“Məhəmməd
ağa Müctəhidzadə - Riyazül-aşiqin” kitabının yeni nəşri işıq üzü
görüb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Məhəmməd ağa Müctəhidzadə - Riyazül-aşiqin” kitabının yenidən işlənmiş təkrar nəşri işıq üzü görüb.
Kitab
Əlyazmaların və əski çap kitablarının tərcüməsi
şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru, dosent Əkrəm Bağırov tərəfindən
“Ön söz” və izahlar yazılaraq tərtib edilib və
çapa hazırlanıb.
Böyük
oxucu kütləsinin ixtiyarına verilmiş, elm aləmində
təzkirəçi-şair kimi tanınan Məhəmməd
ağa Müctəhidzadənin müəllifi olduğu, XIX əsr
Qarabağ ədəbi mühitini əks etdirən və
Qarabağ torpağının yetişdirdiyi şairlərə
həsr olunan “Riyazül-aşiqin” təzkirəsi bu
torpaqların əzəli və əbədi Azərbaycana mənsub
olduğunu sübut edən ən dəyərli yazılı mənbələrdən
biridir.
Qeyd
edək ki, yeni nəşrin elmi redaktoru Əlyazmalar
İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, redaktoru
institutun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin
baş elmi işçisi, filologiya elmləri doktoru, professor
Raqub Kərimov, rəyçisi institutun icraçı
direktoru, filologiya elmləri doktoru Paşa Kərimov, mətn
yığımı, korrektoru və adlar göstəricisinin
müəllifi isə İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Fəridə Həsənovadır.
Elm 2022.- 4 noyabr.- S.8.