Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər
Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 12, maddə 1540; 2016, ¹ 5, maddə 859; 2017, ¹ 7,
maddə 1365) ilə təsdiq edilmiş "Azərbaycan Milli
Elmlər Akademiyasının Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
1.
1.3-cü bənddə "Azərbaycan Respublikasının
qanunlarını” sözləri "Elm haqqında” Azərbaycan
Respublikasının Qanununu, Azərbaycan Respublikasının
digər qanunlarını” sözləri ilə əvəz
edilsin;
2. 1.10-cu
bənddən "təcrübədə” sözü
çıxarılsın;
3.
2.2.6-cı yarımbənddən "və bu sahədə
informasiya təminatı sistemlərinin elektron formaya
keçirilməsini” sözləri çıxarılsın;
4. aşağıdakı məzmunda 3.0.6-1-ci və
3.0.6-2-ci yarımbəndlər əlavə edilsin:
"3.0.6-1.
yaratdığı elmi müəssisələrin fəaliyyətini
tənzimləyir, inkişafına dəstək verir;
3.0.6-2.
tabeliyindəki elmi tədqiqat müəssisələrinin,
yenidən təşkil və ya ləğv edilməsi
haqqında qərarlar qəbul edir və həmin qərarların
icrasını təmin edir;”;
5.
3.0.11-ci və 4.0.6-cı yarımbəndlərdən "Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq,” sözləri
çıxarılsın.
6.
3.0.13-cü yarımbənddə "yaradılmasına
kömək” sözləri "yaradılmasını həyata
keçirir və fəaliyyətini təmin” sözləri ilə
əvəz edilsin;
7. aşağıdakı məzmunda 3.0.14-1-ci
yarımbənd əlavə edilsin:
"3.0.14-1.
innovasiya fondunda toplanmış vəsaitdən təyinatı
üzrə istifadəni təmin edir;”;
8.
3.0.26-cı yarımbənddə "və innovasiya siyasətini”
sözləri ", innovasiya siyasətini, bu Nizamnamədə
qarşıya qoyulmuş məqsədlərə nail olmaq
üçün sahibkarlıq fəaliyyətini” sözləri
ilə əvəz edilsin;
9. aşağıdakı məzmunda 3.0.26-1-ci
yarımbənd əlavə edilsin:
"3.0.26-1.
sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri
Akademiyanın inkişafına və işçilərinin
sosial müdafiəsinin yaxşılaşdırılmasına
yönəldir;”;
10.
3.0.30-cu yarımbənddə "elmi idarələri elmi əlaqələr
yaradır, bu əlaqələri” sözləri "müvafiq
elmi qurumları ilə əlaqələr yaradır və”
sözləri ilə əvəz edilsin;
11.
4.0.4-cü yarımbənddən "dövlət arxivinə
təhvil vermədən” sözləri
çıxarılsın;
12.
4.0.7-ci yarımbəndə "təsis etmək” sözlərindən
sonra ", onların fəaliyyətini təşkil etmək”
sözləri əlavə edilsin;
13. aşağıdakı məzmunda 4.0.13-1-ci və
4.0.14-1-ci yarımbəndlər əlavə edilsin:
"4.0.13-1.
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla fundamental, eksperimental və tətbiqi
tədqiqatlar aparan, elmi tədqiqat işlərinin tətbiqini
təmin edən elmi müəssisələr yaratmaq;”;
"4.0.14-1.
fiziki və hüquqi şəxslərin ianələri və
qanunla qadağan olunmayan digər maliyyə mənbələri
hesabına innovasiya fondu yaratmaq;”;
14.
4.0.14-cü yarımbənddə "əlaqələndirmək
məqsədi ilə” sözləri "həyata keçirmək
və əlaqələndirmək məqsədilə” sözləri
ilə əvəz edilsin;
15.
4.0.24-cü yarımbəndə "inkişafı”
sözündən sonra ", habelə həmin məqsədlə
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi”
sözləri əlavə edilsin;
16.
