Alim adını uca tutan insan

Bu günlərdə istedadlı sənətşünas-alim, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin anadan olmasının 55 illiyi qeyd olunur. Ə.Salamzadə əsl ziyalı-alim adına layiq elm fədaisidir. O, elmin ucalığına aparan pillələrdə dayanıb-durmağı sevməyib. Kimlərsə ona mane olsa da, ləngitməyə çalışanda da əzm və dözüm nümayiş etdirib, istəyinə nail olub. Ərtegin Salamzadə elmdə öz layiq olduğu mövqeyə yüksəlib, buna öz zəhməti, inamı, istedadı sayəsində nail olub. O, müasir Azərbaycan sənətşünaslığının inkişafında böyük xidmətləri olan aparıcı alimdir. 

Ərtegin müəllim 1992-ci ildə, köhnə dillə desək, namizədlik dissertasiyasını yazıb başa çatdıraraq uğurla müdafiə edib. Onun mövzusu memarlıq və sənətşünaslığın qovşağında yerləşərək aktual bir mövzuyametro stansiyalarının bədii tərtibatı problemlərinə həsr olunmuşdu. Bu mövzu indi də aktualdır və aradan 30 ilə yaxın vaxt ötməsinə baxmayaraq hələlik bu sahədə yeni fundamental tədqiqatlar aparılmayıb.

Bundan bir qədər sonra Ərtegin Salamzadə doktorluq mövzusu üzərində işləməyə başladı. Onu ən çox düşündürən Azərbaycan sənətşünaslıq tarixininelmi metodologiyasının diqqətdən kənarda qalması idi. Ötən dövrlərdə tədqiqatçılar Azərbaycan incəsənət tarixini kifayət qədər öyrənmişdilər. Lakin onların öz fəaliyyəti, araşdırma metodları sanki unudulmuşdu. Halbuki digər sahələrdə, misal üçün filologiyada ədəbiyyatşünaslıq problemləri xeyli geniş tədqiq edilmişdi. Beləliklə, Azərbaycan sənətşünaslığı, onun inkişaf xüsusiyyətləri və metodları gənc tədqiqatçının doktorluq mövzusuna çevrildi. Yorulmaz tədqiqatçı öz sələflərinin əsərlərini bir daha oxudu, arxivlərini araşdırdı, metodları və prinsiplərini diqqətlə öyrəndi. Nəticədə tezliklə XX əsr Azərbaycan sənətşünaslığının hərtərəfli mənzərəsini yaradan sanballı elmi əsər ərsəyə gəldi. Ə.Salamzadə 2001-ci ildə öz doktorluq dissertasiyasının əsas müddəalarını əks etdirən “Azərbaycan sənətşünaslığı. XX əsr” monoqrafiyasını nəşr etdirdi. Bir il sonra, 2002-ci ildə, 37 yaşında o, Moskvada, indiki Dövlət Sənətşünaslıq İnstitutunda  müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etdi.

Onun çalışqanlığı, işə məsuliyyətli münasibəti, kollektivin rəğbətini qazanması diqqətdən yayınmayıb. 90-cı illərdə instituta rəhbərlik edən müxbir üzv Kərim Kərimov, daha sonra akademik Rasim Əfəndiyev bu gənc alimin hərtərəfli istedadını, o cümlədən idarəçilik və təşkilatçılıq məharətini layiqincə qiymətləndirdilər. 1995-ci ildə Ərtegin Salamzadə institutun elmi katibi vəzifəsinə təyin edildi, bundan bir il sonra, 1996-cı ildə elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkildi. Ərtegin Salamzadə müxtəlif dövrlərdə müəssisənin “Şəhərsalma və dizayn”, “Təsviri, dekorativ-tətbiqi sənət və heraldika” şöbələrinə başcılıq etmiş, institutda nəşr olunan “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalının məsul katibi olmuşdur. Həmin illərdə o, öncə dosent, sonra isə professor elmi adını aldı.

