Həyatını
elmə həsr etmiş alim
İbrahim Said
oğlu Quliyev – Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvü, AMEA-nın Rəyasət Heyətinin
üzvü, AMEA-nın vitse-prezidentidir.
İbrahim Said oğlu
Quliyev 1947-ci il may ayının 23-də
Qırğızıstan Respublikasının Bazar-Kurqan
kəndində Azərbaycan Tibb İnstitutunun ilk məzunlarından
olmuş həkim ailəsində dünyaya göz
açmışdır. 1954-1965-ci illər ərzində
Bakı şəhərinin 15 nömrəli orta
məktəbini bitirib və həmin ildə indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsinə
daxil olub. 1970-ci ildə
“Dağ-mühəndisi-geofizik” ixtisası üzrə institutu bitirib və
göndərişlə Azərbaycan SSR Elmlər
Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük laborant vəzifəsinə işə qəbul
edilib. 1970-ci ildən böyük
laborant, mühəndis, kiçik
elmi işçi, böyük elmi işçi vəzifələrində
çalışıb. Qısa bir
zamanda İbrahim Quliyev neft və qaz geologiyası və geokimyası sahəsində
gənc mütəxəssisdən yüksək ixtisaslı
alimə çevrildi. 1985-2013-cü illərdə
AMEA-nın Geologiya və Geofizika
İnstitutunun elmi
işlər üzrə direktor müavini, 2016-2020-ci ilə qədər isə
AMEA-nın Neft və Qaz
İnstitutunun direktoru
vəzifələrində çalışmış,
2013-cü ildən Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin üzvü
və vitse-prezidentidir.
İ.Quliyev 1978-ci ildə Moskvada “Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları” ixtisası üzrə geologiya-mineralogiya elmləri üzrə namizədlik dissertasiyasını, 1989-cu ildə Moskva Dövlət Universitetində “Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş, 1999-cu ildə isə professor elmi adını almışdır. 2001-ci ildə “Neft-qaz yataqlarının geologiyası və geokimyası” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə “Geologiya” ixtisası üzrə həqiqi üzvü seçilmişdir.
Akademik İ.Quliyevin
elmi fəaliyyətinin nəticələri
həm ölkəmizdə, həm də xaricdə yüksək
qiymətləndirilmişdir. İ.Quliyev təbii
qazların geologiyası və geokimyası, neft-qaz
yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində
tanınmış alimdir. Onun
rəhbərliyi və iştirakı ilə
qırışıq zonalarının qaz
rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar
aparılmış, karbon tərkibli
qazın çıxma həcmi dəyərləndirilmiş və
atmosferin aşağı qatlarında
paylanması öyrənilmişdir. O,
AMEA-nın Geologiya və Geofizika
və Almaniyanın Təbii Resurslar
institutlarından olan həmkarları ilə
birlikdə dünyada ilk
dəfə Azərbaycan palçıq vulkanlarından
qazın çıxmasının monitorinqinin
elmi-texnoloji prinsiplərini şərh etmiş və yer
qazlarının həcmində kosmik və
geoloji amillərdən asılı olan dövri dəyişmələrin
olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar “greenhouse
effecti” mexanizminin öyrənilməsində əsas
rol oynayır. O, həmkarları
ilə birlikdə palçıq vulkanlarının
püskürmə məhsullarının,
süxurların, neftin,
qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi
üçün ilk dəfə
olaraq klassik tədqiqatlar aparmış,
palçıq vulkanizminin
ən güclü və böyük paroksizmlər müfəssəl
surətdə şərh
edilən püskürmə
kataloqunu tərtib etmişdir. Bu tədqiqatlar
çöküntü süxurlarının
spontan həyəcanlanması
və sıxlıq azalmasının modelini vermiş, seysmik məlumatlar əsasında
Cənubi Xəzər
hövzəsində böyük
dərinlikdə sıxlıq
azalma zonasının olduğunu göstərmişdir.
Mövcud məlumatların nəzəri tədqiqatı
əsasında palçıq
vulkanının beynəlxalq
elmi ictimaiyyət tərəfindən qəbul
edilən orijinal fiziki-kimyəvi modelini hazırlamışdır. Xəzər dənizində subdəniz
palçıq vulkanlarının,
palçıq vulkanı
qaz-hidratlarının tapılması
və geoloji-geokimyəvi
öyrənilməsinin dünya
prioriteti İbrahim Quliyevə və onun AMEA-nın Geologiya və Geofizika və ÜETİ Okeanologiya (Rusiya) institutlarından olan həmkarlarına məxsusdur.
İ.Quliyevin önəmli praktik
əhəmiyyəti olan
tədqiqatlarından biri
də Cənubi Xəzər hövzəsi
timsalında sürətlə
çökən hövzələrin
karbohidrogen sistemlərinin
öyrənilməsidir.
