədqiqatlara AMEA üzvləri (AMEA-nın həqiqi üzvü, t.ü.e.d., prof. T.Bünyadov, m.ü. V.Əliyev, m.ü. İ.Babayev, m.ü. M.Nemət) rəhbərlik etmişlər.

2012-ci ildə çoxcildlik "Azərbaycan arxeologiyası"nın müvafiq cildləri üzrə işlər davam etdirilmiş, "Neolit və eneolit dövrləri" adlı II cild tamamlanaraq nəşrə təqdim olunmuşdur.

Arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış qədim metal nümunələri və ümumiyyətlə, metalişləməyə aid tapıntıların öyrənilməsinə həsr olunmuş "Qədim Azərbaycanın metalı və metallurgiya problemi" mövzusu t.ü.e.d. M.Rəhimova və t.ü.f.d. B.Cəlilovun rəhbərliyi ilə işlənmişdir.

Ümumiyyətlə, toplanmış materiallar əsasında yazılmış monoqrafiya, kitab və məqalələr bu institutda aparılmış tədqiqatların, görülmüş işlərin yüksək səviyyədə olmasından xəbər verir.

Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda elmi-tədqiqat işləri "Şərq ölkələrinin tarixi, bu ölkələrdə cərəyan edən ictimai-siyasi, iqtisadi və etnik proseslər, bu ölkələrin beynəlxalq münasibətlər sistemində rolu, Azərbaycanla əlaqələri", "Şərqin yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşri. Şərq ədəbiyyatlarının və filologiyasının tədqiqi", "Yaxın və Orta Şərq ölkələrində fəlsəfə, ictimai fikir və din tarixi. Azərbaycanda islam", "Şərq-Qərb sivilizasiyalararası münasibətləri və Azərbaycan" istiqamətləri, 12 problem, 35 mövzu, 75 mərhələ, 84   çərçivəsində aparılmışdır.

"Azərbaycanın xarici siyasətində Şərq amili və Prezident İlham Əliyevin Şərq siyasəti" mövzusu üzrə kollektiv müəllif tərəfindən "Prezident İlham Əliyevin Şərq siyasəti" (20 ç.v.) adlı tamamlanmış iş institut əməkdaşlarının məsuliyyətli və uğurlu tədqiqatlarının nəticəsidir.

İnstitutda İran, Güney Azərbaycan, Osmanlı dövləti, Türkiyə, Azərbaycan-Pakistan münasibətləri, Şərq ölkələrinin tarixi, İran, türk filologiyası  ilə bağlı araşdırmalar aparılmışdır.

Tarix İnstitutu ilə ortaq mövzular 2012-ci ildə də diqqəti çəkir. "Türkiyə və Güney Azərbaycan alimlərinin tədqiqatlarında Azərbaycan tarixi məsələləri" mövzusu üzrə kollektiv müəllif tərəfindən Səməd Sərdarniyanın "İrəvan müsəlman sakinli şəhər olmuşdur" kitabının Azərbaycan dilinə tərcüməsi həyata keçirilmişdir. Müxtəlif mənbələr və arxiv sənədləri əsasında yazılmış bu kitab İrəvan şəhərinin ən qədim tarixindən başlamış şəhərin erməni əsarətinə keçməsinə qədər olan dövrü əhatə edir.

2012-ci ildə institut əməkdaşları arxiv sənədlərinin tədqiqi sahəsində böyük uğurlar əldə etmişlər. O sıradan "İran və Türkiyə arxivlərində saxlanılan  Azərbaycan və Qarabağa dair yeni materiallar"ın (35 ç.v.) kollektiv tərəfindən tərcümə və tədqiq edilməsi mühüm nəticə kimi qiymətləndirilməlidir.

Çoxsaylı mənbə və arxiv sənədləri əsasında yazılmış işdə müxtəlif dövrlərə dair Qərbi Azərbaycan, Qarabağ, Güney Azərbaycan və Şərqi Anadolunun tarix və etnodemoqrafik vəziyyəti təhlil olunmuş, tarixən Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması və s. haqqında geniş məlumatlar öz əksini tapmışdır. Tədqiqatda, eləcə də arxiv materialları əsasında erməni silahlı dəstələrinin  azərbaycanlılara qarşı İran və Türkiyə ərazisində törətdiyi soyqırım aktları da şərh olunmuşdur.

2012-ci ildə Qarabağla bağlı "XVI-XVII əsrlərdə osmanlı dövlətinin xarici siyasəti" mövzusu üzrə "Osmanlı dövlət sənədlərində Qarabağ" adlı iş də tamamlanmışdır.

İşdə istifadə edilən Türkiyə Respublikası Başbakanlıq Dövlət Arxivləri baş idarəsi tərəfindən Qarabağla bağlı toplanan sənədlər 2009-cu ildə İstanbulda nəşr edilmişdir. Sənədlər 1587-ci ildən 1920-ci ilə qədər olan məlumatları əhatə edir. 1700-cü illərdən etibarən 1920-ci ilə qədər olan sənədlər Rusiyanın Cənubi Qafqazı işğalı ilə əlaqədardır.

Müasir ərəb ədəbiyyatının inkişafında misilsiz xidmətləri olmuş XX əsrin görkəmli Misir yazıçısı, dramaturq, publisist və mütəfəkkir Taufiq əl-Həkimin ədəbi görüşlərinin tədqiqinə həsr edilmiş "Taufiq əl-Həkimin ədəbi görüşləri" monoqrafiyası (508 səh.) institut rəhbəri fil.ü.e.d., prof. G.Baxşəliyevanın mühüm nəticəsi kimi qiymətləndirilə bilər.

Kitaba əlavədə Taufiq əl-Həkimin yaradıcılığından bəzi nümunələrin tərcüməsi verilmişdir.

M.Ə.Məhəmmədinin Güney Azərbaycan probleminə həsr olunmuş məqalə, müsahibə və tərcümələri toplanmış  "Güney Azərbaycan məsələləri" (14 ç.v) monoqrafiyası institutun dəyərli nəşrlərindəndir. Monoqrafiyada Güney Azərbaycanın tarixi, mədəniyyəti, ictimai-fəlsəfi fikri, ədəbiyyatı, dili barədə fikirlər bildirilmiş, bununla bağlı qiymətli qaynaqlar ilk dəfə oxuculara təqdim edilmişdir.

2012-ci ildə təsdiq olunmuş plana əsasən Milli Azərbaycan Tarixi Muzeyinin  əməkdaşları  2012-ci ildə nəzərdə tutulmuş "Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanması, mühafizəsi, tədqiqi və nəşri, onların ekspozisiya və sərgilər vasitəsilə nümayişi və təbliği" istiqaməti, 4 problem, 25 mövzu, 27 iş və 2 mərhələ üzrə çalışmışlar.

Muzeydə sərgilərin təşkili, kataloqların nəşri, eyni zamanda elmi-tədqiqat işlərinin aparılması, o cümlədən arxeoloqlarla bərabər  ekspedisiyaların təşkili  sahəsində görülmüş işlər 2012-ci il üçün muzey əməkdaşlarının hərtərəfli və yüksək keyfiyyətli fəaliyyətindən xəbər verir.

Görkəmli Azərbaycan şairəsi X.Natəvanın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə edilən Natəvanın əl işlərindən və ona məxsus əşyalardan ibarət 24 adda fond materiallarından ibarət 19 səhifəlik bukletin, M.F. Axundzadənin həyatına dair müxtəlif məlumat və hadisələri özündə əks etdirən "Mirzə Fətəli Axundzadə-200" 58 səhifəlik kataloqun, muzeyin kolleksiyasında toplanan 80-dən artıq müxtəlif müdafiə silahlarının təqdimatından ibarət "Azərbaycanın müdafiə silahları" kataloqu" (84 s.),"Faleristika və qliptika fondunun kolleksiyası", "Muzeyinin bonistika kolleksiyası" kataloqlarının, "Azərbaycan xalçaları (Quba-Şirvan)" kataloqunun birinci buraxılışının hazırlanması muzeyin nailiyyətlərindəndir.

Tarix İnstitutunun da planına daxil olan "Azərbaycan xalçaları" mövzusu üzrə muzeydə artıq  nəşr üçün hazırlanmış "Azərbaycan xalçaları (MATM-nin kolleksiyası əsasında) silsilə kitab-albomların hazırlanması" mövzusu institutlararası və mövzulararası inteqrasiyadan xəbər verir.

