Təbrizin folklor inciləri

Azərbaycanın qədim və zəngin mədəniyyəti olan Təbriz keçmişi, siyasi mübarizələr tarixi, maddi-mənəvi abidələri, memarlığı, arxitekturası, söz və sənət dühalarının bədii-fəlsəfi irsis. baxımından, bütövlükdə, Şərqin mədəni mərkəzlərindəndir. Təbrizin maddi mədəniyyəti qədər də onun mənəvi irsişeir, sənət dünyası əsrlərdən baş alıb gələn zənginliyə bağlıdır.

Bu irsin ən qədim, tarixlərə sirdaş olan bir qolunu da şifahi xalq ədəbiyyatı təşkil edir. Ümumazərbaycan folklorunun ayrılmaz tərkib hissəsi olan Təbriz folkloru xalqın öz mədəniyyətini qoruma, yaşatma və təbliğ etməsinin bariz nümunəsidir. Zaman-zaman ayrı salınmış xalq yeni sosial-siyasi şəraitdə keçmişini, dili, mədəniyyəti, el-el dolaşan şifahi şeiri, ata-baba sözləri, nağıl, dastanları və s. ilə yaddaşlara yazmış, məhz bu yolla öz milli kimliyini qorumağa çalışmışdır. Bu baxımdan Təbriz folklorunun araşdırılması, öyrənilməsi günümüzdə aktuallıq kəsb edən ən mühüm problemlərdən biridir.

Lakin qeyd edək ki, Təbriz folklorunun araşdırılması, hər şeydən öncə, bizi bu irsin öyrənilməsində məlum çətinliklərlə qarşı-qarşıya qoymuşdur. Cənubda Azərbaycan folkloruna, ümumiyyətlə, mədəniyyətinə qarşı vaxtilə mövcud olansoyuq” münasibət, ziyalıların zamanla təqib olunması, şifahi irsin yalnız məişət mühitində qorunması, bu irsin yazıya alınıb, öyrənilməsinə təşəbbüs göstərilməməsi və s. Təbriz folklorunun toplanılmasını və araşdırmalara cəlb olunmasını kölgədə saxlamışdır.

Müşahidələr göstərir ki, xüsusilə keçən əsrin son onilliklərindən başlayaraq Arazın o tayında folklor irsinin öyrənilməsinə ayrıca maraq və təşəbbüs göstərilmiş, bu sırada bölgə materialları içərisində Təbriz folkloru da toplanılaraq araşdırılmağa başlanmışdır. Təbriz folklorunun öyrənilməsindəki mədəni mərhələnin ən məhsuldar dövrü folklor dərnəkləri, jurnallarının nəşrinin sürətləndirilməsi işi ilə bilavasitə bağlı olmuşdur.

Xalq ədəbiyyatının lirik növünə aid olan bayatılar türk xalqları arasında geniş forma və şəkillərdə yaranması, məişətdə müxtəlif hadisə, mövsüm və mərasim törənlərinin keçirilməsində söz-musiqi yükünü daşıması etibarilə şifahi sənətimizdə başlıca yer tutur. Müşahidələr göstərir ki, Güney folklor mühiti, ayrıca Təbriz şifahi xalq ədəbiyyatı nümunələrində bayatılar həm zənginliyi, həm də geniş şəkildə toplanılıb, yazıya alınması baxımından seçilir.

Təbriz folklor mühitində uşaq oyunlarının – söz və hərəkətli oyunların zəngin bir aləmi ilə qarşılaşırıq. Otaqiçi, aşıq, söz oyunlarının çeşidli növləri daha qədim zamanlardan başlayaraq müasir günümüzə qədər davam edən böyük bir oyun mədəniyyətinin mənzərəsini canlandırır. Təbriz uşaq folklorunda bu oyunlar müxtəlif mərasim mahnılarımızda da tarixi keçidlərini etməklə şifahi irsimizin əsasında dayanır.

