Uğurlara aparan qoşa qanad: arxeologiya jurnalistika

 

Arxeoloqun işi təkcə tarixi abidələri aşkarlamaq deyil, həm yuxusuz gecələrə qatlanıb ürəyinin istəyi ilə xalqına layiq əsərlər yaratmaqdır. Bu baxımdan tarix elmləri doktoru Qafar Cəbiyevin əməyi gərgin fəaliyyəti qibtəyə layiqdir. Alimin yüz əllidən çox elmi məqaləsi bir sıra kitabları çoxəsrlik tariximizə layiqli xidmətdir. Onun gərgin əməyinin, səmərəli axtarışlarının məhsulu olan bu günlərdə çapdan çıxan, həm yeniliyi, əhatəliliyi, dərin məzmunu ilə seçilənGirdiman tarixi”, “Girdimanın tarixi tarixi coğrafiyası”, “Azərbaycan arxeologiyasının əsaslarıadlı irihəcmli, fundamental monoqrafiyaları arxeologiya tarix elmimizə əvəzsiz töhfədir. İlk orta əsrlər dövrünün bir sıra öyrənilməmiş qaranlıq qalan məsələlərinə işıq saçan bu əsərlər həm ermənilərin yalançı uydurmalarına tutarlı cavabdır.

Bu fikirlər akademik Teymur Bünyadovun tanınmış arxeoloq alim Qafar Cəbiyevin 70 illik yubileyinə həsr etdiyiArxeologiya jurnalistika: onu uğurlara aparan qoşa qanadsərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonununormanlar içində duran” o məşhur Talıstan kəndində dünyaya göz açıb. Atası Cəfər kişinin gözləri gülüb, qəlbi sevinib. Anası Gül xanımın arzuları kama yetib, diləyi hasil olub.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Qafar 1975-ci ildə arxeologiya üzrə aspiranturaya daxil olub. O, 1985-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib, sanballı tədqiqatları ilə elmimizə yeni nəfəs gətirib. Alim 1985-ci ildən Qəbələ, Ağsu, Kürdəmir, İsmayıllı, Şamaxı arxeoloji ekspedisiyalarına rəhbərlik edib. Onun ölkəmiz tariximiz üçün olduqca böyük əhəmiyyət kəsb edən tapıntıları var.

Qafar müəllim 2010-cu ildə Ağsu rayonu ərazisində Azərbaycan arxeologiya elmində nadir hadisə sayılan XVIII əsrə aid geniş bir qazıntıya başladı. Hamımıza qeyri-adi görünən sonsuz marağa səbəb olan işlə tanış olmaq qərarına gəldik. Akademiyanın sayılıb-seçilən tarixçi, arxeoloq etnoqraf alimləri ilə birlikdə oraya yollandıq. Orta əsr Ağsu şəhəri yerində Qafar müəllimin rəhbərliyi ilə aparılmaqda olan qaynar işin şahidi olduq. Hava dözülməz dərəcədə isti idi. Sanki günəş göydən od ələyirdi. Amma hamının diqqəti Qafar müəllimdə idi. O, ekspedisiyanın əldə etdiyi maddi mədəniyyət qalıqları ilə bizi tanış edir, məna məzmununu izah edirdi. Söhbət təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda son orta əsr şəhər mədəniyyətinin tədqiqi baxımından etalon sayıla biləcək abidədə aparılan genişmiqyaslı qazıntılardan, orada həyata keçirilməsi nəzərdə tutulan konservasiya tədbirlərindən gedirdi.

Qafar müəllim alnı tərli, əliqabarlı olsa da, böyük eşqlə, bir ayrı həvəslə qazıntıdan tapıntılardan həvəslə danışır, bu gərəkli işin hələ başlanğıc olduğunu bildirirdi.

Arxeoloq olmaq son dərəcə çətin, həm olduqca şərəfli bir işdir. Arxeoloq cəfakeş fəhlə, yuxusuz gecələr keçirən alim, ayağı dəmir çarıqlı dərviş, səyyah, əqidəli, dözümlü inşan, kəşfiyyatçı, tarixçi həm bərpaçıdır. Hərtərəfli biliyə, geniş erudisiyaya, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə malik, ürəyi Vətən tarixi ilə döyünən insandır. Bütün bu yüksək keyfiyyətləri özündə birləşdirən, arxeoloqların ön sıralarında gedən Qafar müəllim bax beləcə hər cür ehtirama, minnətdarlığa layiq bir insandır.

