Yeni yollar kəşf edən alim
Görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasif Məmməd Ağa oğlu Babazadə 80 illiyini qeyd edir.
O, 1938-ci il sentyabrın 2-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir, 1964-cü ildə geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, 1975-ci ildə elmlər doktoru (Rusiyanın Novosibirsk şəhərində) elmi dərəcələrini, 1979-cu ildə isə professor elmi adını almışdır. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.
Vasif Babazadə əmək fəaliyyətinə tələbəlikdən başlayaraq 1959-cu ildən kollektor, böyük kollektor, böyük geoloq, dəstə və partiya rəisi vəzifələrində çalışmışdır. 1961-ci ildən BDU-da işləyən alim geologiya-coğrafiya fakültəsinin dekan müavini, dekan vəzifələrində işləmiş, 1986-cı ildən «Faydalı qazıntılar» kafedrasının müdiri, 1989-cu ildən isə “Yer ehtiyatlarının aerokosmik tədqiqatları” ETL-in elmi rəhbəridir. O, filiz yataqlarının geologiyası və metalloge¬niyası sahəsində tanınmış elmi məktəb yaradan alimdir. Strateji əhəmiyyətli «Azərbaycanın kosmotektonik xəritəsi» (miqyas 1:600 000; 2007) və «Filiz yataqlarının proqnozlaşdırılması ilə Azərbaycanın regional çatlılıq xəritəsi»nin (miqyas 1:600 000) redaktoru və əsas müəlliflərindən biridir. Azərbaycanın filiz yataqlarının formasion analizini, filiz-maqmatik sistemləri məfhumunu geoloji ədəbiyyata daxil etmiş və onların vulkano-plutonik komplekslərdə ayrılma prinsiplərini göstərmişdir. Kiçik Qafqazın civə qurşağının varlığını elmi cəhətdən əsaslandırmış, Azərbaycanın qızıl filizi əyalətini ayırmışdır. O, nəcib, əlvan, nadir və qara metal yataqlarının respublika ərazisində yerləşmə qanunauyğunluqlarını müəyyən edərək onların proqnozunu vermişdir.
Vasif
Babazadə 350 elmi əsərin, 40 monoqrafiya və dərsliyin, o
cümlədən iri həcmli “Azərbaycan
qızılı”, “Azərbaycanın mineral-xammal
resursları”, “Nəcib metal filiz-maqmatik sistemləri”, “Kiçik
Qafqazın cənubunun endogen
metallogeniyası və nəcib metal filizləşməsinin
proqnozu”nun müəllifidir.
Alimin “Metallik non metallik ore deposits” monoqrafiyası
xaricdə çap olunmuşdur. Alim bir sıra beynəlxalq
konqreslərdə (Pekin,
Barselona və s.), simpozium və konfranslarda məruzələrlə
çıxış etmiş,
ölkəmizi təmsil
etmişdir, bir çox qrant layihələrinin qalibi olmuş, “Yerin təki haqqında” və “Təhsil haqqında” qanunların hazırlanmasında və
qəbul olunmasında
iştirak etmişdir.
Vasif Babazadə AMEA Yer Elmləri Bölməsinin büro üzvü, Geologiya və Geofizika elmləri üzrə
Problem şurasının sədri,
Mineral Xammal İnstitutu
Elmi Şurasının,
Azərbaycan Geoloqları
Milli Komitəsinin üzvüdür. AAK-ın Yer elmləri
üzrə Ekspert Şurası sədrinin müavini, «Bakı Universitetinin Xəbərləri»
(Təbiət elmləri
seriyası) jurnalının
redaktoru, AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvüdür.
Qafqaz
Mineral Xammal İnstitutu
Elmi Şurasının
üzvü (Tbilisi), Qafqazın
filiz yataqları üzrə ekspertidir.
Alimin elmi rəhbərliyi altında 10 elmlər doktoru, 35 fəlsəfə
doktoru hazırlanmışdır.
Vasif Babazadə elm sahəsindəki nailiyyətlərinə
görə 1978-ci ildə
Azərbaycan Respublikası
Dövlət mükafatı
laureatı, 2000-ci ildə
Əməkdar Elm Xadimi
adlarına layiq görülmüş, 2009-cu ildə
“Şöhrət” ordeni
ilə təltif olunmuşdur. 2008 və
2013-cü illərdə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, dəfələrlə
Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin təşəkkürünə, xatirə medalı, diplomu və mükafatına, 2017-ci ildə
AMEA-nın akademik Musa
Əliyev adına mükafata layiq görülmüşdür. Görkəmli
alim Vasif Babazadə yer elmləri doktoru Şəhla Abdullayeva, Gürcüstan Milli Elmlər Akademiyasının
Geologiya İnstitutunun
əməkdaşları S.Kekelia
və M.Kekelia ilə birgə hazırladığı “Ada
qövsləri poleosistemlərinin
qızıl saxlayan sulfid yataqları, onların metallogenik xüsusiyyətləri və
geodinamik inkişaf şəraiti” və “Alp dağlıq-qırışıqlıq qurşağının mərkəzi
seqmentinin filiz yataqları və onların mənşəyi
problemi” adlı monoqrafiyalarına görə
Gürcüstan Milli Elmlər Akademiyasının
akademik Aleksandr Tvalçrelidze adına mükafatına layiq görülüb. Azərbaycan
Respublikasının Prezidentinin
31 avqust 2018-ci il Sərəncamı ilə
Azərbaycan Respublikasında
geologiya elminin inkişafında böyük
xidmətlərinə görə
akademik Vasif Məmməd Ağa oğlu Babazadə “Şərəf” ordeni ilə təltif edilmişdir.
Respublika Ağsaqqallar
Şurası Məclisinin
üzvü, lakin gənclik əzmkarlıqla,
yorulmadan çalışan,
elmdə yeni yollar kəşf edən görkəmli alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm
can sağlığı və
elmi-pedaqoji fəaliyyətində
uğurlar arzu edirik.
Fəxrəddin Qədirov,
AMEA Yer Elmləri Bölməsinin akademik-katibi,
akademik
Elm.- 2018.- 14
sentyabr.- S.7.