Ə.Rəcəblinin müəllifi olduğu, "Azərbaycanda tapılan sikkə dəfinələrinin topoqrafik icmalı"nın hazırlanması" mövzusu 1965-ci ildən 2010-cu ilə qədər muzeyə daxil olan numizmatik material və aktlar əsasında yazılmışdı.

Arxeoloqların da əvəzsiz xidmətləri sayəsində ərsəyə gəlmiş bu mövzü muzeyin  ən böyük uğurlarından sayıla bilər.

Ümumiyyətlə, Milli Azərbaycan Tarixi Muzeyində görülmüş işlər onu həm Arxeologiya   Entoqrafiya İnstitutuna, həm də Tarix və Ədəbiyyat  institutlarına yaxınlaşdırır.

2012-ci ildə "Muzeyin silah kolleksiyası", "Azərbaycan rəssamlarının əsərləri təsviri materiallar fondunun kolleksiyasında", "Azərbaycan neft sənayesinin təşəkkülü və inkişafı" sərgilərinin təşkili, müxtəlif tarixi dövrlər və tarixi şəxsiyyətlərə həsr olunmuş elektron təqdimatların hazırlanması muzeyin faydalı işlərindəndir.

İl ərzində muzeyin fondlarına yeni daxil olmuş 534 ədəd eksponat, əlbəttə ki, əməkdaşların gərgin əməyinin bəhrəsidir.

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları 3  istiqamət, 4 problem, 13 mövzu, 99 iş üzrə fəaliyyət göstərmişlər.

"Azərbaycan fəlsəfə tarixi, dünya fəlsəfə tarixi və ictimai-siyasi fikir;  sosial-mənəvi inkişafın, elmin, elmi-idrakın və qlobalistikanın fəlsəfi məsələləri; modernləşmənin sosioloji problemləri. Fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları"istiqamətinə 2 problem, 9 mövzu, 67 iş daxildir.

Bu istiqamət üzrə dünya və Azərbaycan fəlsəfə, ictimai fikir və mədəniyyət tarixinin qədim dövrdən  tutmuş ta müasir dövrədək yaşayıb yaratmış nümayəndələrinin yaradıcılığı ilə yanaşı ən yeni dövr (postsovet) Azərbaycan fəlsəfə tarixinin təşəkkül və inkişaf qanunauyğunluqları, predmeti və istifadə ediləcək təməl anlamlarının məzmunu, tarixin yazılma məqsədi, tədqiqat konsepsiyasına dair mövqelər açıqlanıb və problemlərin həllinə yönəlmiş təkliflər verilmişdir.

Bu istiqamət üzrə 11 monoqrafiya, o cümlədən 3-ü xaricdə, 7 dərslik və metodiki vəsait, 7 məcmuə, 2 tərcümə əsəri, 237 məqalə, onlardan 73-ü xaricdə çap olunmuşdur. Bunlardan f.ü.e.d. R.Əzimovanın "Çelovekovedenie - nauka- XXI veka", f.ü.e.d. Ə.Abbasovun "Milli maraqlar və milli ideologiya",  f.ü.e.d. R.Rzayevanın "Rus ve Azerbaycan Kaynaklarında Türk Modernleşmesi", f.ü.e.d. S.Hüseynovun "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik",  f.ü.e.d. A.Rüstəmovanın "İctimai inkişaf və dil", f.ü.f.d. "Dialoq kulğtur v usloviəx qlobalizaüii" (Bakinskiy Forum)" kimi əsərləri göstərmək olar.

"Azərbaycan Respublikasının keçid dövründə dövlət və hüquq quruculuğu problemləri" istiqamətinə 1 problem, 2 mövzu, 28 iş daxildir.

Təqdim edilən işlərdə  modernləşmə dövründə Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı məsələlər tədqiq edilmişdir.

Bu istiqamət üzrə 6 monoqrafiya, 2 dərs vəsaiti, 76 məqalə, o cümlədən 23-ü xaricdə çap olunmuşdur. Buna nümunə olaraq, h.ü.e.d. M.Əliyevin "Əlilliyi olan şəxslərin hüquqi təminatları",  ped.ü.f.d. H.Həmidovun "Strateqiə terrora v politike Armenii"   s. əsərləri göstərmək olar.

"Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkədaxili siyasi proses"istiqamətinə 1 problem, 2 mövzu, 2 iş daxildir.

Həmin istiqamət üzrə təqdim edilən işlərdə ölkənin müasir dövrdə xarici siyasətinin əsas istiqamətləri, beynəlxalq əlaqələri işıqlandırılır, Azərbaycanın xarici siyasətinin konseptual-nəzəri əsasları, xarici siyasət prinsipləri tədqiq olunur. Burada həmçinin  Dağlıq Qarabağ problemi, Ermənistanın ölkəmizə qarşı, hərbi təcavüzü beynəlxalq hüquq müstəvisində araşdırılır.

Ümummilli lider H.Əliyevin zəngin nəzəri irsi və siyasi fəaliyyəti fəlsəfi və politoloji aspektlərdən mükəmməl tərzdə tədqiqi və "Ulu öndər Heydər Əliyevin irsi və politologiyanın aktual problemləri" adlı toplusunun nəşri də bu istiqamətdə görülən işlərdəndir.

Bu istiqamət üzrə 11 monoqrafiya, o cümlədən 2-si xaricdə, 1 dərslik, 1 məcmuə, 59 məqalə, o cümlədən 20-si xaricdə çap olunmuşdur.

Bunlardan  h.ü.f.d. A.İ.Quliyevin "Hüquq sosiologiyası", h.ü.f.d. R.Qarayevin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq təşkilatların qərarlarının əhəmiyyəti və beynəlxalq hüquq", t.ü.f.d. R.Dadaşovanın "Beynəlxalq münasibətlərin müasir problemləri və BMT" adlı monoqrafiyaları göstərmək olar.

İqtisadiyyat İnstitutunun əməkdaşları hesabat ilində icrası 2011-2013-cü illərdə nəzərdə tutulan "Azərbaycanda rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşması və inkişafı (yeni iqtisadi inkişaf modeli kontekstində)" istiqaməti üzrə 4 problem və 13 mövzu, 13 işi əhatə edən  elmi tədqiqat işini yerinə yetirmişlər.

Hesabat ilində İqtisadiyyat İnstitutunun uğurları kimi i.ü.e.d.İ.Alıyev, i.ü.f.d.Y.Məmmədovun "Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasının nəzəri metodoloji əsasları"(90.s.), i.ü.f.d. X.Kərimovun "İqtisadi terminlər Ensiklopediyası",  i.ü.e.d. Z.Məmmədovun "Bank fəaliyyətinin əsasları (Elmi nəzəri-praktik məlumat nəşri), "Maliyyə böhranı: tarix, nəzəriyyə və antiböhran siyasət", i.ü.e.d. T.Əliyevin "Regional innovasiya sisteminin təşkili və idarə edilməsi", i.ü.f.d. C.Quliyevin  "Yoxsulluğu törədən və azaldan sosial-iqtisadi amillər", i.ü.f.d. A.Mustafayevin "Dövlət sektorunun modernləşməsi problemləri: nəzəri aspektlər və meyillər", i.ü.f.d. S.Səməndərovun "XX əsrin 20-30-cu illərində Azərbaycanda elmi-tədqiqat, təhsil, təlim və informasiya mərkəzlərinin təşəkkülü", i.ü.f.d. Y.Məmmədovun "Rəqabətqabiliyyətliliyin nəzəri əsaslarına auditin təsiri", i.ü.f.d. F.Qənbərovun "Xarici iqtisadi əlaqələr  və iqtisadi artım" kitablarının nəşrini qeyd etmək olar.

2012-ci ildə bir sıra işlərə yekun vurulmuşdur. Onların sırasına "Azərbaycan Respublikasında rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşması və inkişafı imkanlarının qiymətləndirilməsi", "2001-2010-cu illərdə Azərbaycanda baş verən sosial iqtisadi proseslərin təhlili (2012-ci il)", "Azərbaycanda makroiqtisadi tənzimləmə və iqtisadi artımın müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi", "Azərbaycanın qeyri-neft sənaye sahələrinin investisiya təminatının müasir vəziyyətinin təhlil və səmərəliliyinin qiymətləndirilməsi (2012-ci il)" və s. işlər daxildir.