İ.Quliyev dünya elmi mərkəzləri ilə
geniş beynəlxalq əməkdaşlığın inkişafına mühüm
töhfələr vermişdir. Təbii
qazların, neft-qaz yataqlarının, palçıq
vulkanlarının geologiya və geokimyası sahəsində əldə
etdiyi nailiyyətləri
və təbiət elminin inkişafına göstərdiyi xidmətləri
nəzərə alınaraq
Rusiya Təbiət Elmləri Akademiyasının
Rəyasət Heyətinin
qərarı ilə akademik İ.Quliyev
2014-cü ildə bu akademiyanın “Yer təkinin sistemli tədqiqatı” seksiyası
üzrə xarici üzvü seçilmişdir.
2015-ci ildə isə akademik İ.Quliyev Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və
incəsənət cəngavəri”
(«Ðûöàðü íàóêè è èñêóññòâà») fəxri
nişanı ilə təltif edilmişdir).
O, 2019-cu ildən Elmlər
Akademiyalarının Beynəlxalq
Assosiasiyasının (MAAN) “Xəzər dənizi regionunun tədqiqi” adlı elmi şurasına rəhbərlik
edir.
İ.Quliyev bir sıra aparıcı
elmi jurnalların redaksiya heyətinin üzvü, SOCAR-ın “Azərbaycan Neft Təsərrüfatı” elmi-texniki
jurnalının baş
redaktorudur.
Alim 222 elmi əsərin, 10 monoqrafiya,
o cümlədən xaricdə
114 əsərin müəllifidir. Onun əsərlərinə
xarici jurnallarda çox sayda istinad olunur.
İ.Quliyev Amerika Neftçi-Geoloqlar Assosiasiyasının Azərbaycan
bölməsinin prezidentidir. O, Moskva
Dövlət Universitetinin
neft və qaz kafedrasında, Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat
fakültəsində pedaqoji
fəaliyyətlə məşğul
olmuşdur. Azərbaycan
Geoloqlarının Milli
Komitəsinin, Azərbaycan
neftçi geoloqlar cəmiyyətinin üzvü,
Rusiya Təbiət Elmləri Akademiyasının
xarici üzvü, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Milli Komitəsinin prezidentidir. Ona 2015-ci ildə Çinin Siçuan Universitetində
dərs vermək hüququ tanınmış
və bu qurumun fəxri professoru seçilmışdir.
Onun rəhbərliyi
altında 18 fəlsəfə
və 4 elmlər doktorluğu üzrə dissertasiya müdafiə edilmişdir.
Akademik İbrahim Quliyev səmərəli elmi-təşkilati
fəaliyyətinə görə
2008-ci ildə Azərbaycan
Respublikasının Əməkdar
elm xadimi, 2010-cu ildə
Cənubi Xəzər
hövzəsinin palçıq
vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə
silsilə işlərinə
görə (bir qrup alimlərlə) müstəqil Azərbaycan
Respublikasının ilk Dövlət
mükafatı laureatı
adına layiq görülmüş, 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının “Íà áëàãî Îòå÷åñòâà” fəxri
medalı, 2017-ci ildə
Azərbaycan Respublikasının
“Şöhrət” ordeni,
2019-cu ildə “Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyi” yubiley medalı və “EcoWorld” müsabiqəsinin “Çà ñïàñåíèå æèçíè íà
Çåìëå” ordeni ilə təltif edilmişdir.
Akademik İ.Quliyevin
tükənməyən yeni
ideyaları və bu ideyaların həyata keçirilməsində
göstərdiyi əzmkarlıqla
məntiqi sonluğa varmaq həvəsi, elmi-praktik problemlərin analizində və həllində kompleks və strateji yanaşmaları tətbiq
etməsi onu fərqləndirən əsas
cəhətlərdir.
Akademik İbrahim
Quliyev bütün elmi fəaliyyəti ərzində həmkar və dostlarına, tələbələrə qarşı
xeyirxah və diqqətli olmuşdur. O, hər
zaman öz bilik və bacarığını
Azərbaycan geologiya elminin inkişafı naminə gənc geoloqların yetişməsinə
həsr etmiş və bu gün
də bu, davam edir və
edəcəkdir. İ.Quliyevin AMEA-nın inkişafı və dünya elminə iteqrasiyası naminə aparılan islahatlarda aktiv rolu vardır.
Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi akademik İbrahim Quliyevi yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı,
elmi və elmi
təşkilati fəaliyyətində
yeni yaradıcılıq
nailiyyətləri arzu
edir.
Fəxrəddin
QƏDİROV, AMEA-nın Yer Elmləri
Bölməsinin Elmi şurasının sədr
müavini, akademik
Elm 2020.- 20 may.- S.7.