Ə.Salamzadə 14 ilə yaxın müddətdə institutun direktor müavini vəzifəsində çalışıb, hər zaman etimadı doğruldub. 2010-cu ildə o, çoxdan bəri işlədiyi doğma məkanın - AMEA-nın Memarlıq İncəsənət İnstitutunun direktoru vəzifəsinə təyin edildi. 2014-ci ilin iyununda AMEA-nın müxbir üzvü seçildi. O, həmçinin institutun nəzdində fəaliyyət göstərən Memarlıq İncəsənət üzrə Problem şurasının sədri, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür. Ərtegin Salamzadə ali mükafataPrezident diplomuna layiq görülmüşdür.

İdarəçilik, rəhbərlik, ictimai məsələlər vaxtını çox alsa da, o, heç vaxt əsl alimlik fəaliyyətini arxa plana keçirməyib, vaxt taparaq müxtəlif prioritet mövzularda fundamental araşdırmalar aparıb. Bu xüsusiyyət onda hələ ötən əsrin 90-cı illərindəngənclik dövründən formalaşıb. Həmin dövrdə, iqtisadi durumum çətin olduğu vaxtlarda belə o, öz sevimli işinə arxa çevirməyib, obrazlı desək, sənətşünaslıq elminin keşiyində dayanıb. Artıq o zaman Ə.Salamzadə təsviredici sənətşünaslıqdan izahedici sənətşünaslığa keçidin vaxtının gəlib çatdığını hiss edirdi. Odur ki, öz araşdırmalarını məhz bu istiqamətdə qurmağa başladı. Paralel olaraq o, Azərbaycan sənətşünaslığının dövrün, müstəqilliyin tələblərindən irəli gələn inkişaf prioritetlərini, elmi konsepsiyasını qurmaq üzərində çalışırdı. Gənc alimin bu sahədəki ilk araşdırmaları 1997-ci ildə çapdan çıxmışMüasir sənətşünaslıq: köklər, problemlər, metodlarkitabında yekunlaşdırıldı. Tanınmış kulturoloq, nəzəriyyəçi-alim, sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva ilə həmmüəllif qismində yazılmış bu kitabda ilk dəfə olaraq müasir Azərbaycan sənətşünaslığının mühüm nəzəri metodoloji problemləri əhatəli spektrdə təhlilə cəlb edildi.

Ərtegin Salamzadə eyni zamanda pedaqoji sahədə fəaliyyət göstərir. Nahaq yerə elm təhsili qoşa qanad adlandırmırlar. Elmlə məşğul olmaqla yanaşı, Ərtegin müəllim həm müəllim olub. Yüzlərlə tələbə yetişdirib, onları elmə, maarifə həvəsləndirib. Əvvəllər təhsil aldığı Mədəniyyət İncəsənət Universitetində dərs deyən alim, bir müddət Bakı Xoreoqrafiya Məktəbində, Azərbaycan Universitetində çalışıb. Artıq çoxdan bəridir ki, Memarlıq İnşaat Universitetinin Dizayn kafedrasının professorudur. Elmlə təhsilin səmərəli əlaqəsini müvəffəqiyyətin əsası hesab edən tədqiqatçı-alim pedaqoq tədris məqsədilə bir neçə proqram yazaraq nəşr etdirib. Hələ 1995-ci ildə nəşr etdirdiyiDizayn tarixiadlı proqramda o, sözü gedən sahənin tədrisinə dair maraqlı, hətta cəsarətli fikirlər sürmüşdü. Həmin dövrdə Azərbaycan təhsilində dizayn tarixi ardıcıl tədqiq edilməmişdi Ərtegin müəllim proqramın giriş sözündə bunu xüsusi vurğulayaraq bu boşluğu aradan qaldırmağa çalışmışdı. 2017-ci ildə ali məktəblər üçün dərslik – “Azərbaycan multikulturalizmikitabı nəşr edildi. Kollektiv nəşr olan həmin kitabdaTəsviri incəsənətbölməsinin müəllifi o idi. 2018-ci ildə Memarlıq İncəsənət İnstitutunda magistr hazırlığı ilə əlaqədar bir müəllim kimi onun işi daha da çoxaldı. O, magistrlərə Azərbaycan multikulturalizmindən dərs demişdir. Bakalavr magistrlərlə yanaşı, Ərtegin Salamzadə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da yaxından iştirak edir. Onun rəhbərliyi altında xeyli sayda gənc mütəxəssis fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Ə.Salamzadəni ən çox düşündürəm məsələlərdən biri müstəqillik dövründə milli sənətşünaslıq məktəbinin inkişaf problemləri olub. Müstəqillik dövründə elmdə həm yeni meyarlar formalaşıb, yeni prinsiplər meydana çıxıb. Onun doktorluğu ümumən Azərbaycan sənətşünaslığının XX əsrdə keçdiyi yola həsr edilmişdi. Lakin müstəqillik dövründə milli sənətşünaslıq məktəbimizin prioritetləri diqqətdən kənarda qalmışdı, bu mövzuda sanki bir boşluq yaranmışdı. Ərtegin SalamzadəAzərbaycan sənətşünaslığı müstəqillik illərində” (2012) kitabını nəşr etdirərək bu boşluğu aradan qaldırdı, “Azərbaycan sənətşünaslığı. XX əsrmonoqrafiyası ilə birlikdə milli sənətşünaslıq tarixi nəzəriyyəsinin ardıcıl mənzərəsini yaratdı. Bir-birini tamamlayan bu iki əsər milli sənətşünaslığın tarixini, inkişaf yollarını əks etdirməklə bərabər, onun həm yol xəritəsi”nə çevrildi, elmin sonrakı inkişafı üçün prioritetlər müəyyən etdi.

