"Qayaüstü
mədəniyyət: mif, rəsm və dünya" mövzusunda
beynəlxalq elmi seminar
AMEA-nın
Mərkəzi Elmi Kitabxanasında “Qayaüstü mədəniyyət:
mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar
keçirilib.
AMEA-nın prezidenti,
akademik Ramiz Mehdiyev bildirib ki, akademiyada Müstəqil
Dövlətlər Birliyi Humanitar
Əməkdaşlıq Fondunun dəstəyi
ilə bundan öncə də müxtəlif
mövzulara həsr olunan
beynəlxalq elmi konfranslar
keçirilib, dövlətlər
arasında elmi əməkdaşlıq ənənələrinin
yenidən bərpa edilməsi istiqamətində mühüm addımlar atılıb.
AMEA rəhbəri deyib
ki, ötən il
keçirilən beynəlxalq elmi konfransda da çox
aktual və müasir
problemlər müzakirəyə çıxarılıb, konkret “Fizika və lirika” mövzusu ətrafında
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında
və Rusiyanın Dubna şəhərindəki
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təşkil
edilən müzakirələr MDB ölkələrində humanitar sahənin alimləri ilə dəqiq və
təbiət elmlərini təmsil edən elm
adamlarının qarşılıqlı əlaqələrinin
formalaşdırılması baxımından mühüm
əhəmiyyət kəsb edib.
“Bu gün “Qayaüstü mədəniyyət: əsatir, rəsm və dünya” mövzusunda keçirilən beynəlxalq elmi seminarda qədim sivilizasiyaların, ibtidai insan düşərgələrinin formalaşması, habelə bədii düşüncənin və yazı mədəniyyətinin əmələ gəlməsi kimi ciddi elmi problemlər müzakirə olunacaq”-deyən R.Mehdiyevin sözlərinə görə, hazırkı mərhələdə sivilizasiya və insan məskunlaşması məsələləri beynəlxalq elmi mühitdə geniş müzakirə edilən aktual problem olduğu üçün səslənəcək tezislər dünya elminin
inkişafına mühüm
töhfələr verəcək; Bəşəriyyətin qədim
qayaüstü mədəniyyətdən müasir mədəniyyətəqədərki
keçilmiş yolunun
dərslərini və vacib elmi nəticələrini müəyyən etmək
istiqamətində mühüm addımlar
atılacaq.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dünya elmində qayaüstü mədəniyyətin ilkin insan birliklərinin daş yaddaşı kimi qəbul edildiyini, qayaüstü təsvirlərin etnosun mənşəyi və qədimliyini müəyyən etməyə imkan verən əsas faktorlardan biri olduğunu bildirib.
“Azərbaycan qayaüstü
mədəniyyəti özündə oturaq
mədəniyyəti, habelə əfsanə ilə
reallıqları bir yerdə əks etdirir”, – deyən akademik
Azərbaycan qayaüstü rəsmlərindəki
araba, öküz,
yallı, əmək və qoşqu alətləri
təsvirlərinin regiondakı oturaq mədəniyyətin
nişanələri olduğunu
vurğulayıb.
Daha sonra
Tacikistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Karamatullo Olimov “Qayaüstü mədəniyyətin fəlsəfi
və ekzistensial aspektləri” mövzusunda məruzə edib.
Alim qayaüstü rəsmlərdə
estetik dəyərlə yanaşı, qədim insanların dünyagörüşü ilə
bağlı dərin fəlsəfi fikirlərin gizləndiyini qeyd edib.
Qırğızıstan-Rusiya Slavyan
Universitetinin Tarix və
Mədəniyyətşünaslıq kafedrasının müdiri Lyudmila Stavskaya da
çıxış edərək
Qırğızıstanın qaya sənətinə
dair kitabı təqdim edib.
Seminar öz işini
Qobustan Milli Tarix-Bədii Qoruğunda davam etdirib.
Elm 2019.- 19 dekabr.- S.4.