YER ELMLƏRİ BÖLMƏSİNİN VƏ BÖLMƏDƏNKƏNAR ELMİ MÜƏSSİSƏLƏRİN 2012-ci ildə ƏLDƏ EDİLMİŞ MÜHÜM ELMİ NƏTİCƏLƏRİ

 

GEOLOGİYA İNSTİTUTU

 

Yer qabığının müasir tektonik strukturlarının təkamülü, geodinamik proseslərin modelləşdirilməsi.

Abşeron-Pribalxan zonasında 1842- 2012-ci illər arasında baş verən seysmik hadisələrin klasterAlan faktoru analizləri əsasında qeyri-puasson paylanma xarakteriburada (1949-1991) və (1995-2012)  zaman intervallı klasterlərin olduğu müəyyən edilmişdir ki, bu da seysmik hadisələri tektonik proseslərlə korrelyasiya etməyə imkan verir.

İcraçılar: müxbir üzv F.Qədirov, g.-m.ü.f.d. Q.Babayev, prof. L.Teleska (İtaliyanın Milli Elm Şurası).

Qitələr və onların akvatoriyalarının çöküntü hövzələrində neft və qazın əmələgəlmə və miqrasiya proseslərinin öyrənilməsi

Üzvi maddənin və bitumların regional paylanmalarının qanunauyğunluqlarının analizi əsasında paleotektonik, paleocoğrafineft-qaz generasiya edən çöküntülərin formalaşmasının paleofasial şərtləri, neftin və qazın yetkinliyiizotop-biomarker xarakteristikaları CXÇ-nin dərinsulu hissələrində karbohidrogenlərin faza vəziyyəti və karbohidrogenlərin generasiya prosesində müxtəlif yaşlı komplekslərlə zənginləşməsi yüksək dərəcədə qiymətləndirilmişdir.

İcraçı: g.-m.ü.f.d. D.Hüseynov.

Neftqaz yataqlarının işlənilməsinin elmi əsaslarının inkişafı və tətbiqi məsələlərinin həlli.

Qaz-kondensat yatağına ardıcıl qazsu vurma prosesinin modelləşdirilməsinin alqoritmi və tətbiqi proqram paketi işlənib hazırlanmış və onun yüksək səmərəliliyi göstərilmişdir.

İcraçılar: akademik M.Abasov, müxbir üzv Z.Abbasov, müxbir üzv Q.Calalov, t.ü.f.d. X.Feyzullayev.

Relaksasiyalı və sürüşgəcli mühitli neftqaz yataqlarının tükənmə rejimində işlənilmə göstəricilərinin təyini metodikası yaradılmışdır.

İcraçılar: müxbir üzv A.Quliyev, t.ü.f.d. B.Kazımov, t.ü.f.d. R.Əfəndiyev,  t.ü.f.d. M.Hacıyev.

Eksperimental tədqiqatlarla müəyyən edilmişdir ki, sabit və dəyişən elektrik cərəyanı sahələrinin məsaməli mühitdə baş verən mikroproseslərə müsbət təsiri ilə zəif keçiricikli  gilli laylardan neftin su ilə sıxışdırma əmsalı qiyməti əhəmiyyətli dərəcədə yüksəlir.

İcraçılar: akademik M.Abasov, t.e.d. R.Musayev, t.ü.f.d. Ə.Əsədov, R.Allahverdiyeva.

 

H.ƏLİYEV adına COĞRAFİYA İNSTİTUTU

 

Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi; istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi  siyasi problemləri,

-  İlk dəfə olaraq son 40-50 ildə baş vermiş landşaft-ekoloji, iqlim, səhralaşma və s. təbii-antropogen dəyişikliklər nəzərə alınmaqla irimiqyaslı (M 1:250000) kosmik şəkillərin deşifrlənməsi materialları əsasında bütün ölkə ərazisinin təbii landşaft komplekslərinin sinergetik diaqnostik vəziyyətini əks etdirən "Azərbaycanın kosmolandşaft xəritəsi" tərtib edilmişdir.

İcraçılar: c.e.d. E.Əlizadə, c.ü.f.d. A.Mikayılov, c.ü.f.d. S.Quliyeva, c.ü.f.d. İ.Kuçinskaya, c.ü.f.d. E.Kərimov.

- Acınohur alçaq dağlığı və Qanıx-Əyriçay vadisi geosistemlərinin landşaft-geokimyəvi diferensiasiyası, ekoloji gərginliyin, infrastrukturunekoloji karkasın əsas xüsusiyyətləri müəyyən edilmişdir. Ərazinin təbii-təsərrüfat sisteminin inkişaf istiqamətlərini nəzərə almaqla coğrafi informasiya sistemi əsasında böyük miqyaslı "Landşaft-ekoloji" və "Geokimyəvi landşaft" xəritələri hazırlanmışdır.

İcraçılar: c.ü.f.d. M.İsmayılov, c.ü.f.d. M.Yunusov, c.ü.f.d. E.Məmmədbəyov, c.ü.f.d. Q.Rüstəmov, c.ü.f.d. S.Zeynalova.

- İlk dəfə olaraq mövcud coğrafi, tarixi, etnoqrafik mənbələrə söykənməklə Ermənistan tərəfindən işğal olunan ərazilərdə Azərbaycan (türk) mənşəli coğrafi adların erməniləşdirilməsi mərhələləri müəyyən edilmiş və onların soyqırımına məruz qalması əsaslandırılmışdır.

İcraçılar: c.ü.f.d. M.Abbasova, c.ü.f.d. Ş.Əzizov, e.i. A.Rəhimova, e.i. İ.Məmmədova.

