Seyid Nigari Qarabağinin Divanı tədqiq edilir
Türkiyə Cumhuriyyəti Qazi Universitetinin Professoru İsmayıl Aksoyak tərəfindən 2007 – ci
ildə əsası qoyulan” Türk ədəbiyyatının əlaqəli
indeks və tətbiqi lüğət
“ layihəsində iştirak
etmək üçün
Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin “ Folklorşünaslıq
və el sənətləri”
şöbəsinin kiçik
elmi işçisi,İstanbul
Universitetinin “ Qədim
Türk ədəbiyyatı
“ şöbəsinin doktorantı
Reyhanə Səlimova
“ Şeyx Seyid Mir Həmzə Nigari Qarabağinin Divanı “ ilə bağlı müraciət etmişdir.
XIX əsrin sufi
şairinə dərin
məhəbbəti olan
tədqiqatçının bu müraciəti layihə komitəsi tərəfindən müsbət
qiymətləndirilmiş və
Reyhanə Selimovanın
türk ədəbiyyatının
yüzlərcə klassik
əsərlərini əhatə
edən akademik tədqiqatlarda bu divanla iştirak etməsinə icazə verilmişdir.
“ Türk ədəbiyyatının
əlaqəli indeks və tətbiq lüğət “layihəsinin
məqsədi XII- XIX əsr
qədim türk ədəbiyyatının və
dil mətnlərinin əlaqəli indeksini hazırlamaqdır . Yuxarıda
qeyd edilən əsrlərə aid əlyazma
əsərlərin latın
hərflərinə transkripsiyası,
mətnlərdə istifadə
edilmiş kəlmələri,
farsca və ərəbcə izafət
tərkiblərini , atalar
sözləri və məsəlləri, hədisləri,
Quran ayələrini düzgün
təyin etmək və şairin mətn içərisindəki
həmin ifadəni hansı mənada işlətdiyini tam dəqiq
mənasını vermək
bu akademik tədqiqatın əsas hissəsini təşkil edir.
Türkiyə universitetlərindən olan
təxminən 500 tətqiqatçının
gərgin əməyi
sayəsində hazırlanan
və 629 əsəri
əhatə edən bu layihə artıq ensiklopediya, lüğət və arxiv səviyyəsinə yüksəlməkdədir. Layihənin 2023- cü ildə tamamlanması gözlənilir.
Sərvan Kərimov
Elm.- 2018.- 14 sentyabr.- S.8.