Ərtegin Salamzadə bir çox kitab monoqrafiyaların müəllifidir. Bunlardan ikisini – “Azərbaycan sənətşünaslığı. XX əsr  Azərbaycan sənətşünaslığı müstəqillik illərindəəsərlərini yuxarıda xatırlamışdıq. Bundan başqa dəyərli alimin müxtəlif dövrlərdəDizayn informasiya” (Bakı, 2006), “Tofiq Rəsulov. Şəbəkə sənəti” (İstanbul, 2009), “Akmal Nur. Rəngkarlıq” (İstanbul, 2011), “İçərişəhər Azərbaycan tarixində” (Bakı, 2015), “Memarlıq İncəsənət İnstitutu. 1945-2015” (Bakı, 2015), “Azərbaycan dünya incəsənətində soyqırım mövzusu” (Bakı, 2016), Türkoloji sənətşünaslıq: problemlər metodlar” (Bakı, 2016), “Arxitektor Əhməd İzmayıl. Yaradıcılığın dərki” (Bakı, 2019), “Akmal Nurun boyakarlığının dəyərləri rəmzləri” (Daşkənd, 2019) kimi kitabları da işıq üzü görüb. Keçən il nəşr edilmişAzərbaycan incəsənətində Heydər Əliyev obrazımonoqrafiyası diqqəti xüsusilə cəlb edir. Kitab ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə çap edilib. Ön sözünün müəllifi AMEA-nın birinci vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, redaktoru görkəmli heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarovdur. Bu sanballı elmi-tədqiqat əsərində ulu öndərin rəssam heykəltəraşlar tərəfindən yaradılmış obrazlarından bəhs olunur. Maraqlıdır ki, Heydər Əliyevin bədii obrazlarını təkcə Azərbaycan sənətkarları yaratmayıb. Onların içərisində xarici ölkələrin fırça tişə ustaları da az deyil. Kitabda bu barədə ətraflı məlumat verilmişdir.

Dəyərli tədqiqatçı alim, rəhbərlik təşkilatçılıq sahəsində böyük təcrübəyə malik şəxsiyyət, başlıcası isə, sadə, təmkinli, gözəl insan olan Ərtegin müəllimi ad günü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, işlərində müvəffəqiyyətlər, yeni elmi nailiyyətlər arzulayırıq.

 

Xəzər Zeynalov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Elm  2020.- 15 sentyabr.- S.21