Qalib Ali Baş Komandanın böyük
qələbəsi
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik
Gözün aydın, AZƏRBAYCAN!
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin böyük bacarıqla və qətiyyətlə
rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi
xalqımızın Böyük
Qələbəsi ilə
başa çatdı.
Qalib Prezidentimiz
və qüdrətli
Ali Baş Komandanımızın
10 noyabr 2020-ci ildə,
gecə saatlarına Azərbaycan xalqına və bütün dünyaya öz müraciəti ilə elan etdiyi Böyük
Qələbə xəbəri
ilə ölkəmizin
və xalqımızın
başı üzərində
parlaq günəş
doğmuşdur. Artıq Ali Baş Komandanın
dönməz iradəsi
və ağıllı,
düşünülmüş rəhbərliyi ilə Vətən müharibəsi
başa çatdırılmış,
Azərbaycan torpaqlarının
işğalına birdəfəlik
son qoyulmuşdur. Bu, çoxəsrlik Azərbaycan
tarixində təkrarolunmaz
qələbədir. Bu,
həm də
1924-cü ildə süni
yolla elan olunmuş Dağlıq Qarabağın qondarma statusunun ləğv edilməsi deməkdir.
Dağlıq Qarabağda heç
bir xarakterik xüsusiyyətinə görə
muxtariyyat qurumu yaradılması qanuni deyildir. Bu, vaxtilə
İosif Stalinin ermənilərin mənafeyinə
uyğun olaraq bolşevikcəsinə zorla
qəbul etdirdiyi süni bir qərar
idi. Azərbaycan əsgərinin qanı
bahasına yenidən qazanılmış Qarabağda
heç bir əlavə qurumun yaradılmasına yol verilməyəcəkdir.
Vətən müharibəsində Azərbaycan
xalqının Böyük
Qələbənin əsas
ilhamçısı və
təşkilatçısı Azərbaycan Respublikasının
Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevdir.
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyev müstəqil Azərbaycan
dövlətinə rəhbərlik
etdiyi on yeddi ildən artıq bir dövrdə ölkəmizin hərtərəfli
surətdə inkişaf
etdirilməsi və beynəlxalq aləmdə özünəlayiq yer tutması üçün
sözün böyük
mənasında əsl
liderlik missiyasını
dönmədən həyata
keçirmişdir. Müstəqil Azərbaycan dövlətinin
böyük addımlarla
irəliyə doğru
inkişaf etməsi və ölkəmizdə xalqla rəhbər arasındakı möhkəm
birliyin təmin olunması, dünyada rolumuzun və nüfuzumuzun artması yollarında həyata keçirdiyi uğurlu islahatlar, xalqımıza qazandırdığı möhtəşəm
nailiyyətlər Prezident
İlham Əliyevin Böyük Liderlik missiyasını yüksək
səviyyədə və
dönmədən yerinə
yetirdiyini beynəlxalq
aləmin gözü qarşısında aydın
surətdə nümayiş
etdirir. Dövlətimizin
başçısı İlham
Əliyev arzu etmədiyimiz, lakin torpaqlarımızı qaytarmaq
naminə başqa yolumuzun qalmadığı
üçün başladığımız
Vətən müharibəsində
möhkəm əqidəli,
hərtərəfli yüksək
hazırlığa malik
və qətiyyətli
lider kimi, bütün sahələrdə
olduğu kimi, hərb işinə də böyük bacarıqla rəhbərlik
etməyin əsl nümunəsini göstərmişdir.
Siyasi-ideoloji cəbhədə, informasiya müharibəsi aparmaqda və hərbi əməliyyatlara
rəhbərlik etmək
sahəsində nümayiş
etdirdiyi qeyri-adi professionallıq və sarsılmaz iradə Azərbaycanın ədalətli
Vətən müharibəsində
qazandığı zəfərlərin
möhkəm əsaslarını
təşkil edir. Prezident İlham Əliyevin
Azərbaycanın Vətən
müharibəsində xalqa
müraciətləri və
xarici ölkələrin
müxtəlif televiziya
kanallarına, informasiya
agentliklərinə verdiyi
dərin məzmunlu müsahibələr özünün
dərin siyasi mahiyyəti, hərbi-strateji
hədəfləri və
səfərbərlik ruhu
etibarilə ordulara bərabər güclü
təsiredici imkanlara malikdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycan xalqına 27 sentyabr 2020-ci il tarixdə etdiyi müraciət dövlət
səviyyəsində müharibə
anonsunun verilməsindən
çox, Dağlıq
Qarabağ və ətraf torpaqlarımızın
erməni işğalından
azad edilməsi uğrunda ədalətli müharibədə vətənpərvərlik
və Birlik nümayiş etdirməyə
çağırışın ifadəsidir.
Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Vətən
müharibəsində müstəqil
dövlətimizin və
xalqımızın qarşısında
duran vəzifələrinin
strategiyası və taktikasını müəyyən
edən siyasi-hərbi
tezislərdir.
Qüdrətli Dövlət başçısı
və Qalib Ali Baş Komandanın müraciətləri sözün
əsl mənasında
Birlik, Vətənpərvərlik
və Səfərbərlik
dərsləridir.
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin dünyanın müxtəlif
qitələrinin, fərqli
maraqlara malik olan ölkələrinin televiziya kanallarına, informasiya agentliklərinə
verdiyi müsahibələrlə
Vətən müharibəsi
proseslərində müstəqil
dövlətimizin siyasi-hərbi
mövqeyinin, haqq işinin, ədalətli mübarizəsinin mahiyyətini
dünya ictimaiyyətinə,
beynəlxalq birliyə
çatdıran aydın
və sərrast bəyanatlardır.
