Botanika İnstitutunun
baş direktoru:
“Ölkəmizdə dərman
bitkilərinin kompleks tədqiqi ən vacib məsələlərdən
biri hesab olunmalıdır”
Azərbaycan
florasında 1500-ə qədər dərman bitkisi
yayılmışdır ki, bu bitkilərdən bir çoxu
kütləvi toplanılmaqla ölkədən çıxarılır.
Lakin bu zaman bəzi bitkilərin azalma təhlükəsi
yaranır və toplanılarkən müəyyən hədlərin
gözlənilməsinə ciddi nəzarət edilmir. Müəyyən
yollarla bitkilərin toplanılaraq ölkədən
çıxarılması, sex və ya zavodlarda qida əlavəsi
və ya bioloji əlavə kimi istehsalı bir tərəfdən
insanların maddi rifahına yüksək təsir göstərsə
də, digər tərəfdən floraya ciddi zərbə
vurur. Bitkilərin təbii areallarında məhv olmaqla
sıradan çıxmasının qarşısının
alınması üçün onların süni şəraitdə
çoxaldılması vacibdir.
Bu fikirləri
uzun illər AMEA-nın Botanika İnstitutunun Etnobotanika
laboratoriyasının müdiri kimi
çalışmış, respublikamızın
tanınmış bioloq alimlərindən biri, Botanika
İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor
Səyyarə İbadullayeva müsahibəsində bildirib. Həmin
müsahibəni təqdim edirik:
- Səyyarə xanım,
AMEA-nın Botanika İnstitutu
Akademiyanın qabaqcıl müəssisələrindən biri kimi elmi
nailiyyətləri ilə hər zaman seçilib, botanika elminin inkişafında və elmi
kadrların yetişdirilməsində böyük
rol oynayıb. İnstitutun
qarşısında qoyulan vəzifələrin
icrası istiqamətində görülən işlər barədə məlumat verərdiniz.
- Məlum olduğu kimi, AMEA-nın Botanika İnstitutu 1936-cı ildə çox dəyərli korifey alimlər tərəfindən SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Bölməsinin Azərbaycan Botanika şöbəsinin bazasında rəsmi qurum kimi yaradılmışdır. İnstitutun yaradılmasında və inkişafında müəssisənin ilk direktoru, görkəmli botanik, Qafqaz florasının tanınmış tədqiqatçısı, SSRİ Dövlət Mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Qrossheym mühüm rol oynamışdır.
Sonradan tədricən ibtidai bitkilər və göbələklərin 1960-dan çox növü, ali bitkilərin 4557-yə yaxın növü təsvir edilmiş, zəngin herbari fondu yaradılmışdır. 8 cildlik “Azərbaycan florası” (1950-1961), 3 cildlik “Azərbaycanın mikroflorası” hələ o zamanlar yazılmış və nəşr edilmişdir. Azərbaycanın “Qırmızı Kitabı”nın (1980) birinci nəşrinə 140 bitki, ikinci nəşrinə (2013) 300 növ bitki və göbələk daxil edilmişdir. Botanika İnstitutunun əməkdaşları tərəfindən yüzlərlə məqalə, 86 patent (5 Avro-Asiya) və müəllif hüququ sertifikatı alınmışdır.
Lakin təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycan florasının sonrakı nəşri yarımçıq qalmış və bu vaxta qədər nəşr edilməmişdir. Hazırda bu işin yenidən başlanılması və Azərbaycan florasının yeni nəşrinin işıq üzü görməsi istiqamətində fəaliyyət proqramı hazırlamaqdayıq. Ümid edirik ki, yaxın gələcəkdə bu işləri hissə-hissə təqdim edəcəyik.
- Bitkilərin genezisi və formalaşması, bitki åhtiyatşünaslığı, biîlîji fəal maddələrin, åfir yağlarının alınması və istifadə yîllarının aõtarılması istiqamətində 200-dən çox elmi əsərin müəllifisiniz. Azərbaycan florasının öyrənilməsi istiqamətində institutda apardığınız tədqiqatlar barədə məlumat verərdiniz.