Respublikamızda əhalinin sağlamlığını daha yaxşı təmin etmək üçün tibbi coğrafiya istiqamətində tədqiqatlar davam etdirilmişdir.

- İlk dəfə olaraq Azərbaycanda anofeles ağcaqanadlarının yayılma arealının iqlim sərhədləri, malyariya xəstəliyinə yoluxma mövsümünün başlanma dövrü və davamiyyəti müəyyən edilmişdir.  Azərbaycan ərazisi malyariya xəstəliyinin yayılması səviyyəsinə görə 3 iqlim malyariogen zonaya ayrılmışdır: endemik, epidemik və malyariyasız.

İcraçılar: c.ü.f.d. X.Ş.Rəhimov, e.i. C.N.Əhmədova.

- Ayrı-ayrı torpaq tipləri üzrə qurulmuş münbitlik modeli əsasında Böyük Qafqazın cənub hissəsinin arid torpaqlarında deqradasiya intensivliyi və istiqamətləri müəyyən edilmiş, ilk dəfə 1: 100 000 miqyasında deqradasiya xəritəsi tərtib  edilmişdir.

İcraçılar: İ.Quliyev, Ç.Nəsirova, N.Əzizova, P.Hüseynova.

Xəzər dənizi ekosisteminin kompleks tədqiqi.

- İlk dəfə olaraq Azərbaycan Respublikası ərazisində yeni yaradılacaq Samur -Yalama Milli Parkının gələcəkdə idarə olunması üçün həmin ərazinin təbii və sosial-iqtisadi şəraitinin GİS mühitində 1:25 000 miqyaslı 10 ədəd rəqəmsal xəritəsi tərtib olunmuş və verilənlərin müvafiq informasiya bazası yaradılmışdır.

İcraçılar: müxbir üzv, tex.e.d., prof. R.Məmmədov, c.e.d. M.Xəlilov, c.ü.f.d. M.İsmayılov, c.ü.f.d.M.Həsənov, k/t.ü.f.d. İ.Quliyev, doktorant R.Əmənov.

- Xəzər dənizinin 1:750 000 miqyaslı  barometrik xəritəsi ArcGIS mühitində rəqəmsal xəritəyə çevrilərək və dərinlik paylanması vericiləri işlənərək Xəzər dənizinin  dibinin 3D relyef modeli hazırlanmışdır.

İcraçılar: müxbir üzv, t.e.d., prof. R.Məmmədov, baş elmi işçi, f.-r.e.d. R.Qardaşov, e.i. R.Əmənov.

 

MİLLİ AVİASİYA AKADEMİYASI

 

Təbii mühitə, maddələrə, materiallara məmulatlara nəzarət cihazları və metodları.

Web GIS texnologiyalarının malik olduğu üstünlükləri əsas götürərək geoservislərin yaradılması qaydalarına uyğun şəkildə struktur məsələləri həll edilmiş, aerokosmik monitorinqin effektivliyinin artırılması üçün "Abşeron yarımadasının geoməkanı" geoservis modeli hazirlanmış və sinaqdan keçirilmişdir.

İcraçılar: akademik A.Paşayev, akademik A.Mehdiyev.

 

AMEA RESPUBLİKA SEYSMOLOJİ XİDMƏT MƏRKƏZİ

 

Yerin daxili quruluşunun seysmik üsullarla tədqiqi.

Geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək zonaları müəyyən edilmişdir. Bu həmin zonalarda seysmik aktivliyin ssenarisinin inkişafını izləməyə imkan verir.

İcraçılar: g.-m.e.d. Q.Yetirmişli, f.-r.ü.f.d. A.Rzayev.

İlk dəfə Azərbaycan seysmotelemetrik stansiyalarının məlumatları əsasında instrumental üsulu ilə Lökbatan palçıq vulkanının 3 səviyyəli püskürmə prosesi qeyd olunub. Hər bir püskürməyin davamlılığı, dərinliyi və ayrılan enerjisi təyin olunub.

İcraçılar: g.-m.e.d. Q.Yetirmişli, g.-m.ü.f.d. S.Kazımova.

Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında ocaq mexanizmlərinin məlumat bazası yaranıb (M³2,5) və respublika ərazisinin fərdi seysmogen zonalarında seysmotektonik deformasiyaların xüsusiyətləri müəyyən olunub.

İcraçılar: g.-m.e.d. Q.Yetirmişli, g.-m.ü.f.d. S.Kazımova.

Seysmogeokimyəvi seysmik sahələrin çoxillik monitorinqi nəticəsində ilk dəfə olaraq Şamaxı-İsmayıllı seysmogen zonasında geokimyəvi parametrlərin kombinasiyaları əsasında mikrobloklar müəyyən olunmuş və zəlzələqabağı zaman təyin edilmişdir.

İcraçılar: g.-m.e.d. R.Kərəmova, P.Abdulrazaqova, Y.Kudryavtseva.

 

AZƏRBAYCAN RESPUBLİKASI  DÖVLƏT NEFT ŞİRKƏTİ

 

Tıxac təmizləyən qurğular.

Quyu gövdəsindəki maye sütununun enerjisi hesabına baş verən elastiki dalğaların yaranma prosesinin riyazi modeli yaradılmış və bunun əsasında quyu gövdəsinin qumdan səmərəli təmizlənməsini təmin edən yeni texnologiya işlənib hazırlanmışdır.

İcraçılar:  t.ü.f.d. E.Abbasov.

 

 

Elm.- 2013.- 31 yanvar.- S.8.