Ulu Öndər və Azərbaycan
elmi
XX əsrdə Azərbaycan elminin və təhsilinin tərəqqisi milli məfkurənin, milli
dövlətçiliyin təşəkkülü və
möhkəmlənməsi ilə paralel gedib və demək olar ki, özünün intibah dövrünə tariximizin
ən parlaq simalarından biri,
müstəqil Azərbaycan Respublikasının qurucusu ulu öndər
Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda rəhbərliyə
gəlməsi ilə başlayıb. Dünyanın
siyasi tarixində dərin izlər
buraxmış Ümummilli Lider
hələ o zamandan
respublikanın xalq təsərrüfatında
elmin rolunun
artırılmasını, həm fundamental,
həm də tətbiqi elm sahələrinin
inkişaf etdirilməsini öz
fəaliyyətinin başlıca istiqamətlərindən biri elan etmişdi. Böyük rəhbərlik və təşkilatçılıq
bacarıqları, fitri istedadı, yüksək
intellekti, dərin bilikləri və novatorluğu ilə nümunə olan Ulu Öndər bütün fəaliyyəti dövründə
dövlətin idarə olunmasına, xarici
və daxili siyasətə, iqtisadiyyat, mədəniyyət, səhiyyə
və s. sahələrə,
milli təhlükəsizliyin təmin
olunmasına aid bütün
məsələlərin həllinə, taleyüklü
qərarların qəbuluna hər zaman elmi cəhətdən əsaslandırmaqla yanaşmağa üstünlük
verirdi və ətrafındakı insanlara bunun yeganə düzgün mövqe
olduğunu aşılayırdı. Məhz həmin səbəbdən
böyük idrak sahibinin, görkəmli mütəfəkkirin
müəyyənləşdirdiyi istiqamətlər bu gün də ölkəmizdə
elmin inkişaf yoluna işıq salmaqdadır və bu, gələcəkdə də dəyişməz
olaraq qalacaqdır.
Bu fikirlər AMEA-nın vitse-prezidenti, akademik
İradə Hüseynovanın “Ulu Öndər
və Azərbaycan elmi” məqaləsində
yer alıb.
Həm sovetlər dönəmində,
həm keçid dövründə, həm
də müstəqillik illərində qarşısına
çıxan bütün çətinliklərin
öhdəsindən uğurla gələn
Azərbaycan Respublikası cəmiyyət həyatının bütün sahələrində intensiv inkişaf yoluna qədəm qoyub,
ərazi bütövlüyünü bərpa
edib, özünü
qabaqcıl hesab edən bəzi ölkələrin
təzyiq və təhdidlərinə rəğmən, öz təhlükəsizliyini yüksək səviyyədə
təmin edə bilib. Təbii
ki, bu nailiyyətlərdə
ölkənin Heydər Əliyevin səyləri ilə
yaradılmış elmi
potensialının rolu danılmazdır. Ümummilli Liderin rəhbərlik
bacarığı, uzaqgörənliyi, sonsuz
xalq və vətən sevgisi,
elmi biliklərin vacibliyinə verdiyi yüksək dəyər olmasaydı, Azərbaycan
elmi yüksələ bilərdimi? Bu sualın cavabı birmənalıdır: əlbəttə
ki, yox!
Ulu öndər Heydər Əliyev hər zaman insanlar arasında böyük nüfuzundan və ümumxalq sevgisindən istifadə edərək cəmiyyətin elm və təhsilə, elmi potensiala, alim və müəllimlərə münasibətinə məqsədyönlü şəkildə müsbət təsir göstərir, ictimai fikri doğru mövqeyə istiqamətləndirirdi. Ümummilli Lider keçən əsrin 70-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm və təhsil mərkəzlərindən birinə çevirməyi özünün missiyası hesab edir və bu məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır, diqqət və qayğısını onlardan əsla əsirgəmirdi. Məhz o vaxtlardan başlayaraq Ulu Öndərin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində ölkədə elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndi, Azərbaycan elmi SSRİ-də və dünyada kifayət qədər tanıdıldı, tədqiqat işlərinin səviyyəsi yüksəldi, istiqamətləri genişləndirildi, elm və təhsil müəssisələrində çalışan hər kəs hərtərəfli qayğı ilə əhatə edildi. Çox mühüm və fərəhləndirici faktdır ki, mərkəzdə bəzi şovinist qüvvələrin əyalət kimi baxdıqları Azərbaycanda 1970-80-ci illərdə həm təbiət-texniki, həm də humanitar-ictimai elmlər sahəsində böyük elmi potensial yaradılmışdı. Bu dövrdə milli dil və ədəbiyyatın, ölkə tarixi və mədəniyyətinin tədqiqinə göstərilən xüsusi diqqət digər müttəfiq respublikalarla müqayisədə xeyli yüksək idi və hamımız bu amilin Azərbaycançılıq ideyasının elmi-nəzəri əsaslarının hazırlanmasında, gələcəkdə xalqımızın özünüdərkində, milli dövlət quruculuğunda və düşmən qüvvələrə qarşı informasiya müharibəsində nə qədər mühüm rol oynadığının şahidi olmuşuq.