İnsan Hüquqları İnstitutunda "Azərbaycan cəmiyyətində demokratik proseslərin inkişaf kontekstində insan hüquqları və əsas azadlıqlar məsələləri" istiqaməti, 6 problem, 15 mövzu, 26 mərhələ, 19 iş üzrə araşdırmalar davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında» 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə əlaqədar 2012-ci il  ərzində İnsan Hüquqları İnstitutunda Proqramın 9 bəndi üzrə qarşıya qoyulan bir çox vəzifələr icra olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu özünün elmi-praktiki fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasında, BMT-nin İnsan Hüquqlarına dair Ümumi Bəyannaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında, insan hüquqlarına dair digər beynəlxalq sənədlərdə təsbit olunmuş siyasi, mülki, iqtisadi, sosial və mədəni hüquqları tədqiq edir, bu sahədə beynəlxalq təcrübəsi, milli hüquqa tətbiqi və Azərbaycan cəmiyyətində demokratik proseslərin inkişafı kontekstində insan hüquqları və əsas azadlıqlar problemlərinin öyrənilməsi sahəsində ixtisaslaşmışdır.

2012-ci ildə "Beynəlxalq erməni terror şəbəkəsinin formalaşmasında ideoloji mənbələr" mövzusunun "Azərbaycan Respublikasına qarşı erməni terrorları" və "Ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması və ərazi (torpaq) iddialarının tədqiqi"  adlı mərhələləri  üzrə planlaşdırılmış tədqiqatlar başa çatdırılmışdır.

Hesabat dövründə "Bioetika və tibbi hüququn Azərbaycanda inkişafı və tədrisi" mövzusu üzrə institutun direktoru, hüq.ü.f.d. Aytən Mustafayevanın "İnsan hüquqlarının müdafiəsi bioetikanın tərkib hissəsi kimi" adlı kitabı nəşrə hazırlanmışdır.

İl ərzində AMEA İnsan Hüquqları İnstitutunun qeyd olunan problemin məhkəmə-tibbi ekspertiza işinə uyğun olaraq, t.ü.e.d. Vüqar Məmmədovun  "Məhkəmə təbabəti" dərsliyi nəşr edilmişdir.

2012-ci ildə Vətəndaş və siyasi hüquqlar şöbəsinin müdiri Nadir Adilovun redaktorluğu altında ölkədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə, kütləvi tirajla "Qaçqın statusunun müəyyənləşdirilməsi prosedurları və meyarları üzrə təlimat", "Qaçqınların statusuna dair Konvensiya və Protokol", "Qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı Qanunvericilik Toplusu", "Qaçqınların beynəlxalq himayəsi - yaddaş kitabçası" adlı yeni ədəbiyyatlar nəşr edilmişdir.

Ümumilikdə institutda erməni terroru, əlillərin hüquqları, soyqırım, din və etiqad azadlığı, qaçqınların statusu və s. mövzulara həsr edilmiş 10 monoqrafiya nəşr olunmuşdur ki, bunlar əməkdaşların uğurları kimi qiymətləndirilə bilər.

2012-ci ildə Bölmə üzvləri elmi, elmi-təşkilati, ictimai işlər sahəsində fəal çalışmış, dəyərli yaradıcılıq uğurları əldə etmişlər. Hazırda Bölmədə 11 akademik və 28 müxbir üzv fəaliyyət göstərir.

Bölmə üzvlərindən daxil olmuş hesabatlara görə onlar son bir il ərzində 54 kitab və 195 məqalə çap etdirmişlər. Həmin əsərlərin bir qismi xarici ölkələrdə və ya xarici dillərdə nəşr olunmuşdur. Həmin kitab və məqalələrin müəllifləri kimi Bölmə üzvləri olan akademiklərin və müxbir üzvlərin adlarını çəkmək olar.

