İrəvan,
Ararat dağı və erməni iddiaları
Tarixi Azərbaycan şəhəri olan İrəvanın
və onun yerləşdiyi bölgənin guya qədim erməni
tarixinə aid olmasını hər hansı bir ölkədə
ciddi təfəkkürə malik heç bir tədqiqatçı
yazmamışdır. Yalanlar uydurmaqla məşğul olan erməni müəllifləri
heç bir əsas olmadan Orta əsr Azərbaycan şəhəri
İrəvanı “erməni əyaləti” hesab etdikləri
Ararat vadisində e.ə. 782-ci ildə, yəni regionda ermənilərin
əcdadlarının izlərinin hələ
olmadığı zamanda salınmış Erebuni qalası ilə
eyniləşdirir və bu şəhəri dünyanın ən
qədim şəhəri hesab edərək erməni tarixinə
aid olduğunu yazırlar. Lakin tarixi
yazılı mənbələr, arxeoloji qazıntıların
nəticələri onların bu iddialarının saxta
olduğunu sübut edir.
İlk
növbədə qeyd etmək lazımdır ki, ermənilərin
əcdadlarının Balkan yarımadasından, Frakiyadan
köçərək bütün Kiçik Asiyanı
keçməklə Anadolunun şərqində məskunlaşması
barədə hələ e.ə. V əsrdə yunan
tarixçisi Herodot məlumat vermiş, digər Antik dövr
müəllifləri isə bu məlumatı təsdiqləmişlər.
Tədqiqatçılar əsasən bu hadisənin
e.ə. VII əsrdən tez baş vermədiyi fikrinə tərəfdardırlar.
Bəs, “Ararat vadisi” anlayışı haradan
yaranmışdır?
Ermənilər Türkiyə ərazisində və
Kiçik Qafqazda ən hündür dağı, Araz
çayından sağda yerləşən möhtəşəm
Ağrı dağını (5165 m) ənənəvi olaraq
Ararat adlandırırlar. O cümlədən ermənilərin sayəsində
bütün Avropa və xristian aləmi bu Ağrı
dağını Ararat, İrəvan düzənliyini isə
Ararat vadisi adlandırırlar. Elmi tədqiqatlar isə bu
dağın tarixən Ararat
adlandırılmadığını, yalnız son bir
neçə yüz ildə kilsə din xadimlərinin sayəsində
avropalıların (daha çox Rusiya vasitəsi ilə) bu məşhur
dağı belə adlandırdıqlarını sübut
etmişdir (bax: À.Ï.Íîâîñåëüöåâ. Î
ìåñòîíàõîæäåíèè áèáëåéñêîé ãîðû Àðàðàò // Âîñòî÷íàÿ Åâðîïà â äðåâíîñòè è
ñðåäíåâåêîâüå. Ìîñêâà, 1978).
Belə ki, Bibliyada adı çəkilən Ararat
dağının (əslində dağ silsiləsinin) indi
Ararat (Ağrı dağı) adlandırılan dağ
olması barədə yazılı mənbələrdə, o
cümlədən qədim erməni müəlliflərinin
yazılarında heç bir məlumat yoxdur. Ararat haqqında tarixi məlumatların
kökü dünya daşqını ilə əlaqədar
olub e. ə. III minilliyə aid Şumer əfsanələrinə
bağlanır. E.ə. I
minilliyin əvvəllərində qədim Şərqin iki
qüdrətli dövləti – Assuriya və Urartu
arasındakı sərhəd ərazidəki sıra dağlar
Assuriya dilində “Urarat dağları” (Urartu dağları)
adlanırdı. Assuriyalıların
özlərinin şimal qonşusu olan ölkəni Urartu ilə
yanaşı, “Urarat” adlandırmalarını sübut edən
qədim yazılar Ölü dəniz ətrafında aşkar
edilmişdir. Bibliyada isə “dünya
daşqını” (Nuh tufanı) haqqında bəhs edilərkən
Nuhun gəmisinin Ararat dağlarında dayandığı
yazılmışdır. Göründüyü
kimi, burada söhbət bir dağdan (Ağrı
dağından) yox, sıra dağlardan gedir. Yəni burada Mesopotamiya düzənliyini
şimalın dağlıq ölkəsi olan Urartu əraziləri
ilə ayıran, assuriyalıların “Urarat” və ya Ararat
adlandırdıqları sıra dağlardan gedir. Əlbəttə,
Mesopotamiya, Şumer mənşəli “Nuh
tufanı” (“ümumdünya daşqını”) haqqında əfsanənin
kökləri məhz həmin coğrafiya ilə bağlı
idi. Hələ I əsrdə yaşamış
yəhudi tarixçisi İosif Flaviy Bibliyanın məhz bu
hissəsini şərh edərkən yazırdı ki, Ararat
dağları Mesopotamiya düzənliyinə şimaldan birləşən
Kordiyen dağlarıdır (À.Ï.Íîâîñåëüöåâ).
