“Azərbaycan müstəqillik
uğrunda mübarizədə” kitabı nəşr olunub
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Dünya ədəbiyyatı və komparativistika
şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər
Abdullabəylinin tərcüməsində Məmməd
Əmin Rəsulzadənin “Azərbaycan müstəqillik
uğrunda mübarizədə” (Polyak-Azərbaycan əlaqələri)
kitabı işıq üzü görüb.
Qeyd edək ki, kitab 1938-ci ildə Varşavada çap
olunub.
Kitab Prezident cənab İlham Əliyevin Məhəmməd
Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi
haqqında Sərəncamına uyğun olaraq nəşr
edilib.
Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik
İsa Həbibbəylidir. Əsəri polyak dilindən tərcümə
edən və əhatəli “Ön söz”ün müəllifi
Azərbaycan Polşa elmi-mədəni cəmiyyətinin sədri
Gülər Abdullabəylidir.
98 səhifəlik kitab Azərbaycan, rus və ingilis
dillərindədir. Polyak dilində olan əslinin də surəti
yer alıb.
Elm .- 2024.- 22 noyabr(№38).- S.7.