Qüdrətli və dünya şöhrətli alim, QƏTİYYƏTLİ ŞƏXSİYYƏT

 

Azərbaycan  Milli Elmlər Akademiyasının akademiki, Rusiya  Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna  və Belarus Aqrar Elmlər akademiyalarının xarici üzvü, UNESCO yanında Bioetika, Elmi  Biliklərin və Texnologiyaların Etikası üzrə Azərbaycan  Milli Komitəsinin, Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Elmi Cəmiyyətinin sədri, Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq Cəmiyyətin, Amerikanın Bitki Bioloqları Cəmiyyətinin, Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin, Hüceyrə Stresi üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutunun üzvü, "Azərbaycanda biologiya elminin yeni sahələrinin inkişafı" fondunun prezidenti, Əməkdar Elm Xadimi, biologiya elmləri doktoru, professor, "İstiqlal" ordenli Cəlal Əlirza oğlu Əliyevin 85 illik yubiley təntənəsini yaşayırıq.

 

Ölkəmizin bu zəhmətkeş, fədakar, yüksək intellektə, zəkaya malik oğlu öz elmi tədqiqatlarının böyük nəticələri  ilə Azərbaycanı dünyada tanıtdıraraq, özü də böyük şöhrət qazanmışdır. Dünya alimləri akademik Cəlal Əliyevi novator alim kimi qəbul edirlər. Cəlal müəllim həm də elmin böyük  təşkilatçısı kimi tanınır.

Akademik Cəlal Əliyevin fəaliyyəti çoxşaxəlidir. Onun keçdiyi yol gərgin əməklə elmi axtarışlarda, laboratoriyalarda və açıq təbiətdə aparılan sınaq təcrübəsi, dünyəvi elmlərin uğurlarının sintezi, onların qarşılıqlı təsiri və vəhdəti ilə müşayiət olunur. O, uzaqgörən, yüksək intuisiyaya malik insanalimdir.

Alimin uzaqgörənliyi, istedadı və böyüklüyü ondadır ki, o, öz yüksək nailiyyətləri ilə bərabər, elmi məktəb də yarada bilsin. Cəlal Əliyev perspektivli, istedadlı gəncləri ətrafına toplayaraq böyük elmi məktəb yaratmışdır. Onun bilavasitə rəhbərliyi ilə hazırlanmış elmlər namizədləri, elmlər doktorları, professorlar hal-hazırda ABŞ, Fransa, Almaniya, Kanada, Yaponiyas. inkişaf etmiş ölkələrdə böyük uğurla çalışıb dünya elminə yeni töhfələr verirlər.

Cəlal Əliyev əməkdaşları ilə birgə Beynəlxalq Soros Fondunun 8 qrantını almışdır. Bu da ondan xəbər verir ki, alimin araşdırdığı elmi problemlər, tədqiqatlar dünyəvidir, böyük mahiyyət kəsb edir.

Azərbaycanda radioekologiyanın əsası Cəlal Əliyev tərəfindən qoyulmuşo, bu sahədə böyük elmi işlər görmüşdür. Məlum olduğu kimi, torpaq-bitki örtüyünün radioloji, geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi, qiymətləndirilməsi həyatda böyük əhəmiyyət kəsb edir. Alimin bu sahədə apardığı tədqiqatların və əldə etdiyi nəticələrin yüksək qiyməti danılmazdır. Cəlal müəllim Elmi-Tədqiqat Əkinçilik İnstitutunda radioloji cəhətdən mühüm nuklidlərin istilik nüvə sınaqlarından sonra yerə səpələnməsi ilə əlaqədar parçalanmanın radioaktiv məhsulları çox yaşayan stronsiumseziumun torpaq və bitkilərdə paylanmasının qanunauyğunluqlarını öyrənmişdir. Müxtəlif torpaq tipləri və bitkilərdə radionuklidlərin miqdarı haqda yığılmış faktiki material Azərbaycanın torpaq bitki örtüyündə stronsiumseziumun dövranının ümumi  biokimyəvi xəritəsinin tərtib edilməsinə imkan vermişdir. Eyni zamanda, radionuklidlərin torpaqdan kənd təsərrüfatı bitkilərinə keçməsi əmsalı müəyyənləşdirilmişdir.