Akademik Ramiz Mehdiyevin "Bakinski raboçi" və digər qəzetlərdə yayımlanmış "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi"  məqaləsi ictimaiyyət tərəfindən böyük əks-səda doğurmuş, məqalə ətrafında kütləvi informasiya vasitələrində, müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrində müzakirələr aparılmışdır. Kiyevdə akademik  Ramiz Mehdiyevin "Goris-2010:absurd teatrı mövsümü" kitabının Ukrayna və ingilis dillərində nəşrinin təqdimatı olmuşdur. 2012-ci ildə akademik R.Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" məqaləsi çap olunmuşdur. Akad. A.Axundovun ikicildlik "Seçilmiş əsərləri" kitabı nəşr olunmuşdur. Akad. A.Nadirov  "Azərbaycan iqtisadiyyatının daima yüksələn müstəqillik dövrü"  kitabı çap olunmuşdur. 2012-ci ildə o, İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatını alan ilk və tək azərbaycanlı kimi tarixə düşmüşdür. Akad. Ö.Eldarov Kanadanın Toronto və Niaqara şəhərlərində keçirilən görkəmli Azərbaycan bəstəkarlarının və ifaçılarının heykəllərinin fotosərgisində iştirak etmiş, Türkiyənin İstanbul şəhərində və Azərbaycanda, Bakı İncəsənət Muzeyində  türk rəssamları  Abidin Eldaroğlu və Ozan Saqdic ilə birgə sərgi təşkil etmişlər. Akad. T.Bünyadovun  "Qəbələnin  tarixi", "Qəbələ folkloru", "Qəbələnin etnoqrafiyası" adlı üçcildlik əsəri çapa hazırlanmışdır. Akad. Z.Səmədzadənin elmi rəhbərliyi ilə İqtisadçılar İttifaqı, professional mütəxəssislər, iqtisadçı alimlərin və bir sıra nüfuzlu elmi mərkəzlərin iştirakı ilə üçcildlik fundamental "Böyük İqtisadi Ensiklopediya" hazırlanıb çap olunmuşdur. Akad. V.Məmmədəliyev ərəbşünaslığa dair ciddi tədqiqatlarını davam etdirmiş və onun 35 min söz və söz birləşməsini əhatə edən "Azərbaycanca-ərəbcə lüğət" (V.Qaradağlı və T.Məlikovla birgə), "Qurani-Kərim" (Azərbaycan dilinə tərcüməsinin yenidən işlənmiş XV nəşri, Z.Bünyadovla birlikdə) kitabları,  ərəb dilində yazılmış "Ərəb dili" (Ümumtəhsil məktəblərinin Azərbaycan bölməsinin 4-cü sinfi üçün) dərsliyi çap olunmuşdur. Bakı Dövlət Universitetində akademik V.Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda respublika elmi konfransında və digər konfranslarda məruzələr etmişdir. Akad. N.Vəlixanlının hesabat ilində 6 məqaləsi dərc edilmişdir. O, bir sıra əsərlərin elmi redaktoru və ön sözün müəllifi olmuşdur. Akad. İ.Həbibbəyli M.S.Ordubadiyə həsr olunmuş "Həyatım və mühitim"adlı kitab tərtib etmiş, ona ön söz yazmış, eyni zamanda  "Böyük ədəbiyyat nəhəngi M.S.Ordubadi" əsərini nəşr etdirmişdir. Akad. İ.Hacıyev "Ermənilərin Naxçıvana qarşı ərazi iddiaları və qanlı cinayətlər"  adlı kitabını  çap etdirmişdir. Akad. Ə.Daşdəmirov hesabat ilində Bölmənin işlərində fəal iştirak etmiş, elmi yaradıcılığını davam etdirmiş, 70   illiyi münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. M.ü. Y.Mahmudovun hesabat ilində  11 kitabı çap olunmuşdur. Onlardan  "Səyyahlar, kəşflər, Azərbaycan", "Orta əsrlər tarixi. Avropa erkən orta əsrlərdə" kitabları,  bununla yanaşı, K.Şükürovla birgə "Azərbaycan xalçaları:Naxçıvan qrupu", "Azərbaycan xalçaları: Qazax-Borçalı qrupu", "Azərbaycan xalçaları: Gəncə qrupu", "Azərbaycan xalçaları: Quba qrupu" kitabları ingilis, fransız, alman, rus, ərəb dillərində də nəşr olunmuşdur.  M.ü. A.Məlikovun hesabat ilində "Əbədiyyat" adlı kitabı dərc olunmuşdur. M.ü. B.Əliyevin "Hüquq psixologiyası" adlı  kitabı nəşr olunmuşdur. M.ü. M.Nemət "Qala qoruğunda yerləşən Şahidin şəxsi kolleksiyasından təşkil olunmuş "Mis qablar" muzeyində iş aparmış, 17 qabın üzərində ərəb-fars dillərində olan yazıların estampını çıxarmış, fotosunu çəkmiş, oxumuş və tərcümə etmişdir. M.ü. O.Əfəndiyev hesabat ilində "XVI əsr Azərbaycan salnaməçisi Həsən bəy Rumlinin "Əhsən ət-təvarix" əsərinin 2-ci cildinin farscadan dilimizə tərcüməsi üzərində iş aparmışdır. M.ü. T.Kərimli yerli və xarici mətbuatda  bir sıra elmi məqalələr çap etdirmiş, beynəlxalq tədbirlərdə iştirak etmişdir. M.ü. V.Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında II Kültəpə qədim şəhər yerində arxeoloji qazıntı işləri davam etdirilmiş, "Naxçıvanın qədim qala şəhərləri", "Azərbaycan tarixi". (6-cı sinif dərsliyi, rus və Azərbaycan məktəbləri üçün), "Qədim dünya tarixi" (6-cı siniflər üçün) dərslikləri çap olunmuşdur. M.ü. F.Məmmədovanın "Avarlar" adlı  kitabı nəşrə hazırlanmışdır. M.ü. S.Xəlilovun hesabat ilində 4 kitabı nəşr olunmuşdur. Moskvada "Kniqa aforizmov. İzbrannoe iz izbrannıx" kitabı nəşr olunmuş, 40-a yaxın məqaləsi  çap olunmuşdur. O, 2012-ci ildə Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bundan əlavə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki adına layiq görülmüş, Türk dünyasında fəlsəfi biliklərin əlaqələndirilməsi sahəsində xidmətlərinə görə Ankara Universiteti rektorluğunun ödülü ilə təltif edilmişdir. M.ü. İ.Babayev Koreya arxeoloqları ilə birgə "Qəbələ arxeoloji ekspedisiyası"na; Azərbaycan, Almaniya, Gürcüstan və Rusiya arxeoloqları ilə birgə "Şəmkir-Qaracəmirli arxeoloji ekspediyası"na rəhbərlik etmişdir. Qəbələ abidələri ilə əlaqəli silsilə  bukletləri nəşr olunmuşdur. M.ü. M.Məlikova  bir sıra  beynəlxalq və respublika səviyyəli konfransların iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir. Onun rəhbərliyi ilə 5 nəfər fəlsəfə doktorluğu işini uğurla müdafiə etmişdir.  M.ü. Ə.Səfərli Məsihi "Divan"nını aşkara çıxarmış və çap etdirmişdir.  M.ü. Z.Səfərovanın "Azərbaycan musiqi tarixi" (I cild), "Dedim-dedilər" adlı kitabları nəşr olunmuşdur. M.ü. R.Məmmədova "Azərbaycan incəsənətinin determinantları müqayisəli tədqiqdə" mərhələsi üzrə tədqiqat aparmışdır.  M.ü. C.Qiyasi İstanbulda çap olunacaq "Təbriz və ətrafı" və Qafqaz Universitetində çap olunacaq "Qarabağ" adlı həmmüəllifi olduğu kitabların memarlıq bölümü üzərində işlərini  davam etdirmişdir. M.ü. A.Ələsgərov hesabat  ilində "Qloballaşma şəraitində rəqabətqabiliyyətli iqtisadiyyatda beynəlxalq iqtisadi əlaqələrin formalaşması və inkişafının tədqiqi" mövzusu üzrə  araşdırmalar aparmış, elmi məqalələr ilə çıxış etmişdir. M.ü. Ə.Quliyev "Qədim türk onomastikasının leksik-semantik sistemi" adlı monoqrafiyasını yekunlaşdıraraq  çap olunması üçün Ankara Türk Dil Qurumuna təqdim etmiş, bir sıra beynəlxalq simpoziumlarda çıxışları olmuşdur. M.ü. H.Qədirzadə "Naxçıvanın etnoqrafik tədqiqi" mövzusunda tədqiqatlarını davam etdirmiş,  "Milli-mənəvi dəyərlərimiz: Bayramlar mərasimlər, adətlər, münasibətlər"adlı  monoqrafiya və  "Milli mətbəx və qonaqpərvərlik (materialların toplanması və sistemləşdirilməsi)" adlı elmi-metodik vəsaiti nəşr etdirmişdir. M.ü.V.Baxşəliyev hesabat ilində "Son eneolit və erkən tunc dövrü mədəniyyətlərinin əlaqələri (Şərur rayonunun abidələri əsasında)" mövzusu üzərində tədqiqatlarını davam etdirmişdir. Bundan əlavə, "Aşağı Daşarx" və "Qədim Şərur" adlı monoqrafiyaları Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş, 4 beynəlxalq konfransda iştirak ertmişdir. M.ü. Ş.Muradov hesabat ilində Bölmənin büro üzvü  İqtisadiyyat üzrə problem şurasının sədri kimi fəaliyyət göstərmiş, "Azərbaycanda əhalinin və onun məşğulluğunun iqtisadi-demoqrafik vəziyyətinin təhlili və qiymətləndirilməsi" adlı elmi-tədqiqat işini yerinə yetirmişdir. Bundan əlavə, "Azərbaycan Respublikasında etnodemoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar" adlı monoqrafiyasını tamamlayaraq çapa təqdim etmiş, 10 məqaləsi dərc olunmuşdur. M.ü. Ş.Fətullayev hesabat ilində  2 kitabını çap etdirmiş, mətbuatda məruzələrlə çıxış etmişdir. M.ü. A.Musayevin hesabat ilində 3 dərsliyi, 5 elmi məqaləsi nəşr edilmiş, beynəlxalq və respublika səviyyəli konfranslarda çıxışları olmuşdur.

M.ü. Ə.Nuriyev hesabat ilində "Azərbaycanda demokratik cəmiyyətin öz əsasları üzərində inkişafı və modernləşməsi dövrünün sosial-iqtisadi inkişaf strategiyası" mərhələsi üzərində iş aparmış, bir sıra beynəlxalq və elmi konfranslarda iştirak etmişdir. M.ü. T.Hacıyevin "Azərbaycan ədəbi dil tarixi" (2 cilddə) dərsliyi elmi ictimaiyyətə təqdim olunmuşdur. Bundan əlavə, 7 məqaləsi dərc olunmuş, 7 kitaba elmi redaktorluq etmiş, beynəlxalq konfransda iştirak etmişdir. M.ü. N.Cəfərovun  "Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı" kitabçası, İranda "Seçilmiş əsər"lərinin üçüncü cildi nəşr olunmuş, yerli və xarici mətbuatda  məqalələr və müsahibələri dərc edilmişdir. M.ü. R.Hüseynovun M.Ə. Sabir  haqqında  "Sabirin saatı" (Azərbaycan, ingilis və rus dillərində) əsəri, xaricdə və Azərbaycan mətbuatında 27 -yə yaxın məqaləsi çap olunmuşdur. O, beynəlxalq və respublika səviyyəli konfranslarda məruzələrlə çıxış etmişdir. M.ü. S.Məmmədəliyeva bir sıra respublika və beynəlxalq səviyyəli konfranslarda, forumlarda  iştirak etmişdir. Onun rəhbərliyi ilə  2012-ci ilin 12-13 iyun tarixlərində "Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu" mövzusuna həsr olunmuş Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçirilmişdir. 2012-ci il 3-7 dekabr tarixində Fransanın Paris şəhərində keçirilmş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında  Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iştirak və çıxış etmişdir.

Onun rəhbərliyi ilə 2012-ci ilin 18-19 dekabr tarixində Bakı şəhərində "Davamlı inkişaf mədəniyyəti: qlobal və regional aspektlər" adlı beynəlxalq konfrans keçirilmişdir.

XX əsrin görkəmli siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" forumunun (Bakı, 2010) materialları üzrə nəşr edilmiş "Dialoq kulğtur v usloviəx qlobalizaüii. Bakinskiy forum" kitabında (Moskva, 2012) "Tradiüii i innovaüii v azerbaydjanskoy kulğture" adlı məqaləsi çap olunmuşdur.

M.ü. K.Abdullayevin  "Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" (həmmüəlliflərlə), "Azərbaycanca danışaq" (ərəb dilində) kitabları nəşr olunmuşdur. "Mitten  yazıya veya Gizli Dede Korkut" (türk dilində) İstanbulda çap olunmuşdur. "Yarımçıq əlyazma" romanı ərəb dilində Misirin Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Tərcümə Mərkəzi tərəfindən dünya ədəbiyyatı seriyası çərçivəsində nəşr olunmuşdur. Bundan əlavə o, 2 kitabın elmi redaktoru olmuş və mətbuatda elmi məqalələrlə çıxış etmişdir.