- Azərbaycan florasında Apiaceae, Malvaceae, Lilaceae, İridaceae, Polygonaceae fəsilələrinin taksînîmik tərkibi və biîåkîlîji xüsusiyyətləri müəyyənləşdirilmiş, mühüm xalq təsərrüfat əhəmiyyətli növlərin regionlar üzrə ehtiyatı öyrənilmiş və ilk dəfə olaraq, itməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi işlənib hazırlanmışdır. Onlardan bəziləri Azərbaycanın “Qırmızı kitabı”nın II nəşrinə daxil edilmiş, 30-dan çox növ barədə III nəşrə tövsiyə verilmişdir. Fəsilələr üzrə Azərbaycan florasına Kərəvüzkimilərdən 6 cins, 23 növ və 1 yarımnöv, Dalamazkimilərdən 2 növ, o cümlədən Naxçıvan Muxtar Respublikası florasına 7 növ ilk dəfə təsvir edilmiş, təyinediciləri tərtib edilmiş, fitosenologiyası və təsərrüfat əhəmiyyəti öyrənilmiş, 300-ə qədər növün areal xəritəsi tərtib edilmişdir. Qoruq və yasaqlıqların, o cümlədən Zəngəzur və Şahdağ Milli Parkının flora və bitkiliyi tədqiq edilmiş, nadir bitkilərin müasir vəziyyəti öyrənilmiş, bu sahədə 2 kitab nəşr olunmuşdur. Azərbaycan biomüxtəlifliyində dərman preparatlarından istifadə edilən bəzi maddələrin xammal mənbəyi aşkar edilmişdir. Həmin növlərdən alınan fərdi maddələr vitiliqo, xərçəng kimi xəstəliklərdə işlədilən bahalı dərmanların tərkibində əsas vasitələrdən hesab olunur. Baldırğan cinsinin bəzi növünün kök və toxumlarından elm üçün yeni 15 fərdi maddə alınmışdır. Azərbaycan florasında 85 növdə efir yağı müəyyən edilmiş, onların ekoloji şəraitindən asılı olaraq dinamikası öyrənilmiş, komponent tərkibi müəyyən edilmişdir. Tədqiqatlar nəticəsində quraqlıq növlərinin 75%-nin bütün orqanlarında, meşədə olan növlərin 40%-nin çiçək və toxumunda efir yağının toplandığı aşkar edilmiş, efir yağlarının antimikrob və antiviral xüsusiyyətləri təyin edilmişdir. Alınan ekstraktlar və efir yağları Azərbaycan Tibb Universitetinin (ATU) İmmunalogiya və mikrobiologiya kafedrasının əməkdaşları ilə birgə tədqiq edilmiş və impakt faktorlu jurnallarda birgə məqalələr çap edilmişdir.
Həmçinin Azərbaycan florasının faydalı bitkiləri etnobotaniki təhlil edilmiş, yabanı tərəvəzlərə aid 200, yem kimi istifadə edilən 330, dərman bitkilərindən 500-ə qədər növün arealları, populyasiyalarının müasir vəziyyəti və bitkilik tipində rolu müəyyənləşdirilmişdir. Təbii fitosenozlarda antropogen amillərə məruz qalan növlər ilk dəfə olaraq reintroduksiya edilmiş, təbiətdəki ilkin vəziyyətlərinə qaytarılmışdır. Xalq təbabətində etnik üsullarla istifadə edilən bitkilər barədə bölgələrdən məlumatlar toplanmış və buna aid 7 kitab nəşr edilmişdir.
- İnstitut əməkdaşları tərəfindən çöl tədqiqatları zamanı flora biomüxtəlifliyinin ekoloji qiymətləndirilməsi nəticəsində indiyədək elmə məlum olmayan hansı nadir bitki növləri aşkar olunub?
