Azərbaycan alimi "Elmdə ad" mükafatına layiq görülmüşdür
Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun
direktoru, Əməkdar Elm
Xadimi, AMEA-nın müxbir
üzvü Adil Qəribov
"Elmdə ad" fəxri
mükafatına və tituluna layiq görülmüşdür.
Bu
il aprelin 11-də Böyük Britaniya
Krallığının Direktorlar İnstitutunda keçiriləcək Beynəlxalq
Sokrat mərasimində
"ACHIEVEMENTS-2013"-ün təqdim edəcəyi
"Elmdə ad" beynəlxalq
mükafatı 2012-ci ildə peşəkar fəaliyyətdə
əldə etdiyi nailiyyətlərə
görə müxtəlif ölkələrdən olan görkəmli elm xadimləri və təşkilatlarını
bir araya gətirəcəkdir.
Tədbirdə
Adil Qəribova "Sokrat"
adına nominasiya komitəsinin "Elmdə
ad" fəxri mükafatı və titulu təqdim olunacaq və
onun adı görkəmli alimlərin ümumdünya reyestrinə daxil
ediləcəkdir.
Təltifdə,
həmçinin A.Qəribovun rəhbərlik etdiyi
kollektivin professional,
elmi-tədqiqat və mədəni-maarifçilik fəaliyyətinin
"Avropa keyfiyyəti" beynəlxalq
mükafatına layiq görüldüyü
vurğulanır.
G.ƏNSƏRLİ
Elm.- 2013.- 15 mart.- S.4.