Bölmə üzvləri 64 beynəlxalq konfrans və simpoziumda məruzələrlə çıxış edərək Azərbaycan humanitar və ictimai elmlərini  uğurla təmsil etmiş, yüksəkixtisaslı kadr hazırlığı ilə bağlı məsələlərdə də yaxından iştirak etmişlər.

2012-ci ildə HİEB-in ETM əməkdaşları bir sıra elmi konfrans, simpozium, sessiya təşkil etmiş və eyni zamanda  akademiyadankənar müxtəlif yığıncaqlarda iştirak etmişlər. ETM-lərin təşkil etdiyi beynəlxalq konfrans və simpoziumlara HİEB-in Bakı Slavyan Universiteti ilə birgə ümummilli lider H.Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri", AMEA Rəyasət Heyəti və HİEB-in müvafiq ETM-ləri  Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar, Tarix İnstitutunun AMEA Rəyasət Heyəti ilə birlikdə Dərbənd şəhərinin 5000 illiyinə həsr olunmuş "Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri", Arxeologiya və Etnoqrafiya İnstitutunun SEBA (SEUL-BAKU) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə birgə Qəbələ şəhərində "Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində", Şərqşünaslıq İnstitutunun "Nizami Gəncəvi və Şərq ədəbiyyatları", akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş "Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı", Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ilin aprel ayında "Mədəniyyətlərin dialoqu" Beynəlxalq Forumu çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə "Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi", Rusiya alimləri ilə birlikdə ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş "Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı əlaqəsi" (H.Əliyev qiraətləri-Bakı Forumu), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə "Azərbaycanda hüquqi dövlət quruculuğu və qanunçuluq - 2020: gələcəyə baxış", "Azərbaycan - 2020: gələcəyə baxış humanitar - ictimai elmlərin inkişafı kontekstində yaxın gələcəyin proqnozlaşdırılması problemləri", İqtisadiyyat İnstitutunun Kooperasiya Universiteti ilə birgə "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi", Sumqayıt şəhərində "Azərbaycanın innovasiyalı inkişafının sosial iqtisadi problemləri", İnsan Hüquqları İnstitutunun  "Azərbaycan və NATO əməkdaşlığı NATO-nun Çikaqo Sammitindən sonra: əməkdaşlıq üçün yeni imkanlar", "Azərbaycan və UNESCO 20 il: davamlı inkişaf naminə təhsil", Memarlıq və İncəsənət İnstitutunun "Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası", Folklor İnstitutunun İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Türkiyənin Ərdahan Universiteti, Qafqaz Universitetlər Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondu ilə birgə Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası", Milli Azərbaycan Tarixi Muzeyinin  Konya Səlcuk Universiteti ilə birgə "IV Beynəlxalq Türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər Konqresi", Hüseyn Cavidin Ev Muzeyinin, Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti ilə birgə Daşkənddə  "Hüseyn Cavid 130", AMEA Rəyasət Heyətində "Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında" mövzusunda keçirdikləri tədbirləri göstərmək olar.

Bölmə daxilində keçirilən önəmli tədbirlərdən biri də Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı, məhsətişünas alimlərin, Gəncə Şəhər İcra  Hakimiyyətinin başçısı və Gəncə elmi nümayəndələrinin iştirakı ilə "Məhsəti Gəncəvi -900" mövzusunda elmi konfransdır. Konfransda Azərbaycan mədəni-ədəbi renessansının parlaq nümayəndəsi M.Gəncəvinin 900 illik yubileyinin  2013-cü ilə təsadüf etdiyi təsdiqlənmiş, bununla bağlı ölkə prezidentinə məktubla müraciət olunmuş, müraciətə cavab olaraq, 16 yanvar 2013-cü il tarixində M.Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında AR Prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır.

2012-ci ildə HİEB-in ETM-ləri kifayət qədər respublika miqyaslı konfranslar, elmi sessiyalar, seminarlar, dəyirmi masalar, anım günləri, sərgilər və s. tədbirlər də təşkil etmişlər. Əlamətdar haldır ki, 2012-ci ildə  ETM-lər Bölmə daxilində, eləcə də AMEA-dan kənar elm və təhsil ocaqları ilə birgə elmi tədbirlərin təşkilinə üstünlük vermişlər.

Hesabat ilində HİEB əməkdaşlarının xarici əlaqələri əvvəlki illərə nisbətən daha da genişlənmişdir. Alimlər, xüsusən gənclər bir sıra beynəlxalq qurultay, simpozium və konfranslarda iştirak etmiş, görüşlər keçirmiş, öz elmi əsərlərini xaricdə çap etdirmiş, müxtəlif kurslarda iştirak etmişlər. Bununla yanaşı, xarici əməkdaşlarla birgə elmi tədqiqatların aparılmasında iştirak etmiş, gələcək əməkdaşlıq barəsində dialoqa girmiş, dünyanın müxtəlif mərkəzlərində, kitabxanalarında araşdırmalar aparmış, Azərbaycanla bağlı materialların surətini ölkəmizə gətirmişlər.

AR Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında aparılmış danışıqlar nəticəsində Tarix İnstitutu ilə Türkiyənin tarix qurumları arasında müştərək tədqiqatların aparılması və ortaq türk tarixinin yazılması barədə razılıq əldə olunmuşdur. Türkiyənin görkəmli tarixçiləri, o cümlədən Böyük Millət Məclisinin üzvləri Azərbaycanda olmuş, Tarix İnstitutunun alimləri isə Türkiyədə danışıqlar apararaq müvafiq razılaşmalar əldə etmişlər.

Türkiyənin tanınmış tarixçilərindən professor Xəlil İnalcık, professor Seyit Sertçelik, professor İlber Ortaylı AMEA Tarix İnstitutunun Fəxri Doktoru diplomları ilə təltif olunmuşlar.

2012-ci il may ayının 24-25-də A.A.Bakıxanov adına Tarix İnstitutu Türkiyə Cümhuriyyətinin Başbakanlık Atatürk kultür, dil və tarix  yüksək qurumunun Atatürk Araşdırmalar Mərkəzi ilə birgə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində "Türkiyə-Azərbaycan: əlaqələr və gələcək perspektivlər" mövzusunda elmi seminar, Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğu ilə birlikdə Sankt-Peterburq şəhərində Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımına həsr olunmuş elmi  konfrans keçirmişlər.

HİEB əməkdaşları konfranslarda iştirak etməklə yanaşı, təhsil almaq, tədqiqatlar aparmaq üçün də xarici ölkələrdə olmuşlar.

AMEA Rəyasət Heyətinin "AMEA-nın gənc alim və mütəxəssislərinin doktorantura təhsili almaq  elmi-tədqiqat işləri aparmaq üçün Avropanın xarici elmi mərkəzlərinə göndərilməsi haqqında" 17 iyul 2012-ci il tarixli 148 ¹-li sərəncamı ilə Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Yeganə Azadova və İnsan Hüquqları İnstitutunun kiçik elmi işçisi Anar Allahverdi Almaniya Federativ Respublikasına göndərilmişlər.

Bununla yanaşı, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı fəl.ü.f.d. A.Gözəlov REA-ın Fəlsəfə İnstitutunda, K.Gözəlova REA-nın Dövlət və Hüquq İnstitutunda, fəl.ü.f.d. S.Rumyantsev Almaniyada, Ə.Süleymanov Türkiyədə stajartırma  kurslarında təcrübə mübadiləsi keçməkdədir.

Tarix İnstitutunun əməkdaşları Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət Tarix Arxivinin fondlarından, Almaniyanın Xarici İşlər Nazirliyinin Siyasi Arxivindən, Bundes arxivindən, Prussiyanın Mədəni İrsinin Gizli Dövlət  Arxivindən Azərbaycan tarixi üzrə material toplamaq üçün  elmi ezamiyyətdə olmuşlar.

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Fransanın Sen Jermen şəhərində Milli Arxeologiya Muzeyində saxlanılan, XIX əsrin sonlarında Jak de Morqan tərəfindən Azərbaycanın cənub bölgəsində aparılan qazıntılar nəticəsində  aşkar edilərək Fransaya göndərilmiş arxeoloji materiallar üzərində elmi-tədqiqat işləri aparmaq üçün Fransaya, qədim metal əşyaların müasir üsullarla tədqiqi problemlərinin öyrənilməsi məqsədi ilə Almaniyanın Boxum şəhərinə ezam olunmuşlar.