- İnstitut əməkdaşları uzun illərdən bəri floranı öyrənməyi qarşılarına məqsəd qoyublar. Dəqiq sayını deyə bilməsəm də, elmə ilk dəfə təqdim edilən növlərin sayı çox olub. Hazırda bütün dünyada bu istiqamətdə işlər molekulyar səviyyədə öyrənilməyənədək qəbul edilmir. Məsələn, bizim 2019-cu ildə təqdim etdiyimiz yeni növ Moskva alimlərinin dəstəyi ilə molekulyar səviyyədə öyrənildi və yeni növ kimi təsdiqini tapdı.
- Azərbaycanda itmək təhlükəsində îlan bitkilərin mühafizəsi
və bərpası istiqamətində hansı işlər görülür?
- Bu sahədə tədqiqatlar xüsusən son dövrlərdə aparılmağa başlayıb. Şöbə və laboratoriya əməkdaşları tərəfindən ərazilərdə ekspedisiyalar keçirilir, nadir növlərin müasir vəziyyəti öyrənilir, xəritələndirilmələr aparılır, bəzi növlər yerində, bəziləri isə institutun təcrübə sahəsində becərilir. Sonra isə bu kimi növlər haqqında məqalələr və kitablar hazırlanır. Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın (İUCN) son versiyalarına uyğun olaraq, dünya florasında itmək təhlükəsində olan bitkilər alim və mütəxəssislər tərəfindən öyrənilir. Rusiya, Orta Asiya, Qafqaz o cümlədən Azərbaycan və s. dövlətlər artıq regionlara məxsus “Qırmızı kitab”ların yazılması istiqamətində əməli təkliflər irəli sürmüş və ya kitablar yazılaraq təqdim edilmişdir. Bu qiymətləndirmələrin beynəlxalq standartlara uyğun aparılması və eləcə də onların dözümlülük həddini artırmaq, “in situ” bərpasını təmin etmək üçün taksonların limit faktorlarının və say dinamikasının qanunauyğunluqları aşkar edilməlidir. Həmçinin bölgələrdə xüsusi təhlükə altında olan yüzlərlə bitki vardır ki, yalnız həmin ərazi üçün itmək təhlükəsindədir və bunun qarşısının alınması tədbirləri də həyata keçirilməlidir. Bütün ictimai formasiyalarda bu məsələ həmişə diqqət mərkəzində olmuş və vaxtaşırı müxtəlif əməli tədbirlər görülmüş, hazırda da görülməkdədir.
Respublikanın təbii bitki örtüyü, bitkiliyi və onun florası antropogen təsirlərə məruz qalaraq, bir sıra qiymətli bitki fərdlərinin sayı azalır və ya tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalır. Bu isə tədricən ekosistemə öz mənfi təsirini göstərməkdədir. Şəxsən mənim iştirakımla bu istiqamətdə Gəncə-Qazax ərazisində geniş tədqiqatlar aparılmış, bu sahədə 10-dan çox məqalə çap olunmuş, ərazinin nadir bitkiləri kitab kimi nəşr edilmiş və hər bir növün qorunması barədə təkliflər verilmişdir. Azərbaycan daxilində Kiçik Qafqazın ərazisinin əsasını təşkil edən Gəncə-Qazax fiziki-cîğrafi rayonunun geoloji müõtəlifliyi (dəniz səviyyəsindən 100m-dən 3723m-ə kimi), mürəkkəb gåîmîrfîlîji quruluşu, bitki örtüyünün tariõi inkişafı və digər təsirlər (biotik, abiotik, antrîpîgån və s.) flîranın müõtəlifliyinə və zənginliyinə səbəb îlmuşdur. Gəncə-Qazax florasının ümumi öyrənilməsi zamanı bəzi nadir növlər haqqında məlumatlara rast gəlinsə də, ərazinin itmə təhlükəsində olan növləri xüsusi olaraq tədqiq edilməmişdir.
