Elmin inkişafına SƏRF
OLUNAN HƏYAT
Cəlal müəllimlə mən Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti)
1951-ci ildə - o, "bitki
fiziologiyası", mən
isə "iqtisadi coğrafiya" ixtisası
üzrə bitirmişəm. Universiteti bitirdikdən sora Cəlal Əliyev Azərbaycan Elmlər Akademiyasının (AEA) Botanika
İnstitutuna işə
daxil oldu və 60 ildən artıqdır ki, fasiləsiz olaraq burada müxtəlif vəzifələrdə çalışır.
Onunla daha yaxın tanışlığım 1981-ci ildə mən AEA-nın akademik-katibi təyin edilən zamandan başlanır.
Həmin
vaxt Cəlal müəllim də Akademiyanın Biologiya Elmləri Bölməsinin
akademik-katibi vəzifəsinə
təyin olunmuşdu.
Biz hər həftə
Rəyasət Heyətinin
üzvü kimi onunla iclaslarda görüşür və
Akademiya həyatının
müxtəlif sahələrini
əhatə edən məsələlərin müzakirələrində
iştirak edirdik.
Cəlal müəllim AEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi
seçilməzdən əvvəl
uzun müddət Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin
Əkinçilik İnstitutunda
və Azərbaycan Elmlər Akademiyasının
Botanika İnstitutunda laboratoriya və şöbə müdiri vəzifələrində (təxminən
20 il) çalışaraq
geniş elmi-tədqiqat
işləri aparmışdır.
Onun elmi işlərinin əsas təcrübə yeri Pirşağı qəsəbəsində yerləşən
Əkinçilik İnstitutu
olmuşdur. Böyük torpaq
sahələrinə malik
bu elm mərkəzində
Cəlal müəllim
müxtəlif bitkilər
üzrə təcrübə
sahələri yaratmışdı.
Arabir Cəlal müəllim AEA Rəyasət Heyətinin üzvlərini Əkinçilik
İnstitutunun təcrübə
sahəsinə dəvət
edir, burada respublikanın elmi mərkəzlərinin mütəxəssislərinin
iştirakı ilə
ətraflı müzakirələr
aparılırdı. İnstitutdakı təcrübə dayaq yerləri çox səliqəli və yaxşı qulluq edilən sahələrdən
ibarət idi. Müzakirələr vaxtı mütəxəssislər
bu qənaətə gəlirdilər ki, burada yerləşdirilən
buğda növlərindən
kənd təsərrüfatı
sahələrində çox
yüksək məhsul
(hətta hər hektardan 70-80 sentner) əldə etmək olar. Bunun üçün növlərin düzgün
rayonlaşdırılması və onların lazımi toxum fondunun yaradılması tələb olunurdu. Bu elmi tədqiqatların
istehsala tətbiqi nəticəsində, əkin
sahələrinin məhsuldarlığını
xeyli artırmaq hesabına ölkənin ərzaq məhsuluna tələbatını tam ödəmək
imkanı əldə etmək olardı.
Son zamanlar akademik Cəlal Əliyevin elmi fəaliyyətində molekulyar
biologiya, molekulyar genetika və gen biotexnologiyası xüsusi
yer tutur.
Bu sahələrin Azərbaycanda yüksək
səviyyədə inkişafının
möhkəm təməlini
qoyan Cəlal Əliyevin apardığı
böyük elmi tədqiqatlar nəticəsində
artıq molekulyar biologiya sahəsində müvafiq institutun yaradılması zərurəti
meydana çıxmışdır.
Müasir biologiya elminin
bu aparıcı elmi sahəsi üzrə dünyanın
qabaqcıl ölkələrində
keçirilən elmi konfraslarda və simpoziumlarda bioloji məhsuldarlıq proseslərinin
molekulyar əsaslarının
öyrənilməsi sahəsində
əldə edilən nəticələr dünya
ictimayyətinə çatdırılaraq
yüksək qiymətə
layiq görülmüşdür.
Cəlal Əliyevin elmi tədqiqatları beynəlxalq elmi mərkəzlərin araşdırmaları
ilə sıx surətdə əlaqələndirilir və
onlar tərəfindən
olduqca müsbət qiymətləndirilir. Təsadüfi deyildir ki, akademik
Cəlal Əliyevin yetişdirdiyi yüksək
ixtisaslı elmi kadrlar hazırda dünyanın bir sıra qabaqcıl ölkələrinin elmi mərkəzlərində geniş
elmi-tədqiqat işləri
aparırlar.