Bəs, ermənilər əsrlər boyu bu dağı
necə adlandırıblar?
Ermənidilli yazılı tarixi mənbələrdə
bu dağın adı “Masis” kimi göstərilmişdir. Bu söz isə öz
növbəsində İran mənşəli olub, orta fars dilində “böyük”, “ən
böyük” (burada, yəni ən böyük dağ) mənasını
ifadə etmişdir. Qədim erməni ədəbiyyatının
heç bir nümunəsində, Bibliyanın erməni dilinə
tərcümələrində Masis dağı “Nuh tufanı”
ilə əlaqələndirilməmiş və bu dağ
Bibliyada göstərilən Ararat dağları ilə eyniləşdirilməmişdir
(À.Ï.Íîâîñåëüöåâ).
Bu faktlardan göründüyü kimi “Ararat”
sözünün erməni tarixinə və mədəniyyətinə
aidiyyatı yoxdur. Bu söz Assuriya mənşəli olub,
Urartu adının fərqli səslənməsindən ibarətdir.
Hələ Səlcuqlular dövründən (ola
bilsin daha qədimdən) Ağrı dağı
adlandırılan bu dağ tarixən Ararat, İrəvan
düzənliyi isə Ararat vadisi adlanmayıb. Hazırda
elmi ədəbiyyatda bu terminə rast gəlinməsini də
ermənilərin tarixi ilə bağlantısı yoxdur. Deməli, Bibliyada “ümumdünya daşqını”
haqqında əfsanə ilə əlaqədar adı çəkilən
Ararat dağları indi ermənilərin Ararat
adlandırdıqları, Türkiyənin şimali-şərqində
yerləşən Ağrı dağı deyildir.
Bütün bu tarixi-elmi faktlara baxmayaraq, qonşu
xalqların dillərindən, mədəniyyətlərindən
bir çox şeyləri mənimsəyən ermənilər
Ağrı dağını Ararat, İrəvan düzənliyini
isə Ararat vadisi adlandırmaqda davam edirlər. Gülünc
görünsə də, ermənilər hələ XVIII əsrin
axırlarından zirvəsində guya Nuhun gəmisinə
işarə olaraq gəmi rəsm edilmiş Ağrı
dağının şəkilini özlərinin simvolu kimi qəbul
etmişlər. Əlbəttə, bu
saxtakarlığın başında erməni kilsəsi
dururdu. Sovet dövründə Ermənistan
respublikasının gerbində Ağrı dağının
şəkli saxlansa da, onun zirvəsindən “Nuhun gəmisinin”
rəsmi götürülmüşdür. 1992-ci ildə Ermənistan “müstəqillik”
qazandıqdan sonra həmin gerbdə Ağrı
dağının zirvəsində “Nuhun gəmisinin” rəsmini
bərpa ediblər.
Ermənilər və onların himayədarları ruslar
tərəfindən belə bir rəvayət uydurulmuşdur
ki, guya Türkiyə dövləti öz ərazisində olan
Ağrı dağının Ermənistan SSR gerbində rəsminin
verilməsinə etiraz etmişdir. Buna cavab olaraq SSRİ
xarici işlər komissarı Q.V.Çiçerin Türkiyə
nümayəndəsinə bildirmişdir ki, “Türkiyənin
bayrağında aypara təsvir edilmişdir, amma Ay Türkiyənin
ərazisi deyil”. Uzun illərdir ki, ermənilər
və ermənipərəst rus müəllifləri
Q.V.Çiçerinin bu məntiqsiz sözlərini tez-tez təkrarlayaraq
qürrələnirlər. Amma görünür, bu
imperiya komissarı və ermənilər bir sadə fərqi
anlamamışlar ki, Türkiyə Aya öz ərazisi kimi
iddialı deyil, ermənilər isə bütün beynəlxalq
qanunlara zidd olaraq Türkiyənin qanuni ərazilərinə, o
cümlədən Ağrı dağına
iddialıdırlar.