4.0.25-ci yarımbənddə "telekommunikasiya və
informasiya” sözləri "informasiya-kommunikasiya” sözləri
ilə əvəz edilsin;
17. 5.5-ci
bənddə ", əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər” sözləri "və əcnəbilər”
sözləri ilə əvəz edilsin;
18. aşağıdakı məzmunda 5.6-1-ci bənd
əlavə edilsin:
"5.6-1.
Akademiyanın Rəyasət Heyətinin fəxri doktor
seçmək hüququ vardır.” ;
19. 5.7-ci
bənddə "və həmin üzvün
razılığı əsasında” sözləri "qərarı
ilə” sözləri ilə əvəz edilsin;
20. 5.11-ci
bənddə "elmi-təşkilati
tapşırıqlarını yerinə yetirməli,
Akademiyanın və tərkibində olduqları elmi bölmənin
ümumi yığıncaqlarında iştirak etməlidirlər”
sözləri "ümumi yığıncaqlarında
iştirak etməli və tapşırıqlarını yerinə
yetirməlidirlər” sözləri ilə əvəz edilsin;
21.
5.13-cü bənddə "tərkibindədir” sözü
"tərkibində təmsil olunur” sözləri ilə əvəz
edilsin;
22. 5.15-ci
bənddə "bürosunun” sözü "elmi
şuralarının” sözləri ilə,
"büroları” sözü "elmi şuraları”
sözləri ilə, "məsələlər” sözü
"məsələləri” sözü ilə əvəz
edilsin;
23. 5.19-cu
bəndin birinci cümləsində ", müxbir, xarici və
fəxri” sözləri "və müxbir” sözləri ilə,
həmin bəndin ikinci cümləsində ", xarici və
fəxri” sözləri "və xarici” sözləri ilə,
"və ilə” sözləri "ilə” sözü ilə
əvəz edilsin;
24.
5.20-ci, 8.14-cü, 10.5-ci, 10.6-cı, 10.11-ci, 11.17-ci, 11.19-cu və
12.7-ci bəndlər, 7.9.15-ci, 7.9.16-cı, 8.19.6-cı,
8.19.7-ci, 10.2.6-cı, 10.2.7-ci yarımbəndlər ləğv
edilsin;
25.
6.6-cı bənddən "ümumi” sözü
çıxarılsın;
26. 7.8-ci
bənddə "baxdığı” sözü
"müzakirə etdiyi” sözləri ilə əvəz
edilsin;
27.
7.9.1-ci yarımbənddə "komissiyanın” sözü
"komissiyasının” sözü ilə əvəz edilsin;
28.
7.9.13-cü yarımbəndə "prezidentini,” sözündən
sonra "birinci vitse-prezidentlərini,” sözləri əlavə
edilsin və həmin bənddən "elmi bölmələrin
akademik-katiblərini” sözləri çıxarılsın;
29.
7.9.14-cü yarımbəndə "sədrini” sözündən
sonra "və üzvlərini” sözləri əlavə
edilsin;
30.
7.14-cü bənddə "bölmə büroları”
sözləri "bölmələrin elmi şuraları”
sözləri ilə əvəz edilsin;
31. 8.2-ci
bənd üzrə:
31.1.
birinci cümləyə "prezidentindən,” sözündən
sonra "birinci vitse-prezidentlərindən,” sözləri əlavə
edilsin və həmin cümlədən "elmi bölmələrin
akademik-katiblərindən,” və "və Akademiyanın digər
həqiqi üzvlərindən” sözləri
çıxarılsın;
31.2. aşağıdakı məzmunda ikinci cümlə
əlavə edilsin:
"Akademiyanın
digər həqiqi üzvləri də Rəyasət Heyətinin
üzvü seçilə bilərlər.”;
32. 8.7-ci
bənddə "seçilənədək” sözü
"seçilərkən” sözü ilə, "5 il”
sözləri "dövr” sözü ilə əvəz
edilsin;
33. 8.8-ci
bənddə "yığıncağının
sessiyaları” sözləri "yığıncaqları”
sözü ilə əvəz edilsin;
34.
