Azərbaycan alimləri IX Ümumdünya Elm Forumunda iştirak ediblər
Noyabrın 20-də Macarıstanın
paytaxtı Budapeştdə IX Ümumdünya
Elm Forumu işə
başlayıb.
Dörd gün
davam edən tədbirdə 100-ə
yaxın ölkənin nümayəndəsi iştirak
edib. Forumda Azərbaycanı
AMEA-nın vitse-prezidenti, akademik
Dilqəm Tağıyev və Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, professor
İmamverdi Həmidov təmsil ediblər.
Forumun
təntənəli açılış mərasimində
Macarıstan Respublikasının Prezidenti Yanoş Ader,
Macarıstan Elmlər Akademiyasının prezidenti, professor
Laslo Lovas, UNESCO Baş Katibinin müavini Şamila Nair-Beduel,
Beynəlxalq Elm Şurasının prezidenti, professor Daya Reddi və
başqaları çıxış ediblər.
“Elm, etika və məsuliyyət” devizi
altında keçirilən tədbirin 40-dək tematik sessiyasında elmi diplomatiya, elmi jurnalistika, elmin cəmiyyətdə
rolu, qida təhlükəsizliyi,
iqlim dəyişikliyi, içməli su problemi, mühəndislik,
texnologiya və ekologiya,
regenerativ təbabət, beynəlxalq elmi əməkdaşlıq və s. mövzularda 150-ə
yaxın məruzə dinlənilib. Həmçinin müxtəlif
beynəlxalq qurumları, elmi mərkəzləri
və universitetləri təmsil
edən alimlər elmin müxtəlif sahələrinə
dair geniş fikir mübadiləsi aparıblar.
Tədbirdə
Macarıstan Elmlər Akademiyasının prezidenti, professor
Laslo Lovas və AMEA-nın vitse-prezidenti, akademik Dilqəm
Tağıyev iki ölkənin elmlər akademiyaları
arasında perspektiv əməkdaşlıq imkanlarını
müzakirə ediblər.
IX Ümumdünya Elm Forumunun
bağlanış mərasimi noyabrın 23-də Parlament binasında keçirilib.
Tədbirdə Forumun bəyannaməsi qəbul
edilib və X Ümumdünya
Elm Forumunun 2021-ci ildə
Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilməsi
qərara alınıb.
Elm 2019.- 19 dekabr.- S.6.