Əlyazmalar İnstitutunun əməkdaşları qədim əlyazmaların surətlərinin ölkəmizə  gətirilməsi məqsədilə Vatikanda, Polşada, Çexiyada, Almaniyada, İspaniyada, Türkiyədə, İranda elmi ezamiyyətlərdə olmuşlar. İnstitut ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanılan Şərq Əlyazmaları kolleksiyasına daxil olan 328 əlyazma kitabının və çoxsaylı miniatür, xəttatlıq nümunələrinin elektron variantını, rəqəmsal faksimilesini əldə etmişdir.

Bununla yanaşı, qrant layihəsi çərçivəsində Şərqşünaslıq İnstitutunun direktoru  fil.ü.e.d., prof. G.Baxşəliyeva İngiltərəyə, t.ü.f.d. F.Əsədov ABŞ-a, Ədəbiyyat İnstitutunun əməkdaşı Jalə İsmayılova Moldovaya ezam olunmuşlar.

2012-ci ilin əvvəlində Milli Azərbaycan Tarixi Muzeyi Avropa və Asiyanın muzeylər şəbəkəsi - ASEMUS-un layihəsi olan "Şah əsərlərin virtual kolleksiyası"na qoşulmuşdur.

Muzey əməkdaşları Çexiyanın Ostrava şəhərində keçiriləcək Azərbaycana həsr olunan sərgi üçün material seçmiş, sərginin kataloqu üçün mətnlər hazırlamışlar. Sərgilənəcək eksponatlar oktyabrda Ostrava Milli Muzeyinə göndərilmişdir.

Azərbaycan-Vatikan diplomatik əlaqələrinin qurulmasının 20 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə 14 noyabr 2012-ci ildə Vatikanda "Azərbaycan inciləri" adlı sərginin  açılışı olmuşdur.

Humanitar sahə ETM-lərinin regionlarla əlaqələri getdikcə  genişlənməkdədir. Belə ki, 2012-ci ildə alimlərimiz regionlarda bir sıra müştərək tədbirlər həyata keçirmiş, regionların kitabxanalarına öz elmi əsərlərini bağışlamış, regionlarda təşkil olunmuş konfranslarda, treninqlərdə iştirak etmişlər. Eyni zamanda regionların da ETM-lərə, xüsusən muzeylərə maraqları artmışdır.

HİEB-in ETM əməkdaşları Gəncədə dahi Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin 870 illiyinə, Şəkidə görkəmli Azərbaycan yazıçısı və dramaturqu M.F.Axundzadənin 200 illik yubileyinə, Şamaxıda görkəmli Azərbaycan şairi M.Ə.Sabirin 150 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmişlər.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsində Aşıq Şakirin 90 (mart), Aşıq Bilalın 140 (aprel), M.Ə.Sabirin 150 (may), Həsrət Hüseynovun 90 (iyun), N.Gəncəvinin 870 (oktyabr) illik yubiley tədbirləri keçirilmişdir. Eyni zamanda Xalq artisti Mikayıl Mirzənin 65 illik yubiley mərasimi (noyabr) muzeydə qeyd edilmişdir. Şöbədə mütəmadi olaraq Aran ədəbi birliyinin məşğələləri keçirilir.

Hüseyn Cavidin Ev Muzeyi və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhərində Hüseyn Cavidin 130 illik yubiley tədbiri keçirilmişdir. Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyindəki eksponatlar Quba tamaşaçılarına nümayiş olunmuşdur.Muzeyin əməkdaşları H.Cavidin yaradıcılığının təbliği məqsədilə Ağcabədi, Kürdəmir, Quba, Şəki şəhərlərində və Naxçıvan MR-də ezamiyyətdə olmuşlar. 2012-ci ildə Azərbaycan Respublikasının bölgələrindən muzeyə 255 tamaşaçı gəlmişdir.

Tarix İnstitutunun səyyar elmi şuraları Azərbaycanın Şimal-Qərb regionunda keçirilmişdir. Səfər çərçıvəsində Tarix İnstitunun Elmi şura üzvləri "Tarixi keçmiş, müasir durum və inkişaf perspektivləri" mövzusunda elmi-praktik konfranslar keçirmişdir. Burada "İrəvan xanlığı" sənədli filmi də nümayiş etdirilmişdir.

Arxeologiya və Etnoqrafiya İnstitutu SEBA (SEUL-BAKU) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə birgə Qəbələ şəhərində "Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində" adlı beynəlxalq, Salyan şəhərində isə rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi Salyanın 2800 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirmişdir.

İqtisadiyyat İnstitutu Lənkəran şəhərində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" respublika səviyyəli elmi-praktiki konfrans,  Sumqayıt şəhərində "Azərbaycanın innovasiyalı inkişafının sosial iqtisadi problemləri" mövzusunda  beynəlxalq elmi-praktik konfrans keçirmişdir.

İnsan Hüquqları İnstitutunun əməkdaşları Sumqayıt şəhərində ABBACEELİ və USAİD tərəfindən təşkil edilmiş "Əlilliyi  olan şəxslərin məşğulluğu" mövzusunda dəyirmi masada və "Əlilliyi olan şəxslərin sosial təminat hüquqları" mövzusunda  təşkil olunmuş  treninqdə iştirak etmişlər.

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının etnoqrafik çöl materialı və maddi mədəniyyət nümunələrinin toplanması məqsədilə Lənkəran rayonuna ekspedisiyası təşkil olunmuşdur.

Ümumiyyətlə, HİEB-in ETM-lərinin regionlarla əlaqələri 2012-ci ildə daha çox konfranslar və yubiley tədbirləri çərçivəsində olmuşdur. Bununla yanaşı, regionlarda elmi-tədqiqat işləri aparmış, həmçinin pedaqoji fəaliyyətlə də məşğul olmuşlar.

2012-ci ildə humanitar sahədən fərqli olaraq, ictimai sahə ETM-ləri qrant layihələrində iştirak etmiş və müsabiqələrin qalibləri olmuşlar. Hesabat ilində Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşları tərəfindən təqdim edilmiş 1 layihəyə (rəhbəri t.ü.f.d. X.Alməmmədov) Elmin İnkişaf Fondu (36500 AZN),  Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu  əməkdaşlarının təqdim etdikləri 3 layihəyə (rəhbərləri f.ü.e.d. Z.Quluzadə, f.ü.e.d. R.Əzimova, f.ü.e.d. K.Bünyadzadə, f.ü.e.d. A.Əsədov) Elmin İnkişaf Fondu (65000 AZN)  və 1 layihəyə QHT-yə Dövlət Dəstəyi Şurası (4000 AZN)  qrant ayırmışdır.

İqtisadiyyat İnstitutu AR Nazirlər Kabineti və AMEA Rəyasət Heyətinin sifarişli təklifi ilə (100000 AZN), Arxeologiya və Etnoqrafiya İnstitutu BP və URS şirkəti ilə (158000 AZN) müqavilə üzrə iş icra etmişdir.

Şərqşünaslıq İnstitutunun direktoru fil.ü.e.d., prof. G.Baxşəliyeva 2012-ci ilin yanvar ayının 9-18 tarixlərində Elmin İnkişafı Fondunun qrant layihəsi (30000 AZN) ilə əlaqədar İngiltərədə (London, Oksford) elmi ezamiyyətdə olmuşdur. Bu qrant 2012-ci ilin ən uğurlu qrantı hesab edilmişdir.

İnstitutun digər əməkdaşı t.ü.f.d. F.Əsədov ABŞ-ın "Fulbrayt" proqramı çərçivəsində  (18300 AZN) 1 oktyabr 2012-ci il tarixindən - 31 mart 2013-cü il tarixinədək "İpək yolu ticarətində ərəb xilafəti və Xəzər xaqanlığı arasında əlaqələr" mövzusunda tədqiqat aparmaq üçün ABŞ-a ezam olunmuşdur.

Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Jalə İsmayılova Elmin İnkişafı Fondu tərəfindən qranta layiq görülmüş və 2012-ci ilin iyul ayında təcrübə keçmək üçün Moldova Respublikasına,  Komrat Universitetinə göndərilmişdir.