Elmin inkişafına dövlət quruculuğunun vacib tərkib hissəsi kimi baxan Ulu Öndərin apardığı uzunmüddətli və məqsədyönlü dövlət siyasəti sayəsində geniş diapazonda elmi kadr hazırlığının aparılması, ölkə üçün yeni elm sahələrinin yaranması, elmi istiqamətlərin modernləşdirilməsi mümkün olmuş və bütün bunlar respublikada elmin inkişafına çox ciddi təkan vermişdir. Dahi lider Heydər Əliyevin təkcə sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi, onlarla kafedra, problem laboratoriyaları, yüzlərlə yeni ixtisaslar açılıb, ali təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı. Ulu Öndərin təşəbbüsü və himayəsi nəticəsində 1970-80-ci illərdə 80-dən yuxarı sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc qəbul imtahanlarını Bakıda verməklə SSRİ-nin 170-ə yaxın nüfuzlu ali məktəbində təhsil almağa göndərilmiş, onlara güclü mütəxəssis kimi yetişmələri üçün hər cür şərait yaradılmışdı. Bu hadisə unikal xarakter daşımaqla, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialının yaradılması demək idi.
Ulu öndər Heydər Əliyevin elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim kadrların hazırlığı ilə bağlı yeritdiyi siyasi kurs Azərbaycanın elmi ictimaiyyəti tərəfindən hər zaman dəstəklənib. Qeyd etməliyəm ki, bu sahədə ən böyük xidməti görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyev göstərib. Biokimya, molekulyar biologiya, biofizika, nanotexnologiya, bioinformatika, kompüter biologiyası və s. kimi mühüm elmi istiqamətlərin təşəkkülü və inkişafında, müxtəlif elm sahələri üzrə savadlı mütəxəssislərin yaxın və uzaq xaricdə təhsil alaraq və lazımi təcrübə toplayaraq biologiya və aqrar elmlər üzrə tədqiqatlara cəlb olunması istiqamətində Cəlal müəllimin gördüyü işlərin nəticələri bu gün Ümummilli Lider hələ 1990-cı illərdə Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını və bu müddəaları həyata keçirmək üçün lazımi vəzifələri qəti olaraq müəyyənləşdirmişdi. Ulu Öndərin ortaya qoyduğu mövqe və cəmiyyətə verdiyi mesajlar elmimizin nüfuzunu daim artırmış, akademik qurumların ölkənin inkişafında rolu və mövqeyi möhkəmləndirmişdir.
Bu gün
dünya elmi 4-cü sənaye
inqilabını addım-addım arxada
qoymaqdadır. Azərbaycanın da bu yolda davamlı şəkildə
irəliləməsi üçün
kifayət qədər elmi potensialı mövcuddur. Bu potensialı qorumaq və
gücləndirməklə dövrün nəhəng
çağırışlarına, Ümummilli
Liderin və Prezident İlham Əliyevin elm və
təhsilə, alim və müəllimlərə
göstərdikləri böyük diqqət
və qayğıya cavab vermək, ölkənin
iqtisadi və hərbi qüdrətinin yuksəldilməsinə,
işğaldan azad edilmiş
torpaqlarımızda elmi tədqiqatların
bərpası ilə “Böyük
Qayıdış”a və “Böyük
Dirçəliş”ə dəyərli töhfələr
verilməsinə nail olmaq,
dövlətin ərzaq, ekoloji və bioloji təhlükəsizliyini təmin etmək,
dünya elminə inteqrasiyanı gücləndirmək
mümkündür. İnanıram ki, böyük islahatlar yoluna
çıxmış Azərbaycan elmi bütün bu vəzifələrin
öhdəsindən uğurla gələ
biləcəkdir.
Elm .- 2022.- 21 oktyabr.- S.5.