Şəki Regional Elmi
Mərkəzinin Elmi şurasının iclası keçirilib
AMEA-nın Şəki Regional Elmi Mərkəzində
(REM) Elmi şuranın növbəti iclası keçirilib.
Əvvəlcə Şəki REM-in baş direktoru
fiz.ü.f.d., dos. Yusif Şükürlü
iştirakçıları gündəlikdəki məsələlərlə
tanış edib.
O, gündəlikdəki ilk məsələ -
“AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf
Konsepsiyası və Yol Xəritəsi” layihəsinin ilkin
variantına əlavələr haqqında məlumat verib.
Direktor Şəki REM-in 2025-2030-cu illərə dair elmi-təşkilati
fəaliyyəti və elm sahələri üzrə Yol Xəritəsinin
6 bənddən ibarət əlavələrlə təkliflərini
səsləndirib, təkliflər təsdiqləndikdən sonra
AMEA-nın Elm və təhsil şöbəsinə göndərilməsi
qərara alınıb.
Yusif Şükürlü Yol Xəritəsinin
“Baramaçılıq və ipəkçilikdə innovativ
üsul və vasitələrdən istifadə etməklə
klasterləşmənin tədqiqi üzrə tədqiqatların
genişləndirilməsi” bəndi üzrə fəaliyyətin
yerinə yetirilməsinin təmin olunması məqsədilə
təcrübə sahəsində vəhşi ipəkqurdunun
yetişdirilməsi üçün müasir kümxananın
inşa edilməsi zərurətinin olduğunu qeyd edib. Bu məqsədlə
aidiyyatı qurumlara müraciətin göndərilməsi barədə
qərar qəbul edilib.
Gündəlikdəki ikinci məsələ - “Şəki
REM-in Mühasibatlıq şöbəsinin 2024-cü ilin
yekunlarına dair” baş mühasib Uğur Süleymanov hesabat
verib.
İclasda, həmçinin “Şəki REM-in 2025-ci il
üzrə elmi-tədqiqatlarına dair iş planları” təsdiqlənib.
Gündəlikdəki növbəti məsələ -
“AMEA-nın 80 illik yubileyinin keçirilməsi ilə əlaqədar
tədbirlər planının hazırlanması
üçün Təşkilat Komitəsinin
yaradılmasına dair” elmi katib Vəfa Atayeva məlumat verib.
O, Elmi şura üzvlərini Təşkilat Komitəsinin tərkibi
ilə tanış edib, 16 nəfərdən ibarət heyətin
tərkibi səsə qoyularaq təsdiqlənib.
Cari məsələlərdə Şəki REM-in “Xəbərlər
məcmuəsi” adlı elmi jurnalın redaksiya heyəti təsdiq
edilib, Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri
t.ü.f.d. Rahim Həsənov və Aydın Məmmədovun həmmüəllifi
olduqları “Hacı Çələbi xan”, eləcə də
Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya
şöbəsinin elmi işçisi Tural Adışirinovun
“Söz ilmələri (elmi-publisistik məqalələr,
şeirlər)” kitablarının nəşr edilməsi ilə
bağlı qərar qəbul edilib.
Elm .- 2025.- 14 fevral(¹6).- S.11.