2012-ci ildə HİEB əməkdaşları bir sıra mükafatlara: Azərbaycan Respublikasının Dövlət Mükafatına Tarix İnstitutunun 13 əməkdaşı, "Humay" Milli Mükafatına fil.ü.e.d.G.Babaxanlı, "Qızıl Qələm" mükafatına m.ü.Z.Səfərova, "Bəkir Çobanzadə" adına beynəlxalq mükafata  fil.ü.e.d. R.Əskər, "European Quality Award" beynəlxalq mükafatına İqtisadiyyat İnstitutunun kollektivi, Beynəlxalq Sokrat Komitəsi tərəfindən təsis edilmiş "Elmdə ad" (The name of science) fəxri mükafatına i.ü.e.d.İ.Alıyev; "Əməkdar İncəsənət Xadimi" fəxri adına: sən.ü.f.d. S.Ağayeva, sən.ü.f.d. S.Bağırova; diplomlara: Beynəlxalq Sokrat Komitəsi tərəfindən "Ən yaxşı müəssisə "Best Enterprises - 2012" Diplomuna Tarix İnstitutu, Rusiya Yazıçılar İttifaqı Moskva şəhər təşkilatının A.S.Qriboyedov diplomuna m.ü.T.Kərimli, "Azərbaycan Bayrağı" və "Xalqın nüfuzlu ziyalısı" diplomlarına m.ü.Z.Səfərova, AR Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan diasporunun tarixi ilə bağlı tədqiqatlarına görə xüsusi Diploma - t.ü.f.d. M.Seyidbəyli, Akademiyaların Beynəlxalq Assosiasiyasının keçirdiyi "Elmi kitab - 2012" müsabiqəsinin "İctimai elmlər" nominasiyası üzrə qalibi" diplomuna  fil.ü.e.d. Ş.Alışanlı, İraq Nazirlər Şurasının və İraq Mədəniyyət Nazirliyinin diplomuna fil.e.d.,prof. V.Arzumanlı, "Azərbaycan milli mədəniyyətinin təşviqi sahəsində səmərəli fəaliyyətinə görə" AR Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Diplomuna sən.ü.e.d. Ə.Salamzadə və sən.ü.f.d S.Bağırova, medallara: "Avropa Nəşr Mətbu Evi"nin ən yaxşı vətənpərvər tədqiqatçı-alim üçün təsis edilən Qızıl medalına fəl.ü.f.d. E.Həsənova, Dublin Sammitində Dünya elminin inkişafına verdiyi töhfəyə görə medala m.ü.Y.Mahmudov, Rusiya Yazıçılar İttifaqı Moskva şəhər təşkilatının A.Qriboyedov medalına m.ü.T.Kərimli, fəxri fərmanlara: GDU-nun "Fəxri Fərman"ına ümummilli lider H.Əliyev məktəbinin rəhbəri FSHİ-nin elmi işçisi S.Həsənov, yubileyləri ilə əlaqədar AMEA Rəyasət Heyətinin  Fəxri Fərmanına 16 nəfər  (Ədəbiyyat, Dilçilik, Folklor, Memarlıq və İncəsənət İnstitutu, Arxeologiya və Hüquq İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları), Kipr Avrasiya Araşdırma Qurumunun "İlin bilim qadını" ödülünə fəl.ü.e.d. R.Mirzəzadə, Memarlar İttifaqı Rəyasət Heyəti tərəfindən "Ustad memar" peşəkar rütbəsinə - mem.ü.f.d. F.Mollazadə layiq görülmüşlər.

Bölmə üzrə 3642 çap məhsulu vardır. O cümlədən 230 kitab, onlardan 119 monoqrafiya, 2716-sı məqalədir. Xaricdə 8 kitab, 12 monoqrafiya, 500 məqalə çap olunub, dövri elmi jurnallarda çap olunan yazıların sayı 28-dir, dərsliklər, elmi kütləvi nəşrlərin sayı 21-dir.

Hesabat ilində Bölməyə daxil olan ETM-lərdə 2437 nəfər fəaliyyət göstərmişdir. Onlardan 1455-i elmi işlə məşğul olanlardır. 11-i akademik, 28-i müxbir üzv, 213-ü elmlər doktoru, 677 nəfəri fəlsəfə doktorudur.

Hesabat ilində 27 nəfər elmlər doktoru, 49 fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.

AMEA üzrə 2012-ci il üçün elmi kadrların hazırlanması planına uyğun olaraq bu il bölmə ETM-lərinin doktoranturasına  fəlsəfə doktoru hazırlığı üzrə 62 ixtisas üzrə 132 yer, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturya 169 yer, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 72 yer ayrılmışdır. Bölmə ETM-lərinin doktoranturasına fəlsəfə hazırlığı üzrə 154  nəfər doktorant qəbul olunmuşdur.

Hazırda Bölmədə  fəlsəfə doktoru hazırlığı üzrə 143 qiyabi doktorant, 144 əyani doktorant , 443 dissertant vardır, onlardan 113-ü xarici vətəndaşdır.

AMEA Rəyasət Heyətinin 15 fevral 2012-ci il tarixli 7/6 ¹-li qərarına əsasən, 17 fevral 2012-ci il tarixində respublika mətbuatında ("Azərbaycan" qəzeti) AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elan dərc edilmiş və namizədlərin  qeydə alınması qaydaları müəyyən edilmişdir.

Humanitar və ictimai elmlər bölməsi üzrə AMEA həqiqi üzvlüyə sənətşünaslıq ixtisası üzrə elan olunmuş 1 yerə 3 nəfər iddiaçı, dilçilik ixtisası üzrə 1 yerə 2 nəfər iddiaçı, AMEA-nın müxbir üzvlüyünə fəlsəfə ixtisası üzrə 1 yerə 4 nəfər iddiaçı, ədəbiyyat ixtisası üzrə 1 yerə 17 nəfər iddiaçı, tarix ixtisası üzrə 1 yerə 13 nəfər iddiaçı ərizə vermişdir.

Ötən il Bölmənin saytının yaradılması haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmış və artıq 2012-ci ilin əvvəllərindən sayt (hieb.science.gov.az) fəaliyyətə başlamışdır. Saytda mütəmadi olaraq, Bölmə daxilində görülmüş işlər, eləcə də institutlarda keçirilən tədbirlər, əlamətdar hadisələr haqqında məlumatlar yerləşdirilir. Burada institutların səhifələrinə keçmək üçün birbaşa linklər  institutların bannerləri yerləşdirilmişdir.

2012-ci il mayın 26-da Azərbaycan Respublikasının Prezidentinin Kitabxanasında A.A.Bakıxanov adına Tarix İnstitutunun portalının təntənəli açılışı olmuşdur. Portalla bağlı blok-sxem hazırlanmış, İnstitutun əməkdaşlarının tərcümeyi-halları və yaradıcılıqları ilə bağlı materiallar ayrıca səhifələr şəklində elektronlaşdırılaraq blok-sxemə daxil edilmişdir. İnstitut əməkdaşlarının 100-dən artıq kitabı, informasiya, xəritə və tarixi şəkillər internet şəbəkəsinə daxil edilmişdir. Portalın menyusunda 20 bölmə üzrə 70-dən artıq alt bölmə vardır.

"Göytəpə Arxeoloji Parkı"na həsr edilmiş internet veb saytının yaradılması da (Azərbaycan və ingilis dillərində) bu sahədə irəliləyişlərdəndir.

2012-ci ildə İqtisadiyyat İnstitutunun yeni saytı yaradılmışdır. (www.amea-iqtisadiyyat.org).

Fəlsəfə Sosiologiya və Hüquq İnstitutunda müasir dövrdə xüsusi tarixi, elmi,siyasi əhəmiyyət kəsb edən islam aləmi xalqlarının dünya fəlsəfə tarixi kontekstində tədqiqi və dəyərləndirilməsi ilə bağlı Virtual Forum fəaliyyət göstərir. (rəhbəri: f.ü.e.d. Z.Quluzadə). Forumun məqsədi islam bölgəsi xalqlarının gələcəkdə çoxcildli fəlsəfə tarixinin yazılması istiqamətində hazırlıq işlərinin aparılmasıdır.

