Biologiya və Tibb Elmləri
Bölməsi və Bölmədənkənar müəssisələr
üzrə 2012-ci ildə alınmış mühüm nəticələr
BİOLOGIYA
ELMLƏRI ÜZRƏ
BOTANİKA
İNSTİTUTU
Bitkilərin
taksonomiyası, sənədləşdirilməsi, bioloji
müxtəlifliyinin qiymətləndirilməsi və
qorunması
1. Azərbaycan florasında
yayılmış Zannichelliaceae fəsiləsinin yeni Althemia
Petit cinsinin Althemia filiformis növü və A. filiformis
sspş betpak-dalensis Tzvel. yarımnövü müəyyən
olunmuşdur.
İcraçılar: b.ü.f.d. P.Qaraxani, b.ü.f.d.
M.Musayev
2. İlk dəfə olaraq Pecedanum
ruthenicum M.B. və Heracleum pastinacifolium (Apiaceae) növlərinin
köklərindən elm üçün yeni 3 bioloji fəal
maddə - furokumarin törəməsi (psoroheraklin, peyserutenin və
peyseruteninin) fərdi şəkildə alınmış və
müasir spektroskopiya metodları (infra-qırmızı, proton
maqnit rezonansı, karbon-13 nüvə maqnit rezonansı, NMR Dept
135 və Dept 90) ilə onların quruluş formulları təyin
edilmişdir.
İcraçılar:
k.ü.e.d. S.Sərkərov, G.Qasımova, F.Qurbanova
3. Abşeronda introduksiya edilmiş Ceratostiqma plumbaginoides
bitkisindən tərkibində insan və heyvanlarda ağciyər və yuxarı tənəffüs
yollarının iltihabına səbəb olan
mikrob və bakteriyalara
inhibitor təsir göstərən
yüksək antibiotik xassəli plumbagin maddəsi və digər bitkilərin efir yağlarının iştirakı ilə
biokompozisiyanın yeni alınma
texnologiyası hazırlanmış və patent
alınmışdır (2012, patent N 009).
İcraçılar: b.ü.f.d. A.Şixiyev, B.Yaradanquliyev
Məhsuldarlıq proseslərinin
molekulyar-genetik əsasları
1. Bitkilərdə fototənəffüsün
israfçılıq olması haqda uzun illər dünya elmində
mövcud olan təsəvvürlərin
əksinə olaraq, müxtəlif üsullarla aparılan çoxillik
təcrübələrlə tarla şəraitində
yetişdirilən kontrast buğda
genotiplərində qaz mübadiləsinin,
karbon metabolizminin və
RBFK/O fermentinin aktivliyinin tədqiqi əsasında
ilk dəfə sübut
edilmişdir ki, fototənəffüs
təkamül nəticəsində formalaşmış həyat
əhəmiyyətli metabolik proseslərdən
biridir və bitkilərin məhsuldarlığını
artırmaq məqsədilə bu prosesi azaltmaq cəhdləri
əsassızdır.
İcraçı: akad. C.Əliyev
2. Yumşaq buğda genotiplərinin
(Triticum aestivum L.)
genotiplərinin SCAR (Sequence Characterized Amplified Regions) markerlərlə skrininqi
nəticəsində 45 genotipin 7D xromosomunda qonur pas xəstəliyinə davamlılığa cavabdeh Lr19 geni aşkar edilmişdir.
İcraçılar: akad. C.Əliyev, m.ü. İ.Hüseynova, b.ü.f.d.
S.Rüstəmova
3. İlk dəfə olaraq dünyada fitoplazmalar üçün növlərarası
rekombinasiyanın baş verməsi müəyyən
edilmişdir. Abşeron
yarımadasından toplanmış yarpaqların
qızarması simptomuna malik
xəstə armud ağacında identifikasiya olunmuş ¢Ca. P. pyri¢
fitoplazmasının PO145-AZ izolyatının ¢Ca.
P. prunorum¢ və ¢Ca.
P. pyri¢ fitoplazma
növləri arasında rekombinant
olması, imp, aceF, secY və pnp gen lokuslarının Multilokus
Sekvens analizi nəticəsində
müəyyən edilmişdir.