Əsrlər böyu insanlar onları əhatə edən bitki örtüyündən asılı olmuşdur. Lakin insanların əməli fəaliyyəti nəticəsində biomüxtəliflikdə kəskin dəyişikliklər yaranmış və bunun nəticəsində düşünülmədən meşələr sürətlə qırılmış, müxtəlif bitki qruplarının yayıldığı ərazilərdə hədsiz şumlama işləri aparılmış, faydalı qazıntıların istismarı, şəhərlərin, zavodların tikilməsi və s. zamanı geniş ərazilərdə təbiətin qoruyucu sipəri olan yaşıl örtük tədricən azalmışdır. Ona görə də, təbii resursların qorunması və səmərəli istifadəsi qlobal problemlərdən birinə çevrilmişdir.
Bizim apardığımız son tədqiqatlar göstərir ki, hazırda Gəncə-Qazax florasının ali bitkilərinin ən azı 10%-i nadir hesab olunur və məhv olmaq təhlükəsi altındadır. Eyni mənzərəni biz Gəncə ətrafı fitocoğrafi rayonunun flora biomüxtəlifliyində də görürük. Son tədqiqatlara görə, Gəncə ətrafının cəmi 2-3%-nin ekoloji vəziyyəti pozulmamışdır.
Burada qədim dövrlərdən qalmış reliktlər, Qafqaz və yalnız Azərbaycana məxsus endemik bitkilər çoxluq təşkil edir. Onların böyük bir qismi ərzaq, yem, dərman, texniki, ədviyyat, dekorativ və s. baxımdan əhəmiyyətlidirlər. Lakin indiyə qədər həmin növlərin genofondunu əks etdirən növdaxili sistematikası işlənib hazırlanmamışdır. Bu növlərin “in situ” şəraitində limit faktorları, onların dözümlülük riskinin artmasının səbəbləri öyrənilməmiş və bu növlər ekoloji cəhətdən tam qiymətləndirilməmişdir. Hazırda əməkdaşlarımız həmin tədqiqatların həyata keçirilməsi istiqamətində çalışır və ümidvarıq ki, “Qırmızı kitab”ın 3-cü nəşrində bütün bu fikirlər öz əksini tapacaq.
- Bildiyimiz kimi, Azərbaycan florası bir
çox xəstəliklərin müalicəsində
tətbiq oluna bilən şəfalı dərman
bitkiləri ilə kifayət qədər zəngindir. Ölkəmizdə
bitən dərman bitkilərinin sənaye əhəmiyyətinin
öyrənilməsi, onlardan istifadə və
istehsal səviyyəsi sizi
qane edirmi?
- Bu işlər daha çox qeyri-mütəxəssislər tərəfindən və ya şəxsi zəmində həyata keçirildiyindən qənaətbəxş deyil. Bildiyimiz kimi, Azərbaycan florasında 1500-ə qədər dərman bitkisi yayılmışdır və bu bitkilərdən bir çoxu kütləvi toplanılmaqla ölkədən çıxarılır. Lakin, bu zaman bəzi bitkilərin azalma təhlükəsinə və toplanılarkən müəyyən hədlərin gözlənilməsinə ciddi nəzarət edilmir. Ayrı-ayrı iş adamları tərəfindən müəyyən yollarla bitkilər toplanılır, ölkədən çıxarılır, sex və ya zavodlarda qida əlavəsi və ya bioloji əlavə kimi istehsal edilərək satılır. Bu, bir tərəfdən insanların maddi rifahına yüksək təsir göstərsə də, digər tərəfdən floraya ciddi zərbə vurur. Bitkilərin təbii areallarında məhv olmaqla sıradan çıxmasının qarşısının alınması üçün onların süni şəraitdə çoxaldılması vacibdir. Toplanılan dərman bitkilərinin sistemli şəkildə həyata keçirilməsi zəruri məsələlərdəndir.
Əks təqdirdə kor-koranə toplanmış dərman bitkilərinin satışı insanlara xeyirdən çox zərər verə bilər.
- Məlumdur ki, bioloji
müalicə üsulları sahəsində böyük
təcrübəyə maliksiniz. Koronavirus pandemiyası dövründə sağlam qalmaq, immuniteti güclü saxlamaq üçün nə
kimi tədbirləri tövsiyə edirsiniz? Bu məqsədlə
hansı dərman bitkilərindən istifadə müsbət nəticələr
verə bilər?