Qəbələ ölkəmizin min illik paytaxtı olub. Yarım əsrdən çoxdur ki, orada görkəmli alimlər tərəfindən tədqiqat işləri aparılır. İndi həmin işləri görkəmli arxeoloq İlyas Babayevlə birlikdə Qafar müəllim davam etdirir. 2009-cu ildə ürəyim atlandı, mən Qəbələ qazıntılarında iştirak etmək həvəsinə düşdüm. Dostların dəvəti ilə oraya yollandım. Qafar Cəbiyevin qazıntı sahəsində işlədim. Tapılan maddi mədəniyyət qalıqları ilə tanış oldum. İş nəticəsində naxışlı küp parçaları, boyalı qablar metal əşyaları görərkən ölməz Səməd Vurğunun bir məşhur qeydi yadıma düşdü. Necə dəqiq, necə sərrast deyilib: “Üzərində tarixi qeyd, təsvir olan hər bir qədim daş vaxtilə canlı yaşayıb-yaradan insanın donmuş ürəyidir; o, insan tarixin odu alovundan keçərək gözəl torpağımızı tariximizi qoruyub saxlamış, əsrlərboyu elmin, mədəniyyətin incəsənətin inkişafı üçün nəhəng münbit zəmin yaratmışdır; elə bir zəmin ki, onun üzərində biz hamımız doğulmuşuq, yaşayırıq gələcək nəsillərin sifətində həmin mədəniyyətin ən qabaqcıl ənənələrini yeni tarixi şəraitdə inkişaf etdirərək yaşadacağıq”.

Görkəmli alimin ürəyində döyünən qoşa qanadının biri arxeologiyadırsa, digəri jurnalistikadır. Bu sahələr bir-birini tamamlayır, bir-birini təsdiqləyir. Mənə belə gəlir ki, bu, Qafar müəllimin böyük uğuru yaradıcılıq xoşbəxtliyidir. Onun müxtəlif mətbuat orqanlarında çap olunan beş yüzdən çox elmi-publisistik məqaləsi dediklərimizi təsdiqləyən müəllifə şərəf gətirən dəlil-sübutdur. Qafarın ilk kitabı olanArxeologiya romantikaəsərində elmlə jurnalistika qovuşaraq qoşa qanada çevrilib. “Can Azərbaycankitabında vətənimizin, qədirbilən xalqımızın zəngin tarixi, adət-ənənələri, mənəvi dünyası böyük eşq həvəslə tərənnüm edilir. Bura Vətəndirkitabı eyni hissin, həyəcanın, Vətən sevgisinin, torpaq qeyrətinin təzahürü, tərənnümü təsdiqidir. Yazılan qalacaqDüşüncələrkitablarında müəllif tarix mədəniyyət məsələləri ilə bağlı düşüncələrini, arzu, istək hədəflərini oxucu ilə bölüşüb. Azərbaycan keramikasımonoqrafiyası isə Azərbaycandan çox-çox uzaqlarda da dəyərli tədqiqat əsəri kimi qəbul olunur.

Bütün bunlarla yanaşı, o, həm həssas, qayğıkeş, çalışqan bir pedaqoqdur. Uzun illərdir ki, ali məktəblərimizdə Azərbaycan tarixini arxeologiyasını tədris edir. Elmin müvafiq sahələrinə dair ali məktəblər üçün proqram dərsliklərin müəllifidir. Görkəmli alim, gözəl müəllim, tanınmış jurnalist olan Qafar Cəbiyev həm fəal ictimaiyyətçidir. Qızıl qələmmükafatı laureatıdır. Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. Qafar müəllim 2004-2018-ci illərdə Azərbaycan Respublikası Milli Televiziya Radio Şurasının üzvü sədr müavini olub. Heç şübhəsiz, bütün bunlar Qafar Cəbiyevə olan ehtiram qayğının nəticəsidir.

Qafar müəllim 70-i haqladı. Mənalı ömür sürdü, Vətənimə, xalqıma, dövlətimə hələ çox borcluyam dedi. Yetmiş yaşın mübarək, canın sağlam, ömrün uzun olsun, arzuların üzünə gülsün.

Elm  2020.- 15 sentyabr.- S.20.