İcraçılar: akad. C.Əliyev, m.ü. İ.Hüseynova, prof. X.Foissac (Fransa Milli KT ETİ), b.ü.f.d.
Ə.Məmmədov, G.Balakişiyeva
ZOOLOGİYA
İNSTİTUTU
Azərbaycanın quru ərazilərində yaşayan
heyvanların biomüxtəlifliyinin öyrənilməsi, genofondunun qiymətləndirilməsi, faydalı
növlərin çoxaldılma texnologiyalarının
hazırlanması və səmərəli istifadəsi
Elm üçün
yeni otbiçən növü
- Homolophus nakhichevanicus
Sneqovaya 2012 Naxçıvan MR ərazisindən
təsvir edilmişdir. Azərbaycan
faunası üçün yeni cins və növ aktinedid gənə
- Trachymolgus nigerrimans,
hörümçəklərdən isə - Metellina
mengei növü aşkar edilmişdir.
İcraçılar: b.ü.f.d. N.Sneqovaya, b.ü.f.d. O.Aslanov, b.ü.f.d. E.Hüseynov
FİZİOLOGİYA
İNSTİTUTU
Orqanizmin
inkişafının neyrokimyəvi, fizioloji
və ekoloji əsasları
Boğazlığın
II kritik dövründə hipoksiyaya
məruz qalmış heyvanlardan
alınmış balaların beyin
strukturlarında aminturşuların mübadiləsi, lipid peroksidləşmədən müdafiə
sistemi və energetik
mübadiləni tənzimləyən fermentlərin fəallığında
dəfələrlə dəyişikliklər baş
verir.
İcraçılar: m.ü. T.Ağayev, b.ü.f.d. S.Babazadə, b.ü.f.d.
A.Rəşidova, b.ü.f.d. N.Yolçiyeva
MİKROBİOLOGİYA
İNSTİTUTU
Təbii biotoplarda
yayılan mikroorqanizmlərin müxtəlifliyinin ekoloji, fizioloji-biokimyəvi və biotexnoloji aspektləri
Ganoderma lucidum,
Laetiporus sulphureus, Pleurotus ostreatus və Trametes versicolor növlərinin
ştamları karbon atomları və
poliasetilenlərin qarışığından ibarət birləşmələri
sintez edir. Kimyəvi
sintezdən fərqli olaraq, bazidili göbələklər bu
proses zamanı poliasetilen
birləşmələrdən olan optiki aktiv qlikollarla
yanaşı, ketospirtlər də əmələ gətirir.
İcraçılar: m.ü. P.Muradov, k.ü.e.d. M.Vəliyev, G.Yaqubova
MƏRDƏKAN
DENDRARİSİ
Faydalı və nadir, nəsli kəsilməkdə olan bitkilərin bioloji
müxtəlifliyi, introduksiyası və məlumat
bankının yaradılması
Xəzər
rayonunda Pinus L., Thuya L., Juniperus L., Cupressus L. cinsinin bəzi
növlərinin dendroxronoloji təyinatı
aparılmış, yaşı, tarixi
inkişafı dövründə ekoloji
amillərdən asılılıq cədvəlləri, qrafikləri,
fonespektrləri elmi əsaslarla öyrənilmişdir. Bu rayonda bəzi növlər yaşına
görə təbiət abidəsi kimi
qeydə alınmışdır.
İcraçılar:
m.ü.T.Məmmədov, b.ü.f.d.
S.Bağırova
MƏRKƏZİ NƏBATAT
BAĞI
Azərbaycan florasından olan bitki növlərinin
introduksiyası və genofondunun
qorunması
Qafqazın
və qonşu bölgələrin şam (Pinus sylvestris L.) populyasiyalarının fenogenetik differensiasiyası öyrənilmişdir.