Bu tədqiqatların nəticələrinin ətraf mühitin mühafizəsi, saflığın qorunması, ekoloji cəhətdən təmiz və yüksək məhsul alınması ilə bahəm insanların sağlamlağına da böyük təsiri vardır. Məlum olduğu kimi, zəzərli  maddələr torpaqdan bitkilərə, oradan da heyvanlaraquşlara keçir. İnsanlar onların məhsulları, əti ilə qidalanarkən onların da orqanizminə keçərək müxtəlif dərəcədə mənfi təsir göstərir, bir çox xəstəliklərin, patoloji proseslərin baş verməsinə səbəb olur. Məsələn, XX əsrin 80-ci illərindən başlayaraq uşaqların, yeniyetmələrin ümumi səhhətinin pozulması, xəstəliklərin çoxalması və xronikləşməsi, erkən əlilliyin artması dünya tədqiqatçılarının diqqətini cəlb etmişdir.

Bətn daxilində dölə ətraf mühit amillərinin, müxtəlif kimyəvi maddələrin təsirindən gələcək uşağın üzvlərinin böyük struktur, anatomik dəyişikliklərə məruz qalması ilə əlaqədar buya digər üzvün inkişaf qüsurları baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 10 milyondan 20 milyona qədər uşaq inkişaf anomaliyaları ilə doğulur. Bunların səbəbini də inkişaf etməkdə olan orqanizmin ətraf mühitin bioloji, ekoloji, torpağın biokimyəvi xüsusiyyətlərinin təsirlərinə məruz qalması ilə izah edirlər.

Son dövrdə Azərbaycanın müxtəlif regionlarında (Naxçıvan MR-də, Gəncə bölgəsində, Abşeron yarmadasında və s.) bu problem üzrə elmi tədqiqatlar aparılmış, çox vacib nəticələr əldə edilmişdissertasiyalar müdafiə edilmişdir.

Bütün bunlar onu sübut edir ki, Cəlal müəllimin elmi tədqiqatlarının mahiyyəti və əhəmiyyəti dünyəvidir, onların nəticələri gündəlik həyatımız üçün zəruriyyət təşkil edir.

Cəlal Əlirza oğlu Əliyev 1999-cu ildən bugünədək UNESCO yanında Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin  sədridir. Bu sahədə də akademik Cəlal Əliyev yorulmadan fəaliyyət göstərir.

Akademik Cəlal Əliyevin dəstəyi ilə tibb sahəsində fəaliyyət göstərən alimlərimiz Azərbaycan, İsveçrə, Fransa, Rusiya, Ukrayna, Moldava, Litvabaşqa ölkələrdə UNESCO-nun təşkil etdiyi simpozium, konqres, parlamentlərarası sessiyahumanitar forumlarda məruzələrlə çıxış edərək insan hüquqlarına dair qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürürlər.

Alimlərimiz göstərmişlər ki, Azərbaycanda tibbi etika min il bundan əvvəl meydana çıxmış,  mürəkkəb inkişaf yolu keçmişdir. Azərbaycan şifahi və yazılı ədəbiyyatının qədim tarixi abidəsi olan  xalq eposu "Kitabi-Dədə Qorqud" dastanında həkim davranışının əsas prinsiplərinin öz əksini tapmasını dünya alimlərinin diqqətinə çatdırmışlar.

MDB ölkələri içərisində tibbi bioetika sahəsində ilk dərsliyi, metodik vasitələri (Azərbaycan, rusingilis dillərində) Tibb Universitetinin alimləri yazmış, bu sahədə xüsusi treninqlər keçirmişlər. Tibb Universiteti ilə tibb kolleclərinin tələbələri üçün tibbi etikadan xüsusi tədris proqramı tərtib edilib tədrisdə tətbiq olunur.

Azərbaycan Respublikasının pediatr alimləri və iki mindən çox uşaq həkimi, qayğılarını çəkdiyimiz, gələcəyimiz, davamçılarımız olan 4 milyon Azərbaycan uşağı adından görkəmli alimimiz Cəlal Əliyevi böyük ehtiramla anadan olmasının 85 illik şanlı yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni uğurlar arzulayıram.

 

Adilə NAMAZOVA,

akademik

 

Elm.- 2013.- 30 may.- S.11.