Qarabağda seysmoloji tədqiqatların yeni istiqamətləri

 

əvvəli var

 

Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Balakən rayonu ərazisində yerləşən Filizçay kolçedan-polimetal yatağının sənaye miqyasında istismarının dayanaqlılığına təsir edən amillərin araşdırılması məqsədi ilə seysmo-geofiziki tədqiqat işlərinin layihəsini bu il tamamlamışdır. Mərkəz tərəfindən həmçinin, seysmoloji tədqiqatlarla yanaşı, Azərbaycanda qeyri-neft sektorunda, filizqeyri-filiz faydalı qazıntı yataqlarının istismarına və istismar zamanı yarana biləcək sürüşmə, uçqun proseslərinin yerini qabaqcadan təyin etmək istiqamətində olan işlərə diqqət artmışdır.

 

Mərkəzin filizqeyri-filiz yataqlarının istismarı ilə əlaqəli belə beynəlxaq miqyaslı layihələrin işlənməsində seysmoloji, geodinamik, mühəndisi-seysmik, maqnitometrikqravimetrik tədqiqatlar aparmaq təcrübəsi varbu işlərin Qarabağ ərazisində olan yataqların istismarında tətbiq edilə bilər.

 

Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılması ətraf mühitə çox ciddi ziyan vurmuşdur.

 

Filizqeyri-filiz yataqları talan edilmiş, heç bir texnoloji normalar qorunmadan istismar edilmişdir. Kiçik Qafqazın strateji əhəmiyyətli mineral yataqları, qızıl yataqları xarici şirkətlərlə birgə istismar edilmiş, Azərbaycanın milli sərvəti talan edilmişdir. Qarabağ ərazisində Yer qabığının geoloji - tektonik quruluşu son dərəcə mürəkkəbliyi və müxtəlifliyi burada geniş spektrdə faydalı qazıntıların yayılmasına səbəb olmuşdur.

 

İşğaldan əvvəl sənaye əhəmiyyətli yataqların proqnoz resursları qiymətləndirilmiş, çoxsaylı filizqeyri-filiz mineral xammal təzahürləri müəyyən edilmişdir. Metal faydalı qazıntılar xrom, mis, polimetal, qızıl, civə və sürmə yataqları ilə təmsil edilir. Filizlərin tərkibində əsas metallarla yanaşı, həmçinin gümüş, molibden, nikel, vismut, tellur, selen, kadmiums. qiymətli metallar müşahidə edilir. Adıçəkilən filiz yığımlarından ən çox əhəmiyyət kəsb edən qızıl yataqlarıdır. Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbulaq və Vejnəli yataqları işğal dövründə xarici şirkətlərlə birlikdə ermənilər tərəfindən qanunsuz olaraq istismar edilmiş, bununla da iqtisadiekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan vurulmuşdur. Ümumiyyətlə, Qarabağın bütün faydalı qazıntı yataqları yenidən işlənməli və həmin yataqlarda kompleks tədqiqatlar aparılmalıdır.

 

Ehtiyatları təsdiq edilmiş qeyri-metal faydalı qazıntı yataqları, işğal edilmiş Qarabağ ərazisində dağ-kimyəvi, kükürd kolçedanı, soda xammalı və zinət daşları, həmçinin ümumi ehtiyatları on milyon kubmetrlərlə ölçülən mişar, üzlükinşaat daşları, sement xammalı, mineral boyalar, inşaat kərpici üçün xammal, beton doldurucuları və yol-tikinti xammalı kimi inşaat materialları ilə təmsil edilir. Şahbulaq əhəngdaşı yatağı, Əsgəran mergel yatağı, Ağçay, Harov, Zərinbax, Yemişcan və Gülablı mərmərləşmiş əhəngdaşı yataqları, Çıldıran tuf yatağı, Çiləbürt gəc yataqları və s. intensiv olaraq ermənilər tərəfindən istismar edilmiş, alınan məhsulların əksəriyyəti isə regiondan kənara çıxarılmışdır.

 

Biz alimlər tam əminik ki, işğaldan tam azad edilmiş olan Qarabağ ərazisinin yeraltı sərvətləri də digər maddi və mənəvi nemətlər kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, müdrik siyasəti və qətiyyəti sayəsində tezliklə əsl sahibi tərəfindən istismara başlanılacaq və həmin yataqların gəlirlərindən ölkəmizin inkişafı, çiçəklənməsi üçün istifadə ediləcəkdir.