Bəs, arxeoloji tədqiqatlar İrəvan və ətraf
ərazilərin tarixi barədə hansı həqiqətləri
üzə çıxarmışdır?
Artıq qeyd etdiyimiz kimi, ərazi tarixən İrəvan
düzənliyi adlanıb. Hələ XIX əsrin 90-cı illərində
İmperator Moskva Arxeoloji Cəmiyyəti tərəfindən Cənubi
Qafqaza ezam olunmuş və bu regionun müxtəlif bölgələrində
arxeoloji qazıntılar aparmış A.A.İvanovskiy də
haqqında bəhs edilən ərazini İrəvan (o
zamankı rusdilli yazılı mənbələrdə “Erivan”)
düzənliyi adlandırır (Èâàíîâñêèé À.À. Ïî Çàêàâêàçüþ. Ìàòåðèàëû ïî àðõåîëîãèè Êàâêàçà. Âûï. VI. Ìîñêâà: 1911, ñ. 33).
İndi elmi ədəbiyyatda rast gəlinən “Ararat düzənliyi”
anlayışı əsasən erməni müəllifləri
tərəfindən sonralar ortaya atılmışdır.
İrəvan düzənliyində əsrlər boyu əsasən
azərbaycanlılar yaşamışlar və buna görə
də bölgənin demək olar ki, bütün tarixi
toponimiyası Azərbaycan dilindədir. Bununla əlaqədar
ərazidə aşkar olunaraq tədqiq edilmiş arxeoloji abidələrin
adları da Azərbaycan adlarıdır. Sovet
dövründə erməni alimləri bu abidələrin
adlarını süni şəkildə dəyişərək
erməniləşdirmişlər.
İrəvan düzənliyində erkən əkinçilik
mədəniyyətləri mərhələsinə – Neolit və
Xalkolit dövrlərinə aid (e.ə. VI-IV minilliklər) bir
neçə abidədə arxeoloji qazıntı işləri
aparılmışdır. Bunlar Xatınarx (erməniləşdirilmiş
adı Aknaşen), Eçmiədzin yaxınlığında
Kültəpə (erməniləşdirilmiş adı
Moxrablur), Mahaltəpə və s. yaşayış yerləridir.
Bu abidələrdə aşkar edilmiş əsas arxeoloji
materiallar – keramika, daş alətlər və s.
tapıntılar bu abidələrin Şərqi Anadolunun və
Naxçıvanın həmdövr mədəni ənənələri
ilə tam uyğunluğunu göstərir.
Arxeoloji mədəniyyətlərin adları şərtidir
və spesifik materiallar, onların ilk aşkar edildiyi abidənin
və ya ərazinin adı ilə ilk tədqiqatçılar tərəfindən
adlandırılır. Sonrakı tədqiqatlarda heç bir səbəb
olmadan, yeni lokal xüsusiyyətli materiallar əlavə edilmədən
bu adların dəyişdirilməsi, onlara əlavələr
edilməsi arxeoloji tapıntıların mahiyyətini dəyişməsə
də, elmi tədqiqat qaydalarına ziddir. Neolit
dövrünə aid Şomutəpə mədəniyyəti
görkəmli Azərbaycan arxeoloqu İdeal Nərimanov tərəfindən
1960-1964-cü illərdə Ağstafa rayonu ərazisində
eyni adlı abidənin qazıntıları əsasında kəşf
edilmiş və “Şomutəpə mədəniyyəti”
adlandırılmışdır (È.Ã.Íàðèìàíîâ. Äðåâíåéøàÿ çåìëåäåëü÷åñêàÿ êóëüòóðà Çàêàâêàçüÿ // Äîêëàäû è
ñîîáùåíèÿ àðõåîëîãîâ ÑÑÑÐ íà VII Ìåæäóíàðîäíîì êîíãðåññå äîèñòîðèêîâ è ïðîòîèñòîðèêîâ â Ïðàãå. Ìîñêâà: 1966.). Sonrakı illərdə Şərqi
Gürcüstanda eyni tip abidələr aşkar edilmiş və
onlardan birini adının əlavə edilməsi ilə
gürcü müəllifləri bu mədəniyyətin
adını təhrif edərək Şulaveri-Şomutəpə,
sonra isə sadəcə Şulaveri kimi qeyd edirdilər. Erməni arxeoloqları isə bu mədəniyyətə
“əlavələr” etməklə onu təhrif edərək
“Arataşen-Şulaveri-Şomutəpə” mədəniyyəti
kimi təqdim edirlər. Burada məqsəd
heç bir əsas olmadan Azərbaycan terminini sonda yerləşdirmək,
erməni və gürcü sözlərini irəli çəkməkdir.