Xalq ədəbiyyatı nümunəsi olan lətifələrin yaranması, yayılması arealı, lokal yönlü mətnlərin xüsusiyyətləri və s. nəzərə alınmaqla, Təbriz folkloru materiallarında ayrıca diqqət mərkəzindədir. Məlumdur ki, Təbriz bazarları və qəhvəxanalar tarixən xalqın ziyalı, tacir, sənət adamlarının bir araya gəldiyi mədəni mərkəzlər kimi fəaliyyət göstərmişdir. Təsadüfi deyildir ki, Güney aşıq ocaqlarının böyük bir qrupu qəhvəxanalarla bağlı olmuşdur. Bu mərkəzlərdə bir araya gələn ziyalı, sənət adamları dövlət, məişət problemləri ilə bağlı söhbətlər aparmaqla yanaşı, xüsusi qabiliyyətli gənclərin saz, söz bacarıqlarını da dinləmiş, eyni zamanda, onların masa ətrafı zarafatları el-el dolaşaraq məzəli əhvalat və lətifələrə çevrilmişdir. “Mırtçılar” adlandırılan Hakim Əli, Əbaçı oğlu Nəsirzadə, Mirbağır Hacızadə, Əsgər Qiliftis. “dübbələrin” adı ilə bağlı məzəli əhvalat və hadisələrin bir çoxu məhz belə bir şəraitdə yaranmışdır.

Xalq məişətində zaman-zaman uzun qış gecələri, “kürsü söhbətləri”ndə qohum-qonşular bir yerə toplaşaraq maraqlı nağıl, rəvayətlər söyləmişlər. Bu el məsəlləri, əfsanələr beləcə təsərrüfat işlərindən yorğun düşən insanların qarlı-şaxtalı qış günləri istirahətində ən sevimli məşğuliyyətə çevrilmişdir. Maraqla dinlənilən bu nağıllar xalqın özünə, keçmişinə qayıtmaq, miras qalan bir irsi yaşatmaq missiyası baxımından həm də müxtəlif el mərasimləri – toy-düyünləri, dərviş, aşıq məclislərinə qədər yol almışdır.

“Məlikməmməd”, “Şah Abbas və dərzi qızı”, “Keçəl”, “Tənbəl Əhməd”, “Qarının buzovu”, “Səng səbr daşı sən də”, “Pıspıslı Püstə xanım”, “Tülkücanavar” və s. nağıllar Təbriz folklor mühitində bu gün fərqli variantlarda qorunmaqdadır.

Xalq məişətinin ayrılmaz tərkib hissəsi olan müxtəlif mövsüm və məişət mərasimləri özünəməxsus ayinləri, oyun-tamaşa ənənələri, nəğmə mətnləri, məclislərin təşkil olunma məkanları, zamanı və s. baxımından zəngin, arxaik bir mədəniyyətin əsasını təşkil etməkdədir. Məişət mərasimləri içərisində yastoy məclislərinin keçirilməsi Təbriz folklor mühitində daha qədim ayinlərə dayanmaqdadır. Yas mərasimlərində ağı söyləmə, ölünün uğurlanması ilə bağlı müxtəlif inancların yerinə yetirilməsi və s. gözlənilsə də, oxunan ağı mətnlərinin ritm quruluşu, metaforik məzmunu zaman-zaman yeni mühitdə həm də fərqli forma xüsusiyyətləri qazanmışdır.

Eyni kontekstdə toy mərasimlərinin keçirilməsi və təşkilinin ənənəviliyi və “yenilənməsi” faktları da yer almaqdadır. Müşahidə edilən mərasim ayinləri, inanclar bir çox hallarda nəinki Quzey bölgə ənənələrini tamamlamır, eləcə də Ərdəbil, Marağa, Sancans. şəhərlərin, müxtəlif qəsəbə və kəndlərin toy törənləri öz-özlüyündə müqayisəlilik təşkil edir.

Təbriz folklorunda məişət törənləri sırasında mövsüm mərasimləri zəngin bayramlaşma xüsusiyyətləri ilə seçilir. Çillə, Novruz törənləri və qeyd olunan bayramlarla bağlı keçirilən ayrı-ayrı el mərasimləri (“Atil-batil”, “Səməninin bişirilməsi”, “Nadana”, “Heyfonas.) bu silsilədə ayrıca yer tuturuyğun inanclar sistemi, səhnə tamaşaları, nəğmə mətnləri, oyun hərəkətləri və s. ilə seçilməkdədir.