8.13-cü bənddə "vitse-prezidentləri” sözləri
"birinci vitse-prezidentləri, vitse-prezidentləri və
akademik-katibi” sözləri ilə əvəz edilsin;
35.
8.14-cü bənd ləğv edilsin;
36. 8.15-ci
bəndə "Akademiyanın” sözündən sonra
"birinci” sözü əlavə edilsin;
37.
8.15.1–8.15.4-cü yarımbəndlər müvafiq olaraq
8.15.3–8.15.6-cı yarımbəndlər hesab olunsun,
aşağıdakı məzmunda 8.15.1-ci və 8.15.2-ci
yarımbəndlər əlavə edilsin:
"8.15.1.
rəhbərlik etdiyi elmi bölmə
(bölmələr) üzrə müəyyən edilmiş
elmi istiqamətlərin həyata keçirilməsinə
cavabdehdir;
8.15.2.
Akademiya prezidentinin ona həvalə etdiyi vəzifələri
yerinə yetirir;”.
38.
8.15.3-cü yarımbəndə "ümumi” sözündən
əvvəl "bölmənin” sözü, "təşkil
edir” sözlərindən sonra ", iclaslarını
çağırır və keçirir” sözləri əlavə
edilsin;
39.
8.15.4-cü yarımbənddə "təmsil etdiyi elmi
bölmə” sözləri "rəhbərlik etdiyi elmi
bölmə (bölmələr)” sözləri ilə əvəz
edilsin və həmin yarımbəndə "bu bölmənin”
sözlərindən sonra "(bölmələrin)” sözləri
əlavə edilsin;
40.
8.15.5-ci yarımbənddə "təmsil etdiyi elmi bölmədə”
sözləri "elmi bölmənin ümumi
yığıncağında” sözləri ilə əvəz
edilsin və həmin yarımbəndə "məruzə
edir” sözlərindən sonra "və icrasına nəzarəti
həyata keçirir” sözləri əlavə edilsin;
41.
8.15.6-cı yarımbənddən "və dünyada”
sözləri çıxarılsın;
42. aşağıdakı məzmunda 8.15.7-ci
yarımbənd və 8.15-1-ci bənd əlavə edilsin:
"8.15.7.
rəhbərlik etdiyi elmi bölmənin
(bölmələrin) ümumi yığıncağında
bölmənin elmi şurasının Akademiya prezidentinin
müəyyən etdiyi say tərkibində seçkisini təşkil
edir, həmin bölmənin (bölmələrin) elmi
şurasının iclaslarını aparır və elmi
şurada qəbul olunmuş qərarların həyata
keçirilməsini təşkil edir.
8.15-1.
Akademiyanın vitse-prezidenti:
8.15-1.1. təmsil
etdiyi elmi bölmənin (bölmələrin) fəaliyyətinə
rəhbərlik edir, həmin elmi bölmənin (bölmələrin)
ümumi yığıncağının işini təşkil
edir, iclaslarını çağırır və
keçirir;
8.15-1.2. rəhbərlik
etdiyi elmi bölmənin (bölmələrin) fəaliyyəti
ilə əlaqədar məsələləri Akademiyanın
prezidenti ilə razılaşdırır və birinci
vitse-prezidentlə əlaqələndirir;
8.15-1.3. rəhbərlik
etdiyi elmi bölmənin (bölmələrin) elmi şurasının
Akademiya prezidentinin müəyyən etdiyi say tərkibində
seçkisini təşkil edir, həmin elmi bölmənin
(bölmələrin) elmi şurasının iclaslarını
aparır.”;
43. 8.17-ci
bənd aşağıdakı redaksiyada verilsin:
"8.17.
