Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının
yeni monoqrafiyası çap olunub
Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun Polifunksional monomerlər
və oliqomerlər laboratoriyasının müdiri, kimya elmləri
doktoru, professor Çingiz Rəsulov və aparıcı elmi
işçisi, kimya üzrə fəlsəfə doktoru
Gülşən Həsənova tərəfindən
yazılmış “Funksional əvəzli fenollar: bioloji fəallığı
və tətbiq sahələri” adlı monoqrafiya işıq
üzü görüb.
Monoqrafiyada fenol birləşmələrinin, xüsusilə
fenolların, onların alkilləşdirilmiş əvəzedicilərinin,
həmçinin çoxsaylı fenol birləşmələrinin,
məsələn, fenol turşularının, polifenolların,
flavonoidlərin və s.-nin bioloji fəallığının
öyrənilməsi sahəsində aparılmış elmi tədqiqatların
nəticələri əks olunub.
Kitab neft-kimya sintezi sahəsində çalışan
geniş spektrli elmi tədqiqatlara malik mütəxəssislər,
o cümlədən doktorantlar, dissertantlar və magistrantlar
üçün nəzərdə tutulmuşdur.
Elm .- 2025.- 7 fevral(№5).- S.6.