 

Kəlbəcər rayonu özünün zəngin filizqeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızılitən, Qazıxanlı, Qalaboynus. qızıl, xromit, volfram, mis, molibden, qurğuşun və məmulat daşları, mineral boyalar, üzlük daşı, müxtəlif cür tuf yataqları aşkar edilib. Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim suxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.

 

Zod yatağının ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Basarkeçər (Vardenis) rayonunun ərazisindədir. Yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, kəşfiyyat işləri Ermənistan SSR Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır. 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə GeoProMining şirkəti rəhbərlik etmişdir.

 

Ağduzdağ yatağı Zar çayının yuxarı axarında Kəlbəcər çökəkliyinin şimal hissəsində yerləşir. Yataq Şurtan, Zəylik, Qaraarxacçay qızıl təzahürləri ilə birlikdə Şərqi Göyçə silsiləsi ilə Tərtər çayı arasında geniş bir sahəni əhatə edir. Yataq qızıl-kvars formasiyasına aid olub, vulkan tiplidir. Yataq cavan mioplisen yaşlı hidrotermal mənşəli qızıl filizi yataqlar qrupuna aiddir. Yataq ərazisində geniş yayılmış törəmə kvaristlər müəyyən dərəcədə qızıllıdır. Yataq ərazisində sulfidləşmiş hidrotermal dəyişilmiş zonalar da geniş yayılmışdır. Filiz kütlələri yerləşən zonaların uzunluğu 15-20 m-dən 2 km-ə, eni isə 150-200 m-ə qədərdir.

 

Mehmana filiz rayonu Qızılbulaq qızıl-mis-kolçedan sahəsi Ağdərə ərazisində Sərsəng SES-in sağ sahilində yerləşir və Mehmana filiz rayonunda ən perspektivli sahə sayılır. Qızıl saxlayan mis-kolçedan formasiyası bazalt maqmatizmi ilə əlaqədardır. Filiz kütləsinin xeyli hissəsi damar minerallarından (kvarskarbonatlardan) ibarətdir. Qızılbulaq filizlərində saxlanılan qızılın əsas hissəsi sərbəst haldadır.

 

Beləliklə, qeyd etmək istəyirəm ki, artıq işğaldan azad edilmiş Azərbaycan Respublikası ərazilərində ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşunsink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yataqları mövcuddur. Bu yataqların hər birinin işlənməsində, istismarında mühəndisi seysmik işlərin yerinə yetirilməsində yaxından iştirak edəcəyik.

 

Bundan başqa, Respublika Seysmoloji Xidmət Mərkəzi tikinti işləri üçün ən vacib olan seysmik rayonlaşmamikrorayonlaşma istiqamətində də Qarabağ ərazisində genişmiqyaslı işlər görməyi də planlaşdırır.

 

Qarabağ, əsasındə Şuşa, Xankəndi, Kəlbəcər və Laçın əraziləri sıldırım qayalı, kəskin relyefli dağlıq sahələrdir. Bu ərazilərdə magistral yolların çəkilməsi, dövlət əhəmiyyətli obyektlərin tikilməsi, çoxmərtəbəli yaşayış binalarının inşa olunması seysmik rayonlaşmamikrorayonlaşma tədqiqatlarının ən müasir üsullarla və dəqiqliyi yüksək olan geofizik cihazlarla alınmış məlumatlara istinadən aparılmalıdır.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanılıb. Şuşa şəhərinin, rayon mərkəzlərinin, qəsəbə və kəndlərin çox yaxın illərdə abadlaşacağı, tarixi, mədəni və dini abidələrin bərpa olunacağı, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun tikintisi və bərpası ilə bağlı işlərin yaxın gələcəkdə reallaşacağına inanırıq. Əhalinin öz doğma yurdlarına qayıtmasında, bizbütün gücümüzlə xalqın, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirəcəyik.

 

Qurban YETİRMİŞLİ,

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzininin Baş direktoru,

 

AMEA-nın müxbir üzvü, professor.

 

Elm .- 2021.- 8 yanvar.- S.6.