“Badkubə vaqiəsinin
tarixi” kitabı işıq üzü görüb
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı
ilə Mişkat təxəllüslü şairin “Badkubə
vaqiəsinin tarixi” əsəri transfoneliterasiya olunaraq kitab
şəklində nəşr olunub. Əsəri
transfoneliterasiya edib nəşrə hazırlayan institutun
Biblioqrafiya şöbəsinin böyük elmi işçisi,
Azərbaycan Yazıçılar Birliyinin İrs
komissiyasının sədri Sona Xəyaldır.
Kitabda 1905-1906-cı illərdə Bakıda baş verən
erməni-müsəlman davasından bəhs edilir. Mişkat əsərdə
bir çox mətləblərə toxunmuş, bir sıra
tarixi hadisələri xatırlatmış, bəzi peyğəmbərlərin
(ə.m.) həyatından söz açmış, eyni zamanda
bir sıra hikmətamiz fikirləri nəzmə çəkmiş
və ermənilərə tarixdən ibrət almağı
tövsiyə etmişdir.
Qeyd edək ki, yeni nəşrin redaktoru Hacı Rauf
Şeyxzamanlı, rəyçiləri fil.ü.f.d. Samirə
Əliyeva və Qutiyera Cəfərova, ön sözün
müəllifi isə Sona Xəyaldır.
Elm .- 2024.- 22 noyabr(№38).- S.7.