NizamininYeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” adlı monoqrafiya çapdan çıxıb

 

AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin RzasoyunNizamininYeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” monoqrafiyası işıq üzü görüb.

 

Əsərdə həm Azərbaycan, həm də dünya elmində Nizami yaradıcılığı ən müxtəlif aspektlərdən öyrənilib. Şairin irsinin tədqiqində Azərbaycan alimlərinin fəaliyyəti həm zəhmət, həm də məhsuldarlıq baxımından böyükdür. Bu fəaliyyət hazırda da davam edir. OxucularaNizamininYeddi gözəl”  poemasında mif, folklor və təsəvvüf” adı altında təqdim olunan  monoqrafiya da Nizami irsinə milli-filoloji marağın daha bir ifadəsidir. Əsərdə “Yeddi gözəl” bədii-estetik işarə kimi götürülübonun Azərbaycan milli düşüncə sisteminin bədii-estetik layındakı yeri tədqiq edilib.

 

Kitabda Nizami poeziyası “Yeddi gözəl” məsnəvisi əsasında orta əsrlər dünya modeli, onun folklor-mifoloji strukturu baxımından araşdırılıb. Əsərdə şüurun inkişaf mərhələləri (mifolojitarixi şüur modelləri), “Yeddi gözəl” poemasının əsas süjetinin folklor-mifoloji semantikası, makrokosmun (“böyük dünya”) mifopoetik strukturufunksional semantikası, poemadakı haşiyə nağıl süjetlərində sufi dünya modellərinin təriqət praktikasının və mifoloji arxetiplərin təcəssümü, mikrokosmun (“kiçik dünya”//insan) mənəvi təkamül prosesinin semiotik strukturu, irfani-psixoloji və təsəvvüfi-poetik semantikası kimi məsələlər öyrənilib.

 

Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru akademik Muxtar İmanov, rəyçiləri professorlar Tahir Məhərrəmov, Şirindil Alışanlı və dosent Sərxan Xavəridir.

 

Elm  2021.- 10 dekabr.- S.16.