Akademiyanın akademik-katibi vəzifəsinə görə
Akademiyanın vitse-prezidentinə bərabər tutulur və
öz fəaliyyətini rəhbərlik etdiyi elmi katiblər
vasitəsilə həyata keçirir, Rəyasət Heyəti
aparatının tərkibindəki şöbələrin
işini əlaqələndirir.”;
44.
8.19.2-ci yarımbənddən "uzunmüddətli”
sözü çıxarılsın;
45.
8.19.4-cü yarımbəndə "müəyyən edir”
sözlərindən sonra ", onların təşkili, yenidən
təşkili, strukturunun dəyişdirilməsi və ya ləğvi
ilə bağlı məsələləri həll edir”
sözləri əlavə edilsin;
46.
8.19.12-ci bənd aşağıdakı redaksiyada verilsin:
"8.19.12.
Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə Azərbaycan
Respublikasında fundamental və tətbiqi elmlərin vəziyyəti
və Azərbaycan alimlərinin əldə etdikləri
mühüm elmi nəticələrlə bağlı elmi-təşkilati
fəaliyyəti haqqında illik hesabatı və təklifləri
təqdim edir”;
47.
8.19.17-ci yarımbənddə "fəaliyyətinə rəhbərlik
edir” sözləri "fəaliyyətini əlaqələndirir”
sözləri ilə əvəz edilsin;
48.
8.19.21-ci yarımbənddən "və Azərbaycan
Respublikasının ali təhsil müəssisələrində
təhsilalanlar” sözləri çıxarılsın;
49.
8.19.28-ci yarımbənddə "və sosial xidmət”
sözləri ", sosial xidmət və elmi-istehsalat” sözləri
ilə əvəz edilsin;
50. 8.20-ci
bənddə "baxdığı” sözü
"müzakirə etdiyi” sözləri ilə əvəz
edilsin;
51.
9.3-cü bənddə "üzvlərinin” sözü
"üzvlərin” sözü ilə əvəz edilsin;
52.
9.4-cü bənddən "şəxsən” sözü
çıxarılsın;
53.
9.5.2-ci yarımbənddən "Rəyasət Heyətinin”
sözləri çıxarılsın;
54.
9.5.6-cı yarımbənddə "və sosial xidmət
müəssisələri arasında Akademiyanın Rəyasət
Heyəti tərəfindən müəyyən edilmiş”
sözləri ", sosial xidmət və elmi-istehsalat müəssisələri
arasında” sözləri ilə əvəz edilsin;
55. aşağıdakı məzmunda 9.5.12-1 –
9.5.12-3-cü yarımbəndlər əlavə edilsin:
"9.5.12-1.
Akademiya prezidentinin müşavirini (müşavirlərini),
köməkçisini və innovasiya fəaliyyəti üzrə
məsləhətçilərini təyin edir və
onların fəaliyyətini istiqamətləndirir;
9.5.12-2.
Katiblik yaradır, onun tərkibini müəyyən edir və
rəhbərini vəzifəyə təyin edir;
9.5.12-3.
innovasiya fondunu yaradır, toplanan maliyyə vəsaitinin
Akademiya əməkdaşlarının sosial müdafiəsinə,
mükafatlandırılmasına və elmin inkişafı
üçün zəruri məsələlərin həllinə
yönəldilməsini təmin edir;”;
56.
9.6-cı bənddə "vitse-prezidentlərdən birinə”
sözləri "birinci vitse-prezidentlərinə” sözləri
ilə əvəz edilsin;
57. aşağıdakı məzmunda 9.7-ci bənd
əlavə edilsin:
"9.7.
Katiblik Akademiya prezidentinin tapşırıqlarını yerinə
yetirir, onun fəaliyyətini digər qurumlarla əlaqələndirir
və Katiblikdə kargüzarlığın aparılması işini
təşkil edir.”;
58. 10.1-ci
bənddə "üzvlərini və” sözləri
"üzvlərini,” sözü ilə, "mərkəzdir”
sözü "qurumdur” sözü ilə əvəz edilsin və
həmin bənddən "digər” sözü
çıxarılsın;
59.
