Nurlu şəxsiyyət

 

Mərkəzi Elmi Kitabxanada görkəmli ədəbiyyatşünas tənqidçi, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110  illiyinə həsr olunan “Bu günün sabahın ədəbiyyatşünasımövzusunda respublika elmi konfransı keçirilib.

Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə bu müəssisənin direktoru, akademik Muxtar İmanov açıb. O, Prezident İlham ƏliyevinAkademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, alim ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edib, sanballı fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib.

Akademik M.İmanov ədəbiyyatşünas alim Məmməd Cəfər Cəfərovun böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət olduğunu, onun ölkə dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazdığını bildirib. İnstitut direktoru alimin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılığına həsr olunan tədqiqat işlərinin işıq üzü gördüyünü diqqətə çatdırıb.

Məmməd Cəfər Cəfərovun onun elmi rəhbəri olduğunu deyən M.İmanov alimin pedaqoq kimi xidmətlərindən danışıb, onun gözəl müəllim olduğunu söyləyib. Qeyd edib ki, Məmməd Cəfər Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biridir. Alimin tədqiqat əsərləri bu gün ən dəyərli mənbələrdəndir.

Sonra çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev ədəbiyyatşünas alimin səmərəli elmi fəaliyyətindən, onun XIX əsr rus ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılmasındakı xidmətlərindən danışıb. Bildirib ki, Məmməd Cəfər Cəfərov bu sahədə elmi məktəb yaradıb, gənc kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərib.

Kamal Abdullayev ölkəmizdə çoxsaylı tənqidçilərin yetişməsində müstəsna xidmətləri olan Məmməd Cəfər Cəfərovun tələbələrin sevimlisinə çevrildiyini, onun gələcəyin ədəbiyyaşünaslarına daim qayğı ilə yanaşdığını diqqətə çatdırıb. Məmməd Cəfər Cəfərovun ictimaiyyət arasında da böyük hörmət qazandığını deyən rektor mərdlik, cəsarət, iradə kimi xüsusiyyətlərə sahib olan alimin elmi irsinin gələcək nəsillərə layiqli miras olduğunu vurğulayıb.

Akademik K.Abdullayev müəllimi Məmməd Cəfər Cəfərovun xeyirxah əməllərindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açaraq, onunla bağlı xatirələrini bölüşüb.

Tədbirdə Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Azərbaycan elminə dəyərli töhfələr verən Məmməd Cəfər Cəfərovun alim, pedaqoq adını hər zaman uca tutduğunu deyib. O, pedaqoji sahədə uzun müddət uğurla çalışan qiymətli dərsliklərin müəllifi olan alimin həm humanitar elmlərin, klassik ədəbiyyatın mükəmməl bilicisi olduğunu söyləyib. Qeyd edib ki, Məmməd Cəfər Cəfərov elmlə helmi üzvi şəkildə birləşdirən, öz sağlığında mifləşmiş insan idi.

Görkəmli alimin sadəliyini, insani xüsusiyyətlərini vurğulayan Teymur Kərimli onun əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirib.

Tədbirdə fil.e.d. Şirindil Alışanlının "Məmməd Cəfər Cəfərovun elmi-nəzəri görüşləri", fil.ü.f.d. Sərxan Xavərinin "Azərbaycan məhəbbət dastanları Məmməd Cəfər Cəfərovun elmi-nəzəri görüşləri kontekstində“, fil.ü.f.d., dos. Ağaverdi Xəlilovun "Məmməd Cəfər Cəfərovun elmi-ədəbi irsində folklor etnoqrafiya məsələləri fil.ü.f.d. Dilbər Zeynalovanın "Məmməd Cəfər Cəfərov dünya ədəbiyyatımövzusunda məruzələri dinlənilib, müzakirələr aparılıb.

Diqqətə çatdırılıb ki, Məmməd Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Bakı Dövlət universitetlərində müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, eləcə Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil İncəsənət Bölməsinin akademik-katibi kimi davam etdirib.

 

Elm.- 2019.- 14 iyun.- S.3- 4.