Orta Tunc dövründə (e.ə. II minilliyin birinci
yarısı) İrəvan düzənliyində Təzəkənd
arxeoloji mədəniyyəti yayılmışdır. Bu mədəniyyət
eyni adlı nekropolun qazıntıları əsasında
aşkar edilmiş arxeoloji materialların, başlıca olaraq
keramika məmulatı əsasında müəyyən
edilmişdir. Abidə İrəvan şəhərindən
12 km şimalda, Zəngi çayının sağ sahilində,
Təzəkənd kəndindən qərbdə yerləşmişdi.
Məzarlığın qərb hissəsində
Qızıl Qala qalasının qalıqları yerləşir.
Bu məzarlıqda ilk arxeoloji qazıntılar
XIX əsrin axırlarında aparılmış, sonra isə
XX əsrin əvvəllərində davam etdirilmişdir.
Orta Tunc dövrünə aid qəbirlər
torpaq qəbirlər olub iri sal daşlarla
örtülmüşdür. Tapıntılar
kiçik ölçülü kasa, dar ağızlı
küpə və qabarıq gövdəli qablardan ibarət
keramika məmulatıdır. Saxsı qablar
qırmızı rəngdə olub qara boya ilə müxtəlif
motivlərlə naxışlanmışdır.
Erməni müəllifləri Azərbaycan sözü
olduğuna görə Təzəkənd mədəniyyətinin
də adını təhrif etmişlər. Bununla bağlı erməni
müəlliflərinin ilk nəşrlərində
bütün tarixi Azərbaycan adları olduğu kimi nəşr
edilmişdir (Ê.Õ. Êóøíàðåâà. Òàçàêåíäñêèé ìîãèëüíèê â Àðìåíèè // Ñîâåòñêàÿ àðõåîëîãèÿ. Ìîñêâà: 1960, ¹1). Sonrakı
illərdə bu adlar erməniləşdirilərək Zəngi
çayı “Razdan”, Qızıl Qala və Təzəkənd
“Karmir-berd” adlandırılmışdır. Buna görə də erməni-sovet arxeoloji elmi ədəbiyyatında
bu mədəniyyət süni olaraq Karmir-berd mədəniyyəti
adlandırılır.
E.ə. IX əsrdə Şərqi Anadoluda, Van
gölü ətrafında meydana çıxan Urartu dövləti
tədricən genişlənərək Cənubi Qafqazın bəzi
ərazilərini, əsasən indiki Ermənistan ərazilərini
də əhatə etmişdir. E.ə. VIII əsrdə İrəvan
düzənliyində Urartu dövlətinə aid bir neçə
iri yaşayış məntəqələri, o cümlədən
Arqiştixinili (erməniləşdirilmiş Armavir), Erebuni (erməniləşdirilmiş Arin-berd)
şəhər-qalaları salınmışdır. Erebuni qalası urartulular tərəfindən qədim
Azərbaycan əhalisi olan Aza tayfasının ərazisində
salınmışdır. Urartu
yazılarında bu ərazilər “düşmən
torpaqları” adlandırılır. Yəni
bu ərazilər nə urartuluların, nə də ermənilərin
tarixi torpaqları olmamışdır (È.Àëèåâ. Ëæåèñòîðèÿ
– ïîïûòêà îïðàâäàòü àãðåññèþ. Áàêó: 2003).