Akademik Cəlal Əliyevin elmin müasir tələblərinə
cavab verən mükəmməl tədqiqatları
respublikanın hüdudlarından
kənarda da müsbət əks-səda
verir. O, Rusiya Kənd Təsərrüfatı Elmləri
Akademiyasının, Ukrayna
və Belarus Aqrar Elmlər akademiyalarının
xarici üzvü, Azərbaycan Biokimyaçılar
və Molekulyar Bioloqlar Cəmiyyətinin sədri, "Azərbaycanda
biologiya elminin yeni sahələrinin inkişafı" fondunun
prezidenti, Amerika və Yaponiya Bitki Bioloqları Cəmiyyətinin və bir çox başqa beynəlxalq cəmiyyətlərin üzvüdür.
Akademik Cəlal Əliyevin anadan olmasının 85 illik yubileyi ərəfəsində beynəlxalq
elmi-nəzəri konfransın
keçirilməsi onun
dünya miqyasında böyük nüfuza malik olmasının parlaq sübutudur.
Əməkdar Elm Xadimi, akademik Cəlal Əliyevin rəhbərliyi
ilə Azərbaycanda genetik ehtiyatların öyrənilməsi və
"Biomüxtəliflik" üzrə milli proqram hazırlanıb həyata keçirilir.
Onun rəhbərliyi ilə respublikada biologiya elminin müasir sahələrinin inkişafı
üzrə kadrlar hazırlanır. Ölkədə biologiya elminin
inkişafında əvəzsiz
rol oynayan bir çox nəşrlər bilavasitə
akademik Cəlal Əliyevin rəhbərliyi
altında işıq
üzü görür.
O, nüfuzlu "Azərbaycan
Milli Elmlər Akademiyasının Xəbərləri
(Biologiya elmləri seriyası)" jurnalının
baş redaktorudur. Akademik Cəlal Əliyev fotosintez, molekulyar biologiya sahəsində bir sıra elmi
nəşrlərin də
rəhbəridir. AMEA Rəyasət Heyətinin üzvü kimi akademik C.Əliyev nəinki biologiya elminin, habelə başqa sahələrin də inkişaf etdirilməsinə böyük
diqqət göstərmiş
və köməyini əsirgəməmişdir. Böyük qardaşı akademik Həsən Əliyev kimi o da ətraf
mühitin qorunmasına,
respublika ərazisində
yaşıllıq sahələrinin
genişləndirilməsinə həmişə böyük
diqqət yetirir.
Akademik Cəlal Əliyev fəal ictimai xadim və böyük
vətənpərvər kimi
də yorulmaz fəaliyyət göstərir.
Onun ermənilərin Azərbaycanın
tarixi ərazilərinə
əsassız iddialarını
ifşa edən yazıları nəinki respublikada, ölkədən
kənarda da diqqəti cəlb etmişdir. Görkəmli alim Azərbaycanın
müstəqilliyinin qorunmasında
və hər cəhətdən möhkəmləndirilməsində,
ölkədə ədalətli,
hüquqi və demokratik dövlət qurulmasında respublika rəhbərliyinin həyata
keçirdiyi ardıcıl
siyasəti müdafiə
edir və bu istiqamətdə yorulmaz mübarizə aparır. Onun bu sahədə
vaxtilə həyata keçirdiyi çox cəsarətli fəaliyyəti
xüsusilə qeyd etmək istəyirəm.
Ulu öndərimiz Heydər Əliyev Sovet İttifaqı rəhbərliyindən uzaqlaşdırıldıqdan
sonra qırmızı
imperiya, həm də o zamankı Azərbaycan rəhbərliyi
tərəfindən təqib
edilən vaxt onun Moskvadan Bakıya və paytaxtdan Naxçıvana gedişini təşkil edən mübariz insanlardan biri də akademik Cəlal Əliyev olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı,
naxçıvanlıların böyük dəstəyi
ilə onun Muxtar Respublikanın rəhbəri seçilməsi
və sonradan Azərbaycan xalqının
təkidli tələbi
ilə Ümummilli liderin ikinci dəfə ölkə rəhbərliyinə dəvət
edilməsi yenicə müstəqillik əldə
etmiş Azərbaycan həyatının bütün
sahələrində hökm
sürən özbaşınalığın
aradan qaldırılması,
müstəqil ölkənin
məhv olunmaqdan xilas edilməsi və yeni dövlət
quruculuğunun yaradılması
ilə nəticələndi.
Milli Məclisin deputatı
kimi akademik Cəlal Əliyev ictimai fəaliyyətini indi də uğurla
davam etdirir.
Hörmətli akademik Cəlal Əliyevi anadan olmasının 85 illik yubileyi münasibətilə təbrik
edir, ona uzun ömür və gələcək fəaliyyətində böyük
uğurlar arzu edirəm.
Asəf NADİROV,
akademik
Elm.-
2013.- 30 may.- S.4.