Ailə, dəyərlər, xoşbəxtlik və iki alim haqqında
Avqustun 26-sı Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın ad günüdür. Bu münasibətlə Trend İnformasiya Agentliyi Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət
edərək, ondan özü, fəaliyyəti,
ailəsi, onun həyati dəyərləri
barədə danışmasını
xahiş etmişdir.Mehriban
Əliyevanın Trend agentliyinə
göndərdiyi məktubundan
bəzi məqamları
oxucularımıza təqdim
edirik.
Mən ənənəvi
dəyərlərin əsas
götürüldüyü Azərbaycanın ziyalı
ailəsində dünyaya
göz açıb, boya-başa çatmışam. Bizi, gənc
nəsli böyüklərin
nüfuzunun və davranışının ən
yaxşı nümunə
olduğu, ailənin hər bir kiçik
üzvünə üzərinə
düşən məsuliyyəti
daşımağın öyrədildiyi
böyük və möhkəm ailədəki
ab-hava formalaşdırıb.
Yaşa dolduqca böyükləri,
valideynləri anlamağa
başladım, onlara sonsuz minnətdarlıq hissi duydum. Çünki
onlar həqiqətə
və mənəviyyata
can atmağı öyrətdilər.
Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar.
Öyrətdilər ki, alicənablıq
və dürüstlük,
mənəviyyat və
şəfqət, xeyirxah
əməllər, inam
və məhəbbət
– həqiqi xoşbəxtliyə
və harmoniyaya aparan yoldur.
Məsuliyyət hissini, hər bir işin əvvəlindən
maksimum nəticə əldə etməyə çalışmağı, özünə
tələbkar və intizamlı münasibəti
mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə
gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir
ədalətsizliyə qarşı
barışmaz mövqedə
dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə
hədsiz sədaqətli
olan anam öz qısa həyatında inanılmaz
zirvələri fəth
etdi. O, müasir
ərəb ədəbiyyatının
tədqiqi sahəsində
öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli
alim idi, onun əsərləri bu gün də
elmi dairələrdə
yüksək qiymətləndirilir.
Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan
əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Anamı itirdiyim vaxtdan artıq 27 il
ötür. Onun yoxluğunu hər zaman hiss edirəm.
Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır. Onun elm və təhsil
sahəsindəki nailiyyətləri
haqqında çox yazılıb. Atamın insani
keyfiyyətləri – onun
tükənməz nikbinliyi,
başqalarının dərdinə
şərik olmaq, onları dəstəkləmək,
hamı ilə dil tapmaq xüsusiyyəti,
öz müsbət enerjisini ətrafındakı
bütün insanlarla bölüşmək istedadı,
müdrikliyi və sonsuz xeyirxahlığı
mənim həyat amalımdır. O, uzun
illərdir ki, Milli Aviasiya Akademiyasına rəhbərlik
edir. Tələbələrlə rektor arasında
qarşılıqlı hörmət,
isti yoldaşlıq münasibətləri atamın
yüksək şəxsi
və peşəkar keyfiyyətlərinə daha
bir sübutdur.
Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir.
Ailə mənim üçün, düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir.
Həyat yoldaşım Prezident İlham Əliyev 16 ildən çoxdur ki, xalqımıza xidmət edir. Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və bizim – müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə olması istiqamətində onun bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə əsaslanır. Onun başlıca missiyası – hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır.
Elm.- 2019.- 6 sentyabr.- S.2.