Erebuninin qalıqları İrəvan şəhərinin
cənubi-şərq kənarında yerləşir. Arxeoloji abidə
olaraq onun haqqında ilk məlumatları A.A.İvanovskiy
vermişdir. Onun yazdığına görə,
bu abidəyə diqqət yetirməsinin səbəbi
yaxınlıqdakı Çölməkçi kəndinin erməni
sakinindən 1894-cü ildə üzərində mixi
yazılar olan daş lövhəni əldə etməsi
olmuşdur. Həmin sakin bu daşı Qanlıtəpə
adlı qalanın yaxınlığında şum zamanı
aşkar etdiyini bildirmişdir. A.A.İvanovskinin
yazdığına görə, “ermənilər bu qalanı
“Arin-Bert” adlandırırlar. Lakin bu qala
daha çox tatarca (azərbaycanca – N.M.) Qanlıtəpə
adlandırıldığından aşkar edilmiş
yazını da Qanlıtəpə yazısı adlandırmaq
daha düzgündür” (Èâàíîâñêèé
1911, ñ. 59-60). Lakin sonralar erməni müəlliflərinin səyləri
nəticəsində Qanlıtəpə adı tamamilə
unudulmuşdur.
Erebuninin qalıqlarında keçən əsrin 50-ci illərində
ardıcıl arxeoloji qazıntılar
aparılmışdır. Aşkar edilmiş
memarlıq qalıqları, arxeoloji materiallar bu şəhər-qalanın
daha çox təsərrüfat-yaşayış məqsədli
deyil, hərbi-administrativ mərkəz kimi inşa edildiyini
göstərmişdir. Arxeoloji
qazıntılar şəhər-qalanın bir neçə mərhələdə
inşa edildiyini göstərir. Urartu
süqut etdikdən sonra digər ərazilərlə birgə
Erebuni şəhər-qalası da Əhəmənilər tərəfindən
işğal edilmişdir.
Demək olar ki, bütün erməni tarixçiləri
bu fikirdədirlər ki, müasir Yerevan şəhərinin
tarixi birbaşa Erebuni şəhər-qalası ilə
bağlıdır. Lakin bu iddiaların heç bir elmi əsası
yoxdur. Belə ki, elə erməni arxeoloqlarının
özlərinin iştirak etdiyi qazıntılar göstərir
ki, qədim Urartu şəhəri olan Erebuni ilə Orta əsr
İrəvan şəhəri və onun üzərindəki
müasir Yerevan şəhərini tarixi-xronoloji baxımdan əlaqələndirən
mədəni təbəqə, arxeoloji-memarlıq
qalıqları mövcud deyildir. Onların
arasında ərazi, mədəni-tarixi boşluq vardır.
Beləliklə, İrəvanın tarixi Azərbaycan
şəhəri olduğunu inkar edə biləcək nə
yazılı məlumatlar, nə də arxeoloji
tapıntılar məlum deyildir. Bu şəhər
bütün Orta əsrlər dövründə Azərbaycanın
ayrı-ayrı tarixi dövlətlərinin tərkibində
olmuşdur.
Sonda bir məsələni də qeyd etməyi lazım
bilirəm. Belə ki, İrəvan düzənliyindəki abidələrdə
aparılmış arxeoloji qazıntılar nəticəsində
e.ə. V minillikdən (Xalkolit dövründən)
başlayaraq Orta əsrlər də daxil olmaqla bütün tarixi
mərhələlərə aid çoxsaylı antropoloji
tapıntılar – insan skeletləri aşkar edilmişdir.
Onların heç birinin kəllə
sümüyünün göstəriciləri ermənilərin
daxil olduğu braxikran (yastıbaş) antropoloji tipinə
uyğun gəlmir. Əksinə,
bütün kəllə sümükləri dolixokran
(uzunbaş) olub azərbaycanlıların daxil olduğu kaspi
antropoloji tipinə uyğundur. O zaman ermənilər
öz əcdadlarının qalıqlarını, onların
tarixini aşkar etmək üçün başqa ünvanlara
müraciət etməlidirlər.
Nəcəf MÜSEYİBLİ,
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun
şöbə müdiri, tarix elmləri doktoru, professor
Elm - 2022.- 14
oktyabr.- S.7.