“Azərbaycanlıların ənənəvi xalq təbabəti”
adlı kitab işıq üzü görüb
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun
baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə
İbadullayevanın “Traditional folk medicine of Azerbaijanis” (Azərbaycanlıların
ənənəvi xalq təbabəti) adlı kitabı
çap edilib.
Kitab “Azərbaycan florasında yayılan dərman
bitkilərinin istifadəsi perspektivləri” adlı elmi tədqiqat
proqramı çərçivəsində ərsəyə gəlib.
Kitabda etnobotaniki tədqiqatlar nəticəsində Azərbaycan
florasından toplanılmış, müxtəlif xəstəliklərə
qarşı istifadə edilən dərman bitkilərinin ənənəvi
xalq təbabəti təcrübələri haqqında məlumatlar
əks olunub. Bu məlumatlar vaxtı ilə Qərbi Azərbaycan
köçkünləri, o cümlədən 30 il
qaçqın düşmüş Qarabağ və Şərqi
Zəngəzur icmalarından toplanılmışdır.
Kitabın elmi redaktoru professor Münir Öztürk, rəyçiləri
professor Nazim Məmmədov və doktor İlhamə Cəfərlidir.
Kitab Azərbaycanın xalq təbabəti
üsullarını geniş auditoriyada tanıtmaq
üçün əhəmiyyətli mənbədir.
Elm .- 2024.- 29 noyabr(№39).- S.11.