İcraçılar:
b.ü.f.d. V.Fərzəliyev, b.ü.e.d. S.Sannikov, b.ü.e.d. İ.Petrova, b.ü.f.d. D.Abdulina, b.ü.f.d. Y.Yeqorov (REA Yekaterinburq Nəbatat Bağı)
BAKI DÖVLƏT
UNİVERSİTETİ
İİR-in
Ərdəbil bölgəsində kartof sort nümunələrinin aqrobioloji
xüsusiyyətləri və seleksiyada əhəmiyyəti
İran İslam
Respublikasının Ərdəbil bölgəsində kartof bitkisinin yerüstü hissəsinin meristem
toxumalarından kəsiklər götürülmüş,
qidalı mühitdə əkilib inkişaf
etdirilmiş, seleksiya
işlərində başlanğıc material
kimi istifadə edilərək, bir neçə sağlam,
ekoloji təmiz, quraqlığa davamlı
və məhsuldar kartof sort
nümunələri alınmışdır. "Savalan" kartof sortu sınaqdan müvəffəqiyyətlə
çıxmış və İİR-in
bir çox bölgələrində
rayonlaşdırılmışdır.
İcraçı: b.ü.e.d. E.Qurbanov
ET BALIQÇILIQ TƏSƏRRÜFATI
İNSTİTUTU
Azərbaycanın su hövzələrində heyvanların
biomüxtəlifliyinin öyrənilməsi, genofondunun
qorunması və səmərəli istifadəsi
Akvakultura və dəniz şəraitində
nərəkimilərin müxtəlif növ
nümayəndələrinin erkən fərdi
inkişafında qameto və qonadogenez proseslərinin heteroxroniyasının
və ekoloji plastikliyinin
morfofunksional əsasları tədqiq edilmişdir. Akvakultura
şəraitində süni artım
biotexnikasının xüsusiyyətləri əmtəə nərəyetişdirmə
məqsədilə törədici (reproduktiv)
sürülərin formalaşması, saxlanılması və
istismarında nəzərə alınmalıdır.
İcraçılar:
b.ü.e.d. M.Axundov, b.ü.f.d. G.Hüseynova
TIBB ELMLƏRI ÜZRƏ
AZƏRBAYCAN TİBB
UNİVERSİTETİ
Azərbaycanda bədxassəli
şişlərin yayılması, diaqnostikası və
müalicəsi
Sümük
və sümük
yaradıcı şişlərdə
DEBA-nın CD31 reseptorunun sekresiyasından
asılı olaraq xəstəliyin erkən
diaqnostik və proqnostik
amillərinin parametrləri dəqiqləşdirilmişdir.
Bu şişlərin müalicəsi
zamanı angiogen preparatlarının tətbi-qi
məqsədəuyğun hesab edilmişdir.
İcraçılar:
akad. Ə.Əmiraslanov, tibb
ü.e.d. H.Muradov, tibb ü.e.d. A.Qaziyev, tibb ü.f.d. E.İbrahimov
Qarın
boşluğu üzvləri xəstəliklərinin
patofizioloji mexanizmlərinin öyrənilməsi
və cərrahi müalicəsinin təkmilləşdirilməsi
Laparaskopik hernioplastika
üsullarının istifadəsi üçün
göstərişlər və əks gös-tərişlər
müəyyən edilmiş, həmin əməliyyatların
istifadəsindən sonra baş
verə biləcək ağırlaşmaların
profilaktikası üsulları işlənib
hazırlanmışdır.
İcraçılar:
tibb ü.e.d. N.Bayramov, tibb ü.f.d. Ə.Rüstəm, tibb
ü.f.d. N.Zeynalov
Respublikanın əmək qabiliyyətli əhalisində psixi
pozğunluqlu xəstəliklərin
gedişatının xüsusiyyətləri və müalicəsi
məsələləri
Azərbaycan Respublikasının əhalisi arasında aqressiv və auto-aqressiv
şəxsiyyət pozuntusu
reaksiyaları, metadon proqramının öyrənilməsi,
qadınların ginekoloji patologiyalı psixi
sonsuzluq aspekti, suisidal davranış məsələləri
araşdı-rılmışdır.
İcraçılar:
tibb ü.e.d. G.Gəraybəyli,
tibb ü.e.d.
N.İsmayılov, tibb ü.e.d.