Prezident İlham Əliyevin
Azərbaycan xalqına
müraciətləri Dağlıq
Qarabağda və ətrafında qədim torpaqlarımızın işğal
edilməsinin səbəbləri
və nəticələri,
müstəqil dövlətimizin
apardığı ədalətli
mübarizənin əsas
hədəflərinin real bəyannamələrindən
ibarətdir. Bu bəyanatlar həm də dünya ictimaiyyətini Ermənistanın,
xüsusən də Paşinyan hakimiyyəti dövründə hər cəhətdən iflasa uğraması, məğlubiyyətə
məhkum olması haqqında məlumatların
çatdırılması baxımından əhəmiyyətlidir.
İlham Əliyevin müsahibələri
Ermənistanın işğalçılıq
siyasətinin əsl təcavüzkar mahiyyətini
açıb göstərən
və ifşa edən ən kəsərli silah kimi səslənir.
Ali Baş Komandan
İlham Əliyevin müraciətləri və
müsahibələri Azərbaycanın
hərbi strategiyası
və taktikasının
mükəmməl təlimidir.
İlham Əliyevin müraciətləri
və müsahibələri
çoxəsrlik Azərbaycan
tarixinin keşməkeşli
səhifələrinə aydınlıq
gətirən, dünya
ictimaiyyətinə obyektiv
şəkildə çatdırılan
dərsləridir.
Azərbaycan xalqının Birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi Prezident İlham Əliyevin müraciətləri və
müsahibələrində sərrast şəkildə
öz əksini tapmışdır.
Ali Baş Komandan
İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Qarabağ
- Vətən müharibəsində
qazanılan zəfərlər,
işğaldan azad olmuş torpaqlarımız
haqqında qələbə
soraqlı ən mötəbər mənbələrdir.
Müsahibələr Prezident İlham Əliyevin geniş dünyagörüşə və
hərtərəfli hazırlığa,
dərin biliklərə
və hazırcavablığa
malik olduğunu canlı və əyani şəkildə
nümayiş etdirir.
Postmüharibə dövründə müstəqil
Azərbaycan dövlətinin
hədəfləri və
vəzifələri də
Prezident İlham Əliyevin müsahibələrində
öz əksini tapmışdır.
Nəhayət, Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin müraciətləri
və müsahibələri
onun hərbi sərkərdəlik qabiliyyəti,
müharibə dövrünün
mürəkkəb proseslərini
təhlil edib dəyərləndirmək, ən
münasib çıxış
yollarını müəyyən
edərək rəhbərlik
etmək məharətini
də aydın surətdə nümayiş
etdirir. Prezident İlham Əliyev
Azərbaycan tarixinə
Qalib Ali Baş Komandan kimi daxil
olur.
Vətən müharibəsində qazanılan
Böyük Qələbə
Prezident İlham Əliyevin Qarabağ uğrunda Vətən müharibəsindəki zəfərlərinin
salnaməsidir, parlaq səhifəsidir.
Bu, Ali Baş Komandan
İlham Əliyevin Qələbə əzminin,
sarsılmaz iradəsinin,
qətiyyətli praqmatik
siyasətinin, hərbi-sərkərdəlik
məharətinin qanunauyğun
nəticəsidir. Prezident İlham Əliyev
Azərbaycanın çoxəsrlik
tarixinə Qalib Ali Baş Komandan kimi öz möhürünü
vurmuşdur.
Bu, Böyük Qələbə
Prezident İlham Əliyevin simasında Azərbaycanda yaranmış
dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyinin həlledici uğurudur.
Bu, İlham Əliyevin
müdrik siyasəti nəticəsində hər
cəhətdən inkişaf
etmiş müstəqil
Azərbaycan dövlətinin
qələbəsidir.
Bu, qüdrətli Ali Baş
Komandan İlham Əliyevin dönməz vətənpərvərlik, azərbaycançılıq
ruhunda tərbiyə edib yetişdirdiyi, ən müasir hərbi texnika ilə silahlandırdığı
qəhrəman Azərbaycan
Ordusunun zəfəridir.
Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin xalqımıza hər bir müraciəti Qarabağın qədim tarixə malik Azərbaycan torpağı
olmasının, ölkəmizin
haqq işinin və ədalətli mübarizəsinin tarixi və siyasi cəhətdən əsaslandırılmasına,
əsl gerçəkliyin
dünya ictimaiyyətinə
çatdırılmasına uğurla xidmət edir.
* 9 oktyabr 2020-ci il
- müharibədə ilk mühüm
qələbə: Horadizin,
Suqovuşanın və
daha 8 yaşayış
məskəninin işğaldan
azad edilməsi
* 12 oktyabr 2020-ci il - Gəncədə dinc əhaliyə
Ermənistan tərəfdən atəş
açılması və açıq döyüşdə
düşmən tərəfə layiqli cəzanın
verilməsi
* 20 oktyabr 2020-ci il - Zəngilanın işğaldan azad edilməsi
* 26 oktyabr 2020-ci il - Qubadlının işğalına son qoyulması
* 8 noyabr 2020-ci il - Şuşa şəhərinin
azad edilməsi. Böyük
Qələbənin parolu
* Nəhayət, 10 noyabr
2020-ci il, gecə saat
05 müraciəti: Böyük Qələbə!!!
* Yazılsın tarixə qızıl bir xətlə, 2020-ci ilin 10 noyabr günü!!
Qüdrətli dövlət xadimi, Qalib Ali Baş Komandan İlham Əliyevi ürəkdən təbrik edirik. Azərbaycan xalqı, bütün ziyalılar əbədi olaraq Sizinlədir. Memarı olduğunuz Böyük Qələbə ilə hər bir azərbaycanlının qəlbində heykəl ucaltdınız.
Elm 2020.- 13 noyabr.-
S.3.