10.3-cü bənddə "bölmə bürosu, bölmənin
akademik-katibinin” sözləri "bölmənin elmi
şurası, bölmənin” sözləri ilə əvəz
edilsin;
60.
10.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"10.4.
Elmi bölmələrin fəaliyyətinə rəhbərliyi
Akademiyanın birinci vitse-prezidentləri, vitse-prezidentləri və
regional elmi bölmələrin sədrləri həyata
keçirirlər.”;
61.
10.7.2-ci yarımbənddə "maddi və elmi” sözləri
"elmi və maddi-texniki” sözləri ilə əvəz
edilsin;
62.
10.7.3-cü yarımbəndə "nəzdində olan”
sözlərindən sonra "elmi müəssisələrin,”
sözləri əlavə edilsin və həmin bənddə
"möhkəmləndirir” sözü "əlaqələndirir”
sözü ilə əvəz edilsin;
63.
10.7.4-cü yarımbənd aşağıdakı redaksiyada
verilsin:
"10.7.4.
elmi müəssisə və təşkilatlara,
ali təhsil müəssisələrinə, elmi fəaliyyətlə
məşğul olan digər qurumlara elmi-metodiki rəhbərliyi
həyata keçirir;”;
64. 10.8-ci
bəndin birinci cümləsindən "və Akademiyanın
elmi müəssisələrindən nümayəndə
göndərilmiş elmi əməkdaşlardan” sözləri
çıxarılsın və həmin bəndin ikinci
cümləsi ləğv edilsin;
65.
10.12-ci bənddə "bölmənin akademik-katibi” sözləri
"bölmə” sözü ilə əvəz edilsin və həmin
bənddən "elmi bölmə tərəfindən”
sözləri çıxarılsın;
66.
10.13-cü bənd üzrə:
66.1.
birinci cümlədə "Elmi bölmənin akademik-katibi
elmi bölmənin fəaliyyətinə rəhbərlik və
büro iclaslarına sədrlik” sözləri "Elmi bölmənin
işinə ümumi rəhbərlik edən birinci
vitse-prezident, vitse-prezident elmi bölmənin ümumi
yığıncağının işini təşkil”
sözləri ilə əvəz edilsin və həmin cümlədə
"məruzə edir,” sözlərindən sonra
"Akademiyanın Prezidentinə,” sözləri əlavə
edilsin;
66.2. ikinci cümlə ləğv edilsin;
67. aşağıdakı məzmunda 10.13-1-ci bənd
əlavə edilsin:
"10.13-1.
Elmi bölmənin işinə ümumi rəhbərliyi həyata
keçirən birinci vitse-prezident və vitse-prezident öz fəaliyyətlərini
həmin bölmə üzrə köməkçi (köməkçilər),
elmi katib (elmi katiblər) və digər mütəxəssislər
vasitəsilə həyata keçirirlər və həmin
bölmənin fəaliyyətinə görə cavabdehdirlər.”;
68.
10.14-cü bənd aşağıdakı redaksiyada verilsin:
"10.14.
Elmi bölmənin ümumi yığıncağının
iclasları arasındakı dövrdə onun işini bölmənin
elmi şurası təşkil edir.”;
69. aşağıdakı məzmunda 10.14-1-ci bənd
əlavə edilsin:
"10.14-1.
Elmi bölmənin fəaliyyətinə ümumi rəhbərliyi
həyata keçirən birinci vitse-prezident və ya
vitse-prezident həmin bölmənin ümumi
yığıncağının iclasında elmi
şuranın Akademiya prezidentinin müəyyən etdiyi say tərkibində
seçkisini təşkil edir.”;
70. 10.15-ci
bənddə "Akademik-katibin müavinləri və büro
üzvləri elm bölmənin ümumi
yığıncağında” sözləri "Bölmənin
elmi şurasının tərkibi” sözləri ilə əvəz
edilsin;
71.