F.İsmayılov
Diş xəstəlikləri - kariyes və ağırlaşmaları, parodont xəstəlikləri
Üz-çənə nahiyəsinin müxtəlif növ
qazanılmış defekt və
deformasiyası olan xəstələrin müayin və
müalicəsində müasir kompyuter texnologiyalarının istifadəsi ilə
virtual müayinə və
planlaşdırma metodları, kliniki
alqoritmlər tətbiq olunmuşdur.
İcraçılar: tibb ü.e.d. Ç.Rəhimov, tibb
ü.e.d. T.Babayev, tibb ü.e.d. Y.Yusubov
Ana
və uşaqların sağlamlığının mühafizəsi
1.
Uzunmüddətli postmenapauza
dövründə olan qadınlarda
aşağı sidik yollarının urodinamik pozuntularının qeyri-invaziv
diaqnostika üsullarının informativliyi öyrənilmişdir. Müəyyən
edilmişdir ki, urogenital pozuntuların klinik
təzahürlərinin tezliyi və ifadəliliyi
estrogen defisitinin
getdikcə artması ilə şərtlənir.
İcraçılar:
tibb ü.e.d. E.Əliyeva,
tibb ü.e.d. N.Kamilova, tibb ü.f.d. A.Səfərəliyeva
2. Azərbaycan populyasiyalı birləşdirici toxumanın deferensə olunmayan
displaziyası olan uşaqlarda yaşdan və cinsdən asılı olaraq səciyyəvi fiziki
inkişaf əlamətləri və
morfometrik
xüsusiyyətləri, displaziya
elementlərinin təzahür xüsusiyyətləri öyrənilmişdir. Müəyyən edilmişdir ki, uşaqlarda displaziyanın fenotipik əlamətlərinin optimal təzahürü qızlarda 13-17 yaşlar
arasında daha qabarıq şəkildə
baş verir.
İcraçılar:
tibb ü.e.d. İ.İsayev, tibb ü.f.d. S.Xanməmmədova, tibb
ü.f.d.
M.Fətəliyeva
Müxtəlif
üzv və sistemlərdə norma və patologiyada baş verən morfoloji və
funksional dəyişikliklərin
xüsusiyyətləri
Kəskin endotoksemiya zamanı makrofaq
və tosqun hüceyrələrin epinevral qişanın təşkilində iştirak edən
strukturlarla qarşılıqlı əlaqələri və quruluş xüsusiyyətləri, beyin qabığında damarətrafı astrositar
ayaqcıqlarda baş verən dəyişikliklərin Transmission Elektron Mikroskop xarakteristikası, onurğa beyni
qanqlionlarının
qidalanmasında iştira edən
damarların quruluş xüsusiyyətləri
öyrənilmişdir.
İcraçılar: tibb ü.e.d. E.Qasımov, tibb ü.f.d. M. Mehdiyev, G.Əyyubova
Azərbaycan Respublikasının ekoloji və təbii amillərinin orqanizmə
təsiri, yeni yerli
fitopreparatların işlənib hazırlanması
1. Tədqiqatlar nəticəsində məlum olmuşdur
ki, qapalı mühitin
(sınaq qəfəsi-nin) ozonlaşdırılması təcrübə heyvanlarınınşəraitə
uyğunlaşma qabiliyyətini yük-səldir
və adaptogen durumunu
artırır.
İcraçılar: b.ü.e.d. R.Axundov, b.ü.f.d. C.Piriyeva
2. Azərbaycanın bitki mənşəli dərman resursları əsasında
yeni "Rozxmeli-sporitsa"
fitokompozisiyasının
alınma texnologiyası
optimallaşdırılmış, rasional
dərman formaları təklif edilmişdir, hazırda onların farmakoadaptogen
xassələri öyrənilir.
İcraçılar: b.ü.f.d. F.Rəcəbova,
V.Qaraxanova
ET KARDİOLOGİYA
İNSTİTUTU
Ürək-damar sistemi xəstəliklərinin
epidemiologiyası, profilaktikası, diaqnostikası, müalicə metodlarının və
reabilitasiya üsullarının təkmilləşdirilməsi
və optimallaşdırılması
Ürəyin
işemik xəstəliyi zamanı C-reaktiv zülalın və beyin
natriumuretik peptidin səviyyəsinin yüksəlməsi
koronar hadisələrin və miokardın gizli disfunksiyalarının rastgəlmə tezliyini artırır.