Təbriz folklorunun ən zəngin qolları sırasında aşıq yaradıcılığı da ayrıca yer almaqdadır. Qeyd edək ki, Azərbaycan aşıq sənətinin ustad bilicilərindən – Aşıq Qurbani (XVI yüzillik), Aşıq Abbas Tufarqanlı (XVII yüzillik), Xəstə Qasım Tikmədaşlı (XVIII yüzillik) və s. aşıqlar məhz Güney mühitində böyüyüb, boya-başa çatmış və dədə-ozan olaraq xalqın sevimlisinə çevrilmişlər. Bu ustadların özlərindən sonra qoyub getdiyi zəngin mənəvi xəzinə həm Azərbaycan dastan yaradıcılığını, həm də aşıq musiqisinin əsrarəngiz ənənələrini əhatə etməkdədir. Təbriz aşıqlıq gələnəyində ozan, dastançı aşıqlar zaman-zaman el içində formalaşmış, sazsöz ustalıqları ilə xalq tərəfindən sevilmişlər.

Təbriz aşıqlarının yaradıcılığı “Abbas və Gülgəz”, “Qərib ilə Şahsənəm”, “Kərəm ilə Əsli”, “Leyli ilə Məcnun”, “Mahmud ilə Güləndam”, “Valeh ilə Zərnigar”, “Qaçaq Nəbi”, “Koroğlukimi qəhrəmanlıq; ustadlara qoşulan “Xəstə Qasım”, “Aşıq Qərib”, “Baba Leysan və Pərizad”; eləcə də tarixi şəxsiyyətləri yaşadanŞah İsmayıl və Gülzar”, “Babək” və s. kimi dastanları ilə seçilməkdədir. Bundan başqa, “Rüstəm və Söhrab”, “Şikarikimi orijinal dastanların yaranması da Təbriz aşıqlarının yaradıcılığına bağlıdır.

Təbriz – Qaradağ aşıq mühitində dastan yaradıclığında “Azaflı dübeyti”, “Baş Sarıtel”, “Dilqəmi”, “Duraxanı”, “Kərəm şikəstəsi”, “Yanıq Kərəm”, “Yurd yeri”, “Heydəri”, “İrəvan çuxuru”, “Qara kəhəri”, “Mina gəraylısı”, “Gəraylı”, “İncəgülü”, “Qaradağ gəraylısı”, “Qaradağ təcnisi”, “Paşa köçdü” və s. aşıq havaları da geniş yer tutmaqdadır.

Bütövlükdə, Təbriz folklor örnəkləri babalarımızın, nənələrimizin gələcəyə miras qoyduğu ən dəyərli bir irsdir. Bu gün bu xəzinənin öyrənilməsi bütöv bir xalqın yeni siyasi məkanda qorunan folkoru və mənəvi düşüncəsinə açılan bir qapıdır. Güman edirik ki, bu qapıdan hələ çox-çox ziyalılarımız, alimlərimiz keçəcəklər. Bundan sonra da diqqətdən kənarda qalan folklor mədəniyyətimizin bir arada öyrənilməsi tarixi vəzifəyə çevriləcəkdir.

 

Təbriz nisgilli bayatılar:

Catılıb qaşın Təbriz

Axır göz yaşın Təbriz,

Kimin dərdini çəkir,

Bacı-qardaşın Təbriz.

Dağlarda gəzən mənəm,

Al geyib, bəzənmərəm.

Yuvasız quşlar kimi,

Sərgərdan gəzən mənəm.

Ağzında dilin ollam,

Əlində gülün ollam.

Təbrizə apar məni,

Anana gəlin ollam.

Araz axsın, süzülsün,

Düşmən bağrı üzülsün.

Araz üstə yüz körpü,

Qoy yan-yana düzülsün.

A Təbriz, sona Təbriz,

Günləri sana, Təbriz.

Bizi ayrı salanı

Od tuta, yana, Təbriz.

Başında tac Təbrizim,

Dərdə əlac Təbrizim.

Daha bir qalmazsan,

Yada möhtac Təbrizim.

Bostan nədi, tağ nədi?

Bağça nədi, bağ nədi?

Təbrizdə sinəm üstə

Düşmən çəkən dağ nədi?

Çatılıb qaşın Təbriz,

Dağların, daşın, Təbriz.

Qardaş dərdi çəkməkdən

Ağardı başın, Təbriz.

Dörd yanı qala Təbriz,

Bürünüb şala Təbriz.

Qoyma bir gözlərim

Yolunda qala, Təbriz.

Təbrizəm sinə-sinə,

Gün düşsün sinəsinə.

Səttar gülləsi dəysin

Düşmənin sinəsinə.

 

Mətanət Maşallahqızı (Abbasova), AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

Elm 2022.- 25 noyabr.- S.8.