Hər il olduğu kimi, bu il də Bölmə bir sıra məsələlərlə bağlı  Rəyasət Heyəti qarşısında vəsatət qaldırmışdır. Xüsusi elmi nailiyyətləri olan ETM əməkdaşlarına  yubileyləri münasibətilə Fəxri Fərmanların təltif olunması, görkəmli şəxslərin, Bölmə üzvlərinin  yubileylərinin qeyd olunması, şöbə müdiri, elmi katib, baş elmi işçilərin təsdiqi, əyani doktorantların qiyabiyə keçirilməsi, fəlsəfə doktorlarının təsdiqi, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 23 may 2012-ci il tarixli Sərəncam əsasında hazırlanmış Proqram layihəsi, Zərdabi-170, Məhsəti-900, ETM-lərin Elmi şuralarının tərkibindəki dəyişiklik 2012-ci ildə AMEA Rəyasət Heyətinin iclaslarında səsləndirilmiş məsələlərdəndir.

Bölmənin əməkdaşı t.ü.e.d.Əli Rəcəblinin "Numizmatika və dövlətçilik" adlı elmi məruzəsi  Rəyasət Heyətinin 23 may 2012-ci il tarixli iclasında dinlənilmişdir.

 

Problemlər

 

Bölmənin bütün nailiyyətləri ilə yanaşı, bir sıra problemləri də diqqəti çəkir.

2012-ci ildə   birgə tədbirlərin, layihələrin həyata keçirilməsi  sahəsində irəliləyişlər müşahidə olunsa da, bu, kifayət qədər deyil.

Əlaqədar mövzular ətrafında işləyən institutlar fəaliyyətlərində bir-birlərinə daha çox yaxınlaşmalıdır. Bu fəaliyyət birgə elmi konfransların keçirilməsində, elmi perspektivlərin  müəyyələnləşdirilməsində özünü göstərməli və bu istiqamətdə birgə layihələr üzrə iş icra olunmalıdır.  Bir-birinə meyillilik artıq özünü göstərməkdədir ki, biz də bunu davam etdirməliyik. Bunun üçün keçən ildən qarşımıza məqsəd qoyduğumuz bir məsələ bu il də aktual olacaqdır. Bu, institutlararası problem laboratoriyaların yaradılmasıdır. Bu qurumlar "sufilik və erkən sivilizasiyalar" problemlərini öyrənə bilər.

2012-ci ildə həyata keçirə bilmədiyimiz bir məsələ də ölü dillər və sivilizasiyaların öyrənilməsi üçün mütəxəssislərin xaricə ezam olunmasıdır. Artıq bəzi namizədlər var, bu il həmin problem öz həllini tapacaq.

Bölmədaxili seminarlarla bağlı problemin aradan qaldırılması üçün bir sıra işlər görülmüşdür: seminarın sədri və onun köməkçisi müəyyənləşmiş, onun proqramı və daimi iştirakçılarının siyahısı hazırlanmışdır. Tezliklə seminar fəaliyyətə başlayacaq.

Digər problem dillə bağlı monitorinq qrupunun yaradılması ilə bağlıdır. Bu, təkcə dilçilərin cəmləşdiyi qrup olmayacaq, burada tarixçilər, etnoqraflar, filosoflar, folklorşünaslar, ədəbiyyatçılar və başqa elmlərin də nümayəndələri iştirak edəcəklər.

Bölmənin elmi işçilərinin orta yaş həddi 50-60-dır. Elmdə yaş həddi olmur, gənclərə də yer verilməlidir ki, onlar da öz sözlərini desinlər. Qızıl ortaqlığı tutmaq Bölmənin problemlərindən biridir.

Digər məsələ struktur məsələsi ilə bağlıdır. Ədəbiyyat və Dilçilik İnstitutunda köklü dəyişmələrə ehtiyac vardır, çünki bizdə olan bu institutlar "de fakto" Azərbaycan Ədəbiyyatı və Azərbaycan Dilçiliyi institutlarıdır. Burada xarici dillər və ədəbiyyat öyrənilə bilər, amma bu, kifayət etmir. Dilçilik İnstitutunun layihəsi hazırlanıb və güman ki, bu yaxın günlərdə tətbiq ediləcək.

Tarixçi etnoqraflardan ibarət etruskologiya qrupunun yaradılmasına ehtiyac var. Belə ki, İtaliyanın Cerveteri şəhərində yaşayan alimlər əcdadlarının  Qafqazın Xəzər sahillərindən ora gedib çıxdığını iddia edərək, bizim Akademiyaya müraciət etmişlər. Bu perspektivi qiymətləndirməli, Azərbaycan xalqının kökünü  müəyyənləşdirmək yolunda bu imkanı dəyərləndirməliyik.

Yer və maaş məsələsi yenə narahatlıq doğuran məsələlərdəndir. Maaş məsələsi təbii ki, prezidentimizin diqqət mərkəzindədir, çünki elmi işçinin, müəllimin maaşı hamını narahat edir. Bu, yaxın gələcəkdə həll olunacaq məsələlərdəndir.

HİEB əməkdaşlarının apardıqları elmi-tədqiqat işlərinin səmərəliliyinin   artırılması məqsədilə institutlara  əlavə iş otaqlarının verilməsi, texniki təchizatın yaxşılaşdırılması; elmi konfransların təşkili, xarici ölkələrdə gənc mütəxəssislərin elmi təcrübə keçməsi,  xarici elmi ezamiyyətlər, institutların nəşr işləri üçün maliyyə vəsaitinin artırılması; yeni yüksək ixtisaslı kadrların hazırlanması üçün Tarix İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının yaradılması; Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşları tərəfindən arxeoloji qazıntılar nəticəsində aşkar edilən nümunələrin inkişaf etmiş ölkələrin müvafiq elmi laboratoriyalarında analiz edilməsi, sualtı arxeoloji tədqiqatların aparılması məqsədi ilə müvafiq avadanlığın alınması, bölgələrdə ekspedisiyalar üçün bazaların yaradılması, arxeoloqların ağır çöl şəraitində işlədiklərini nəzərə alaraq onların dövlət tərəfindən sığortalanması; Folklor İnstitutunun toplama işlərinə ekspedisiya maddəsi üzrə maliyyə vəsaitinin ayrılması;  Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının təkmilləşdirilməsi, muzeyin ixtisaslı kadrlarla təmin olunması, ekspozisiya sahəsinin genişləndirilməsi, eksponatlarının bərpası və konservasiyası üçün vəsaitin ayrılması, muzeyin xarici əlaqələrinin genişləndiyini və sərgilərin sayının artdığını nəzərə alaraq struktur dəyişikliklərin aparılması; "Türkologiya" jurnalının poliqrafiya-çap işlərinə ayrılan vəsaitin Dilçilik İnstitutunun smetasına daxil edilməsi; Əlyazmalar İnstitutunda lazımi bərpa-gücləndirmə və təmir işlərinin aparılması və institutda saxlanılan hər biri 500 şəkildən ibarət 2 cildlik fotoalbomun nəşrinə  maddi vəsaitin ayrılması - HİEB ETM-lərinin mövcud problemləridir.

 

Perspektivlər

 

Bölmə 2013-cü ildə də bütün bacarıqlarını səfərbər etməyi, yeni layihələr  təkliflər üzərində işləməyi öz öhdəsinə götürmüşdür. 2013-cü ildə icrasına başlayacağımız yeni işlər  Bölmə daxilində  arxeoloq, tarixçi və dilçilərdən ibarət etrusk qrupunun yaradılması; humanitar və ictimai sahə ilə bağlı yazılmış orta məktəb dərsliklərinin, eləcə də tarixə dair dərc olunmuş müxtəlif  kitabların, elmi əsərlərın keyfiyyətini artırmaq məqsədilə Bölmə daxilində Dil, Ədəbiyyat və Tarix Araşdırmaları Komissiyasının təşkil edilməsi; muzeylərdə, Əlyazmalar İnstitutunda saxlanılan eksponatların, arxiv sənədlərinin qorunması, bərpası və fotoya çəkilməsi işinin sistemləşdirilmiş qaydada icrası məqsədilə yeni laboratoriyanın təsis edilməsidir.

 

***

 

Hesabat məruzəsi ilə bağlı müzakirələrdə akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Tofiq Hacıyev, Bəxtiyar Əliyev, professor İlham Məmmədzadə və başqaları çıxış edərək öz fikir və təkliflərini bildirmiş və Bölmənin illik hesabatını qənaətbəxş hesab etmişlər.

AMEA Rəyasət Heyəti Humanitar və İctimai Elmlər Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını dinlədikdən və müzakirə etdikdən sonra əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın təsdiq olunması haqqında qərar qəbul etmişdir.

 

 

Elm.- 2013.- 27 fevral.- S.9-14.