- Bu barədə insanların təlaşlı olduğu dövrlərdə bir çox qəzet və sosial şəbəkələrdə bəzi dərman bitkilərindən istifadənin mümkünlüyünü aşılamaq üçün çoxsaylı çıxışlar etmişəm. Müalicə ilə məşğul olmasam da, bir botanik olaraq xalqın uzun illər sınağından keçmiş xalq təbabəti üsullarına yaxından bələdəm. Hətta bu barədə həm Şimali, həm də Cənubi Azərbaycan regionunun xalq təbabəti kitabını (İbadullayeva Sayyara, Jafarli İlhama, Mohammad Zaifizadeh, S.Sh.Asbghian Namin. Folk medicine (Ethnobotany in Azerbaijan Region), İran İslam Respublikası, Tehran-2017, 288.), həm də xarici alimlərlə birgə “Springer” nəşriyyatında İran, Türkiyə Azərbaycan dərman bitkilərinin istifadəsi üzrə bir fəsil çap etdirmişik. Əsərdə İğdır (Türkiyə), Naxçıvan (Azərbaycan) və Təbrizdə (İran) ənənəvi tibbdə istifadə edilən ümumilikdə 65 fəsiləyə mənsub olan 341 növdən bəhs olunur. Üç müxtəlif regionda yerli icmalar həzm, tənəffüs, sidik-tənasül sistemləri, dəri və nevroloji xəstəliklərdə eyni bitkilərdən istifadə edilir. Bölgələr üzrə İğdırda mədə-bağırsaq pozulmalarında 32 növdən, öskürək əleyhinə 28 növdən, Naxçıvanda revmatizm xəstəliyində 24 növdən, mədə-bağırsaq traktı pozulmalarında 24 növdən və qurd əleyhinə dərman kimi 20 növdən istifadə edilir. Təbriz ərazisində 24 növ sidikqovucu vasitə kimi, 22 növ hərarətsalıcı və 20 növ öskürək əleyhinə işlədilir. Bizim apardığımız tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, 3 qonşu ölkə sərhədlərində 4 növ - Glycyrrhiza glabra (həzm və tənəffüs sistemləri üçün), Malus sylvestris ssp. orientalis (tənəffüs sistemi üçün), Roza canina (həzm üçün və urinogenital sistemlər üçün) və Urtica dioica (həzm sistemi üçün) eyni qaydada istifadə olunur. Öyrənilən ərazilər başqa aspektlərdən də bir-birinə çox oxşardır.
2021-ci ildə isə ilk dəfə olaraq 6 ölkə əməkdaşı (Sytar, O. (Sloveniya), Brestic, M. (Çex Respublikası), Hajihashemi, S. (İran), Skalicky, M., Kubeš,J. (Ukrayna), Lamilla-Tamayo, L.(Çex Respublikası.), İbrahimova.U., İbadullayeva, S. (Azərbaycan), Landi, M. (İtaliya) tərəfindən antiviral potensiala malik bitkilərin hərtərəfli axtarışı həyata keçirilmiş və “VOSviewer” vizualizasiyası vasitəsilə 66 dərman bitkisinin antiviral potensialını xarakterizə edən müxtəlif mənşəli, yerli ərazilərə malik bitkilər təsvir edilmişdir. Bitki əsaslı antiviral dərmanları inkişaf etdirmək üçün ən perspektivli birləşmələr - kempferol qlikozidləri, skutellarein, bayalin və kvercetin flavonoidləri; saikosaponinlər triterpenoidlər; likorin, tetrandrin, fanqinolin və sefarantin alkaloidləri; triterpen oleanan və terpen sikloart-25-ene-3b,24-diol tövsiyə olunmuşdur.