İcraçı:
tibb ü.e.d. R.Abdullayev
ET TİBBİ BƏRPA
İNSTİTUTU
Naftalan neftinin yeni preparatlarının tətbiqi və təsir mexanizmlərinin
öyrənilməsi
Naftalanın yeni
preparatları olan nanonaftalan
balzamı və xüsusi texnologi-ya ilə
təmizlənmiş naften karbohidrogen tərkibli yağın ilk dəfə
olaraq klinik şəraitdə müxtəlif artroloji və
osteoxondrozlu xəstələr üçün
kompleks müalicə üsulları
işlənib hazırlanmış, effektivliyi
əsaslandırılmışdır.
İcraçılar:
tibb ü.e.d. Ə.Musayev, tibb ü.f.d.
R.Zeynalov, tibb ü.f.d. S.İmamverdiyeva,
tibb ü.f.d. G.Həsənova,
b.ü.f.d. S.Bağırova
ET HEMATOLOGİYA VƏ
TRANSFUZİOLOGİYA
İNSTİTUTU
Azərbaycanda hemoblastozlar və
hemoqlobinopatiyalar (epidemiologiya,
diaqnostika, müalicə və
profilaktikası)
Müxtəlif formalı
hemoqlobinopatiyalı xəstələrin molekulyar-genetik
müayinəsi zamanı ilk dəfə Azərbaycanda 3 yeni b-talassemik mutasiya aşkar olunmuşdur:
İVS 1-130 (G - C); Codon
37 (TGG®TGA); Codon 8 (- AA).
İcraçılar:
tibb ü.f.d. Ç.Əsədov, tibb ü.f.d. T.Məmmədova,
b.ü.f.d. S.Qafarova, S.Əbdüləlimov
ET
AĞCİYƏR XƏSTƏLİKLƏRİ
İNSTİTUTU
Azərbaycanda vərəm xəstəliyinin erkən diaqnostikası,
müalicəsi və
profilaktikası tədbirlərinin
təkmilləşdirilməsi
Virus hepatitlərlə ağciyər
destruktiv vərəmli
xəstələrin standart
müalicəsinin intensiv fazasının başlanğıcında
ozon terapiyasının
tətbiqi tuberkulinə
sensibilizə olunmuş T hüceyrələrinin miqdarının, PPD-L limfositlərə proliferasiya edən vahidlərin normallaşmasına
gətirir,
tuberkulin
hissiyyatının azalmasına
imkan verir.
İcraçılar:
tibb ü.f.d. İ.Axundova və kollektiv
MİLLİ
ONKOLOGİYA MƏRKƏZİ
Bədxassəli şişlərin epidemiologiyası, dərman
müalicəsi və
şüa terapiyası
1. "Bədxassəli
şişlərin şüa
müalicəsi: nəzəri
əsasları, tətbiqi,
nəticələri" əsəri
(Bakı, 2012, 1227 s.) çapdan
çıxmışdır. Əsərdə həkimlər
üçün bədxassəli
şişlərin müalicəsində
istifadə olunan ionlaşdırıcı şüalar,
onların fiziki xüsusiyyətləri, bioloji
təsirləri, müasir
şüa terapiyasının
onkoloji xəstəliklərdə
tətbiqi metodları,
aparatları, radioterapiyanın
təşkili, onkoloji
xəstəliklərin klinikası,
diaqnostikası, şüa
müalicəsi metodları,
onların fəsadları,
nəticələri və
perspektiv inkişaf yolları, həmçinin
qeyri-onkoloji patologiyalarda
radioterapiyanın aparılması
barədə məlumat
verilir.
İcraçılar:
akad. C.Əliyev, tibb ü.e.d. İ.İsayev
2. "Ulğtrasonoqrafiə
v onkoloqii" əsəri
(Xarğkov: "Novoe slovo", 2012, 288 s.) çapdan
çıxmışdır. Əsərdə abdominal və kiçik
çanaq orqanlarının,
qalxanvari və süd vəzilərinin
normal ultrasəs anatomiyası,
patoloji halları təqdim olunmuş, həmin orqanların normal
ultrasəs anatomiyasının
və şiş törəmələrinin təsviri
olan 1000-dən çox
exoqram öz əksini tapmışdır.
