Təlim-seminar

 

Akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunmuş “Fizikanın kondensə olunmuş mühitlərində müasir istiqamətlər” (Modern Trends in Condensed Matter Physics – “MTCMP 2018”) mövzusunda beynəlxalq konfrans çərçivəsində  AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda təlim-seminar keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev təlim-seminarın superkompüter texnologiyaları, eləcə də “Big data analitikası problemlərinin müzakirəsinə həsr olunduğunu bildirib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) İnformasiya Texnologiyaları Laboratoriyası (İTL) və Meksika Milli Avtonom Universitetinin məsul şəxsləri iştirak ediblər.

Tədbirin ilk günü BNTİ İTL-in direktoru Vladimir Korenkovun “CERN Böyük Adron Kollayderi üçün paylanmış hesablamalar”, İTL-in qrup rəhbəri Vladimir GerdtinKvant hesablamaları və kvant məlumatlarına giriş”, İTL-inHybriLITheterogen platformasının baş analitiki Maksim ZuevinSuperkompüter GOVORUN. Elmi hesablamaların yeni imkanları” və İTL-in əməkdaşı Nikita BalaşovunBulud texnologiyalarına girişmövzusunda məruzələri dinlənilib.

Məruzələrə dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Seminarın növbəti günündə “Diskret Furye çevirməsinin artan və azalan operatorlarının cəbri xüsusiyyətləri”, “AZ-IFAN” Məlumat Mərkəzinin qrid və bulud infrastrukturu” və digər mövzularda məruzələr təqdim olunub.

 

Elm.- 2018.- 26 sentyabr.- S.2.