Hazırda
bütün dünyada
COVID-19 pandemiyası səbəbi ilə yaranmış vəziyyəti
nəzərə alaraq, biomüxtəliflikdə
yayılan bitkilərdən və təbii ehtiyatlardan
istifadə etməklə yeni antiviral dərmanların axtarışı və
inkişaf etdirilməsi böyük
əhəmiyyət kəsb edir. İndiki virusun mexanizmi haqqında bilinməyən çox amillər var, lakin bitki
ekstraktlarının və metabolitlərin təsiri fərqlilik
yaradır və artıq bəzi nüanslar
məlumdur. Bu, əsasən kompleks bitki ekstraktlarının
və təcrid olunmuş bitki
mənşəli birləşmələrin mexanizmlərinin
öyrənilməsi istiqamətində baş
verir. Hazırki iş
antiviral imkanlara malik ikincili metabolitlər
haqqında orijinal məlumatları təhlil
etməklə, koronaviruslara qarşı fəaliyyət
qrupunun tədqiqatıdır. Virusa qarşı terpenlərin nümayəndələri,
flavonoidlər, alkaloidlər, stilbenlər və s. onların mexanizminin təsviri
ilə yanaşı, antiviral fəaliyyətlərinin
olmasını da təsdiq edir.
Xüsusilə koronaviruslar qrupu
üçün aşkar
edilmiş bir neçə
ekstraktlar vardır. Bundan əlavə, bütün dünyada məlumatların
təsviri ilə birlikdə antiviral potensiala malik bitkilərin skrinninqi aşkar edilmişdir, tədqiq olunan
əsas antiviral ikincili
metabolitlər haqqında geniş məlumat
verilmişdir. 1967-2021-ci illərdə aparılan 173 tədqiqata
aid məlumat bazalarından
(“PubMed”, “Science Direct”, “Scopus”, “Web of
Science” və “Google Scholar”)
antiviral potensialı olan
dərman bitkiləri səciyyələndirilmişdir. Bu araşdırma üçün
istifadə edilən axtarış terminlərinə
əsasən koronavirus
qrupuna aid tədqiqatlara
- SARS-CoV, bioloji aktiv birləşmələr,
bitkilərin kimyəvi
müxtəlifliyi, antiviral potensial,
təbii antiviral bitki ekstraktları, bitki əsaslı antiviral preparatlar
daxildir. Bu tədqiqatın
aparılmasında müxtəlif
dillərdə yazılan
ədəbiyyatlara heç
bir məhdudiyyət qoyulmamışdır. Azərbaycan alimlərinin
bitki mənşəli
təbabətə aid məqalələri
çap olunmuş, o cümlədən bu tədqiqatda 6 işimizə
istinad verilmişdir.
Antiviral potensialın elmi məlumat təhlilinin “VOSviewer” vizualizasiyasıın formalaşmasında
müxtəlif dərman
bitkilərindən və
onların təbii birləşmələrdən istifadə
edilmişdir. Elmi ədəbiyyat
məlumatlarının bibliometrik
təhlili və vizuallaşdırılması üçün
proqram təminatı
“VOSviewer”in 1.6.15 versiyası
yaradılmışdır.
Bitki əsaslı antiviral məhsulların
dünya miqyasında tədqiqi böyük əhəmiyyət kəsb
edir. Yerli və qlobal
miqyasda aktual hadisələrə görə
xalqın sağlamlığını
yaxınlaşdıran antiviral bitkilərin etnobotanik xüsusiyyətləri arasında
əlaqə yaratmaqla koronavirusa qarşı bitki əsaslı dərmanlar hazırlana və pandemiya zamanı sağlam qida tövsiyələri kimi qəbul edilə bilər.
Bitki mənşəli dərmanların
hazırlanmasına gəldikdə, həkimlərlə birgə
2017-ci ildə immunbərpaedici patentimiz təsdiq edilmişdir. Hələ
pandemiyadan öncə, tibb sübut etdi ki, immun sisteminin
möhkəm olması virusa qarşı
davamlılığın əsas meyarıdır. Ona
görə də bu patent üzrə dərman
preparatının respublikada hazırlanması
günümüzün ən vacib məsələlərindən
hesab olunmalıdır.
Müsahibəni
apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti
aparatının İctimaiyyətlə əlaqələr və
informasiya şöbəsinin sektor müdiri, dissertant
Elm 2021.- 10 dekabr.- S.16.