İcraçılar:
akad. C.Əliyev, tibb ü.e.d. R.Abdullayev
MİLLİ
OFTALMOLOGİYA MƏRKƏZİ
Azərbaycanda ən geniş
yayılmış göz
xəstəliklərinin profilaktikası
və müalicəsi
1. Görmə üzvünün mexaniki zədələri zamanı
aparılmış müayinələrin
təhlili, nəticələri
optik koherent tomoqrafiyanın (OKT) üstünlüyünü təsdiq
edir. OKT gözün
ön hissəsinin topoqrafik-anatomik, mikroskopik dəyişikliklərini dəqiqliklə
aşkar edərək,
optimal müalicə taktikasını
seçməyə imkan
verir. Doppleroqrafik
müayinələr görmə üzvündə zədədən sonra yaranan işemik dəyişiklikləri
müəyyənləşdirib yaş aspektində optimal
müalicə aparmağa şərait yaradır.
İcraçılar:
tibb ü.f.d. F.Şamilova, tibb ü.f.d. N.Həşimova
2. Proliferativ diabetik retinopatiya fonunda vitreomakulyar traksion sindrom və büllurun yanaşı
bulanmaları zamanı kombinə olunmuş fakoemulsifikasiya, İOL implantasiyası
və 23G pars plana vitrektomiya effektiv və təhlükəsiz
metoddur.
Bu patologiya
zamanı OCT qiymətli
müayinə vasitəsi
olub, həm vitreomakulyar interfeysin dəyişikliklərinin detallı anatomik lokalizasiyasını
öyrənməyə, həm
də cərrahi müdaxilənin
planlaşdırılması və əməliyyatdan sonrakı
dəyişikliklərin monitorinqinə
kömək edir.
İcraçı: tibb ü.f.d. M.Kərimov
ET
TRAVMATOLOGİYA VƏ ORTOPEDİYA İNSTİTUTU
Dayaq-hərəkət sisteminin anadangəlmə,
qazanılma və inkişaf
qüsurları, onların
müalicə prinsipləri
Bud sümüyünün proksimal hissəsinin müxtəlif
lokalizasiyalı və
xarakterli sınıqları zamanı təklif edilən yivli-mil xarici fiksasiya aparatı
(İ 2003 0025) vasitəsilə sınığın lokalizasiya və xarakterindən asılı olaraq osteosintez üsullarının
tətbiqi nəticəsində
az invaziv
olaraq, fəsadlar azalır, nəticələr
yaxşılaşır.
İcraçılar:
tibb ü.e.d. Q.Canbaxışov, İ.Ağabəyov
ET
PEDİATRİYA İNSTİTUTU
Yeni doğulan uşaqlarda mərkəzi sinir sisteminin müxtəlif mənşəli zədələnmələri
Vaxtından əvvəl doğulan bəzi uşaqlarda mərkəzi sinir sisteminin hipoksik-işemik və hemorragik zədələnmələri zamanı neyrotrofik faktorun
(NTF) qan zərdabında səviyyəsi diferensial diaqnostik əhəmiyyətə malikdir,
həmçinin NTF patoloji
prosesin gedişi və nəticəsi üçün proqnostik əhəmiyyət kəsb
edir.
İcraçılar:
tibb ü.e.d. S.Həsənov və kollektiv
NAXÇIVAN
DÖVLƏT UNİVERSİTETİ
Naxçıvan Muxtar Respublikasında
ekoloji amillərin əhalinin tənəffüs
orqanlarına təsirinin
öyrənilməsi
Naxçıvan şəhərinin
atmosfer
havasının çirklilik
dərəcəsinin ətraf
ərazilərə nisbətən yüksək olması, şəhər sakinlərinin tənəffüs
orqanlarının xəstəliklərinə
rayonlarla müqayisədə
daha çox rast gəlindiyi aşkar edilmişdir.
İcraçı: b.ü.e.d. S.Məhərrəmov.
Elm.- 2013.-
27 fevral.- S.6.