10.16-cı bənddə "Elmi bölmə bürosunun”
sözləri "Bölmə elmi şurasının”
sözləri ilə əvəz edilsin;
72.
10.17-ci bənddə " Elmi bölmənin bürosu” sözləri
"Bölmə elmi şurası” sözləri ilə əvəz
edilsin;
73. 11.2-ci
bənddən "Akademiyanın adından” sözləri
çıxarılsın;
74.
11.3-cü bənddə ", eləcə də” sözləri
"həllinə,” sözü ilə, "rəvac verən”
sözləri "kömək edir və həmin” sözləri
ilə əvəz edilsin;
75. 11.8-ci
bəndin birinci cümləsinə "sədri” sözündən
sonra "Akademiyanın ümumi yığıncağında”
sözləri əlavə edilsin və həmin bəndin ikinci
cümləsi ləğv edilsin;
76. 11.9-cu
bənd aşağıdakı redaksiyada verilsin:
"11.9.
Regional elmi bölmənin Rəyasət Heyətinin üzvləri
həmin regional bölmənin Rəyasət Heyətinin
iclasında gizli səsvermə yolu ilə və iclasda
iştirak edənlərin üçdə iki səs
çoxluğu ilə 5 il müddətinə seçilirlər.”;
77. aşağıdakı məzmunda 11.9-1-ci bənd
əlavə edilsin:
"11.9-1. Naxçıvan bölməsinin sədri vəzifəsinə
görə Akademiyanın vitse-prezidentinə bərabər
tutulur.
Akademiyanın ümumi yığıncağında
seçilmiş Naxçıvan bölməsinin sədrini
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həmin
vəzifəyə təsdiq edir.”;
78.
11.12-ci bənddə "və təşkilatların” sözləri
"təşkilatların” sözü ilə əvəz
edilsin;
79.
11.14.1-ci və 11.14.2-ci yarımbəndlərdə "Mərkəz”
sözü "Mərkəzi” sözü ilə əvəz
edilsin;
80. 12.1-ci
bənddə "və sosial xidmət” sözləri ",
sosial xidmət və elmi-istehsalat” sözləri ilə əvəz
edilsin;
81.
12.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
"12.3.
Akademiyanın yüksək texnologiyalar parkları, təcrübə-sənaye
qurumları, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübə-istehsal,
layihə-texnoloji təşkilatları, habelə dayaq məntəqələri
elmi-istehsalat müəssisələridir.”;
82. aşağıdakı məzmunda 12.3-1-ci bənd
əlavə edilsin:
"12.3-1.
Akademiyanın kitabxanaları və arxivləri elmi xidmət
müəssisələridir.”;
83. 12.8-ci
bənddə "başçılıq” sözü "rəhbərlik”
sözü ilə əvəz edilsin;
84. aşağıdakı məzmunda 12.10-1-ci bənd
əlavə edilsin:
"12.10-1. Akademiyanın elmi, elmi xidmət,
sosial xidmət, xidmət, elmi-istehsalat müəssisələrinin
yenidən təşkili, strukturunun dəyişdirilməsi
Akademiyanın Rəyasət Heyətinin qərarı ilə həyata
keçirilir.”;
85. 13.5-ci bənddə "elm yönlü”
sözləri "elmi” sözü ilə əvəz edilsin;
86. 14.8-ci bənddə "idarəsi”
sözü "qurumu” sözü ilə, "verir”
sözü "təqdim edir” sözləri ilə əvəz
edilsin;
87. 14.10-cu bəndə "nəticələrinə”
sözündən sonra "dair” sözü əlavə
edilsin;
88. 15.1-ci və 15.2-ci bəndlərə "onda” sözündən sonra "edilən” sözü əlavə edilsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 aprel 2020-ci il.
Elm 2020.- 13 may.- S.1-2.